Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Sosiologiyanın funksiyaları



Yüklə 200,89 Kb.
səhifə16/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   12   13   14   15   16   17   18   19   ...   59
SOSİOLOGİYA

18. Sosiologiyanın funksiyaları.
Sosiologiya elmi bir sıra funksiyaları yerinə yetirir. Ümumiləşmiş halda müəyyən elmi-nəzəri dünyagörüşü ifadə edən bir elm kimi sosiologiyanın başlıca vəzifəsi cəmiyyət üzvlərinin normal qəbul etdikləri idealları-məsələn, adət-ənənəni, mifləri, dini inancları və s. Mənəvi dəyərləri empirik baxımdan təhlil edib onların nə dərəcədə düzgün olub-olmamasını, həmçinin belə idealların nəyə görə formalaşmasını ortaya çıxaran sosial problemlərin səbəblərini araşdırmaqdır.
İdraki funksiya cəmiyyətin sosial inkişafının obyektiv qanunauyğunluqları haqqında konkret və düzgün biliklər əldə edilməsini nəzərdə tutur. Bu funksiyanı bir neçə mövqeydən səciyyələndirmək olar.
Funksiyalardan biri də praktiki funksiyadır. Sosiologiya elminin bu funksiyası onun idraki funksiyası ilə sıx əlaqədardır. O, qabaqcadan görmə momentini özündə birləşdirən elmi idrakın təbiətindən doğur. Cəmiyyətin və onun ayrı-ayrı tərəflərinin hazırki vəziyyətinin təhlilinə əsaslanaraq sosiologiya cəmiyyətin yaxın və uzaq gələcək inkişaf perspektivlərini aşkara çıxarmalıdır. İctimai münasibətlərin hazırki vəziyyətini tədqiq etməklə sosiologiya buna nail olur ki, insanlar öz ictimai münasibətlərini nəzarət altına ala və ictimai tərəqqinin obyektiv tələbatına müvafiq olaraq onları tənzimləyə bilsinlər.
İdeoloji funksiya. Elmi-idarki və praktiki funksiyalarla yanaşı sosiologiya elmi eyni zamanda mühüm ideoloji funksiyanı da yerinə yetirir. 1974-cü ildə Toronto şəhərində keçirilən VII Ümumdünya Sosiologiya konqresində məşhur Qərbi Almaniya sosioloqu Renata Maynts “Sosiologiya: mənəvi sərvətlərdən azadlıq və siyasi təkliflər problemi” adlı məruzəsində fikir səslənmişdir ki, sosiologiyanın ən aktual vəzifələrindən biri onun siyasətə öz münasibətini müəyyən etməsidir. Axı sosiologiya çox vaxt siyasi qərarlar qəbul edilməsi üçün baza rolunu oynayır və buna görə də o da bu mənada siyasətdir. Məşhur Amerika alimi Rayt Millz isə “Sosioloji təxəyyül” adlı kitabında ürək ağrısı ilə yazır ki, ABŞ-da sosiologiya generalların, həbsxana rəislərinin, biznesmenlərin xidmətçisinə çevrilmişdir.

Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin