Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Cəmiyyətin sosial-ərazi strukturu



Yüklə 200,89 Kb.
səhifə54/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   51   52   53   54   55   56   57   58   59
SOSİOLOGİYA

55. Cəmiyyətin sosial-ərazi strukturu.
İlkin sosial ərazi birlikləri (məskunlaşma üzrə birliklər)şəhər, kənd, qəsəbə və ya digər daimi yaşayış məskənlərinin əhalisindən ibarətolan spesifik qrupdur.
Məskunlaşma üzrə birliklərin formalaşmasının obyektiv əsası vardır. Bu halda iki məqama xüsusi diqqət yetirilməlidir:
Əmək bölgüsü, işçilərin bu və ya digər əmək növü üzrə bölüşdürülməsi.
Müxtəlif məskənlərdə (məsələn, şəhər-kənd; kiçik şəhər-iri şəhər; monosənaye mərkəzi-çoxfunksiyalı şəhər məskəni və s.) həyat fəaliyyəti şərtlərinin sosisl-iqtisadi, sosial-mədəni baxımdan qeyri-yekcinsliyi.
Məhz bu amillər əsasında konkret məskənin əhalisində qrup yaradıcı sosial əlamətlər formalaşır, ümumi mənafelər təşəkül tapır.
Sosial ərazi birliyi tarixi kateqoriyadır. Onun meydana gəlməsi şəxsi qan qohumluğuna əsaslanan ibtidai icma qurluşundan sinifli cəmiyyətə keçidlə bağlı olmuşdur. Həmin cəmiyyətin başlıca əlamətlərindən biri də bu olmuşdur ki, o, ictimai məqsadlər üçün əhalini qohum qruplar üzrə yox, eyni bir ərazidə yaşamağa görə ayırmışdır.
Sosial ərazi strukturu insanların sabit birliklərinin və bu birliklər arasındakımünasibətlərin məcmusudur; belə birliklər müxtəlif ərazi-inzibati təşəkküllərində həyat fəaliyyəti şəraitində mövcud olan sosial qeyri-yekcinslik əsasında formalaşırlar.
Sosial-ərazi strukturunun obyektiv əsası son nəticədə məhsuldar qüvvələrin inkişaf səviyyəsidir; bu, müəyyən tarixi hüdudda bir məskən formasının digərindən(şəhər, kənd), bir regionun digərindən (mərkəz, əyalət) üstün inkişafının labüdlüyünü şərtləndirir.
Kənd tarixən təşəkkül tapan, daxilən diferensial olan müstəqil sosial-ərazi sistemidir. O, maddi-əşyavi mühitin, təbii-coğrafi şəraitin, insanların spesifik sosial- məkan təşkilinin vəhdəti ilə səciyyələnir.
Kənd şəhərdən sosial-iqtisadi inkişafına, insanların rifahının səviyyəsinə, məişətininin təşkilinə görə məlum geriliyi ilə fəqlənir. Nisbi sabit xüsusiyyətlərə malik olan kənd özünün əsas komponentləri baxımından şəhərəuyğundur. O, şəhərlə birlikdə tarixən cəmiyyətin sosial və ərazi (məkan) strukturunun bütövlüyünü formalaşdırır.
Sosiologiya kənddəki proseslərə ciddi əhəmiyyət verir; bu elmi maraq zəminində onun xüsusi sahəsi – kəndin sosiologiyası təşəkkül tapmışdır. Kəndin sosiologiyasında əhalinin sosial təkraristehsalı prosesinin tədqiqi, onun şərait, məqsəd və nəticələrinə uyğun olan tədbirlər görülməsi mərkəzi problemlərdəndir.
Kənd əhalisinin xarakter xüsusiyyəti onun kifayət qədər yüksək stabilliyidir: adamların mütləq əksəriyyəti kənddə fasiləsiz yaşayır.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin