Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Mədəniyyətin sosiologiyası



Yüklə 200,89 Kb.
səhifə57/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   51   52   53   54   55   56   57   58   59
SOSİOLOGİYA

58. Mədəniyyətin sosiologiyası.
Mədəniyyət yer üzündə bəşər cəmiyyətinin yaranması ilə bağlı meydana gəlmişdir və insanın ictimai tərəqqi yolunda atdığı hər bir addım eyni zamanda mədəniyyətin inkişafında irəliyə doğru addımdır. Müxtəlif dövrlərdə insanlar müxtəlif cür yaşamışlar. Onların maddi həyatı dəyişdikcə, şüuru və həyat tərzi də dəyişmişdir. Buna uyğun olaraq insanlar özləri də dəyişmişlər. İnsanlar arasında onların tarixi inkişafından, cəmiyyətdə baş verən dəyişikliklərin xarakterindən irəli gələn fərq öz ifadəsini mədəniyyətdə də tapmışdır. Hər bir tarixi dövr, cəmiyyətin hər bir xüsusi forması bu mənada öz mədəniyyətinə ;ancaq ona xas mədəniyyətə malik olmuşdur.
Mədəniyyət fəaliyyətə bağlıdır, fəaliyyət sahəsində mövcuddur. Lakin insan fəaliyyəti o zaman mədəniyyət mənbəyi olur ki,bu fəaliyyətin məhsulu yalnız onu yaradan üçün deyil, başqası üçün, imkan daxilində isə hamı üçün əhəmiyyət kəsb etsin. Hər bir əmək məhsulu insanın müəyyən tələbatını ödəmək, onun üçün faydalı olmaq xassəsinə malikdir. Lakin bu, özlüyündə mədəniyyət predmeti kimi mövcud olmaqdan ötrü kifayət deyildir. Axı, təbiət cisimləri də (su, hava və s.) insan üçün faydalı xassələrə malikdir. Doğrudan da, mədəniyyət məhsulunun əhəmiyyəti (dəyəri) onun faydalı xassələrində deyil, hazırlanma prosesində aldığı xüsusi formadır. Ona bu formanı insan fəaliyyət prosesində öz ümumi inkişaf qabiliyyətinə, bacarığına, zövqünə, tələbatına uyğun olaraq vermişdir. Elə
Mədəniyyəti maddi və mənəvi mədəniyyətə ayırırlar. Belə bölgü nisbidir. Real həyatda vahid mədəniyyət sisteminin bu ünsürləri sıx qarşılıqlı əlaqədədir və bir-birinə qarşılıqlı təsir göstərir. Maddi və mənəvi mədəniyyətlərin qovuşduğu yerdə elə ictimai hadisələr baş verir ki, (dizayn, elmi tədqiqat və s.) onları təkcə maddi mədəniyyətə, yaxud yalnız mənəvi mədəniyyətə aid etmək olmaz. Bütün bunlar ictimai hadisə olmaq etibarilə mədəniyyətin bütövlüyünü sübut edir.
Mədəniyyət cəmiyyətdə bir sıra sosial funksiyalar yerinə yetirir. Dərketmə (idrak) funksiyası, qneseoloji funksiya. Mədəniyyət təbiətin kortəbii qüvvələri və cəmiyyət üzərində insanın hökmranlıq dərəcəsini, habelə insanın özündə insanlığın inkişaf dərəcəsini müəyyənləşdirən meyardır. Mədəniyyət vəhdətdə götürülmüş bütün ictimai şüur formalarını əhatə edərək dünyanın dərk olunması və mənimsənilməsinin tam nəzəriyyəsini yaradır. Tarixi varislik, sosial təcrübənin ötürülməsi funksiyası. Bunu çox vaxt informasiya funksiyası adlandırırlar. Sosial təcrübənin, sosial irsiyyətin cəmiyyət tərəfindən ötürülməsinin yeganə mexanizmi mədəniyyətdir.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin