Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Cəmiyyətin genetik strukturunun dəyişməsinə təsir edən amillər



Yüklə 200,89 Kb.
səhifə50/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   46   47   48   49   50   51   52   53   ...   59
SOSİOLOGİYA

51. Cəmiyyətin genetik strukturunun dəyişməsinə təsir edən amillər.
Əhalinin demoqrafıq tərkibində genetik struktur da mühüm yer tutur. Əhalinin genetik strukturu həm təbii, həm də miqrasiya hərəkatı hesabına formalaşır. Bu struktura əhali tərkibində həmin yerdə doğulanlarla başqa rayonlardan gələnlərin nisbətindən ibarətdir. Gəlmələr köçmə vaxtından aslı olaraq qruplara bölünürlər. Bu növ struktura demoqrafıq inkişafda miqrasiyanın nəzərə çarpacaq dərəcədə rol oynadığı rayonlarda əhalini səciyyələndirmək üçün mühüm vasitədir.
Genetik struktura əhali tərkibinin vaxtından aslı olaraq bir yerdə yaşamasının orta səciyyəsidir, bir növ əhalinin yaşamasının göstəricisidir ( Məsələn: siyahıya alma zamanı şəhərə köçənlərin artıb – azalması öz əksini tapır).
Bütövlükdə ölkədə demoqrafiq inkişaf təbii artımdan (təkrar istehsaldan) fərqli olaraq bəzi ərazi vahidlərinin əhalisi miqrasiya hesabına dəyişilir. Ayrı – ayrı ərazilərin strukturunda genetik əlamətlərdən aslı olaraq hər şeydən əvvəl yerli sakinləri və başqa ərazilərdən bura gəlib məskunlaşan şəxsləri ayırmaq olar. Əhalinin bu qruplarından hər biri yarım qruplara bölünə bilər. Məsələn: yerli sakinlərin tərkibində müxtəlif nəsillərə aid şəxslər ayrılırlar. Əhalinin formalaşması prosesinin təhlili üçün 3 nəslin ayrılması kifayətdir. Bu, metodiki cəhətdən çox da çətin deyildir.
Ayrı-ayrı ərazi üzrə əhalinin genetik strukturu haqqında informasiya bir sıra vasitələrlə almaq olar. Bunlardan ən əlverişlisi yoxlanılan idarələrin işçi qüvvəsinin tərkibihaqqında məlumatın seçilmə yolu ilə işlənməsidir. Bu məlumatlar kadrlar şöbəsində şəxsi vərəqələrdə saxlanılır. Bunlar bütün işləyənləri doğulduğu yerlərindən aslı olaraq bölüşdürmək imkanı verir. Bu metodun məhdudluğu ondan ibarətdir ki, o, bütün əhalinin deyil, yalnız onun bir hissəsinin, yəni ictimai istehsalda çalışanların strukturunu açmağa imkan verir. Başqa bir metod seçib ayıraraq anketlərin yoxlanmasıdır. Anket yoxlaması 2 məqsədlə aparıla bilər. Onlardan biri ayrıca obyektin və ya yerin işçi qüvvəsi və ya əhalisinin tərkibi haqqında məlumatın alınmasıdır. Burada alınan məlumatların mötəbərliyinin təmin edilməsi çox əhəmiyyətlidir.
Hazırda respublikamızda demoqrafıq şərait mürəkkəb olaraq qalır. Yenə də ölüm səviyyəsi, xüsusilə uşaqlar arasında, yenə də yüksəkdir. Demoqrafıq proseslərin etnik və sosial qruplar üzrə xeyli diferensasiyası davam etməkdədir. Respublika üzrə doğulanların sayı azalıbdır. Burada əsas amil müharibə, həyat səviyyəsinin aşağı düşməsi, sosial ədalətsizlik və s.-dir. Digər mənfi hal ailədə uşaqların sayının azalmasıdır. Əgər 70-ci illərdə ailə tərkibi 6-7 nəfərdən ibarət idisə, bu gün ailələrdə 2 ya 3 uşaq var. Bir sıra rayonlarda miqrasiya ilə əlaqədar kənd əhalisinin cins – yaş strukturu pozulmuşdur. Bu da kənd əhalisinin təkrar istehsalı perspektivləri sahəsində nigarançılığa səbəb olur. Boşanmalar da çoxalmışdır. Əgər bu vəziyyət tezliklə dəyişməsə onda doğumun, nigahın, ailə üzvlərinin sayının, orta yaş həddinin azalması, abort və ölüm hallarının çoxalması prosesi davam edə bilər.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin