50. Əhalinin genetik strukturu. Əhalinin demoqrafıq tərkibində genetik struktur da mühüm yer tutur. Əhalinin genetik strukturu həm təbii, həm də miqrasiya hərəkatı hesabına formalaşır. Bu struktura əhali tərkibində həmin yerdə doğulanlarla başqa rayonlardan gələnlərin nisbətindən ibarətdir. Gəlmələr köçmə vaxtından aslı olaraq qruplara bölünürlər. Bu növ struktura demoqrafıq inkişafda miqrasiyanın nəzərə çarpacaq dərəcədə rol oynadığı rayonlarda əhalini səciyyələndirmək üçün mühüm vasitədir.
Genetik struktura əhali tərkibinin vaxtından aslı olaraq bir yerdə yaşamasının orta səciyyəsidir, bir növ əhalinin yaşamasının göstəricisidir ( Məsələn: siyahıya alma zamanı şəhərə köçənlərin artıb – azalması öz əksini tapır).
Bütövlükdə ölkədə demoqrafiq inkişaf təbii artımdan (təkrar istehsaldan) fərqli olaraq bəzi ərazi vahidlərinin əhalisi miqrasiya hesabına dəyişilir. Ayrı – ayrı ərazilərin strukturunda genetik əlamətlərdən aslı olaraq hər şeydən əvvəl yerli sakinləri və başqa ərazilərdən bura gəlib məskunlaşan şəxsləri ayırmaq olar. Əhalinin bu qruplarından hər biri yarım qruplara bölünə bilər. Məsələn: yerli sakinlərin tərkibində müxtəlif nəsillərə aid şəxslər ayrılırlar. Əhalinin formalaşması prosesinin təhlili üçün 3 nəslin ayrılması kifayətdir. Bu, metodiki cəhətdən çox da çətin deyildir.
Ayrı-ayrı ərazi üzrə əhalinin genetik strukturu haqqında informasiya bir sıra vasitələrlə almaq olar. Bunlardan ən əlverişlisi yoxlanılan idarələrin işçi qüvvəsinin tərkibihaqqında məlumatın seçilmə yolu ilə işlənməsidir. Bu məlumatlar kadrlar şöbəsində şəxsi vərəqələrdə saxlanılır. Bunlar bütün işləyənləri doğulduğu yerlərindən aslı olaraq bölüşdürmək imkanı verir. Bu metodun məhdudluğu ondan ibarətdir ki, o, bütün əhalinin deyil, yalnız onun bir hissəsinin, yəni ictimai istehsalda çalışanların strukturunu açmağa imkan verir. Başqa bir metod seçib ayıraraq anketlərin yoxlanmasıdır. Anket yoxlaması 2 məqsədlə aparıla bilər. Onlardan biri ayrıca obyektin və ya yerin işçi qüvvəsi və ya əhalisinin tərkibi haqqında məlumatın alınmasıdır. Burada alınan məlumatların mötəbərliyinin təmin edilməsi çox əhəmiyyətlidir. Genetik struktur haqqında ən mötəbər informasiyanı əhalinin siyahıya alınması verə bilər. Sovet dövründə ölkənin sosial – iqtisadi inkişafı əhalinin məhsuldar qüvvələrinin yerləşdirilməsi, urbanizasiya və s. İlə bağlı olan yerdəyişməsinə gətirib çıxardı. Bu, əhalinin genetik tərkibinə də təsir etdi.