Sosialogiyanın predmeti və vəzıfələri


Cəmiyyətin əlamətlərini göstərin



Yüklə 131,59 Kb.
səhifə11/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   7   8   9   10   11   12   13   14   ...   31
Sosialogiyadan imtahan sualları

Cəmiyyətin əlamətlərini göstərin.

Sosiologiya cəmiyyət haqqında tipik, davamlı, təkrar olunan məqamların ayırd edilməsinə, araşdınimasma xüsusi diqqət yetirir; həmin məqamlar cəmiyyətin əlamətləri kimi çıxış edə bilər.

Cəmiyyətin əlamətləri sırasında ən əvvəl ərazinin olmasını [47 - 481 qeyd etmək olar. Sosial əlaqələrin konsolidasiyası məhz məlum ərazidə baş verir. Ərazi sosial məkanın əsasıdır: fərdlər arasındakı münasibətlər, qarşılıqlı təsirlər burada təşəkkül tapır və inkişaf edir. Təbii landşaftların, flora və faunanın, iqlim şəraitinin və s. rəngarəngliyi, zənginliyi insanların həyati tələbatlarım ödəməyə imkan verir, onlann həyat fəaliyyətinə təkrarolunmaz xüsusiyyətlər bəxş edir.

Sosial strukturun, yəni davamlı əlaqələrin olması cəmiyyətin ikinci əlaməti hesab edilə bilər. Məhz həmin əlaqələr sayəsində daxili sosial qarşılıqlı təsirlərin 5diksək intensivliyi, təkraristehsalı təmin edilir. Bəşər cəmiyyəti tarixinin ilk mərhələlərində onun davamlılığı başlıca olaraq, şəxsiyyətlərarası qarşılıqlı təsirlər (qonşuluq, qohumluq telləri) hesabına təmin olunurdu: icma münasibətləri qərarlaşmışdı. Cəmiyyətin inkişafimn sonrakı mərhələlərində qarşılıqlı təsirlərin bu prinsipləri kifayətləndirici olmadığından sosial strukturların başlıca sabitləşdirici amillər kimi rolu daha aydın təzahür edirdi: sosial institutlann, sosial birliklərin rolu etiraf olunurdu. İndi cəmiyyəti sosial stmkturlarsız təsəvvür etmək qeyri-mümkündür. Hər bir struktur həyat fəaliyyətinin və qarşılıqlı əlaqənin müəyyən növlərini tənzimləyir və təkraristehsal edir. Məsələn, pul institutu əmək mübadiləsini, ailə institutu nikah münasibətlərini, sosial peşə birlikləri əmək bölgüsünü nizamlayır. Bunlann hamısı birlikdə cəmiyyətdə varisliyi (bunsuz sosial əlaqələrin təkraristehsalı mümkün deyildir) təmin edir.

Cəmiyyətin üçüncü əlaməti onun özyetərliliyidir. Bu o deməkdir ki, cəmiyyət kənardan müdaxilə olmadan öz əsas təyinatını yerinə yetirməlidir, yəni insanlara həyat təşkilinin elə formalarını təklif etməlidir ki, həmin formalar onlann öz şəxsi məqsədlərinə çatmasına imkan yaratsın. İnsan ancaq cəmiyyətdə sosial karyeraya yiyələnə bilər, zəruri biliklər və vərdişlər qazana bilər, müəyyən peşə fəaliyyəti ilə məşğul ola bilər, öz tələbatlanm ödəyə bilər. Cəmiyyət özünütənzimləmək qabiliyyətinə malik olmalı, müəyyən normalar və prinsiplər [48 - 49] əsasında sosial prosesləri, institutlann, təşkilatlarm fəaliyyətini nizamlamalı və idarə etməlidir. Özyetərlilik cəmiyyətin muxtarlığmı təmin edir; bu, xarici idarəedici impulslar olmadan fərdlərin özinkişafı, öztənzimi üçün zəruri şərait yaratmaq qabiliyyətini ifadə edir.

Cəmiyyətin dördüncü əlaməti - mədəniyyətin ümumiliyi böyük inteqrasiyaedici qüvvədir; bu, insanlann hər bir yeni nəslinin sosiallaşmasında əvəzsiz rol o}mayır, onu təşəkkül tapmış münasibətlər sisteminə daxil edir, ümumən qəbul olunmuş norma və qaydalara tabe edir. Mədəniyyətin ümumiliyi cəmiyyətdə mənəvi vəhdətin təkrarsız iqlimini yaradır, mənlik şüurunu fəallaşdırır (xüsusən dil, mənşə, davranış nümunələri, əxlaqi dəyərlər və s. ümumiliyi vasitəsilə). Nəticədə cəmiyyətin inkişafinda varislik və yeniləşmə təmin olunur. Dini, milli, iqtisadi və s. ideyalar qüdrətli inteqrasiyaedici qüvvəyə malik olan sosial fenomenlərə konkret misal ola bilər.

Deməli, cəmiyyət sosial əlaqələrin və sosial qarşılıqlı təsirlərin təşkilinin universal üsulu olub, insanlann bütün əsas tələbatlanm ödəməyi təmin edir; o, özünütənzimləmə, özünü təkraristehsal qabiliyyətinə malikdir. Xüsusi institutlar, təşkilatlar, normalar, dəyərlər vasitəsilə sosial əlaqələrin möhkəmlənməsi, yeniləşməsi və zənginləşməsi onun fəaliyyətinin aparıcı istiqamətini təşkil edir.




  1. Yüklə 131,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin