Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Cəmiyyətin sosial strukturu



Yüklə 200,89 Kb.
səhifə26/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   22   23   24   25   26   27   28   29   ...   59
SOSİOLOGİYA

27. Cəmiyyətin sosial strukturu.
Müasir şəraitdə sosial strukturun sosioloji baxımdan öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Sosial struktur hər şəydən əvvəl, ictimai münasibətlərin inkişafının, onun yetkinlik dərəcəsinin ən mühüm göstəricisidir. O, bir tərəfdən cəmiyyətin iqtisadi, siyasi və mənəvi inkişafının yekunu kimi çıxış edir, digər tərəfdən isə həmin proseslərin inkişafına fəal təsir göstərir. Buna görə də yerli və dünya təcrübəsinin qəbul etdiyi kimi, cəmiyyətin sosial strukturunda baş verən dəyişiklikləri öyrənmədən, ictimai fəaliyyət sahəsində uğur qazanmaq və sosial proseslərə şüurlu tənzimedici təsir göstərmək qeyri-mümkündür.
Struktur (latınca structura – quruluş, yerləşmə, qayda) tamı təşkil edən hissələrin həmin tamın daxilində yerləşməsi, əlaqələri və daxili quruluşu deməkdir. Sosial struktur cəmiyyətdə müvafiq sosial mövqe (status) tutan və mövcud sosial sistemdə qəbul olunmuş normalar və dəyərlər məcmusuna uyğun olaraq sosial funksiyalar yerinə yetirən elementelerin əlaqəsi və qarşılıqlı təsirinin müəyyən üsuludur. Sosial struktur cəmiyyətin obyektiv surətdə birliklərə, siniflərə və s. Ayrılmasını ifadə edir və bununla insanların bir-birinə münasibətində bir çox meyarlara görə müxtəlif vəziyyətdə olduqlarını göstərir.
“Sosial struktur” anlayışı məhdud və geniş mənada işlənilir. Birinci halda sosial struktur dedikdə konkret sistem, onun struktur elementləri (siniflər, sosial qruplar və təbəqələr, digər birlik formaları) arasındakı münasibətlər başa düşülür. Geniş mənada götürülən sosial struktur isə sosial-sinfi, sosial-demoqrafik, sosial-ərazi, sosial-etnik, sosial-peşə strukturlarının məcmusunu əhatə edir.
Dörd paradiqma daxilində cəmiyyətin strukturlara ayrılması əmək bölgüsü ilə (funksionalizm), yaxud differensiyaedici mülkiyyət münasibətləri və hakimiyyət ilə (marksizm) əlaqələndirilir. Müasir sosiologiyada cəmiyyətin sosial strukturu problemi üzrə ən nüfuzlu, evristik əhəmiyyət kəsb edən və daha geniş yayılmış aşağıdakı dörd klassik nəzəri-metodoloji yanaşma mövcuddur:

Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin