Birinci mövqe şəxsiyyət və cəmiyyət münasibətlərində ayrı - ayrı fərdlərə münasibətdə cəmiyyətin üstünlüyündən çıxış edir. Bu mövqe subyektiv motivlərə və məqsədlərə əhəmiyyət verməyərək cəmiyyətdə « yüksək » qaydaların qanuna- uyğunluqlarını öyrənməyə diqqət yetirir . Müasir qərb sosiologiyasında isə haqqında danışdığımız sosioloji mövqeyə T.Parsonsun struktur funksionalizmi , L.Kozer və R.Darendorfun əsaslandırdığı münaqişələr nəzəriyyəsi yaxındır .
İkinci mövqeisə əksinə şəxsiyyətə üstünlük verərək təsdiqləyir ki , insanın daxili aləmini , onun təhrikedici motivlərini və məqsədlərini öyrənmədən izahlı sosioloji nəzəriyyə yaratmaq qeyri mümkündür . Bu ənənə alman sosioloqu M.Veberin adı ilə bağlıdır .