Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Sosial əlaqələr və sosial münasibətlər



Yüklə 200,89 Kb.
səhifə45/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   41   42   43   44   45   46   47   48   ...   59
SOSİOLOGİYA

46. Sosial əlaqələr və sosial münasibətlər.
Sosialoji biliklərin obyektini sosial əlaqələr və sosial münasibətlərin məcmusu təşgil edir “sosial münasibətlər”anlayışı hələ bir mənada elmi şəkildə müəyyən edilməyib .Bu sahə üzrə 2 mövqe müəyyən edilir 1 sosial münasibətlər ictimai münasibətlərlə eyniləşdirilir 2 Sosial münasibətlər ictimai münasibətlər sistemindən öz spesifikliyinə görə ayrılır
Sosial münasibətlər probleminin tənqidini “münasibətlər”anlayışının təhlilindən başlmaq lazımdır.Aristotel deyirdi ki fəlsəfi mənada münasibətlər varlıq üsuludur. Münasibətlətlərin daşıyıcıları və tərəfləri onun mühüm atributlarındandır .Münasibətlərin daşıyıcılarını 3 tipə bölmək olur . 1 qeyri üzvi, 2 .üzvi təbiətdə 3 cəmiyyətdə . İnsan cəmiyyəti iki növ münasibətlə bağlıdır. 1 adamların cəmiyyətə münasibəti 2. Cəmiyyətin öz daxilindəki münasibətlər. İnsanların cəmiyyətə münasibəti zamanı cəmiyyətin emalı hazırlanması baş verir , insan cəmiyyətə təsir edir , özü ilə təbiət arasındakı münasibəti nizamlayır . Bu münasibətlərin subyekt obyekti qəti müəyyən olunub. İkinci növ münasibətlər- cəmiyyətin öz daxilindəki münasibətlər də insan fəaliyyəti nəticəsində meydana gəlir. Bu prosesdə “adamların adamlar tərəfindən işlənməsi “baş verir . Bu cür münasibətlərin tərəfləri müxtəlif cür sosial bitkilərdir. Qeyd etdiyiniz kimi sosial münasibətlərin başa düşülməsi hələlik mücərrəddir , tam müəyyən olunmamışdır. Sosialo münasibətlər insanların fəaliyyəti əsasında materiyanın sosial hərəkət forması səviyyəsində meydana gəlir. Sosial münasibətlər bioloji psixoloji, insanların arasındakı münasibətlərdən fərqlənir. Bu münasibətlər fərdlər arası münasibətlərdir. Sosial münasibətləri konkretləşdirmək üçün sosial münasibətlərin tərəflərinin özünün spesifikliyini aydınlaşdırmaq lazımdır. Sosial münasibətlərin tərəflərinə uyğun onların növləri də müəyyən edilib. Sinifi, qrup, milli , şəhərlə kənd arasındaki münasibətlər və s. Bunları da həyat prosesinin məzmunu sosial birliklərin xarakteri ilə şərtləndirmək olar . Məzmununa görə sosial həyat bütöv mürəkkəb bir prosesdir. BU proses özündə müxtəlif keyfiyyətləri , müxtəlif hadisələri ( maddi mənəvi, subyektiv obyektiv və s) birləşdirir. Bütün bunlar sosial birliklərin fəaliyyətində öz əksini tapır. Sosial birliklərin arasında olan birliklər məzmununa görə bütöv xarakter daşıyır.Bu bütövlük sosial münasibətlərin spesifikliyini ifadə edir.Sosial münasibətlər ictimai münasibətlərin başqa növlərini də özündə birləşdirir.Məs; istehsal, siyasi,hüquqi,əxlaqi və s.Belə nəticəyə gəlmək olar ki,sosial münasibətlər həm maddi,həm də mənəvi münasibətləri birləşdirir.Sosial münasibətləri ictimai münasibətlərin səviyyəsinə endirmək olmaz.Sosial münasibətlər sosial reallığı əks etdirir.Sosial münasibətlər sosial birliklər arasında demək olar ki,birləşdirici,hərtərəfli və ictimai münasibətlər kimi çıxış edir.Bu zaman başqa növ münasibətlər meydana çıxır.Sosial münasibətləri Marks “çoxtərəfli münasibətlər”,Plexanov “sintetik münasibətlər” adlandırırdı.Sosial münasibətlərin ümumi sistemində münasibətlərin növləri müxtəlif rol oynayır.Sosial münasibətlərin daşıyıcıları arasındakı əlaqələrin nizamlanması üsulu bütün hallarda eyni olmur.Müxtəlif insan birlikləri arasındakı sosial münasibətlərin nizamlanma üsulu sosial münasibətlərin növlərindən asılı olur.Həmçinin sosial münasibətlərin təzahürü tarixinə də diqqət yetirmək lazımdır.Sosial münasibətlər sistemində müxtəlif tarixi dövrlərdə istehsal münasibətləri ilə yanaşı ilk planda ya qəbilə, ya dini, ya sinfi münasibətlər çıxış edir.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin