42. Cəmiyyətin sosial-demoqrafik strukturu. Demoqrafiyanın predmetini əhalinin təbii təkrar istehsalı qanunu təşkil edir. Bu həm də ictimai-tarixi şərtlənmə ilə bağlıdır, çünki ictimai inkişaf qanununu ictimai-tarixişərtlənmədən kənarda dərk etmək qeyri-mümkündür.
Deməli, sözün geniş mənasında demoqrafiyanın predmeti əhalinin strukturunda, yerləşdirilməsində, yerdəyişməsində və dinamikasında baş verən hadisə və proseslərin qanunauyğunluqlarını öyrənməkdən ibarətdir.
Demoqrafiyada əhali spesifık tərzdə başa düşülür. O, insanların hər cür məcmuu deyil, məhz nəsillərin dəyişməsi prosesində özünü təkrar istehsal edən insanların məcmuudur. Başqa sözlə bu, zəngin struktura malik olan insanların kifayət qədər çoxsaylı hissəsi olub, həmin məcmunun fasiləsiz yeniləşməsi üçün zəruridir. Özünü təkrar istehsal qabiliyyəti əhalini demoqrafık termin kimi müəyyənləşdirmək üçün başlıca keyfiyyətdir, eləcə də insanların digər məcmuundan, məsələn, əmək kollektivlərindən, ev sakinlərindən fərqləndirən cəhətdir.
Demoqrafiyanın komponentləri, xüsusilə əhalinin dəyişməşi bu və ya başqa dərəcədə iqtisadiyyatın vəziyyətinə, cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına, ictimai inkişafın sürətinə və nisbətinə əhəmiyyətli təsir göstərir. Cəmiyyətin taleyi, eləcə də onun təbiətlə qarşılıqlı münasibəti üçün, sadəcə olaraq əhalinin mövcudluğu vacib deyildir, həm də bu qarşılıqlı münasibətə daim əlverişli şərait təmin edilməlidir.
Beləliklə, əhalinin strukturunda, yerləşdirilməsində və dinamikasında baş verən hadisə və proseslərin qanunauyğunluqlarını öyrənən demoqrafiyanın müasir cəmiyyətin həyatında əhəmiyyəti getdikcə artır.
Məlum olduğu kimi əhali cəmiyyətin başlıca məhsuldar qüvvəsidir. XX əsrin ortalarından əhalinin tədqiqinə maraq artmışdır. Bunun əsas səbəbləri aşağıdakılardır:
a)əhali cəmiyyətin başlıca qüvvəsidir(əmək resursu –istehsalçısıdır)
b)əhali əsas istehlakçıdır
c)əhalinin sayı daim dəyişir
d)əhali təbiətlə əlaqədə daim onu dəyişir.
Əhalinin dinamikası onun təbii artımını,doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir.Cəmiyyətin uzunmüddətli tarixi inkişafı əhalinin çox zəif artımı ilə xarakterizə olunur ki,bu da məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur.Demoqraflar əhalinin artım templərinin dəyişməsini 4 mərhələyə ayırmaq olar. Birinci mərhələ üçün yüksək doğum və nisbətən aşağı ölüm səciyyəvidir. Təbii artım bu mərhələdə kifayət qədər yüksəkdir.Bəzən bu mərhələni demoqrafik inqilab adlandırırlar. İnkişafda olan ölkələrin çoxunda vəziyyət demoqrafık keçidin bu mərhələsinə uyğun gəlir. Məhz bu demokrafik partlayış adlanır. Bu ölkələrdə hər qadına 3-4 uşaq düşür.
İkinci mərhələ çoxuşaqlı ailələrdən az uşaqlı ailələrə keçid kimi səciyyələndirilir.Burada ölüm göstəriciləri də azalır.Ancaq doğumun sürətlə azalması təbii artımın aşağı düşməsinə gətirib çıxarır.Son dövrlər bir çox Şərqi Avropa və MDB dövlətlərində əhalinin artım tempi aşağı düşmüş və hətta əhali sayının azalması müşahidə olunmaqdadır.
Üçüncü mərhələ üçün ölümün yüksəlməsi və doğumun tempinin azalması səciyyəvidir.Bu mərhələdə təbii artımın zəifləməsi nəzərə çarpacaq dərəcədədədir.Bu mərhələdə bəzi ölkələr demoqrafık siyasət həyata keçirmişlər.Ancaq bəzi ölkələrdə bu siyasət hələ də öz nəticəsini verməmişdir.
Dördüncü mərhələdə doğum və ölüm göstəriciləri bir -birinə yaxınlaşır,əhalinin yüksək artım tempi aşağı düşür. Bu dövrü dünyanın ayrı-ayrı regionları müxtəlif cür keçirmişlər.
Əhalinin artımı təbii artımla yanaşı mexaniki artım vasitəsilə də tənzimlənir. Mexaniki artım ölkəyə gəlib gedənlərin sayı ilə tənzimlənir. Ölkəyə gələnlər imiqrantlar,gedənlər isə emiqrantlar adlanır.