Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir



Yüklə 200,89 Kb.
səhifə13/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   9   10   11   12   13   14   15   16   ...   59
SOSİOLOGİYA

13. Ümumnəzəri sosiologiya
Ümumi sosioloji nəzəriyyələr hər hansı bir cəmiyyətin tarix boyu inkişafı prosesinə aid olan əsas mahiyyət anlarını özündə əks etdirir. Bu nəzəriyyələr ictimai həyatın bütün sahələri üçün əhəmiyyətli olan biliklərin toplanması və cəmiyyətdə baş verən sosial əlaqələr, münasibətlər, hadisə və proseslər haqqında müvafiq nəzəriyyələrin yaradılması ilə məşğuldur. Ümumi sosioloji nəzəriyyənin əsas vəzifəsi cəmiyyətin mövcudluğu, fəaliyyəti və inkişafının qanunlarını tədqiq etməkdir. Bu nəzəriyyə ayrılıqda baş verən hər hansı sosial hadisəyə bütöv orqanizm kimi çıxış edən cəmiyyətin elementi kimi baxır. Məhz ümumi sosiologiyanın hüdudları daxilində konkret sosial hadisə və prosesləri öyrənən xüsusi sosioloji nəzəriyyələrin metodoloji əsasları formalaşır. Bu nəzəriyyə əsasında ayrı-ayrı sosial proseslərin və hadisələrin bütöv sosial sistemlə uyğunlaşdırılmasına, onların elmi-nəzəri baxımdan izah edilməsinə, mənşələrinin üzə çıxarılmasına, struktur və funksiyalarının müəyyən edilməsinə imkan yaranır.
Ümumi nəzəri sosiologiyanın əsas obyektini sosial subyektlər arasında baş verən iqtisadi, siyasi, hüquqi, mənəvi, estetik, dini, əxlaqi, psixoloji və s. Münasibətlərin təbiətini və məzmununu aşkar edən ictimai münasibətlər nəzəriyyəsi təşkil edir.
Ümumi sosioloji nəzəriyyələr nəinki ayrılıqda götürülən bir cəmiyyətin, həmçinin bütövlükdə bəşəriyyətin inkişafının dərin mahiyyətini, motivasiyanı ifadə edən proseslərin, sosial fenomenlərin meydana gəlməsi, fəaliyyəti və inkişafı səbəblərinin qanunauyğunluqlarını da tətqiq etmək imkanına malikdir. Əlbəttə, bu nəzəriyyələr ilk növbədə ümumi sosioloji səviyyədə baş verən qarşılıqlı təsir münasibətlərini və bunların əsasında bütöv sistem kimi formalaşan cəmiyyəti tədqiqat obyekti kimi seçir.

14. Xüsusi sosioloji nəzəriyyələr (sahə sosiologiyası)
Xüsusi sosioloji nəzəriyyələr ictimai həyatın ayrı-ayrı sahələrini, cəmiyyətdə mövcud olan sosial institutların, sosial birliklərin, qrupların, təşkilatların və s. Təbiətini, fəaliyyətini, inkişaf xüsusiyyətləri və meyllərini öyrənir. Bu nəzəriyyələr sosial əlaqə və münasibətlərin, sosial hadisə və proseslərin cəmiyyət həyatının ayrı-ayrı sahələrində (iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə, ideologiyada və s.)necə baş verməsini, müxtəlif sosial institut və təsisatlarda(ailə, din və s.), sosial qruplarda (siniflərdə, peşə-ixtisas kateqoriyalarında, yaşlılar, gənclər arasında, sosial-ərazi birliklərində və s.), kütləvi kommunikasiya vasitələrində (mətbuatda, televiziyada, kinoda və s.) həyata keçirilməsinin spesifikasını öyrənir. Xüsusi sosioloji nəzəriyyənin ən vacib tədqiqat obyekti şəxsiyyətdir (insan-fərd). Bununla yanaşı cəmiyyətin müəyyənləşdirdiyi qayda-qanunla və normaların pozulması (deviantlığı) hallarını, miqrasiyanı, sosial mobilliyi, irqi, milli və demoqrafik problemləri öyrənən xüsusi sosioloji nəzəriyyələr də vardır.
Sözsüz ki, xüsusi sosioloji nəzəriyyələrin dərk etmə radiusu, tədqiqat sərhədləri ümumsosioloji nəzəriyyələrə nisbətən məhduddur. Belə nəzəriyyələr cəmiyyətdə mövcud olan alt sistemlərin sosioloji baxımdan öyrənilməsini həyata keçirir.
Məsələn, cəmiyyət həyatının iqtisadi və yaxud siyasi sahəsi tədqiqat obyekti olur. Məqsəd sosial-iqtisadi münasibətlərlə bağlı problemlərin, insanların təsərrüfat fəaliyyətlərinin sosial aspektlərinin ciddi tədqiq edilməsidir. Əmək şəraiti, əhalinin ayrı-ayrı kateqoriyalarının sosial müdafiəsi, təhsil, sağlamlıq, məişət, insanların istirahəti, sosial təminatı ilə bağlı məsələlər də xüsusi sosioloji nəzəriyyələrin tədqiqat obyektləridir.
Xüsusi sosioloji nəzəriyyələr nəzəri sosiologiya ilə sosioloji tədqiqatların empirik səviyyələrinin üzvi əlaqələndirilməsinə şərait yaradır. Ayrı-ayrı sahələr, fəaliyyət dairələri haqqında bilikləri özündə əks etdirən xüsusi sosioloji nəzəriyyələr sırasında bunları qeyd etmək olar: əməyin sosiologiyasını, sinfi münasibətlərin sosiologiyasını, etnik və yaxud milli münasibətlərin sosiologiyasını, şəhər və kəndin sosiologiyasını, siyasi münasibətlərin sosiologiyasını, dinin sosiologiyasını, mədəniyyətin, təhsilin, səhiyyənin sosiologiyasını, şəxsiyyətin sosiologiyasını və s.
Sosiologiyanın ayrı-ayrı sahələri, xüsusi sosioloji yanaşmalar Qərbi Avropanın və ABŞ-ın sosioloq alimləri tərfindən müəyyən qədər işlənmişsə də bunu tam yetərli saymaq olmaz.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin