Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Nikahın meydana gəlməsi və sosial mahiyyəti



Yüklə 200,89 Kb.
səhifə52/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   48   49   50   51   52   53   54   55   ...   59
SOSİOLOGİYA

53. Nikahın meydana gəlməsi və sosial mahiyyəti.
Nigahın sosial məzmunu xarakterinə görə həmcins deyil: o, özündə həm iqtisadi, həm də psixoloji tərəfləri birləşdirir. Ər-arvadlılığın iqtisadi tərəfi, ictimai istehsalda və ev təsərrüfatında cins-yaş əmək bölgüsünün nəticəsidir. Ər-arvad arasında iqtisadi münasibətlər son nəticədə cəmiyyətdə hakim olan istehsal münasibətlərindən asılıdır. Öz növbəsində nigahın psixoloji tərəfinin mənbəyini cəmiyyətin sosial-iqtisadi və mədəni həyatının xüsusiyyətləri təşkil edir. Lakin özünün əsas məzmununa görə insanın mənəvi həyatı onun intellektual və emosional istiqaməti və səviyyəsindən asılıdır. Deməli, ər-arvadlılığın mənəvi məzmununun xarakteri və rolu da müxtəlif tarixi dövrlərdə və müxtəlif siniflərdə heç də eyni olmur.
Nigah barədə mütəffəkkirlərin fikirləri belədir ki, nigaha girmək azaddır. Heç kim nigah bağlamağa məcbur edilmir. Lakin nigah bağlayan hər kəs onun qanunlarına da tabe olmağa məcburdur. Cinslər arasında sosial münasibətlərin nizama salınmasının əsas səbəbi ondan ibarətdir ki, bu münasibətlər əhalinin təkrar istehsalı və uşaqların tərbiyə olunmasının xarakterini müəyyən edir. Bu münasibətlərdə kişi və qadın iştirak edir və üçüncü yeni həyat meydana gəlir. Burada ictimai maraq vardır.
Nigahın hüquqi cəhətdən rəsmiləşdirilməsi təkcə ər-arvad deyil, onların ittifaqını təsdiq edən dövlət üzərinə də müəyyən vəzifələr qoyur.
Nigah-ailə münasibətlərində ailə problemi xüsusi yer tutur. Ailənin cəmiyyətlə və başqa sosial institutlarla qarşılıqlı münasibətləri, ailə və şəxsiyyətin qarşılıqlı əlaqələri problemləri bəşər mədəniyyətində həmişə ailənin sosial vəziyyətinin dərk edilməsinə zərurət yaratmışdır. Sosiologiyada bu dərkedilmə ailə vasitəçiliyi prizmasından keçərək yerinə yetirilir: sosial sistemin şəxsiyyətin niyyətlərinə həssaslığı və əksinə, şəxsiyyətin cəmiyyətin marağına həssaslığı onun bütövlükdə ailənin tələbatını hərtərəfli nəzərə alınmasından asılıdır. Ailənin vasitəçilik rolunun tədqiq edilməsi məhz ailənin öyrənilməsinə sosioloji yanaşmanın spesifikliyini təşkil edir.
Ailəni valideyn-uşaq münasibətləri yaradır, nigah isə kişi və qadın münasibətlərinin, uşağın doğulması ilə müşayət edilən cinsi əlaqə və seksual partnyorluq formalarının legitim tanınmasıdır. Ailənin mahiyyətini daha aydın başa düşmək üçün ailənin məkanla məhdudlaşdırıldığını – ev, mənzil, mülkiyyət və ailənin iqtisadi əsasını – valideyn və uşaqların, məişətin və istehlakın dar çərçivəsindən kənar çıxan, ümumi ailə fəaliyyətini nəzərə almaq lazımdır. Rus sosioloqu A.Q.Xarçev isə ailəyə belə tərif verir: Ailə ər-arvad, valideynlərlə uşaqlar arasında qarşılıqlı münasibətlərin tarixi-konkret sistemidir. Ailə kiçik qrup olub, üzvləri nigah və ya qohumluq münasibətlərilə, məişət birliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlıdır və buna sosial zərurət əhalinin fiziki və mənəvi təkrar istehsalına cəmiyyətin tələbatı ilə şərtlənir.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin