Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Şəxsiyyətin sosiallaşma mərhələləri



Yüklə 200,89 Kb.
səhifə24/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   20   21   22   23   24   25   26   27   ...   59
SOSİOLOGİYA

25 Şəxsiyyətin sosiallaşma mərhələləri
Fərdin mədəniyyət elementlərini, sosial norma və dəyərləri mənimsəməsi vasitəsilə cəmiyyətə, müxtəlif tipli sosial birliklərə qovuşma (birləşmə) prosesinə sosiallaşma deyilir.
Şəxsiyyətin sosiallaşması barədə söylənilən mülahizələrdə az-çox fərqli məqamlara rast gəlinsə də, əslində mahiyyətli fərqlər nəzərə çarpmır.
Şəxsiyyətin sosiallaşmasına fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası prosesi kimi baxmaqdır. Bu proses fərdin mədəniyyət ünsürlərini, sosial norma və sərvətləri mənimsəməsi sayəsində mümkün olur. Həmin ünsürlərin, norma və sərvətlərin əsasında şəxsiyyətin sosial cəhətdən əhəmiyyətli xüsusiyyətləri formalaşır.
Şəxsiyyətin sosiallaşmasında iki mərhələni ayırd etmək olar:
1) sosial adaptasiya;
2) interiorizasiya.
Sosial adaptasiya fərdin sosial-iqtisadi şəraitə, rol funksiyalarına, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif səviyyələrində təşəkkül tapan sosial normalara, sosial qruplara və sosial təşkilatlara, sosial təsisatlara uyğunlaşması kimi izah edilə bilər.
Qeyd etmək lazımdır ki, üzvi təbiətdə müxtəlif adaptasiyalar geniş yayılmışdır. Mövcudluq uğrunda mübarizənin və təbii seçmənin nəticəsi kimi adaptasiyanın rasional şərhi Darvinin təkamül təlimində öz əksini tapmışdır. Kibernetikanın meydana gəlməsi adaptasiya anlayışına baxışda spesifık çalarlar formalaşdırmışdır. Sosial sistemlərə adaptasiya probleminin tədqiqi müxtəlif bilik sahələrini təmsil edən mütəxəssislərin əlbir səylərinə möhtacdır. İnsana, cəmiyyətə münasibətdə adaptasiya başlıca olaraq, ətraf mühitə uyğunlaşmaqla bağlı olan reaksiya xarakterli davranışı əks etdirir.
İnteriorizasiya sosial normaların və sərvətlərin insanın daxili aləminə qoşulması prosesidir. Xarici mühitin sosial normalarının, sərvətlərinin və digər komponentlərinin daxili «Mən»ə keçməsinin xarakteri hər bir konkret şəxsiyyətin strukturu ilə şərtlənmişdir. Bu struktur isə bütün əvvəlki təcrübə sayəsində formalaşır. Şəxsiyyət sosial mühitdə, əriyib yox olmur, o, həmin mühitlə az-çox müstəqil vahid kimi müəyyən münasibətə girir.
Beləliklə, sosiallaşma prosesi insanın daxil olduğu ictimai münasibətlər sisteminin genişləndirilməsinə, yaxud da daralmasına səbəb ola bilər. Bu proseslə bağlı olaraq sosiallaşma bir neçə pilləyə bölünür: ilkin sosiallaşma pilləsi (anadan olandan məktəbə daxil olanadək) təhsil pilləsi; sosial yetkinlik pilləsi, (məktəbi qurtarandan fəal əmək fəaliyyətinin bitməsinə qədər); həyat silsiləsinin tamamlanması (ictimai faydalı əməyin dayandırılmasından, yəni təqaüdə çıxış anından həyatının sonunadək). Fərdin sosiallaşmasının bir pilləsindən digərinə keçid qırılmaz surətdə onun sosial status sahəsinin genişlənməsilə, yəni ictimai münasibətlər sisteminə getdikcə daha tam qovuşması ilə bağlıdır. Sosiallaşmanın pillələrini sosial-psixoloji aspektdə tədqiq edərkən onların aşağıdakı səciyyəvi xüsusiyyətləri nəzərə çarpır.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin