22. Şəxsiyyət sosiologiyanın tədqiqat obyekti kimi. İnsan şəxsiyyət kimi müxtəlif elmlərin, o cümlədən bütün humanitar elmlərin tədqiqat obyektidir. Sözsüz ki, hər bir elmin öz yanaşma tərzi, öz izahatı vardır. Sosioloji yanaşmaya şəxsiyyəti və onun cəmiyyətdəki rolunun fəlsəfi əsaslandırılması daha yaxındır. Fəlsəfə şəxsiyyətin xüsusi tərifini verir və şəxsiyyət ictimai prosesin subyekti kimi qiymətləndirir. Fəlsəfə insanı hərtərəfli öyrənir. Bununla da o, insanın "xüsusi obrazını" yaradan konkret-elmi yanaşmadan fərqlənir. Sosial fəlsəfəni insanın ən müxtəlif xarakteristikası maraqlandırır. Bütün bunlar bir məqsəd naminə, ictimai proseslərin subyekti kimi insanın mahiyyətini, onun kim olduğunu başa düşmək xatirinə edilir.
Hər bir insan, bir tərəfdən bioloji varlıqdır, digər tərəfdən sosial varlıqdır. Onun bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini fərd termini, sosial varlıq kimi psixoloji xüsusiyyətlərini şəxsiyyət termini ilə ifadə edirlər. İnsanın həyat fəaliyyətində bu iki cəhət bir-biri ilə elə uzlaşır ki, biz çox vaxt nəinki onları aydın şəkildə fərqləndirmir, hətta bu haqda fikirləşmirik. Halbuki, insanın fərd və şəxsiyyət kimi xarakteristikasını vəhdət təşkil etsə də, onunla eyniləşdirmək olmaz.
Bir cəhəti dəqiqləşdirək: insan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfıyyətlər kəsb edir və şəxsiyyətə çevrilir.
Şəxsiyyət nədir? Sovet psixologiyasında şəxsiyyətin 50-dən çox tərifı məlumdur. Bu gün şəxsiyyət haqqında hamı tərəfindən eyni dərəcədə qəbul edilən tərif olmasa da, müəlliflərin demək olar ki, hamısı şəxsiyyəti xarakterizə edərkən iki cəhətə xüsusi diqqət yetirirlər.
Şəxsiyyət dedikdə, hər şeyden əvvəl, fərdi bu və ya digər cəmiyyətin üzvü kimi xarakterizə edən sosial keyfıyyətlərin sistemi nəzərdə tutulur. Məlumdur ki, şəxsiyyətin mahiyyətini «nə onun saqqal, nə qanı, nə abstrakt fıziki təbiəti deyil, sosial keyfiyyətləri təşkil edir (K.Marks).
«Sosial» sözünə diqqət edin. Bu keyfıyyətlər ictimai münasibətlərin mənimsənilməsi zəminində əmələ gəldiyi üçün onlara sosial keyfiyyətlər deyilir
10. Şəxsiyyət ictimai proseslərə daxil olmaqla öz həyat şəraitini fəal surətdə dəyişməyə başlayır. O, münasibət subyektinə, şüurlu fəaliyyət subyektinə çevrilir. Bu o deməkdir ki, şəxsiyyət ancaq şüur və məntiq şüurunun yaranması ilə birlikdə əmələ gəlir.
Şəxsiyyət mürəkkəb fenomendir. O, psixoloji baxımdan müxtəlif xüsusiyyətlərlə xarakterizə olunur. Bu nöqteyi-nəzərdən aşağıdakıları xüsusilə qeyd etmək olar:
- İctimai fəallıq - şəxsiyyət öz fəaliyyət dairəsini ardıcıl surətdə genişləndirir, nəinki öz həyat yolunu müəyyən edir, həm də həyat şəraitini dəyişdirir, ən mürəkkəb həyati situasiyalarda öz daxili inanma və həyat mövqeyinə görə hərəkət edir.
- Motivlərin davamlı sistemi - motivlərin maraqları, ağlı da və s. üstünlük təşkil edən sistemi formalaşır və onlar şəxsiyyətin istiqamətini müəyyən edirlər.
Şəxsi məna- şəxsiyyətin tələbatına və s. uyğun gələn obyektlər onun üçün şəxsi məna kəsb edir. Bu cəhət birinci növbədə şəxsiyyətin sosial yönəlişləri və həyat mövqeyində, emosiya və hisslərində, maraq və meyllərində özünün aydın ifadəsini tapır.
Münasibətlər -şəxsiyyətin nüvəsini təşkil edir. İnsanın başqa adamlara, əməyə, şeylərə, özünə münasibətləri onun şəxsiyyətini xarakterizə edir. Şəxsiyyətin mənlik şüuru da nəticə etibarilə onun münasibətləri ilə müəyyən olunur və s.