Sosialogiyanın predmeti və vəzıfələri



Yüklə 131,59 Kb.
səhifə4/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   2   3   4   5   6   7   8   9   ...   31
Sosialogiyadan imtahan sualları

2.Praktik funksiya. Sosiologiyanın praktik funksiyası onun idrak funksiyası ilə bilavasitə bağlıdır. Bu funksiya özündə qabaqgörənlik məqamını əks etdirən elmi idrakın öz təbiətindən doğur. Sosiologiya cəmiyyətin, sosial proseslərin mövcud vəziyyətini təhlil etməklə kifayətlənmir, gələcək dəyişmələrin perspektivlərini aydınlaşdırır, həmin perspektivlərin reallaşdınimasına istiqamətlənmiş praktik fəaliyyətə təsir göstərir. Bu elm insanların öz sosial münasibətlərini tərəqqinin obyektiv tələblərinə uyğun olaraq tənzim etməsinə kömək edir. Sosioloji tədqiqatlar nəticəsində hazırlanan tövsiyələr [21 - 22] idarəetmə orqanlarının ehtiyaclanm xeyli dərəcədə ödəyir, sosial tərəqqinin sürətlənməsində özünəməxsus rol oynayır. Sosioloji tədqiqatların nəticəsi kimi irəli sürülən praktik tövsiyələr sosial amillərin iki qrupuna aid olur. Birinci qrup obyektiv xarakterli amilləri - insanm həyat fəaliyyəti şərtlərini (siyasi quruluş, sosial struktur, əməyin, məişətin və s. konkret şəraiti, habelə subyektin bu şəraitdə real davranışı), ikinci qrup isə subyektiv xarakterli amilləri - subyektiv məqamları (məqsədlər, niyyətlər, motivlər, maraqlar, sərvət yönümləri, ideoloji təsəvvürlər, ictimai rəy və s.) əhatə edir.


Yüklə 131,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin