Sosialogiyanın predmeti və vəzıfələri



Yüklə 131,59 Kb.
səhifə10/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   6   7   8   9   10   11   12   13   ...   31
Sosialogiyadan imtahan sualları

Cəmiyyətin strukturu.

Cəmiyyətin sosial sistem kimi sosioloji təhlilinin səmərəli üsullarından biri ona makrososioloji yanaşmadır. Belə yanaşmanı Amerika sosioloqu E. Şilz təklif etmişdir. Onun fikrincə, cəmiyyət üç başlıca ünsürdən ibarət olan makrostruktur kimi təsəvvür oluna bilər:

a) sosial birlik - fərdlər çoxluğunun qarşılıqlı əlaqəsidir;

b)sosial təşkilat - məlum sistem hüdudlarında fərdlərin sosial statuslarının (mövqelərinin) və sosial rollannm (funksiyalarının) məcmusudur;

c) mədəniyyət - fərdlərin davranışını və fəaliyyətini müəyyən edən dəyərlərin və sosial normaların məcmusudur.

Sosial birliklər bəşəriyyətin tarixi inkişafı prosesində meydana gəlir və öz növlərinin, formalarının rəngarəngliyi ilə səciyyələnir. Ən əhəmiyyətli birliklər sırasına bunlan aid etmək olar: sosial-ərazi birlikləri (şəhər, kənd, region və s ); sosial-demoqrafık birliklər (ailə, yaş qrupları və s.); sosial-etnik birliklər (millətlər, xalqlar, etnik qruplar); sosial-əmək |40 - 41] birlikləri (əmək kollektivlərinin müxtəlif tipləri). Sosial birliklərdə insanlar arasında qarşılıqlı təsir formaları da müxtəlifdir: fərd-fərd; fərd-sosial qrup; fərd-cəmiyyət. İnsanların praktik fəaliyyətində formalaşan həmin birliklər fərdin və ya fərdlər qrupunun bütövlükdə sosial birliyin inkişafı üçün əhəmiyyətli olan davranışını şərtləndirir. Müxtəlif subyektlər arasındakı sosial qarşılıqlı təsir insanlar arasında, onlarla xarici mühit arasında sosial əlaqələri müəyyən edir. Həmin sosial əlaqələrin məcmusu isə cəmiyyətdə sosial münasibətlərin əsasını təşkil edir. İstənilən sosial birlik, cəmiyyətin həyat fəaliyyətinin istənilən sferası insanlar arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutur. Cəmiyyət öz tarixi təkamülü prosesində ictimai həyatın təşkilinin, tənzimlənməsinin spesifik sistemini işləyib hazırlamışdır: bu, sosial institutlardır. Sosial institutlar əhalinin müxtəlif qruplarının ümumi mənafelərini əlaqələndirmək, stabil inkişafi təmin etmək mexanizmləridir. Münaqişəli situasiyalann çoxluğu, dərinləşməsi sosial institutlann səmərəli işləmədiyini göstərir, onların yeniləşməsini və ictimai tələbatlara uyğunlaşdınimasmı zərurətə çevirir.

Sosial təşkilatlar cəmiyyətin çox mühüm ünsürü olub, ictimai inkişafda müəyyən məqsədlərə nail olmaq üçün fərdlərin, sosial qrupların fəaliyyətini nizamlamağm etibarlı üsulu kimi çıxış edirlər. Başqa sözlə, sosial təşkilatlar müəyyən sosial sistem hüdudlarmda fərdlərin, sosial birliklərin, qruplarm, təbəqələrin fəaliyyətini inteqrasiya etmək mexanizmləridir. Sosial təşkilatlarm çox mühüm xüsusiyyəti onlann ünsürləri arasında iyeıarxik əlaqələrin olmasıdır; bu təşkilatlar məqsədli təyinatı olan piıamidayabənzər sosial sistemlərdir. Onlann fəaliyyəti əsasında sosial məqsədlər, sosial statuslar və rollar zəminində rəhbərlik - tabelikdə olanlar arasında spesifik münasibətlər qərarlaşır. Sosial təşkilatlarda ayn-a}m fərdlərin, qruplarm spesifik xüsusiyyətlərə malik olan fəaliyyətinin sinxron, eyniistiqamətli olması müəyyən məqsəd və vəzifələrin reallaşdınimasmı təmin edir.




  1. Yüklə 131,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin