Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir



Yüklə 200,89 Kb.
səhifə51/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   47   48   49   50   51   52   53   54   ...   59
SOSİOLOGİYA

52. Ailənin sosiologiyası.
Ailənin sosiologiyası əsasən aşağıdakı problemləri öyrənir: ailə üçün xarakterik olan sosial münasibətləri, ailə birliklərinin miqdarını və strukturunu müəyyən edən amilləri, ailənin başqa sosial birliklər və sosial həyat sahələri ilə əlaqəsini, ailənin ictimai funksiyası və onun sosial institut və psixoloji qrup kimi xüsusiyyətlərini, nigah və boşanmanın motivasiyasını, ailə həyatının planlaşdırılmasına, ailədaxili konfliktlərin baş verməsinə və aradan qaldırılmasına, ailənin birləşməsi və dağılmasına kömək edən sosial və psixoloji amilləri, nigah-ailə münasibətlərinin tarixi tipləri və formalarını, onların inkişaf meylləri və gələcəyini.
Nigahın sosial məzmunu xarakterinə görə həmcins deyil: o, özündə həm iqtisadi, həm də psixoloji tərəfləri birləşdirir. Ər-arvadlılığın iqtisadi tərəfi, ictimai istehsalda və ev təsərrüfatında cins-yaş əmək bölgüsünün nəticəsidir. Ər-arvad arasında iqtisadi münasibətlər son nəticədə cəmiyyətdə hakim olan istehsal münasibətlərindən asılıdır. Öz növbəsində nigahın psixoloji tərəfinin mənbəyini cəmiyyətin sosial-iqtisadi və mədəni həyatının xüsusiyyətləri təşkil edir. Lakin özünün əsas məzmununa görə insanın mənəvi həyatı onun intellektual və emosional istiqaməti və səviyyəsindən asılıdır. Deməli, ər-arvadlılığın mənəvi məzmununun xarakteri və rolu da müxtəlif tarixi dövrlərdə və müxtəlif siniflərdə heç də eyni olmur.
Ailəni valideyn-uşaq münasibətləri yaradır, nigah isə kişi və qadın münasibətlərinin, uşağın doğulması ilə müşayət edilən cinsi əlaqə və seksual partnyorluq formalarının legitim tanınmasıdır. Ailənin mahiyyətini daha aydın başa düşmək üçün ailənin məkanla məhdudlaşdırıldığını – ev, mənzil, mülkiyyət və ailənin iqtisadi əsasını – valideyn və uşaqların, məişətin və istehlakın dar çərçivəsindən kənar çıxan, ümumi ailə fəaliyyətini nəzərə almaq lazımdır. Beləliklə, ailəyə belə bir tərif vermək olar: ailə ər-arvadlılıq-valideynlik-qohumluq əlaqələri ilə bağlanan və bununla da əhalinin təkrar istehsalını və ailə nəslini davam etdirən, uşaqların sosiallaşmasını və ailə uzvlərinin həyatının mühafizəsini həyata keçirən adamların vahid birliyidir. Yalnız ər-arvadlılıq-valideynlik-qohumluq kimi üç vahid münasibətlər mövcud olduqda sözün əsl mənasında ailənin yarandığını söyləyə bilərik. Rus sosioloqu A.Q.Xarçev isə ailəyə belə tərif verir: Ailə ər-arvad, valideynlərlə uşaqlar arasında qarşılıqlı münasibətlərin tarixi-konkret sistemidir. Ailə kiçik qrup olub, üzvləri nigah və ya qohumluq münasibətlərilə, məişət birliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlıdır və buna sosial zərurət əhalinin fiziki və mənəvi təkrar istehsalına cəmiyyətin tələbatı ilə şərtlənir.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin