Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Azərbaycanda miqrasiya prosesinin xüsusiyyətləri



Yüklə 200,89 Kb.
səhifə40/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   36   37   38   39   40   41   42   43   ...   59
SOSİOLOGİYA

41. Azərbaycanda miqrasiya prosesinin xüsusiyyətləri.
İyirminci əsrin sonuncu onilliyində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında baş verən proseslər, xüsusilə torpaqların 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və onun nəticəsində bir milyona yaxın vətəndaşın öz ev-eşiyindən didərgin düşərək ağır şəraitdə məcburi köçkün həyatı yaşaması, eləcə də doxsanıncı illərin birinci yarısında iqtisadiyyatda hökm sürən böhran və sosial həyatın gərginləşməsi ölkədə demoqrafik vəziyyətə ciddi təsir etmişdir. Belə ki, keçən dövr ərzində yuxanda qeyd olunan amillərin təsiri nəticəsində ölkədə doğum səviyyəsi aşağı düşmüş, əhalinin orta illik artım göstəricisi azalmış, əhalinin şəhərlərə axını güclənmiş və digər demoqrafik proseslər baş vermişdir.
Hazırda respublikamızda demoqrafıq şərait mürəkkəb olaraq qalır. Yenə də ölüm səviyyəsi, xüsusilə uşaqlar arasında, yenə də yüksəkdir. Demoqrafıq proseslərin etnik və sosial qruplar üzrə xeyli diferensasiyası davam etməkdədir. Respublika üzrə doğulanların sayı azalıbdır. Burada əsas amil müharibə, həyat səviyyəsinin aşağı düşməsi, sosial ədalətsizlik və s.-dir. Digər mənfi hal ailədə uşaqların sayının azalmasıdır. Əgər 70-ci illərdə ailə tərkibi 6-7 nəfərdən ibarət idisə, bu gün ailələrdə 2 ya 3 uşaq var. Bir sıra rayonlarda miqrasiya ilə əlaqədar kənd əhalisinin cins – yaş strukturu pozulmuşdur. Bu da kənd əhalisinin təkrar istehsalı perspektivləri sahəsində nigarançılığa səbəb olur. Boşanmalar da çoxalmışdır. Əgər bu vəziyyət tezliklə dəyişməsə onda doğumun, nigahın, ailə üzvlərinin sayının, orta yaş həddinin azalması, abort və ölüm hallarının çoxalması prosesi davam edə bilər.
Müharibə qaçqınların və köçkünlərin olması sosial gərginliyi artırmışdır. Bu vəziyyət əhalinin genetik tərkibi problemini də kəskinləşdirmişdir. Ona görə də dövlətin demoqrafıqsiyasəti doğumun stimullaşdırılmasına, qeyri – münasib demoqrafıq vəziyyətin aradan qaldırılmasına, geniş miqyaslı sosial vəzifələrin həll edilməsinə yönəldilməlidir.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin