36. “Etnososiologiya” və onun tədqiqat sahəsi. Sosiologiya-etnik münasibətlər, cəmiyyətin etnik strukturu xüsusisosiologiyanın predmetidir. Bu münasibətləri etnososiologiya öyrənir. Etnososiologiya sosiologiyanın bir sahəsidir. O, etnosların, millətlərarası münasibətin mənbəyini, mahiyyətini, funksiyalarını, ümumi qanunauyğunluqlarını öyrənir. Etnososiologiya millət və xalqların sosial inkişafı ilə bağlı kompleks problemləri, yəni etnik və sosial hadisələrin qarşılıqlı əlaqəsinimüxtəlif sosial qruplarda etnik prosesləri və müxtəlif etnik birliklərdə sosial prosesləri öyrənir. Etnososiologiya çalışır ki, məişət və mədəniyyətin, əmək fəaliyyətinin, davranışların, adət-ənənələrin, şəxslərarası milli münasibətlərin sosial şərtlənməsinin mahiyyətini açsın, məşğulluq, miqrasiya, urbanizasiyalaşma, demoqraflik, sosial təkrar istehsal və b. Bu kimi proseslərin milli xüsusiyyətlərini aşkar etsin. Etnik xüsusiyyətlər məişət və mədəniyyət sahəsində daha aydın özünü göstərir və ailə vasitəsilə təkrar istehsal edilir. Ona görə də etnososiologiya öz tədqiqatlarını bu sahəyə yönəldir. Etnososiologiyanın terminoloji əsasını “etnos” (yun-qəbilə, xalq) anlayışı təşkil edir. Etnosmüəyyən ərazidə tarixən təşəkkül tapmış, ümumi əlamətlərə və möhkəm mədəni-psixoloji xüsusiyyətlərə malik sabit insan birliyidir. Burada etnik özünüdərketmə, yəni özünün birliyini və buna bənzər başqa törəmələrdən fərqini (“biz”- “onlar” prinsipi üzrə) dərk etmə mühüm əhəmiyyət kəsb edir.
Etnik özünüdərketmənin mühüm komponenti etnosun bütün üzvlərinin eyni mənşədən olmaları haqqında təsəvvürləridir. Göründüyü kimi etnosvə millət anlayışları arasında xeyli oxşarlıq vardır. Lakin etnos anlayışı millət anlayışına nisbətən daha genişdir. Millət etnosun bir növü tipidir.
Millət, milli münasibətlər problemini başqa elmlərdə öyrənir. Lakin onlardan fərqli olaraq sosioloq həm ölkədəki ümumi sosial iqtisadı həm də yerli mühiti səciyyələndirən xüsusi şəraiti (şəhər, kənd) konkret etnik mühiti ünsiyyət şəraitiniəmək kollektivləri ailə, qonşu və s. Diqqət mərkəzində saxlamalıdır. Burada millətlərarası əlaqələrin həyata keçirildiyi şərait də nəzərə alınmalıdır.
İqtisadi və siyasi inkişaf prosesində bu adamların psixologiyasında da birlik yaranır. Bu birlikisə millətin tarixi ənənələrində, onun mədəniyyət və məişətinin xüsusiyyətlərində meydana çıxır.
Millətləri irqlə qarışdırmaq olmaz. İrqi fərqlər bəzi bioloji əlamətlərə: dərinin rənginə görə, göz kəsiyinə və s. Görə insanların zahiri fərqləridir. Bu əlamətinə görə 3 əsas irq: ağ, sarı və qara irq fərqlənirlər.
Adamların sosial birliklərindən əvvəl etnik birliklər mövcud olmuşdur. Sosial fəlsəfədə etnik birliklərin öyrənilməsinə çox gec başlanmışdır. Lakin öz əhəmiyyətinə görə bu problem aparıcı yerlərdən birini tutur.
Marksizmə görə, insanlarm tarixi birliyi olmaq etibarilə xalq ən çox quldarlıq və feodalizm cəmiyyətləri üçün xarakterikdir. Müəyyən bir xalqa mənsub olan adamları bir- biri ilə birləşdirən əlaqə vasitəsi daha qohumluq əlaqəsi deyildi; bu adamlara xas olan ümumi cəhətlərin (dil, ərazi və mədəniyyət birliyinin) ictimai- tarixi mənşəyi vardır. Lakin xalq birliyi də hələ çox sabit birlik deyildir. Möhkəm ərazi birliyi və sabit mədəniyyət ümumiliyi üçün vacib şərt olan iqtisadi həyat birliyi quldarlıq və feodalizm quruluşu şəraitində ola bilməzdi. Yalnız feodalizm pərakəndəliyini aradan qaldıran və vahid milli bazar yaranmasına gətirib çıxaran kapitalizmin təşəkkül tapması dövründə xalqlarm millətə çevrilməsi üçün lazımi ilkin şərait əmələ gəlir.