Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Miqrasiyanın formaları: leqal və qeyri-leqal miqrasiya



Yüklə 200,89 Kb.
səhifə38/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   34   35   36   37   38   39   40   41   ...   59
SOSİOLOGİYA

39. Miqrasiyanın formaları: leqal və qeyri-leqal miqrasiya.
İşçi qüvvəsinin miqrasiyasının formalarını aşağıdakı kimi təsnifləşdirmək olar:

  1. İstiqamətinə görə:

İnkişaf etməkdə olan ölkələrdən və keçmiş sosialist ölkələrindən sənayecə inkişaf etmiş ölkələrə miqrasiya;
Sənayecə inkişaf etmiş ölkələr arasında miqrasiya;
İnkişaf etməkdə olan ölkələr arasında miqrasiya;
Yüksək ixtisaslı işçi qüvvəsinin sənayecə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə miqrasiyası;
-inkişaf etməkdə olan ölkələrdən keçmiş sosialist ölkələrinə miqrasiya.
2.ərazi əhatəsinə görə:
-qitələrarası; -qitədaxili.
3.miqrantların ixtisas səviyyəsinə görə:
-yüksək ixtisaslı işçi qüvvəsi; -aşağı ixtisaslı işçi qüvvəsi.
4.müddətinə görə:
-birdəfəlik (bir qayda olaraq qitələrarası);
-müddətli (bir qayda olaraq qitədaxili);
-mövsümi (gəlir əldə etmək üçün hər il edilən səfərlər);
-gündəlik (öz ölkəsində yerləşən yaşayış məntəqəsindən digər ölkədə yerləşən iş yerinə gündəlik edilən hərəkət).
5.qanuniliyinə görə:
-leqal; -qeyri-leqal.
Beynəlxalq Əmək Təşkilatının təsnifinə görə, müasir beynəlxalq miqrasiyanın 5 əsas tipi fərqləndirilir:
Daimi yaşayış yerini dəyişən köçkünlər;
Müqavilə üzrə işləyənlər (müqavilədə işçinin ölkədə işləmə müddəti dəqiq şəkildə göstərilir);
Yüksək hazırlıq səviyyəsinə, müvafıq təhsilə, praktiki iş təcrübəsinə malik peşəkarlar, həmçinin dünya ali təhsil sistemi çərçivəsində hərəkət edən müəllimlər və tələbələr;
Qeyri-leqal immiqrantlar;
Hər hansı bir təhlükə səbəbindən öz ölkələrindən emiqrasiya etməyə məcbur olan şəxslər, yəni qaçqınlar.
Əmək miqrasiyasının yaranması dünya təsərrüfatının formalaşması və inkişafı ilə əlaqədardır. Dünya iqtisadi inkişafının qlobal xarakteri, ölkələrin daha aktiv şəkildə dünya təsərrüfatına cəlb edilməsi, ölkələrin qarşılıqlı asılılığı və onların iqtisadi inkişaflarında olan qeyri-bərabərlik miqrasiyanın səbəblərini doğurmuşdur.
Beynəlxalq miqrasiya problemlərinin aktiv surətdə öyrənilməsinə 1960-cı illərin sonlarından başlanmışdır. İqtisadi artım modelləri çərçivəsində həyata keçirilən tədqiqatların əsas ideyası istehsalın amillərindən biri olan işçi qüvvəsinin beynəlxalq hərəkətinin iqtisadi artımın templərinə təsir göstərməsindən ibarət olub. İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının əsas səbəbi isə onun ödənilmə səviyyəsinin müxtəlif ölkələr üzrə fərqli olmasıdır.
Neoklassik yanaşmanın tərəfdarları belə hesab edirlər ki, emiqrasiya işçi qüvvəsini qəbul edən ölkənin rifah səviyyəsinin artımına gətirib çıxarır. Emiqrasiyanın mənbəsi kimi çıxış edən ölkənin iqtisadi artım tempi isə pisləşməyərək əvvəlki səviyyədə qalır.
Neokeynsçilərin fıkrincə, işçi qüvvəsinin, xüsusilə də yüksək ixtisaslı işçiləri ixrac edən ölkənin iqtisadi vəziyyətinin pisləşməsi mümkündür. Bununla əlaqədar, “beyin axını”na vergi tətbiq edilməsi ideyası irəli sürülmüşdü. Bu yolla əldə edilən gəlirin inkişaf ehtiyaclarına istifadə edilməsi üçün BMT-nin sərəncamına verilməsi nəzərdə tutulurdu.
Sonillərdə miqrasiya proseslərinin təhlilində vurğu ölkənin iqtisadi artımının endogen amili kimi nəzərdən keçirilən insan kapitalının akkumulyasiyasının tədqiqinə yönəlmişdir. İnsan kapitalını iqtisadi inkişafın vacib amili olduğunu hesab edən bu yanaşmaya görə, beynəlxalq miqrasiya ölkələrin iqtisadi artım templərində olan fərqləri izah edən səbəblərdən biridir


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin