Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Xalq, millət daha təkmil sosial birlik formasıdır



Yüklə 200,89 Kb.
səhifə30/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   26   27   28   29   30   31   32   33   ...   59
SOSİOLOGİYA

31. Xalq, millət daha təkmil sosial birlik formasıdır.
Etnik qruplar həm kompakt, həm də müxtəlif ərazilərə yayılmış vəziyyətdə ola bilirlər. Sosiai-etnik münasibətlərin tarixi təkamülü qəbilə, tayfa, xalq və millət kimi birlik formalarına keçərək bu günə gəlib çatmışdır. İlk qədim etnik birlik forması ibtidai icma cəmiyyətində yaranmış qəbilə hesab olunur. O, qan qohumluğuna əsaslanırdı. Bununla yanaşı,qəbilə daxilində birləşən insanlar mənafe ümumiliyinə, yaşayış məskəni, dil, adət vəetiqadlar ümumiliyinə də malik olmuşlar.Öz tərkibində təxminən 30-50 nəfəri əhatə edən icma qəbiləsinin üzvləriəvvəllərdə ana xətti (matriarxat), sonralar isə ata xətti (patriarxat) ilə müəyyən olunurdu.İbtidai cəmiyyətin son dövrlərində iki və daha çox qəbilənin birləşməsi 1 nəticəsində tayfa adlı yeni etnik birlik forması təşəkkül tapdı.Qəbiləyə xas olan əsas əlamətlər (qan qohumluğu, dil və ərazi ümumiliyi, adət vəetiqadlar ümumiliyi və s.) tayfada da özünü göstərmişdir.Bununla yanaşı tayfa birliyində əvvəla, sayca daha çox insanlar birləşirdi (bir neçə yüz nəfərdən min nəfərə qədər), sonra, tayfanın öz adı mövcud idi.Nəhayət, tayfa vahidmədəniyyət ünsürlərinin daha çox inkişafı ilə səciyyələnirdi.Qəbilə və tayfalar cəmiyyətin inkişafında öz dövrünə görə çox mühüm rol oynamışlar. Bununla belə, ictimai həyatda baş verən dəyişikliklər (təsərrüfat funksiyalarının mürəkkəbləşməsi, ünsiyyətin və gediş – gəlişin artması, ailə -nikah münasibətlərinin inkişafı və s.) prinsipcə yeni etnik birliyin yaranmasını zəruri edirdi.Bu tarixi tələbatın nəticəsi kimi yeni tarixi birlik forması olan xalq formalaşdı.Sinfi münasibətlərin inkişafı ilə bağlı olaraq bu formanın yenisi ilə əvəz olunması prosesi getsə də, bir çox xalqlarda nəsil – tayfa bölgüsünün qalıqları indi də saxlanılmaqdadır.Hazırda onlar Asiyada, Afrikada, Amerikada və Rusiyanın Şimal ərazisində mövcuddur. Qan qohumluğu, klan və tayfaçılıq əlamətləri hazırki dövrdə də özünü biruzə verməkdədir. Xalqda sosial xüsusiyyətlər, əlamətlər çox mühüm rol oynayır.Əvvəlki birlik formalarından fərqli olaraq xalq qan qohumluğuna deyil, təsərrüfat və mədəniyyət əlaqələrinin ümumiliyinə əsaslanırdı.Xalqı yeni birlik forması kimi səciyyələndirən əsas cəhət budur ki, o, artıq sırf etnik birlik forması deyildir. O, ilk dəfə olaraq, sözün əsl mənasında sosial-etnik birlik forması mahiyyəti kəsb etmişdir. Xalq daha mütərəqqi birlik forması kimi iqtisadiyyatın, sosial əlaqələrin və mədəniyyətin inkişafında mühüm rol oynamışdır.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin