Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


İctimai münasibətlərin təkrar istehsalı funksiyası



Yüklə 200,89 Kb.
səhifə19/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   15   16   17   18   19   20   21   22   ...   59
SOSİOLOGİYA

İctimai münasibətlərin təkrar istehsalı funksiyası. Hər bir institut öz üzvlərinin davranışını möhkəmləndirən və standartlaşdıran davranış qaydaları və normlar sisteminə malikdir. Müvafiq sosial nəzarət sistemi institut üzvlərinin fəaliyyətinin statusda (qayda və çərçivədə) həyata keçirilməsinə şərait yaradır. Bununla da o, cəmiyyətin sosial strukturunun dayanıqlı olmasına xidmət edir. Məsələn, ailə institutu yerli mentalitetdən çıxış edərək, sosial nəzarətin köməyilə öz sabitliyini qoruyub saxlayır və onun dağılması imkanlarını məhdudlaşdırır.Bununla da o, bütövlükdə cəmiyyətin sosial strukturunun möhkəmlənməsinə mühüm köməklik göstərir.
Tənzimedici funksiya. Adından da göründüyü kimi bu funksiya sosial institutlarda birləşən insanların fəaliyyətlərinin tənzimlənməsini təmin edir. Onların maddi və mənəvi həyatı bu funksiya vasitəsilə nizama salınır. Beləliklə, institutlar sosial həyatda bir növ standartlaşdırılmış davranışın və fəaliyyətin yerinə yetirilməsinə xidmət edir. Belə tənzimləmə insanların birgəyaşayışı və birgəfəaliyyəti üçün son dərəcə zəruridir.
Təşkiledici funksiya. Bu funksiya institutlaşmış norma, qayda, sanksiya və rollar sistemi vasitəsilə sosial qrup üzvlərinin qarşılıqlı asılığı və münasibətlərini təmin edir. Bu və ya digər instituta insanların inteqrasiyası qarşılıqlı hərəkət sisteminin nizamlanması, əlaqələrin miqyası və tezliyinin artması ilə müşaiyət olunur. Bu proses insanların fəaliyyətlərinin koordinasiyası, hakimiyyətin sabitliyi və mütəşəkkil strukturların yaradılması üçün mühüm amil rolunu oynayır.
Ötürücü funksiya. Məlumdur ki, heç bir cəmiyyət əvvəlki nəsildən əxz etdiyi və özünün inkişaf etdirdiyi sosial təcrübəni gələcəyə ötürmədən inkişaf edə bilməz. Hər bir sosial institutun normal fəaliyyət göstərməsi üçün yeni insanların gəlişinə ehtiyacı vardır. Bu problem nəsillərin dəyişilməsi və institutların sosial sərhədlərinin genişləndirilməsi yolu ilə həyata keçirilir.
Kommunikativ (əlaqələndirici) funksiya. Sosial institutda hazırlanmış məlumatlardan və göstəricilərdən həm institutun daxilində normalra nəzarət etmək və onları idarə etmək üçün, həm də institutlar arasında qarşılıqlı əlaqələr yaratmaq üçün istifadə olunur. Bu zaman kommunikativ əlaqələrin xarakteri özünəməxsus xüsusiyyətlərə malik olur. Bir sıra tədqiqatçıların qeyd etdiyi kimi, sosial institutların kommunikativ imkanarı eyni dərəcədə deyildir: onlardan bəziləri xüsusi olaraq informasiyanı ötürmək üçün nəzərdə tutulub (kütləvi informasiya vasitələri), digərləri isə bu işi yerinə yetirməkdə məhdud imkanlara malikdir. Bundan əlavə, informasiyanı fəal qəbul edənlər (elmi institutlar) və onu passiv qəbul edənlər (nəşriyyatlar) da vardr.

Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin