Sosiologiyanın tarixini sadəcə olaraq sosial hadisələrin dərk olunmasının inkişaf yolunu ümumi şəkildə və bir dairədə təsvir etməklə məhdudlaşdırmaq olmaz



Yüklə 24,06 Kb.
səhifə4/4
tarix29.12.2021
ölçüsü24,06 Kb.
#48722
1   2   3   4
sos tarixi kv-1

Dördüncü mövqeyi marksist konsepsiya səciyyələndirir . Marksist mövqe ətraf aləmin , dünyanın yenidən dəyişdirilməsində sosiologiyanın fəal rolunu əsaslandırır . Marks qətiyyətlə qeyd edirdi ki , şəraiti dəyişdirən insanlardırsa onda şəraitin özünü insaniləşdirmək lazımdır . Marks sosiolokiyasının qüdrəti məhz bundan ibarətdir .
3.Cəmiyyətdə mövcud olan sosial hadisələr dinamik hərəkət edir,dəyişir bir birini əvəz edir və bu dəyişikliklər zaman daxilində şəraitə uyğun olaraq baş verir. Sosiologiyada belə dəyişiklilər bir qayda olaraq sosial hadisələrin irəliyə doğru inkişafının ümumi qanunauyğunluğu kimi açıqlanır. Sosial dəyişikliklər mövcud hadisələrin inkişafından irəli gələ bilər yaxud inkişafa zidd ola bilər.Eyni zamanda ikişafın qarşısını ala bilməz. Sosial dəyişikliklərin baş verməsinə hər bir ayrıca fərdin şüur və iradəsinin formalaşmasında müəyyən rol oyanayan xüsusi həyat şəraiti müəyyənedici təsir göstərir. İnkişafda olan sosial dəyişiklik proses kimi səciyyələnir. O hadisələrin, vəziyyətin ardıcıl surətdə dəyişməsini nəyinsə inkişafında baş verən dəyişiklikləri ifadə edir. Proses ardıcıl hərəkət almaqla müəyyən məqsədlərin əldə olunmasına istiqamətlənir. Sosial proses sosial sistemin inkişaf səviyyəsinə onun mahiyyət və məzmununa uyğun olaraq dəyişir. Sosial sistemlərin səviyyələri müxtəlif olduğuna görə sosial proseslər də müxtəlif səviyyələrdə baş verir. Sosial proses dedikdə digər sosial hərəktlərdən ayrılan bir istiqamətli və təkrarolunan sosial hərəkətlərin məcmusu başa düşülür. İnsanlar yerlərini dəyişir,birgə təhsil alır,maddi nemətlər istehsal edir,siyasi mübarizə aparır və digər bir çox sosial proseslərdə iştirak edirlər. Cəmiyyətdə baş verən sosial dəyişikliklər insanların məqsədyönlü fəaliyyəti nəticəsində reallaşır. Demək sosisal dəyişikliklər və göstəricilər idrakın vasitələri ilə səciyyələnir. Ümumiyyətlə sosial proseslər sosial sistemin və onun yarımsistemlərinin,hər hansı obyektin vəziyyətinin və ya ünsürlərinin ardıcıl surətdə dəyişilməsini səciyyələndirir.
4. Ümumilikdə sosial proseslər bir neçə formada təzahür edir.
1. İnsanlarln məqsədyönlü fəaliyyətində ( avropa birliyinin yaranması,qloballaşma prosesləri)
2. Əvvəlcədən istiqamətləndirilməmiş təsadüfi hadisələr (emosional münaqişələr,mitinqlər)
3. Sosial proses nəticəsində radikal dəyişikliyin baş verməsi, lakin sonradan əvvəlki qaydaların bərpası ( 1789 Fransa monarxiyanın yıxılması )
8.Ümumi cəhətlərə malik olan çoxtərəfli sosial proseslərin məcmusu görkəmli Amerika sosioloqları Park və Becers tərəfindən təklif edilmişdir
1. Kooperasiya 2. Rəqabət 3. Uyğunlaşma 4. Kompromis 5. Münaqişə 6. Assimilyasiya 7. Amalqamizasiya(qarışıq)
  Kooperasiya-iki söz birləşməsindən əmələ gəlib ko-latın dilində birgə aperari- işləmək deməkdir. Kooperasiya iki fərddən ibarət qrupda eləcə də böyük qruplarda yarana bilər.
Rəqabət- tükənməkdə olan sərvətlər,ehtiyyatlar uğrunda və bunların qeyri-bərabər bölüşdürülməsi ilə bağlı fərdlər,qruplar və ya cəmiyyətlər arasında mübarizədir. Həmin sərvətlər pul,hakimiyyət,status hətta təşəkkür və s.dən ibrətdir. O eyni məqsədlərə can atan rəqibi kənarlaşdırmaq və ya qabaqlamaq yolu ilə mükafat,mənfəət əldə etməyə cəhd kimi müəyyənləşdirilir. Rəqabət şəxsi səviyyədə də təzahür edir. Rəqabətin müsbət cəhəti odur ki, hər bir şəxsiyyəti böyük nəaliyyətlərə sitimullaşdıran praktiki vasitəyə çevirilir.  Lakin rəqabət münaqişə də yarada bilər.
Uyğunlaşma- dəyişilən xarici mühit şəraitində insanın həyatı üçün əlverişli olan davranış tipinin formalaşmasıdır. Tələbatların ödənilmədiyi,məqbul davranışın tətbiq edilə bilmədiyi köhnə mühit məcbur edir ki, bu qruplar yeni mühitə uyğun olan mədəniyyət normalarını,sərvətləri qəbul etsin.
Kompromis- uyğunlaşma forması olub,fərdlərin və qrupların dəyişilən şəraiti ilə və mədəniyyətlə qismən və ya tam şəkildə razılaşması deməkdir. Amma bu müvəqqəti razılaşmadır. Çünki şərait dəyişən kimi yeni kompromisə ehtiyac duyulur.
Münaqişə - latın dilində konfliktus sözündən götürülmüşdür mənası toqquşma deməkdir. Münaqişə əks mənafelərin, fikirlərin toqquşması hər iki qarşıdurma tərəfləri üçün vəziyyət yaradan münasibətlərdir. Münaqişələr insanın obyektiv gerçəklikdə bütün münasibətlərini əhatə edir.
Assimliyasiya - qarşlıqlı mədəni nüfüz etmə olub, şəxsiyyəti və qrupları ümumi mədəni prosesin iştirakçılarına çevirir və həmişə ikitərəfli proses kimi səciyyələnməklə hər bir qrupun öz mədəniyyətini digər qrupun mədəniyyətinə nüfuz etdirməyə istiqamətlənir.
Amalqamizasiya- bioloji cəhətdən iki və daha artıq etnik qrupun və ya xalqın qarışığıdır,bucür qarışıq nəticəsində bir qrup və ya xalq təşəkkül tapır.
Ümumiyyətlə bütün proseslər öz aralarında sıx əlqəyə malikdir  və demək olar ki,həmişə eyni vaxta təzahür etməklə qrupun inkişafı və cəmiyyətdə daimi dəyişikliklərin baş verməsi üçün imkan yaradırlar.
7.Sosial proseslərin məzmunu və mahiyyətini sosietal sistemlərin ardıcıl dəyişilməsi təşkil edir. Bu sosial dəyişikliklər bir neçə formada baş verir. 1. Cəmiyyətin tərəqqi yolu ilə inkişafına səbən olan dəyişikliklər
2. Təkamül yolu ilə dəyişiklik yəni sosial prosesin tədricən dəyişməsi.
3. İnqilabi yol ilə dəyişiklik.
4. Sosial modernləşmə əsasən reforma yolu ilə cəmiyyətin sosial sistemlərində baş verir.
5. Sosial dairəvi dəyişiklik. Bu arasıkəsilməz inkişaf prosesidir.
6. Spiralvari dəyişiklik- sosial proseslərdə baş verən dəyişikliklər bir-biri ilə əlaqəlidir.
Sosial proses anlayışı sözün geniş mənasında ictimai həyatın bütün siferalarında təzahür edən prosesləri özündə əks etdirir. İqtisadi,mənəvi-ideoloji və siyasi proseslər məhz bu qəbildəndir. Sosiologiyanın predmeti və obyekti baxımından biz yalnız ideoloji və siyasi prosedlərin konkret təhlilinə diqqət yetirək. İdeoloji münasibətlər sistemində ideoloji proses müəyyən mənada ideologiya anlayışının məzmununu əks etdirir. İdeoloji prosesin əsasını təşkil edən ideoloji fəaliyyət sosiologiyanın metodlarına əsaslanmalıdır. Ümumiyyətlə mənəvi-ideoloji sfera insanlar arasındakı ümumi münasibətlərin xüsusi növüdür.

5,13. Sosial kateqoriyaların müəyyən strafikasiyası vardır. Onlar cəmiyyəti bütövlükdə deyil, konkret komponentlərini əks etdirir. Onlar yalnız sosiologiyada işlənən spesifik kateqoriyalardır. Sosial kateqoriyaların zənginləşməsi emprik tədqiqatların daha əsaslı aparılmasına kömək edir.     
  Kateqoriyalar metodoloji və prosedur  kateqoriyalara bölünür:
Metodoloji kateqoriyalar 4 qrupa ayrılır:
1. Sosial əlaqələri müəyyən edən kat. ( sosial fakt,sosial hərəkatlar,sosial münasibətlər)
2. Sosial topluları açan kateqoriyalar(sosial birlik, qlobal cəmiyyət, sinif, millət,sosial qrup)
3. Sosial prosesləri əks etdirən kateqoriyalar(sosial yerdəyişmələr, sosial fəallıq, təhsil)
4. 4) sosial inkişafı açan kateqoriyalar (sosial dəyişiklik, başqalaşma ,artma).
Prosedur kateqoriyaları informasiyanın işlənməsi zamanı fəaliyyət göstərən kateqoriyalara aiddir.
Məs, bir çox növü olan tədqiqat texnikası, müxtəlif üsulları olan ölçmə.
Sosial proses, təsisat, sistem sosial fəaliyyət haqda düzgün təsəvvürü ayrı-ayrı kateqoriyalar deyil, onların əlaqəsi yaradır.
  Sosial əlaqə və münasibətlərin mürəkkəblik dərəcəsi cəmiyyət və qrupların mürəkkəbliyindən asılıdır. Sosial əlaqələr birləşdiri və ayırıcı xüsusiyyətlərlə səciyyələnə bilər. Sosial əlaqə fərd və ya qrupların müxtəlif davranış formalarını nəzərə alaraq təzahür etdirdiyi əlaqəyə əsaslanan qarşılıqlı təsirdir. Bu əlaqə insanların bir-birinə yaxınlaşması və yaxud uzaqlaşması nəticəsində meydana çıxır.
14. İctimai həyatda müşahidə edilən sosial əlaqə növlərindən göstərmək olar:
1. Əməkdaşlıq
2. Rəqabət
3. Münaqişə
4. Sosial mübadilə
5. Simvollar
  Əməkdaşlıq iki və ya daha artıq insanın ümumi bir məqsədi həyata həyata keçirmək üçün enerjilərini, maddi qüvvələrini birləşdirəcək hərəkət etmələri kimi başa düşülür. Əməkdaşlıq ümumi bir məqsədə doğru yönəlmiş birgə işə əsaslanan sosial əlaqə formasıdır.
  Rəqabət insanların və ya cəmiyyətin bütün qüvvələrini fəallaşdıraraq onlara bir-birindən daha üstün müvəffəqiyyətlər əldə etmək üçün  onların imkanlarının inkişafına səbəb olan müsbət bir sosial əlaqə formasıdır.
11,15. Münaqişə tərəflərin bir-birinə zərər vermək istəyindən doğan bir prosesdir. Münaqişə  2 və daha çox insanın, ya da qrupun bir-birini rədd etmələrini ifadə edən bir əlaqə formasıdır. Bu əlaqənin ən ibtidai və amansız forması müharibədir. Münaqişə sosiologiyanın əsas məsələlərindən biri hesab olunur. Sosiologiya münaqişələrin yaranma səbəblərini, onun həll edilməsi yollarını və sosial həyata təsiri öyrənir. İqtisadi, siyasi, sosial və mənəvi sahələrdə yaranan ziddiyyətlər vaxtında həll edilmədikdə münaqişələr baş verir. Karl Marksa görə münaqişələr siniflərarası mübarizənin kəskinləşməsi nəticəsində baş verir. Dorendorf isə sosial münaqişənin sosial qruplararası baş verdiyini irəli sürür. Dorendorfun fikrinə görə belə münaqişələrin islahatlar yolu ilə aradan qaldırılması mümkündür.
Milli-etnik zəmində yaranan münaqişələr daha geniş yayılmışdır. Təcavüzkar, steperatçılıq zəmnində baş verən münaqişə cəmiyyət üçün daha təhlükəlidir. Onun qarşısının vaxtında alınması sabitliyin yaranmasının əsas şərtlərindən biridir.
10. Əməkdaşlıq və münaqişədən fərqlənən əlaqə növü sosial mübadilədir. Burada tərəflər arasında ümumi fəaliyyətin yaranması vacibdir (Minumum da olsa).
Burada 2 və ya daha çox insanın aralarında ola biləcək münaqişələrin qarşısını almaq, yaxud zəiflətmək ya da yox etmək üçün insanların bir-birinə təsir etməsi üçün səciyyələnən sosial əlaqə formasıdır. Sosial mübadilə sosial fəaliyyət vasitəsilə həyata keçirilən ictimai həyatın müxtəlif sferaları və prosesləri arasındakı qarşılıqlı əlaqələr kimi təsəvvür edilir. Sosial mübadilə qarşılıqlı təsirdə obyektiv və subyektiv tərəflərə malik olur. Onun obyektiv tərəfi müxtəlif insanlardan asılı olmayan, lakin qarşılıqlı əlaqənin məzmununu, xarakterini əlaqələndirən, eyni zamanda ona nəzarət edən əlaqə təşkil edir. Subyektiv tərəf dedikdə isə, insanların müvafiq davranışının qarşılıqlı gözləmələrinə əsaslanan və onların bir-birinə olan şüurlu münasibəti başa düşülür. Bu bir qayda olaraq müəyyən zaman ərzində konkret sosial birliklərdə cəmləşən şəxsiyyətlərarası münasibətlərdir. Mübadilə adətən yeni sosial münasibətlərin meydana gəlməsinə gətirib çıxarır. Sosial münasibətləri sosial qruplar arasında nisbi sabitlik və müstəqillik əlaqəsi kimi təsəvvür etmək olar. Deməli sosial münasibətlər sosial sistemlərin çox geniş dairəsini əhatə edir. Sosial münasibətlər də ictimai münasibətlərdən müəyyən dərəcədə fərqlənir. İctimai münasibətlər daha geniş anlayışdır.
Sosial münasibətlər ictimai münasibətlərin tərkib hissəsinə daxildir. Sosial nəzarət sistemi vasitəsilə cəmiyyətin sosial münasibətləri tənzimlənir.
   Simvollar konkret olaraq sosial əlaqələrdə yalnız cəmiyyəti təşkil edən ayrı-ayrı insan qruplarında mümkün ola bilər. Cəmiyyətin sosial təşkili çərçivəsində sosial əlaqə və münasibətlərin müəyyən davamlılığını təmin edən spesifik birlik sahələri və sosial təsisatlarda nəzərə alınır.
6,12. Qərb sosiologiyasının ənənəvi, naturalist, pozitiv istiqamətinin inkişafı sosiologiyanın obyekti, sosial münasibətlər və strukturlar təbii-elmi yanaşmada yaxın anlayışlar kimi izah olunur. Bu münasibətlər və strukturlar insanlardan, onların məqsəd və təşəbbüslərindən asılı olmayaraq müstəqil qəbul olunurlar. Bu halda insanların davranışı sistemin imperativləri ilə müəyyən olunur ki, onlar insanların fəaliyyətlərinin istiqamətini şərtləndirir, eyni zamanda qəbul edilən qərarların tipini diktə edirlər. Parsonsun qeyd etdiyi kimi funksionalistlər üçün sosial sistem ancaq simvolik qarşılıqlı təsirdir. Bu sosial sistemlərdə insana sosial strukturların təsiri altında olan passiv obyekt kimi baxılır. Belə yanaşmada sosioloqun vəzifəsi bu strukturu təsvir etməkdən və insanı əhatə edən şəraiti dəyişməklə onu manipulyasiya etməyə yardım göstərməkdir. Manipulyasiya idarə edən insanın mənafeyinə uyğun şəkildə digər insanın davranışının gizli idarə olunması prosesidir.  İnsan xarakteristikası hər hansı bir keyfiyyətə, tələbatlara, motivasiya və məqsədlərə aid etmək nəzəri modelləri çox sadələşdirir. Amma bu modellər artıq onların köməyilə analiz olunan sosial proseslərin reallığına uyğun gəlmirlər. Belə yanaşmanın çərçivəsində irəli sürülmüş nəzəri mülahizələri emprikcəsinə yoxlamaq cəhdi zamanı gözə çarpır. Ümumiyyətlə sosioloji obyektlərin keyfiyyət spesifikası məsələsindən yan qaçmağın mümkün olmadığı məlumdur. Bu işdə Qurviç, Adorna, Polak, Şels və b. sosioloqlar, onların əsərləri çox böyük təsir göstərirdilər. Onlar həm emprik sosiologiyanın, həm də cəmiyyətin makro nəzəriyyələrinin təbiət elmlərinə xas olan ehtimallar üzündən düçar olduğu müvəffəqiyyətsizliyi səbəblərini fəlsəfi səviyyədə axtarmalı oldular. Bu birinci növbədə, metodoloji obtektivliyin, sosial prosesin yaradılması və inkişafında fərdin şüurlu fəaliyyətinin nəzərə alınmaması kimi müşayiət olunur, Təbiət elmlərinin ideya və metodlarından aktiv istifadədir ki bu da təbiət elmlərinə qətiyyən xas olmayan geniş dünyagörüşünü onlara aid etməklə müşayiət olunur. Bir çox sosioloqlar belə yanaşmanı sientizm, texnokreatizm, şüurun manipulyasiya edilməsi və s. ilə bağlayaraq onun səmərəsiz olduğunu göstərirdilər. Fransada sosial reallığa erkən yanaşma rolunu 60-cı illərdə strukturalizm oynadı. Bu nüfuzlu cərəyan Mişel Fuko, Levi Stross kimi görkəmli sosioloqlar tərəfindən təmsil olunmuşdur, fransız strukturalizmi həm də qərb sosioligiyasında olan fenomenoloji sosiologiya və xüsusən eksistensial paradiqma kimi subyektivist(bayağı şüur) cərəyanlara qarşı rasionalist reaksiya kimi meydana çıxmışdır. Eksistensial pradiqma əsas diqqəti mənəvi həyatın ümumi fiksasiyalara tabe olmayan refleksə qədər və içəridən gələn hallarına verir. Strukturalizmin əsas məqsədi insan, insan təfəkkürü və biliyi problemlərini sosiallığın obyektiv analizi problemlərini həll etmək idi. Strukturlar dedikdə, subyektiv faktorlardan asılı olmayan sosial elementlərin hər an sabit olan əsl nisbətləri nəzərdə tutulur. Cəmiyyətin elmi tədqiqinin əsas məqsədi isə sinxron kəsikdir.
Yəni kollektiv qeyri-şüurluluğun cəmiyyətin simvolik strukturlarını - onun rituallarını, mədəni ənənələrini, nitq formalarını hansı şəkildə formalaşdırdığını izləməkdir. Tarixi və etnik faktların öyrənilməsi kollektiv qeyri-şüuriliyin dərk edilməsində yalnız bir addımdır.
Lev Strossun fundamental etnoloji əsərləri böyük everestik əhəmiyyətə malikdir. Mişel Fuko tarixin müxtəlif dövrlərində fəaliyyət göstərən biliklərin normativ sistemləri və strukturlaşmalarını mental strukturlar adı altında nəzərdə tutur və onu sosial institutların strukturundan hasil edir.
9. Müasir dövrdə psixoloji istiqamətdə mikronəzəriyyələr arasında 2 əsas nəzəri-idraki istiqamət naturalizm və subyektivizmi qeyd etmək olar.
Naturalizm üçün biheviorist yanaşma aiddir. Bu nəzəriyyələrdə əsas diqqət insanların davranışı və qarşılıqlı təsirinin ən çox müşahidə olunan faktlarına verilir.
Biheviorizmin 1-ci formulun Homansın sosial mübadilə psixoloji konsepsiyası, 2-cisi isə C.Midin simvolik interaksionizmi ilə təmsil olunur. Homansın biheviorist konsepsiyası Blaunun konsepsiyasına müəyyən təsir göstərmişdir. Blau öz nəzəriyyəsinə iqtisadi yanaşma elementlərini daxil etdi. Eyni zamanda  davranış tiplərini ayırmağa cəhd etdi. Bu ideyanı əsaslandırmaq üçün sosioloq nəzəriyyəçilər simvolik interaksionizm nəzəriyyələrinə, fenomenoji sosiologiyaya müraciət etdilər.
Yüklə 24,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin