Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Şəxsiyyətin əsas komponentləri



Yüklə 200,89 Kb.
səhifə23/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   19   20   21   22   23   24   25   26   ...   59
SOSİOLOGİYA

24. Şəxsiyyətin əsas komponentləri.
Şəxsiyyətin motivləri, cəhdləri, yönəlişləri, alətləri, rəğbəti və nifrəti onun istehsala, mübadilə və istehlaka obyektiv münasibətlərinin necə olmasından, hansı vətəndaşlıq hüquqlarına malik olmasından, cəmiyyətin siyasi və ideoloji həyatına necə daxil olmasından və s. Asılıdır. Bu prosesdə insanda müxtəlif sosial keyfiyyətlər formalaşır ki, onlar da sistemli xarakter daşıyır, insanın əməl və hərəkətlərində, intellektual, emosional, iradi və b. Xassələrində ifadə olunmur. Şəxsiyyət dedikdə, hər şeyden əvvəl, fərdi bu və ya digər cəmiyyətin üzvü kimi xarakterizə edən sosial keyfıyyətlərin sistemi nəzərdə tutulur. Məlumdur ki, şəxsiyyətin mahiyyətini «nə onun saqqal, nə qanı, nə abstrakt fıziki təbiəti deyil, sosial keyfiyyətləri təşkil edir (K.Marks).
«Sosial» sözünə diqqət edin. Bu keyfıyyətlər ictimai münasibətlərin mənimsənilməsi zəminində əmələ gəldiyi üçün onlara sosial keyfiyyətlər deyilir
Şəxsiyyət ictimai proseslərə daxil olmaqla öz həyat şəraitini fəal surətdə dəyişməyə başlayır. O, münasibət subyektinə, şüurlu fəaliyyət subyektinə çevrilir. Bu o deməkdir ki, şəxsiyyət ancaq şüur və məntiq şüurunun yaranması ilə birlikdə əmələ gəlir.
Şəxsiyyət mürəkkəb fenomendir. O, psixoloji baxımdan müxtəlif xüsusiyyətlərlə xarakterizə olunur. Bu nöqteyi-nəzərdən aşağıdakıları xüsusilə qeyd etmək olar:
- İctimai fəallıq – şəxsiyyət öz fəaliyyət dairəsini ardıcıl surətdə genişləndirir, nəinki öz həyat yolunu müəyyən edir, həm də həyat şəraitini dəyişdirir, ən mürəkkəb həyati situasiyalarda öz daxili inanma və həyat mövqeyinə görə hərəkət edir.
- Motivlərin davamlı sistemi – motivlərin maraqları, ağlı da və s. Üstünlük təşkil edən sistemi formalaşır və onlar şəxsiyyətin istiqamətini müəyyən edirlər.
Şəxsi məna- şəxsiyyətin tələbatına və s. Uyğun gələn obyektlər onun üçün şəxsi məna kəsb edir. Bu cəhət birinci növbədə şəxsiyyətin sosial yönəlişləri və həyat mövqeyində, emosiya və hisslərində, maraq və meyllərində özünün aydın ifadəsini tapır.
Münasibətlər -şəxsiyyətin nüvəsini təşkil edir. İnsanın başqa adamlara, əməyə, şeylərə, özünə münasibətləri onun şəxsiyyətini xarakterizə edir. Şəxsiyyətin mənlik şüuru da nəticə etibarilə onun münasibətləri ilə müəyyən olunur və s.
Şəxsiyyətin sosioloji tədqiqinin çıxış nöqtəsi insanın fərdi xüsusiyyəti deyil, onun daxil olduğu sosial sistem və burada onun yerinə yetirdiyi sosial vəzifələri və roludur.Şəxsin sosioloji tədqiqinin müxtəlif səviyyələri vardır. Onlar aşağıdakılardır: şəxsiyyətin sosial tipinin və ictimai quruluşun xarakterindən asılı olaraq onun azadlıq dərəcəsinin dəyişilməsi; müxtəlif sosial sistemlərdə şəxsiyyətin sosiallaşdırılmasının sərbəst amillərinin qarşılıqlı əlaqəsi; şəxsiyyətin təşkilatlara mənsubiyyəti və orada fəaliyyəti; müxtəlif sosial qruplarda fərdlərin sosial qarşılıqlı əlaqələrinin qanunauyğunluğu; şəxsiyyətin sosial davranışı nizamlayan təlabatı; dəyər istiqamətləri və s.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin