Marksist yanaşma Bu yanaşma cəmiyyət və onun strukturu haqqında sistemli, inteqral təsəvvürlərə əsaslanır. Bu nöqteyi-nəzərin mahiyyətini və başlıca məzmununu aşağıdakı əsas müddəa təşkil edir; sinfi (sosial-sinfi) bölgüyə sosial fərdlərin bütün məcmusunu anlamağın özülü kimi yanaşılması, onun cəmiyyət, hətta fərdlərin özünü də qruplara və təbəqələrə ayırmağın əsası kimi götürülməsi. Marksizm, əlbəttə, bu tipdən olan (yəni müxtəlif sosial qruplara bölünməni əsas tutan) digər strukturları (sosial-demoqrafik, ərazi, sosial-peşə, sosial-mədəni, milli-etnik və s.) inkar etmir. Lakin həmin təlimdə bütün bu bölgülər tam müstəqil vəziyyətdə deyil, sosial-sinfi struktur ilə bu və ya digər dərəcədə əlaqədə anlaşılır.
M.Veberin nəzəriyyəsi Bu nəzəriyyəyə görə, sosial struktur elə bir çoxölçülü sistemdir ki, burada siniflər və onları törədən mülkiyyət münasibətləri ilə yanaşı status və hakimiyyət də mühüm yer tutur. Başqa sözlə, cəmiyyət – gəlir, hakimiyyət və nüfuz – kimi meyarlara görə ayrılan insan qrupları kimi özünü göstərən müxtəlif ünsürlərdən ibarətdir
4. P.Sorokinin “qarşılıqlı təsir” nəzəriyyəsi.P.Sorokinin fikrincə, sosial strukturun əsasında fərdlərin qarşılıqlı təsiri durur. Bu, cəmiyyəti stratlara (təbəqələrə) ayırmağın aparıcı meyarını təşkil edir. Qarşılıqlı təsirlər birtərəfli, ikitərəfli, antaqonist və həmrəy xarakterli ola bilir. İnsanların stabil mövcud olan təşkilatları (sosial birlik, qrup tipli) elə bir yüksək inkişaf etmiş orqanizmə bənzəyir ki, onun “möhkəm sümük-əzələ sistemi, dayanıqlı və elastik forması vardır”. P.Sorokinə görə, qarşılıqlı təsir mərkəzlərinin sıx funksional və yaxud səbəbiyyət- qarşılıqlı asılılığı həmin təsiri xüsusi növ kollektiv vəhdətli hadisə kimi öyrənməyə imkanı verir.
28. Cəmiyyətin “sosial-sinfi” strukturu. Cəmiyyətin sosial strukturunda bir neçə səviyyəni ayırmaq olar. Birinci səviyyə özündə sinifləri ehtiva edir. İkinci səviyyəyə siniflərə yaxın olan, lakin onların bütün əlamətərinə malik olmayan sosial qruplar, mütəxəssis olmayan qulluqçular, eləcə də sosial təbəqələr daxil edilir. Sosial strukturun bu səviyyəsi elmi ədəbiyyatda sosialsinfi struktur adlandırırlır. Sosial strukturun üçüncü səviyyəsi özündə yalnız sosial-sinfi strukturun elementlərini yox, həm də şəhər və kənd əhalisini, zehni və fiziki əmək sahəsində çalışan sosial qrupları ehtiva edir.
Siniflər sosial strukturun mühüm elementlərindən biridir. Qeyd etmək lazımdır ki, “sinif” termini elmi ədəbiyyata Kene tərəfindən siyasi-iqtisadi anlayış kimi daxil edilmişdir. Lakin XIX əsrin sonlarında Fransada baş vermiş burjua inqilablarının təsiri ilə bu anlayış sürətlə siyasiləşmişdir. XIX əsrin sonlarından 1953-cü ilə kimi bu termin Rusiyada da siyasi mənada işlənmişdir (“sinfi düşmən”, “qolçomaq” və s.)
Marksist sosiologiyada sosial strukturda siniflərin mövqeyi xüsusi vurğulandı. K.Marks və F.Engels cəmiyyətin siniflərə bölünməsinin əsas səbəblərini ictimai əmək bölgüsünün və xüsusi mülkiyyət münasibətlərinin formalaşmasının nəticəsi kimi izah edirdilər. Marksizm sinif anlayışını belə səciyyələndirirdi:
- siniflər tarixən qərarlaşmış müəyyən ictimai istehsal sistemində tutduğu yerə görə bir-birindən fərqlənən böyük insan qruplarıdır;
- istehsal vasitələri üzərində mülkiyyət münasibətləri, fəaliyyət nəticələrinin mübadiləsi (ictimai əməyin təşkili) və bölgü münasibətləri üzərində nəzarətdə siniflərin fərqli mövqeləri vardır;
- siniflərin mənafelərində ziddiyyət vardır, çünki onlardan biri digərinin əməyini mənimsəmək imkanına malikdir.
Sinfin qeyd olunan mənası ümumilikdə götürülən sinfi fərləqi anlamaq üçün prinsipcə kifayət edir. Belə ki, o, siniflər arasında əsas etibarilə bir-birindən asılı olmayaraq qərarlaşan obyektiv fərqləri açıb göstərir.
Marksizmə görə, siniflər arasında iqtisadi fərqlər əsasında onların siyasi həyatda və mədəniyyətdə fərqliliyi formalaşır. Beləliklə, bu təlim siyasi, mədəni, ideoloji, sosial-psixoloji fərqlərin olduğunu qəbul edir, lakin o, bütün bu fərqləri iqtisadi sahədəki fərqlərin davamı kimi götürür.
Qeyd etmək lazımdır ki, marksizm tərəfindən cəmiyyətin strukturunun məhz sosial-sinfi struktur kimi şərhi istehsal münasibətləri sistemindəki vəziyyətinə görə bir-birindən fərqlənən (yəni sosial fərqlərin başlıca meyarına uyğun gələn) təkcə siniflərin deyil, həm də bütün sosial qruplar və təbəqələr arasındakı fərqlərin izahına mane olmur.