Bizcə, sosiologiyanm metodoloji və proqnozlaşdırma fiınksiyalarmdan da bəhs etmək üçün kifayət qədər əsas vardır.
1. İdrak funksiyası. Hər bir elm kimi sosiologiya da öz predmeti dairəsində insanlann fəaliyyəti üçün zəngin idrak imkanlan açır, sosial inkişafın qanunauyğunluqlarını, müxtəlif sosial hadisələrin dəyişilməsi meyllərini başa düşməkdə onlara kömək edir. Sosiologiya sosial inkişaf proseslərinin mənbələrini və mexanizmlərini aşkara çıxarmaqla bütövlükdə cəmiyyətin, habelə onun ayn-ayn sahələrinin, tərəflərinin gələcək dəyişmə və təkamül perspektivlərini dərk etmək üçün ilkin şərtlər yaradır. Sosioloji biliyin müxtəlif səviyyələri bunu müəyyən etməyə çalışır ki, insanlann sosial fəaliyyətində cəmiyyətin, müxtəlif sosial qruplann inkişaf tələbatlan necə ifadə olunur, hansı konkret formalar məlum şəraitdə şəxsiyyətin, qrupun və cəmiyyətin mənafelərinin maksimum uyğunluğunu təmin etməyə imkan verir. Sosioloji nəzəriyyələr və konsepsiyalar səylə müasir dövrün aktual problemlərinə cavablar axtanr, heç bir xülyaya qapılmadan dünyamn [20 - 21] sosial yeniləşməsinə kömək edə biləcək real yollan müəyyənləşdirməyə çalışır. Ümumi və xüsusi sosioloji nəzəriyyələr konkret sosial hadisələr, proseslər barəsindəki informasiyanı ümumiləşdirir, inkişaf qanunauyğunluqlannm elmi surətdə dərk olunmasına kömək göstərir. Həm rəsmi statistikanın məlumatlarını tamamlayan, dəqiqləşdirən obyektiv göstəriciləri, həm də müxtəlif sosial qruplann, təbəqələrin fəaliyyətinin məqsəd, niyyət və motivlərini əks etdirən subyektiv göstəriciləri birləşdirən empirik tədqiqatlar insan amilini daha da fəallaşdıran mexanizmin mahiyyətli cəhətlərini qavramağa kömək edir, kütləvi sosial proseslərin subyektiv məqamlannm həqiqi mənasını aşkara çıxarır. Bu inkişafm obyektiv meylləri ilə həmin meyllərin müxtəlif sosial qrupların şüurunda subyektiv inikası arasında uyğunsuzluğu görməyə, məlum sahədə artıq sosial problemin mövcudluğunu dərk etməyə istiqamətləndirir