Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir



Yüklə 200,89 Kb.
səhifə17/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   13   14   15   16   17   18   19   20   ...   59
SOSİOLOGİYA

Metodoloji funksiya. Müxtəlif ümumilik səviyyəsinə malik olan sosioloji nəzəriyyələr, konsepsiyalar daha konkret elmlər sahəsinə aid olan tədqiqatlar üçün metodoloji əsas ola bilər. Sosial sistemlərin fəaliyyəti və inkişafının ümumi qanunauyğunluqlarını aşkara çıxaran nəzəriyyələr daha geniş tətbiq imkanlarına malikdir. Onların yaşamaq və fəaliyyət göstərmək hüququ uğrunda sərbəst bəhsləşməsi və mübarizəsi tamamilə qanunauyğun haldır. Müxtəlif sosioloji nəzəriyyələrin, cərəyanların, istiqamətlərin (məs., antropoloji istiqamət, naturalizm, neopozitivizm, strukturalizm, psixoloji istiqamət və s.) özünəməxsus məziyyətləri və nöqsanları, məhdudluqları vardır. n tədqiqatları sosioloji nəzəriyyələrin zənginləşməsini, dolğunlaşmasını şərtləndirir.
Proqnozlaşdırma funksiyası. Sosiologia sosial həyatın, onun ayrı-ayrı sahələrinin fəaliyyəti və inkişafı proseslərini elmi sürətdə idarə etmək üçün müəyyən proqnozlar işləyib hazırlamağa kömək edir. Proqnozlaşdırma inkişafın qanunauyğunluqlarını, meyllərini dərindən başa düşməyə əsaslanır, cəmiyyəti daha səmərəli metodlarla idarə etməyin başlıca şərti kimi çıxış edir. Bu, qərarların yerinə yetirilməsi prosesində vaxtında zəruri düzəlişlər aparmağa imkan verir.

19. Cəmiyyət çoxcəhətli sosial sistem kimi.
Cəmiyyətə sistemli yanaşma təsəvvürləri qədim olsa da, bu barədə bitkin təlimlər ilk dəfə XIX əsrin fəlsəfi fikrində yaranmışdır. Onun əsasları O.Kont, H.Spenser, K.Marks, E.Dürkheym, M.Veber, P.Sorokin, L.Bertalanfi, T.Parsons və başqa mütəfəkkirlər tərəfindən irəli sürülmüşdür. Bu təsəvvürlərə görə sistem kimi götürülən cəmiyyətin elementlərini bu və ya digər sosial subyektləri, münasibətlər və institutlar təşkil edir. Cəmiyyət sistemini təşkil edən elementlər və yarımsistemlər keyfiyyətcə rəngarəngdir və çoxpilləli xarakter daşıyır. İctimai sistemdə münasibətlər çox mühüm yer tutur. Münasibət dedikdə cəmiyyəti təşkil edən subyektlər arasında müəyyən əlaqə və asılılıq başa düşülür. Məhz bu münasibətlər sayəsində insanlar cəmiyyətdə birləşirlər, ayrı-ayrı fərdlər vahid, tam formasında çıxış edirlər. İnsanlar arasında sabit və təkrarlanan münasibətlər, asılılıq tədricən onların sosial qruplar, təşkilatlar və institutlar formasında birləşməsini yaradır.
İctimai həyatın bütövlüyü problemi hələ qədim filosofların nəzər diqqətində olmuşdur. Sosial fəlsəfə tarixində cəmiyyətin sistemli quraşdırmalar haqqındakı ilk ideyaları Platon və Aristotelin təlimlərində tapmaq olar.
Sonrakı dövrlərdə cəmiyyətin sistemli təşkili haqqında T.Hobbsun, J.J.Russonun və Hegelin ideyaları diqqəti cəlb edir.
Hegelin vətəndaş cəmiyyətində, real ictimai münasibətlər, sosial ziddiyyətlər göstərilir. Xüsusi mülkiyyətin azad inkişafı vətəndaş cəmiyyətinin vacib şərtidir. Hər bir fərdin cəmiyyətdə vəzifələri olduğu kimi, cəmiyyətin də fərdə qarşı vəzifələri var. Cəmiyyətdəki ziddiyyətlərin əsasının fərdi, xüsusi və ictimai mənafelər və dövlət qaydaları arasındakı müxtəliflik təşkil edir. Dövlət daha yüksək inkişaf pilləsində duraraq əxlaqi bütövlülük, azadlığın gerçəkləşməsi (bu da ideala, ağlın mütləq məqsədinə nail olmaq deməkdir) üçün çalışır. Hegel qeyd edirdi ki, fəlsəfə, təbiətin qanunlarını olduğu kimi öyrəndiyi halda, hüquq və dövlət problemləri haqqında göstərişi fəlsəfənin özündən gözləyirlər. Əsl vəzifə burada həqiqətin mümkünlüyünü başa düşməkdir. Təfəkkür və varlıq qanunları eyni olduğu üçün, bu elə ağlın, fəlsəfənin dərk etmək qabiliyyətindən irəli gəlir. Hər bir fərd öz zəmanəsinin övladı olduğu kimi, fəlsəfə də dövrün təfəkkürdə ifadə olunmuş ruhudur. Hobbs və Russonun dəyişilməz, sabit, təbii hüququ, Hegeldə dialektikanın inkişaf qanunlarına əsasən müsbət (vətəndaş) hüququnda tədricən gerçəkləşən azadlıq ideyası ilə əvəz olunur.
K.Marks və F.Engels cəmiyyətin insanların qarşılıqlı fəaliyyətinin məhsulu olduğunu qeyd edirlər. F.Engels “Təbiətin dialektikası” əsərində yazırdı: “İnsanlar öz əməllərini tələbatla yox, təfəkkür ilə izah etməyə vərdişlidirlər, əslində isə tarixi prosesin əsas məzmununu həqiqi həyatın istehsalı və təkrar istehsalı təşkil edir.
İqtisadi münasibətlər dedikdə K.Marks və F.Engels əmək bölgüsü əsasında insanların yaşamaq üçün təşkil etdiyi istehsal üsulunu, mübadilə, bölgü və istehlakı nəzərdə tuturdular. Buraya əmək vasitələri, o cümlədən texniki və coğrafi şərait də daxildir. İnsan fəalyyəti predmetli xarakter daşıyır, həqiqi fəaliyyət hissi, subyektivdir. K.Marks və F.Engels “vətəndaş cəmiyyəti” anlayışını “insan cəmiyyəti” anlayışı ilə əvəz etdilər. Onların fikrincə, istehsal üsulu növləri tarixdə bir-birini əvəz edir, bunun aparıcı tərəfi mülkiyyət formasıdır.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin