Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Latent (gizli) funksiyalar



Yüklə 200,89 Kb.
səhifə20/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   16   17   18   19   20   21   22   23   ...   59
SOSİOLOGİYA

Latent (gizli) funksiyalar. Sosial institutların fəaliyyətlərinin birbaşa nəticələri ilə yanaşı, gözlənilməyən, yəni əvvəlcədən planlaşdırılmış insani məqsədlərdən uzaq olan olan nəticələr də mövcuddur. Sonuncular cəmiyyət üçün ciddi narahatlıq yaradır. Belə ki, dini ideologiya öz etiqadlarını təbliğ etməklə təsirini möhkəmləndirməyə çalışır. Lakin bu məqsədlərin reallaşması gedişində elə insanlar meydana gəlir ki, onlar din naminə və din pərdəsi altında öz gizli niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Məsələn, fanatiklər başqa dinə etiqad edənləri təqib edirlər. Belə hal dini zəmində sosial münaqişələrin yaranmasına kömək edir.

21. Sosial institutların vəzifələri.
Sosial institutun fəaliyyəti və inkişafı onun xarakteri və məzmunundan irəli gələn spesifik xüsusiyyətlərə, məsələn, utilitar mədəniyyət cizgilərinə malik olmalıdır. Bəzi institutlar inkişaf etmiş institutlardan fərqli olaraq ümumi əlamətləri tam şəkildə özündə əks etdirməyə də bilər. Bu hal institutun tam formalaşmadığını göstərir.
Bütün sosial institutlar onlar haqqında təsəvvür yaradan mədəni-simvolik əlamətlərə malikdir. Məsələn, ailə instutu üçün nişan üzüyü, nikah mərasimi, dövlət üçün bayraq, gerb, milli himn belə əlamətlərdir. Sənaye müəssisəsinin təsvirini yığcam şəkildə onun adından və ya ticarət markasından əldə etmək olar. Musiqi də simvolik ola bilər. Məsələn, milli musiqi, dövlət himni, tələbə mahnıları, toy marşı müvafiq institutun təsvirinin formalaşması üçün tətbiq olunur. Binalar da institutun simvolu ola bilər. Çünki, torpaqsız vətəni, məscid-mədrəsə tikilişi olmadan islam dinini, məktəbsiz təhsili, prezident iqamətgahı (hökumət evi) olmadan dövləti təsəvvür etmək çətindir.
Beləliklə, sosial institutun mədəni simvolik əlamətləri həmin institutun əsas səciyyəvi cəhətlərini yığcam şəkildə əks etdirən və onun tam təsvirini yaradan istənilən maddi və qeyri-maddi mədəniyyət elementləri ola bilər.
İctimai institutların yaranması birdən-birə baş vermir. Bu proses bir neçə ardıcıl mərhələdən keçir. Birinci mərhələdə cəmiyyətdə məlum institutun yaranmasına sosial tələbat öyrənilməlidir; bu tələbat insanların əksəriyyəti tərəfindən dərk edilməlidir. İkinci mərhələdə ümumi məqsədlər formalaşdırılır. Növbəti mərhələdə isə cəmiyyət sosial tələbatı ödəmək üçün zəruri olan resurslara (maddi, əmək və təşkilati), funksiyalar və hərəkətlər sisteminə, yaranacaq yeni institutun özülü rolunu oynayan mədəni mühiti formalaşdıran simvollar və normalar sistemlərinə malik olmalıdır. Nəhayət, sonuncu-dördüncü mərhələdə bu norma və qaydaların, prosedurların institutlaşması, yəni onların qəbul edilməsi və praktik tətbiqi baş verir.
Sosial institutların yaranması prosesi “institutlaşma” adlanır. İnstitutlaşma o vaxt baş verir ki, cəmiyyətdəki konkret ictimai tələbatın ümumsosial miqyas kəsb etdiyi başa düşülür və onu reallaşdırmaq üçün xüsusi davranış normaları işlənilib hazırlanır, lazım olan kadrlar yetişdirlir və resurslar müəyyənləşdirilir.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin