Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir



Yüklə 200,89 Kb.
səhifə58/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   51   52   53   54   55   56   57   58   59
SOSİOLOGİYA

59. Əməyin sosiologiyası.
Əməyin sosioliogiyası sosioloji elmlərin differensasiyası nəticəsində meydana gəlmiş elmi təlimdir.
Əməyin sosiologiyası insanın bütöv əmək həyatının cəmiyyətlə və onun ayrı-ayrı sahələri ilə əlaqəsini tədqiq edir. Əməyin sosiologiyasının məqsədlərini belə ifadə etmək olar:
əməyin sosiologiyasının obyektlərini təşkil edən hadisə və proseslərin əldə olunmuş inkişaf səviyyəsini müəyən etmək;
əmək sferasında hadisə və proseslərə təsir edən faktları müəyyən etmək.
Əməyin sosioloji tədqiqinin əsas hissəsini əməyin xarakteri kateqoriyası təşkil edir. Geniş mənada əməyin xarakterini müəyyənləşdirən mühüm elementlər aşağıdakılardır:
əməyin sosial-iqtisadi təbiəti və ya onun ictimai forması;
əməyin məzmunu və ya əmək fəaliyyəti;
kooperativ əmək forması.
Əməyin sosial-iqtisadi təbiəti müəyyən ictimai quruluşun xarakterini əks etdirir. Əməyin məzmununda ilk növbədə “insan-təbiət münasibəti əks olunur, cünki həmişə əməyin texniki cəhətdən şərtləndirilən vasitəsi mövcuddur. Əməyin məzmunu ictimai inkişaf ilə əlaqədar olaraq daim dəyişilir. Kooperativ əmək forması əmək prosesində insanların qarşılıqlı fəaliyyət vasitəsini səciyyələndirir, çünki hər bir işçiyə kooperasiyada müəyyən yer ayrılır. O, ixtisaslı və ixtisassız əmək yerinə yetirir, rəhbər və ya asılı işçidir.
Sosiologiyada insanın əməyə münasibətinin tədqiqi xüsusi yer tutur ki, bu da əməyin xarakterindən irəli gəlir. Əməyə münasibət ictimai quruluşun xarakterindən də asılıdır. Əmək motivi də insanın fəaliyyətinə təsir göstərir. Əmək motivi müəyyən məqsədə nail olmaq istiqamətində davranışı fəallaşdırır. Buna görə də əmək prosesində insanın davranışını müəyyənləşdirən motivlər kompleksini öyrənmək lazımdır. İnsanı fəaliyyətə həvəsləndirən motivləri belə təsnifatda vermək olar:
- müəyyən iş yerində fəaliyyət;
- müəyyən ixtisasın öyrənilməsi və əldə edilməsi;
- fəaliyyətin və ixtisasın, bəzən isə müəssisənin dəyişdirilməsi;
- kollektivdə davranış.
İşçinin əmək prosesində real davranışı əməyə münasibətin obyektiv tərəfıni əks etdirir və aşağıdakı cəhətlərlə səciyyələnir.
- əməyin səmərəliliyi;
- yeni qərarların qəbul edilməsində iştirak etmək;
- təşəbbüs göstərmək, əmək intizamı, kollektivdə münasibətlər.
Sosioloji tədqiqatlar göstərir ki, fərdin davranışı əməyin istiqamətində də öz əksini tapır. İşçinin əməyə münasibətini dəqiq kəmiyyət göstəriciləri ilə müəyyənləşdirmək mümkün deyildir.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin