Sosialogiyanın qanun və kateqoriyaları.
Qanun anlayışı qanunauyğunluq anlayışına çox yaxındır. Qanunauyğunluq qanunun məzmunu baxmımdan qarşılıqlı əlaqədə olan, sistemdəki dəyişikliklərin sabit meylini və ya istiqamətini təmin edən cəhətlərin məcmusudur. Sosial qanunlar sosial hadisələrin, proseslərin mühüm, zəruri və ümumi əlaqələrini ifadə edir, fərdlərin, qrupların, birliklərin fəaliyyətində təzahür edir, onlar arasındakı rəngarəng münasibətləri müəyyənləşdirir. Fəaliyyət müddətinə görə adətən ümumi və spesifik qanunlan fərqləndirirlər. Ümumi qanunlar (məsələn, dəyər qanunu) bütün ictimai sistemlərdə, spesifik qanunlar isə (məsələn, bir cəmiyyətdən digərinə keçidlə bağlı olan qanunlar) bir və ya bir neçə ictimai sistemdə fəaliyyət göstərir.
Ümumilik dərəcəsinə görə iki qrup qanunlardan bəhs etmək mümkündür:
a) bütövlükdə sosial sferanın inkişafinı xarakterizə edən qanunlar;
b) sosial sferanın ayn-ayn ünsürlərini (sinif, qrup, millət və s.) inkişafinı xarakterizə edən qanunlar.
Təzahür üsuluna görə qanunların dinamik və statik (stoxastik) növlərini ayırd etmək olar. Dinamik qanunlar sosial dəyişmələrin istiqamətini, amillərini və formalanm müəyyən edir. Statik (stoxastik) qanunlar isə sosial hadisələri qəti şəkildə determinasiya etmir, məlum sosial bütövün sabitliyini saxlamaqla dəyişmələrin əsas istiqamətlərini, meyllərini əks etdirir. Bu, o deməkdir ki, statik qanunlar sosial gerçəklikdəki hadisə və proseslərin əlaqəsini müəyyən ehtimal dərəcəsində ifadə edir, onlara bütövlükdə xas olan bəzi xassələri və ya əlamətləri səciyyələndirir.
Dinamik qanunlar səbəb və funksional qanunlara aynlır. Səbəb qanunlan sosial hadisələrin inkişafında qəti surətdə şərtlənmiş əlaqələri, funksional qanunlar isə sosial [26 - 27] hadisələr arasında empirik surətdə müşahidə edilən və ciddi şəkildə təkrar olunan qarşılıqlı asılılıqları əks etdirir.
Statik qanunların inkişaf qanunlan (məs., tələbatlann daha dolğun ödənilməsi, xalqın özünüidarəsinin inkişafı və s.) və fəaliyyət qanunlan (kollektivdə formal və qeyri-formal strukturlann vəhdəti, ailədə rol funksiyalannm bölüşdürülməsi) kimi növləri vardır.
Əlaqələrin formalanna görə sosial qanunların aşağıdakı növlərini ayırd etmək olar:
a) Sosial hadisələrin, yaxud onlarla bağlı olan hadisələrin invariant (dəyişməyən) yanaşı yaşamasını əks etdirən qanunlar. Bu qanuna görə A hadisəsi varsa, hökmən B hadisəsi də olmalıdır. Məsələn, cəmiyyətdə totalitar idarəetmə sistemi mövcuddursa, hökmən latent (gizli) müxalifət də mövcud olmalıdır.
b) İnkişaf meylini əks etdirən qanunlar. Belə qanunlar qarşılıqlı münasibətlərin bir səviyyəsindən digərinə keçidi şərtləndirir, sosial obyektin strukturuna xas olan dinamikanı ifadə edir. Məsələn, fəhlə sinfində baş verən keyfiyyət irəliləyişləri onun bütün sosial münasibətlərə təsirini gücləndirir, onun bütövlükdə ictimai mövqeyini möhkəmləndirir.
c) Sosial hadisələr arasında funksional asılılığı müəyyən edən qanunlar. Bu qanunlan fəaliyyət qanunlan da adlandırmaq olar. Bunlar inkişaf qanunlanndan fərqli olaraq hər hansı sosial sistemin nisbi sabitlik halında qalmasını təmin edir, sistemdəki ayn-ayrı ünsürlərin mühüm dəyişikliyə səbəb olmayan mütəhərrikliyini səciyyələndirir, başqa sözlə, sosial obyektin yeni keyfiyyət qazanması üçün ilkin şərtlər yaradır. Məsələn, əhalinin idarəetmə işində, siyasi həyatda iştirakı ilə onun siyasi mədəniyyətinin yüksəlməsi arasında, kollektivdə ideyatərbiyə işinin səviyyəsi ilə mənəvi-psixoloji iqlimin vəziyyəti arasında funksional asılılığı görmək o qədər də çətin deyildir.
ç) Sosial hadisələr arasında səbəb əlaqəsini əks etdirən qanunlar. Səbəb əlaqəsi və funksional əlaqə bir- birinə [27 - 28] yaxın anlayışlardır. Lakin onlan eyniləşdirmək doğru deyildir. Funksional əlaqə səbəbiyyəti ifadə edə də bilər, etməyə də bilər. Funksional asılılığın olması hələ mahiyyətli səbəb münasibətlərinin mövcudluğunu ifadə etmir. Məsələn, şəxsi və ictimai mənafelərin optimal əlaqələndirilməsi sosial inteqrasiyanın çox mühüm, zəruri şərtidir.
d) Sosial hadisələr arasında ehtimalı ifadə edən qanunlar. Məsələn, əhalinin müəyyən qruplarının kənddən şəhərlərə axını ilə onlar arasında hüquq pozuntulanmn artmasını ehtimal etmək olar.
Sosiologiyanın kateqoriyaları real gerçəkliyin və idrakın mühüm, qanunauyğun sosial əlaqələrini və münasibətlərini əks etdirən ən ümumi, fundamental anlayışlardır. Bunlar sosioloji biliyin başlıca «pillələridir», təfəkkürün sosial gerçəkliyin mahiyyətinə nüfuz məqamlarıdır. Obyektiv gerçəklik inkişaf etdikcə, sosioloji bilik dərinləşdikcə həm yeni kateqoriyalar meydana gəlir, həm mövcud kateqoriyaların zənginləşməsi baş verir, həm də ayrı-ayn kateqoriyaların yeri və rolu dəyişir. Sosiologiyanın ən mühüm kateqoriyaları sırasına bunları aid etmək olar: «sosial», «sosial struktur», «sosial münasibətlər», «sosial təsisatlar», «sosial qanunlar» və s.
Dostları ilə paylaş: |