Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Etnik problemlər və onların həll edilməsi yolları



Yüklə 200,89 Kb.
səhifə36/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   32   33   34   35   36   37   38   39   ...   59
SOSİOLOGİYA

37. Etnik problemlər və onların həll edilməsi yolları.
Milli-etnik münasibətlərin tənzim olunması sahəsində aparılan işdə aşağıdakı iki istiqaməti nəzərə almaq lazımdır.
Birincisi, bütövlükdə cəmiyyətin effektiv fəaliyyətini təmin etməyin zəruri şərti kimi əhalinin bütün qruplarının, o cümlədən milli-etnik icmaların normal inkişafına əlverişli şərait yaradılması, etnik mühitdə münaqişəli vəziyyətlərə, böhran hallarına yol verilməməsi və onların qarşısını almaq texnologiyalarının işlənib hazırlanmasıdır.
Ikincisi, milli-etnik birliklərin və qrupların həyat tərzi ilə həmin ərazidə (kənddə, rayonda, vilayətdə və bütün ölkədə) yaşayan milli azlıqların həyat şəraiti arasında uyğunluq yaratmağa yönələn fəaliyyətdir.
Etnik mühitdə sosial tərəfin xüsusiyyətləri, hər şeydən əvvəl, sosial-etnik birliklərin ayrı-ayn qruplarının özünə-məxsusluğu ilə əlaqədardır. Bu həm problemin özünün, həm də əhalinin bu qruplarının etnik mühiti ilə şərtlənən məsələlərin birgə həllini nəzərdə tutur.
Bütövlükdə etnik mühitin səmərəli təşkili işi bir - biri ilə sıx bağlı olan aşağıdakı üç səviyyədə aparıla bilər:
1. Dövlət səviyyəsində müxtəlif sosial-etnik birliklər arasındakı münasibətlərin hüquqi tənzimlənməsi təmin olunmalı, millətlərarası münasibətlər sahəsində düzgün sosial siyasət formalaşdırılmalı və həyata keçirilməlidir. Etnik birliklərin inkişaf imkanlarını məhdudlaşdıra biləcək sosial ədalətsizlik halları aradan qaldırılmalıdır.
2. Sözügedən müddəaların həyata keçirilməsi təmin edilməlidir. Xalqların milli özünəməxsusluğunun süni surətdə silinməsinə aparan müasir texnoloji sivilizasiyanın, urbanizasiyanın və kütləvi mədəniyyətin yayılması ilə bağlı proseslərin qarşısı alınmalıdır. Bununla yanaşı müxtəlif sosial-etnik birliklərin nümayəndələri, yerli və gəlmə sakinlər arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşmasına səy göstərilməlidir.
3. Yerlərdə sosial-etnik birliklərin nümayəndələrinin yaşadığı şəraitə uyğunlaşması, onların məskunlaşması, təhsili, tibbi xidmətin təşkili ilə bağlı konkret vəzifələr həll edilməlidir. Sonra, hər bir etnosun nümayəndələrinə öz milli adət və ənənələrini, psixologiyasını və mədəniyyətinin etnik komponentlərini qoruyub saxlamaqda köməklik göstərilməlidir. Xalqların öz ərazisində yerləşən və onların həyati tələbatını ödəyən təbii ehtiyatlardan müstəqil istifadə etməsinə şərait yaradılmalıdır. Bu vəzifələrin yerinə yetirilməsində bütün hakimiyyət orqanları, bütün sosial institutlar, o cümlədən sosial xidmət müəssisələri böyük rol oynamalıdır.
Göründüyü kimi, milli-etnik problemlərin həllinin bütün aspektlərində başlıca rolu sosials oynayır. Məhz buna görə də cəmiyyətin siyasi təşkili sistemində sosial-etnik birliklərin həyatının bütün tərəfləri ilə, o cümlədən milli məsələlərlə məşğul olan orqanlar yaradılmalıdır. Bununla əlaqədar qeyd edək ki, müstəqillik əldə edildikdən sonra respublikamızda milli siyasət məsələləri üzrə dövlət müşaviri (1992-ci ildən bu günə qədər)
vəzifəsi məhz bu funksiyaların yerinə yetirilməsi məqsədilə yaradılmışdır. Bu qəbildən olan orqanların fəaliyyətinin effektivliyi bütövlükdə cəmiyyətin inkişaf səviyyəsindən, ictimai proseslərin necə idarə olunmasından, ölkənin inkişafının müxtəlif mərhələlərində dövlətin sosial siyasətinin məzmunundan və istiqamətlərindən asılıdır.
Aydındır ki, millətlərarası və etnik münasibətlər cəmiyyət həyatının bütün sahələrində, ictimai münasibətlərin müxtəlif səpkilərində təzahür edir. Buna görə də həmin sahələrin hər birində səmərəli, elmi milli siyasət yeritmək tələb olunur. Məsələn, siyasi sahədə diqqəti mərkəzi və yerli hakimiyyətlər arasındakı münasibətlərin qurulmasına, milli qurumların maraqlarının uyğunlaşdırılmasına yönəltmək lazımdır. Öz-özünü tənzimləmə fəaliyyətini genişləndirmək problemi milli-dövlət quruluşu olmayan milli qrup və birliklər üçün daha
çox aktualdır.
Sosial sahədə milli-ərazi qurumlarında kadrların seçilməsi və yerləşdirilməsi məsələləri, bütün xalqların nümayəndələrinin işgüzar və siyasi keyfiyyətlərinə görə rəhbər vəzifələr tutmasına bərabər imkanlar yaradan, dövlət işçilərinin milli mənsubiyyətə görə seçilməsində ədalətsizliyi istisna edən tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.
Siyasi strukturların mühüm vəzifələrindən biri milli-etnik münasibətlərin inkişafının proqnozlaşdırılması kimi idarəedici funksiyanın həyata keçirilməsi olmalıdır. Bütün bunlar millətçi ruhlu elementləri vaxtında aşkar etməyə, hadisələrin mənfi inkişafını qabaqlamağa imkan yaradır.
Milli-etnik münasibətlərin həllində, əhalinin müxtəlif sosial-etnik qruplarının hüquqlarına, sosial müdafiəsinə həsr olunan və ya buna aid maddələri olan beynəlxalq sənədlərin tələblərinin yerinə yetirilməsi mühüm rol oynayır.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin