4. Metodoloji funksiya. Müxtəlif ümumilik səviyyəsinə malik olan sosioloji nəzəriyyələr, konsepsiyalar daha konkret elmlər sahəsinə aid olan tədqiqatlar üçün metodoloji əsas ola bilər. Sosial sistemlərin fəaliyyəti və inkişafinm ümumi qanunauyğunluqlanm aşkara çıxaran nəzəriyyələr daha geniş tətbiq imkanlanna malikdir. Onlann yaşamaq və fəaliyyət göstərmək hüququ uğmnda sərbəst bəhsləşməsi və mübarizəsi tamamilə qanunauyğun haldır. Müxtəlif sosioloji nəzəriyyələrin, cərəyanlann, istiqamətlərin (məs., antropoloji istiqamət, naturalizm, neopozitivizm, stmkturalizm, psixoloji istiqamət və s.) özünəməxsus məziyyətləri və nöqsanlan, məhdudluqları vardır. Bu nəzəriyyələrin, eərəyanlann başlıca müddəaları, prinsipləri konkret bilik sahələrində apanlan tədqiqatlar üçün həlledici məna kəsb edə bilər. Lakin konkret bilik sahəsində əldə edilmiş faktlar həmin müddəalarla, prinsiplərlə ziddiyyət təşkil edə bilər və yeni bünövrə, əsas axtarışı üçün stimul yarada bilər. Deməli, sosiologiyanın metodoloji funksiyasını birtərəfli başa düşmək doğm olmazdı: ümumi və xüsusi sosioloji nəzəriyyələr konkret sahələrdə tədqiqaü istiqamətləndirir, konkret sahələrin tədqiqatları sosioloji nəzəriyyələrin zənginləşməsini, dolğunlaşmasmı şərtləndirir