Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Miqrasiya və onu doğuran səbəblər



Yüklə 200,89 Kb.
səhifə37/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   33   34   35   36   37   38   39   40   ...   59
SOSİOLOGİYA

38. Miqrasiya və onu doğuran səbəblər.
XX əsrin ikinci yarısında dünya ictimaiyyətinin həyatında müşahidə edilən xarakterik meyllərdən biri də əhalinin kütləvi miqrasiyasıdır. Əmtəə, xidmət və kapital bazarları ilə yanaşı işçi qüvvəsinin beynəlxalq bazarı da mövcuddur. Bir ölkədən digərinə hərəkət edən işçi qüvvəsi özünü əmtəə kimi təqdim edir və beləliklə də, beynəlxalq iqtisadi münasibətlər sisteminin tərkib hissəsinə çevrilmiş beynəlxalq əmək miqrasiyası baş verir.
Ölkələr arasında ictimai-ərazi əmək bölgüsünün ən yüksək səviyyəsi olan beynəlxalq əmək bölgüsü müxtəlif əmtəələrin istehsalının müxtəlif ölkələrdə təmərküzləşməsini, müxtəlif ölkələrdə müxtəlif həcmdə və fərqli ixtisas səviyyələrində əmək resurslarının olmasını nəzərdə tutur. Beynəlxalq əmək bölgüsü çərçivəsində kooperasiya həyata keçirilərkən bu iki formada baş verir: əmək bölgüsü əsasında istehsal edilən əmtəələrlə beynəlxalq mübadilə (beynəlxalq ticarət) və ya əməyin ölkələrarası hərəkəti əsasında beynəlxalq əmək miqrasiyası.
Beynəlxalq miqrasiya problemlərinin aktiv surətdə öyrənilməsinə 1960-cı illərin sonlarından başlanmışdır. İqtisadi artım modelləri çərçivəsində həyata keçirilən tədqiqatların əsas ideyası istehsalın amillərindən biri olan işçi qüvvəsinin beynəlxalq hərəkətinin iqtisadi artımın templərinə təsir göstərməsindən ibarət olub. İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının əsas səbəbi isə onun ödənilmə səviyyəsinin müxtəlif ölkələr üzrə fərqli olmasıdır.
Neoklassik yanaşmanın tərəfdarları belə hesab edirlər ki, emiqrasiya işçi qüvvəsini qəbul edən ölkənin rifah səviyyəsinin artımına gətirib çıxarır. Emiqrasiyanın mənbəsi kimi çıxış edən ölkənin iqtisadi artım tempi isə pisləşməyərək əvvəlki səviyyədə qalır.
Neokeynsçilərin fıkrincə, işçi qüvvəsinin, xüsusilə də yüksək ixtisaslı işçiləri ixrac edən ölkənin iqtisadi vəziyyətinin pisləşməsi mümkündür. Bununla əlaqədar, “beyin axını”na vergi tətbiq edilməsi ideyası irəli sürülmüşdü. Bu yolla əldə edilən gəlirin inkişaf ehtiyaclarına istifadə edilməsi üçün BMT-nin sərəncamına verilməsi nəzərdə tutulurdu.
Sonillərdə miqrasiya proseslərinin təhlilində vurğu ölkənin iqtisadi artımının endogen amili kimi nəzərdən keçirilən insan kapitalının akkumulyasiyasının tədqiqinə yönəlmişdir. İnsan kapitalını iqtisadi inkişafın vacib amili olduğunu hesab edən bu yanaşmaya görə, beynəlxalq miqrasiya ölkələrin iqtisadi artım templərində olan fərqləri izah edən səbəblərdən biridir.
İşçi qüvvəsinin miqrasiyası iki qrup amillərin təsiri altında baş verir:
1.Qeyri-iqtisadi amillər, məsələn, siyasi-hüquqi (məsələn, 1975-ci ildə kommunistlərin qələbəsindən sonra Vyetnamdan qaçqın axmaları), dini, etnik, ailəvi amillər. Son onillikdə ekoloji, təhsil, mədəni və psixoloji amillərin də miqrasiyaya təsiri artıb.
2.İqtisadi amillər. İqtisadi amillərə aiddir:
Ölkələrin iqtisadi inkişaf səviyyələrində olan müxtəliflik işçi qüvvəsinin dəyərində kəskin fərqlərə gətirib çıxarır ki, nəticədə də işçi qüvvəsi əməyin ödəniş səviyyəsinin, yəni əmək haqqının daha yüksək olduğu ölkələrə doğru istiqamətlənir;
Ayrı-ayrı ölkələrin əmək resursları ilə fərqli səviyyədə təmin olunmaları;
Milli əmək bazarının vəziyyəti, məsələn, zəif inkişaf etmiş ölkələrdə milli əmək bazarı xroniki işsizlik şəraitində inkişaf edir ki, bu da insanlan digər ölkələrdə iş axtarmağa məcbur edir;
əmək resurslarının kəmiyyət və keyfıyyət xüsusiyyətlərinin milli istehsalın maddi-texniki bazasına uyğunsuzluğu.
İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının intensivliyi bir sıra amillərdən asılıdır.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin