Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Cəmiyyətin sosial-etnik strukturu



Yüklə 200,89 Kb.
səhifə34/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   30   31   32   33   34   35   36   37   ...   59
SOSİOLOGİYA

35. Cəmiyyətin sosial-etnik strukturu.
Sosial-etnik münasibətlərin öyrənilməsi xüsusi sosioloji nəzəriyyələr sistemində mühüm yer tutur. Bu onunla izah edilir ki, sosial-etnik münasibətlər sosial münasibətlər sisteminin çox mühüm və əhəmiyyəti daim artmaqda olan istiqamətlərindən biridir. Onun əsas məzmunu millətlər və digər etnik birliklər arasında sosial həyatın istehsalı və təkrar istehsalı prosesində qərarlaşan əlaqə və münasibətlərin məcmusundan ibarətdir.Sosial-etnik birliklər bununla səciyyələnir ki, onlarda insanların bir-biri ilə sıx əlaqədə olan iki tərəfısosial və etnik əlamətləri üzvi şəkildə birləşir.Həmin birlik formalarında sosial əlamətlər çox vacib və əhəmiyyətli yer tutur. Bununla yanaşı onlar həm də etnik keyfiyyətlər və xüsusiyyətlərlə səciyyələnirlər. Sosial göstəricilərin, yəni bütövlükdə cəmiyyətin və onun struktur elementlərinin yetkinlik dərəcəsindən asılı olaraq bu və ya digər sosial-etnik birliyin fəaliyyətinin və inkişafının siyasi, iqtisadi, sosial və mənəvi keyfıyyətləri müvafıq surətdə artır və ya azalır.İnsanların sosial-etnik münasibətlərinin müasir, mürəkkəb mərhələsi elə bir termindən istifadəni zəruri edir ki, bu termin onların sosial mahiyyətini inkar etmədən etnik dərkini də dolğun əks etdirsin.Belə bir anlayış etnosdur.Etnos tarixən müəyyən ərazidə yaşayan, mədəniyyət (dil də daxil olmaqla) və psixoloji xarakterin bəzi xüsusiyyətlərinə, eləcə də özünəməxsusluğunu və başqalarından fərqlərini dərk edən insanların sabit məcmusudur.Etnosun əsas əlamətləri – dil, xalq incəsənəti, adətlər, ənənələr, mərasimlər, davranış normaları vəvərdişlərdir, yəni mədəniyyətin elə komponentləridir ki, onlar nəsildən nəslə keçir və beləliklə, etnik mədəniyyəti formalaşdırır. İnsanların bu cür dayanıqlı birliyi onların sosial xüsusiyyətlərinin vacibliyini ifadə etməklə yanaşı, həmişə özünün etnik mənsubiyyətini saxlamağa çalışır.Bu, həm bütöv etnosa, həm də onun tərkib hissəsi olan etnik qruplara aiddir.
tarixi birliklər arasındakı münasibətlərdən söhbət gedərkən birinci növbədə millət anlayışına diqqət yetirilməlidir. Millət tarixən formalaşmış etnos tipi olub, iqtisadi həyatın, dilin, ərazinin ümumiliyi ilə, mədəniyyətin, məişətin, psixoloji durumun və etnik xarakterin bəzi xüsusiyyətləri ilə səciyyələnən insanların xüsusi tarixi birliyidir.Millət xalqa nisbətən daha geniş tarixi birlik forması olub, kapitalizmin meydana çıxması və inkişafı ilə bağlıdır.Millətlərin xalqları tarixi əvəzləməsi o demək deyildir ki, ikincilər yer üzündən silinmişdir.Xalq tarixən insanların tayfabirliyində sosial-etnik birlik formasıdır.Xalq anlayışı sözün əsl mənasında feodalizm cəmiyyətinin məhsuludur. Lakin xalqlar sonrakı cəmiyyətlərdə dəmövcuddur.Çünki onlar bir sıra səbəblərdən (azsaylı olma, inkişafdan geri qalma, müəyyən səbəblərdən özlərinin milli dövlət qurumunu yarada bilməmələri və s.) millət kimi formalaşa bilməmişlər.Müasir elmi ədəbiyyatda sosial-etnik münasibətləri səciyyələndirərkən həmçinin «milli azlıq», «yerli» və«gəlmə» anlayışlardan da istifadə edilir. Bunlar əsas etibarilə öz mıttəti ərazisindən kənarda yaşayan milli (sosial-etnik) qrupları nəzərdə tutur. Məsələn, Rusiyada yaşayan azərbaycanlılar, beloruslar, gürcülər və s. Bu qrupların öz daxili tərkibində bir neçə kateqoriyanı ayırmaq olar (onları həmçinin diaspora da adlandırırlar):
1. Daxili diaspora (öz respublikalarından kənarda yaşayanlar).
2. Yaxın diaspora (tarixi vətəni keçmiş sovet respublikaları olan sosial-etnik qruplar).
3. Uzaq diaspora (tarixi vətəni uzaq xarici dövlətlər olanlar).
4. Milli - ərazi qurumları olmayan diasporalar- Bu və ya digər sosial-etnik birliyin tərkibində olan etnik qruplar özünəməxsusluğu ilə seçilir.Onlar əhalinin əsas hissəsindən mədəniyyətlərinin, dillərinin (ləhcə, danışıq tərzi) xüsusiyyətləri ilə fərqlənirlər.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin