Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Sosial birliklər və sosial qruplar



Yüklə 200,89 Kb.
səhifə28/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   24   25   26   27   28   29   30   31   ...   59
SOSİOLOGİYA

29. Sosial birliklər və sosial qruplar.
Sosial birliklər və təşkilatlar
Sabit sosial əlaqənin obyektiv surətdə mövcud olduğu insan birliklərinə sosial qruplardan başqa digər sosial toplular da aiddir. Onların arasında ən mühümləri bunlardır: müəyyən məqsədləri reallaşdırmaq üçün yaradılan məqsədli birliklər, hər hansı bir ərazi və ya mədəni mənsubiyyətə əsaslanmış ərazi və etnik birliklər, cəmiyyətin stratifikasiya bölgüsünü əks etdirən sosial siniflər və təbəqələr, nəhayət bütöv cəmiyyət (qlobal cəmiyyət)
Məqsədli birliklər, təşkilatçıların müəyyən məqsəd və niyyətlərinin yerinə yetirilməsinə xidmət edəcəyi şüurlu surətdə nəzərdə tutularaq yaradılan qruplardır. Bu məqsədlər formalaşdırılmış nizamnamədə ifadə olunur. Lakin məqsədli qeyri-formal qruplar da ola bilər.
Üzvləri bir-biri ilə birləşdirən maraqlardan asılı olaraq məqsədli birliklər müxtəlif ola bilər. Onlar iqtisadi, siyasi, mədəni, elmi, idman, əyləncəli, xeyriyyə, yoldaşlıq və s. Məqsədləri həyata keçirən qruplar ola bilər, hər hansı yerli məqsədlərə xidmət edə bilər; hər hansı ictimai ideyaları təbliğ etmək, sağlamlığı qorumaq məqsədini və s. Güdə bilər. Qrupun məqsədləri müxtəlif ola bilər və bu məqsəd müxtəlifliyi, aydındır ki, qrupların tərkibində, həcmində, fəaliyyət üsullarında və s. Müxtəlifliyə gətirib çıxarır.
Sosiologiyada “qrup” anlayışı kimi təklif olunan bir sıra sosial birlik növləri vardır. Məsələn, bir neçə fərd müəyyən fiziki məkanda müvəqqəti olaraq məskunlaşır. Eləcə də, eyni vaqonda bir neçə gün yol gedən, müəyyən anda eyni meydanda olan, eyni küçədə yaşayan insan toplularını elmi mənada “sosial qrup” adlandırmaq olmaz. İnsanların belə toplusuna “aqreqasiya” deyilir. “Aqreqasiya” latın dilində müəyyən fiziki məkanda toplanmış şüurlu surətdə qarşılıqlı fəaliyyətdə olmayan insanların mexaniki toplusu mənasını ifadə edir.
Real qrup – real münasibətlərlə qarşılıqlı əlaqələrdə olan insanlar birliyidir. Real qruplar arasında böyük və kiçik sosial qruplar fərqləndirilir.
Böyük qrupda bütün üzvlərin bir-birini şəxsən tanıması və onların arasında əlaqələrin vasitəsiz baş verməsi mümkün deyildir. Böyük qruplara adətən siniflər, sosial təbəqələr, millətlər, siyasi partiya birlikləri, qadınlar, gənclər, idman və s. İttifaqlar və birliklər aiddir. Böyük qruplar qeyri-mütəşəkkil, daxili səbəblərdən yarana bilər (məs. Kortəbii tətil hərəkatı iştirakçıları, izdiham və s.) Təşkil olunmuş böyük qruplar cəmiyyətin tarixi inkişafı prosesində əmələ gələn sabit yaranmanı (məs. Siniflər, etnoslar və s.) təmsil edir.
Kiçik qrup- tərkibinə görə azsaylıdır (2 nəfərdən 35-dək adam). Belə qrupların üzvləri bir-biri ilə bilavasitə şəxsi ünsiyyətdə olurlar. Kiçik qrupları həmçinin “kontakt qrupları” da adlandırırlar. Sosiologiyada kiçik qrupların aşağıdakı təsnifatı qəbul olunmuşdur:
Formal və qeyri-formal;
Ilkin və təkrar;
Üzvlük qrupu.
Formal qrupda üzvlərin vəziyyəti və davranışı rəsmi təşkilatçılıq və sosial institutların qaydaları ilə tənzimlənir. Formal qrupa nümunə olaraq tələbə qruplarını göstərmək olar. Çünki burada həm miqdar, həm quruluş, həm funksiyalar, həm tədris prosesi və həm də formal liderlik (qrup nümayəndəsi) ali məktəbin qaydalarına əsasən nizamlanır.
Qeyri-formal qrup – həmfikirlərin, dostların və başqalarının əhatəsidir. O, həm formal qrup çərçivəsində, həm də onsuz yarana bilər. Məsələn, məkan-ərazi yaxınlığı əsasında (qonşular, həmyerlilər); maraq birliyi əsasında (pokerlər, qeyri-formallar); şəxsi rəğbət əsasında (dostlar, tanışlar) və s.
İlkin və təkrar qruplar. Fərdlər arasındakı qarşılıqlı münasibətlərin fərqi ən çox ilkin və ikinci qrupda özünü büruzə verir. İlkin qruplarda qrupun hər bir üzvü başqa bir üzvü şəxsiyyət və fərd kimi görür. Belə bir görümün nailiyyəti intimliyin, şəxsiyyət təcrübəsinin bir çox elementlərini yaradan sosial münasibətlər vasitəsilə baş verir.
Referent qrup – ya real qrup, ya da şərti qrupdur. Burada fərd özünü nümunə ilə davranışını və özünüqiymətləndirməni əlaqələndirir. Bəzən referent qrupla inqrup uyğun ola bilər. Məsələn, yeniyetmə öz komandasına müəllimlərinin düşündüyündən də artıq dərəcədə istinad edir. Altqrup da həmçinin referent ola bilər.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin