Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir



Yüklə 200,89 Kb.
səhifə53/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   49   50   51   52   53   54   55   56   ...   59
SOSİOLOGİYA

54. Ailənin funksiyaları.
Ailənin sosiologiyası əsasən aşağıdakı problemləri öyrənir: ailə üçün xarakterik olan sosial münasibətləri, ailə birliklərinin miqdarını və strukturunu müəyyən edən amilləri, ailənin başqa sosial birliklər və sosial həyat sahələri ilə əlaqəsini, ailənin ictimai funksiyası və onun sosial institut və psixoloji qrup kimi xüsusiyyətlərini, nigah və boşanmanın motivasiyasını, ailə həyatının planlaşdırılmasına, ailədaxili konfliktlərin baş verməsinə və aradan qaldırılmasına, ailənin birləşməsi və dağılmasına kömək edən sosial və psixoloji amilləri, nigah-ailə münasibətlərinin tarixi tipləri və formalarını, onların inkişaf meylləri və gələcəyini.
Ailə sosial institutdur və eyni zamanda tarixən müəyyən təşkilata malik kiçik sosial qrupdur. Bunun üzvləri nigah və ya qohumluq münasibətləri ilə, qarşılıqlı mənəvi məsuliyyət birliyi ilə bağlıdır. Belə bir qrupa sosial cəmiyyət əhalinin fiziki və mənəvi təkrar istehsalına tələbatdan doğur. Ailəyə belə bir məna verərkən aşağıdakıları nəzərə almaq lazımdır:
1) Ailə münasibətlərinin və ailə təşkilinin sosial-tarixi şərtlənməsi; 2) ailədə bütün sosial hadisələr üçün ümumi xassə və keyfiyyətlərlə yanaşı bir sıra spesifik vəzifələrin olması; 3) ailənin mövcudluğu və onun spesifik sosial-funksiyaları obyektiv zərurətin nəticəsidir. Bu, həyatda bilavasitə istehsalın və təkrar istehsalın iki mühüm forması ilə bağlıdır. Həmin formalardan biri həyat, yaşamaq üçün lazım olan vasitələrin istehsalı, digəri isə, insanın özünün təkrar istehsalı, nəslin davam etdirilməsidir.
Sosial institut olaraq ailə cəmiyyətdə bir sıra funksiyalar yerinə yetirir. Ailənin sosial funskiyasının əsas 2 mənbəyi vardır. Onlardan biri cəmiyyətin tələbatı, digəri isə ailə təşkilinin öz xüsusiyyətidir. Bunlardan hər biri tarixən dəyişilir. Odur ki, ailənin hər bir inkişaf mərhələsi bir funksiyasının yox olması, digərinin isə yaranması, onun sosial fəaliyyətinin xarakterinin dəyişilməsi ilə bağlıdır. Ailənin sosial funksiyaları arasında elələri var ki, onlar ailənin özünün mahiyyəti və xüsusiyyətləri ilə bağlıdır və mövcud konkret tarixi şəraitdə heç bir başqa sosial təşkilatlarla yanaşı onların yerinə yetirilməsinə yalnız “uyğunlaşıb”.Bunları bir-birindən fərqləndirmək lazımdır. I qrupa əhalinin təkrar istehsalı və onunla bağlı olan ailə fəaliyyəti; II-yə isə mülkiyyət yığımı, dövlətlə iqtisadi və hüquqi münasibətlərdə nümayəndəlik və s. Kimi funksiyalar aiddir.
Ailənin spesifik və qeyri-spesifik funksiyalarını bir-birindən fərqləndirmək lazımdır. Cəmiyyətin hər bir inkişaf mərhələsində spesifik funksiyalar dəyişilməz qalır. Onlara aiddir:
əhalinin təkrar istehsal funksiyası; tərbiyəvi funksiya; iqtisadi fuksiya.
Qeyri-spesifik funksiyalara isə yaşlı nəslin qayğısı funksiyası, asudə vaxtın təşkili funksiyası, ailənin mühafizəsinin təşkili funksiyası və s. Aid etmək olar.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin