Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Əhalinin sosial-təkrar istehsalı və onun formaları



Yüklə 200,89 Kb.
səhifə46/59
tarix06.01.2023
ölçüsü200,89 Kb.
#78586
1   ...   42   43   44   45   46   47   48   49   ...   59
SOSİOLOGİYA

47. Əhalinin sosial-təkrar istehsalı və onun formaları.
Sosiologiya kənddəki proseslərə ciddi əhəmiyyət verir; bu elmi maraq zəminində onun xüsusi sahəsi – kəndin sosiologiyası təşəkkül tapmışdır. Kəndin sosiologiyasında əhalinin sosial təkraristehsalı prosesinin tədqiqi, onun şərait, məqsəd və nəticələrinə uyğun olan tədbirlər görülməsi mərkəzi problemlərdəndir.
Kənd əhalisinin xarakter xüsusiyyəti onun kifayət qədər yüksək stabilliyidir: adamların mütləq əksəriyyəti kənddə fasiləsiz yaşayır.
Kənd əhalisinin sosial-sinfi strukturu mürəkkəb olub müəyyən dinamizmə malikdir; burada sosial birliklərin fasiləsiz dəyişməsi müşahidə olunur.
Kəndin həyat tərzi özünəməxsus cəhətlərə malikdir. Əhali sıxlığının çox da böyük olmaması, təbii mühitlə üzvi bağlılıq, kəndlinin əldə etdiyi torpaq payında əməyin tətbiqi, ictimai xidmətin zəif inkişaf etməsi vəs.özünəməxsusluğun mənbələridir. Buraya istehsal əməyinin zəif diferensiasiyası, onun texniki və enerji təhcizinin nisbətən aşağı olması, iş yerlərinin və onları seçmək imkanlarının məhdudluğu. əməyin təbiətin ritminə və tsikillərinə tabeliyi, əmək məşğuliyyətinin qeyri bərabərliyi, iş şəraitinin nisbətən ağırlığı vəs. əlavə olunmalıdır.
Əhalinin sosial təkraristehsalında miqrasiya müəyyən iz buraxır. Sənayenin inkişafı daha geniş sferada əmək tətbiq etmək imkanı, həyat səviyyəsi və s. Miqrasiya axınlarının əsas istiqamətlərini formalaşdırmışdır. Keçmiş SSR məkanında keçən əsrin 20-ci illərinin ortalarından başlayaraq şəhər əhalisi kənd əhalisinin hesabına əhəmiyyətli dərəcədə artmışdır. 70-80-ci illərdə müəyyən sabitləşmə meylləri olmuş, əhalinin kəndə miqrasiya axını bir qədər artmışdır. Səmərəsiz miqrasiya sosial-iqtisadi və mədəni-məişət tədbirləri ilə nizamlanmalıdır.
Kənd məskənlərinin tipləşdirilməsi problemi prinsipcə çoxdan qoyulmuşdur. Urbanizasiya prosesini əks etdirən tipologiyalar geniş yayılmışdır. Bu tipologiyaların çıxış momenti müxtəlif tipli məskən strukturunun sosial-iqtisadi məzmunundakı fərqlərdir. Məsələn, kənd əhalisinin sosial tərkibinin və həyat tərzinin spesifikasını öyrənmək vəzifələrinə uyğun olaraq, əhalinin fəaliyyət göstərdiyi müasir təsərrüfat tiplərinə görə tipləşdirmə aparmaq olar.
Kənd əhalisinin sosial inkişaf meyllərini və şəhərə miqrasiyası səbəblərini kompleks qaydada öyrənərkən kəndin ümumi tipoloji modelini yaratmaq üçün başqa əsaslardan istifadə edilir. Beləliklə, xalis kənd(aqrar); əsasən kənd; aqrar- sənaye və sənaye-aqrar tipli məskənləri ayırd etmək olar.
Kənd əhalisinin və onun miqrasiyasının, sosial inkişafının bu və ya digər aspektlərinin təhlilini təmin edən daha xüsusi tipoloji modellər məskənlərin ölçülərinə( adamların miqdarına) görə, əhalinin sahə məşğuliyyətinin üstünlüyünə görə, əhalinin yerləşməsi sistemində əlaqlərin tipinə görə və s. Ayrılmasını nəzərdə tutur. Belə tipoloji modellər sosioloji tədqiqatın bu və ya digər vəzifələrinə tətbiq edildikdə müəyyən məna kəsb edir; hər bir konkret halda seçmə tədqiqatın məqsədlərindən asılıdır. Həmin modellərin ən ümumiləşmiş variantı müasir kəndin çoxölçülü təsnifatıdır.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin