Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir



Yüklə 200,89 Kb.
səhifə56/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   51   52   53   54   55   56   57   58   59
SOSİOLOGİYA

57. Təhsilin sosiologiyası.
Təhsilin sosiologiyasi təhsilin inkişaf qanunauyğunluğu sistemini və funksiyalarını, onun cəmiyyətlə qarşılqlı təsir prosesini öyrənir. Təhsilin sosiologiyasında təhsilin funksiyaları arasında qarşılıqlı əlaqələrin öyrənilməsi əsas yer tutur. Təhsil sistemi sosial və peşə strukturunun idarə olunmasının, cəmiyyətin mənəvi həyatını təkmilləşdirməyin vasitəsidir. Bu təsisat öz sosial funksiyalarına görə nisbi müstəqil olub, təhsilin tarixi inkişafında varisliyi saxlamaqla, cəmiyyətin inkişafına və fəaliyyətinə fəal təsir göstərməklə fərlənir. Onun funksiyaları cəmiyyətlərdəki iqtisadi münasibətlərdən, onların doğurduğu sosial əlaqə və münasibətlərin məzmunundan, sosial-sinfi strukturdan, siyasi və ideoloji münasibətlərin xüsusiyyətlərindən aslıdır.
Təhsil sisteminin effektivliyi aşağdakı ziddiyyətlərin həll edilməsindən aslıdır:
Cəmiyyətin sosial-homogen (hamının bərabər səviyyədə təhsil alması) inkişafda olan sosial təlabatla, orta və peşə təhsilinin keyfiyyət və səviyyəsi ilə müəyyən dərəcədə şərtlənən təbəqələşmənin qalması arasındakı ziddiyyət;
İstehsalın artan təlabatı ilə gənclərin sosial peşəyönümü arasında ziddiyyət;
Şəxsiyyət üçün zəruri olan səviyyə ilə təhsil müəssisiələrinin real inkişaf səviyyəsi arasındakı ziddiyyət.
Təhsilin dövlətin əlində olması sosial–peşə strukturunun inkişafının idarə olunmasında və cəmiyyətin mənəvi həyatının təkmilləşdirilməsində qüvvətli vasitədir.
Təhsilin sosiologiyasında əsas diqqət mərkəzində gənclərin təhsil və tərbiyyəsində müstəsna rol oynayan pedaqoji kadrlar dururlar. Onlar üçün cəmiyyət tərəfındən lazımi şərait yaradılmalıdır ki, onlar öz bacarıq və biliklərini gənc nəslə yüksək səviyyədə verə bilsinlər.
Təhsil sistemi cəmiyyətin sosial təsisatı kimi, milliyyətindən, cinsindən, irqindən, dinə münasibətindən asılı olmayaraq bütün vətəndaşlara istədiyi təhsili almağa, sosial inkişafa, sosial statusun möhkəmlənməsinə imkan yaratmalıdır.
Ölkənin gələcəyi təhsil sistemindən asılıdır. O, gənc nəslin intellektual, mənəvi və fıziki inkişafı prosesinə nəzarət funksiyasını yerinə yetirməlidir. Son illərə nəzər salsaq görərik ki, məktəblərdə tədrisin səviyyəsi aşağı düşmək üzrədir. Bu gün məktəbdə təhsil və təlim dövrün tələbinə uyğunlaşdırılmalı, maarifin inkişafına mane olan mexanizim yeniləşdirilməlidir.
Bu gun Azərbaycanın elmə və onun daşıyıcılarına münasibəti əsaslı surətdə yeniləşir. Çünki xalqın müstəqillik yolunda qazandığı uğurlar onun milli elitasının, ziyalı təbəqəsinin formalaşmasından çox aslıdır. Təhsil sitemində həyata keçirilən islahatlarda demokratikləşmə, hümanistləşmə, müasir inkişafın tələblərinə cavab verən mütəxəssislərin hazırlanması əsas yer tutur.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin