I zona - məşəldən tullantının atıldığı zona. Burada qarışıqların qatılığı az olur.
II zona – tüstülənmə zonası. Burada qarışıqların qatılıqları ən böyük olur.
Bu zona ətraf və əhali üçün ən təhlükəli zonadır.
Bu zonanın uzunluğu 10-49 tüstü borusu hündürlüyünə barəbərdir. Tüstü borusunun hündürlüyü yayılan qarışıqların yer səthi üzərində qatılığın minimum olması və ya BBQaz olması şərtindən tapılır.
III zona– çirkləndirici qarışığın qatılığının tədricən azaldığı zonadır.
Maksimal qatılıq (Cmax) mənbədən atılan tullantıların miqdarı ilə düz mütənasib olur. Tüstü borusunun hündürlüyünün kvadratı ilətərs mütənasibdir.
Atmosferin sənaye tozları və dumanları ilə çirklənməsindən qorunması üçün toz və duman tutan aparat və sistemlərdən istifadə edilir. Hazırda aşağıdakı toztutan avadanlıqlar tətbiq olunur:
Quru toztutanlar,
2) Yaş toztutanlar.
Quru toztutucuları – burada tozun qazlardan (havadan) ayrılması üçün təsir edən qüvvə mərkəzəqaçma qüvvəsidir.
Bu qrupa siklonlar, tozçökdürən kameralar, jalyüzlü və rotasion tipli toztutucıları, elektrik süzgəçıəri və süzgəclər daxildir.
Nəm toztutucuları – bu qrupa Venturi skrubberi, forsunkalı skrubberlər, köpük aparatları və s. daxildirlər.
Quru toztəmizləyici aparatlar.Quru toztəmizləyici aparatlara müxtəlif konstruksiyalı siklonlar (ratasion radial, jalüzlı, burağan) aididr. Onlar havanı tozlardan mexaniki yollarla təmizləyir.
Məsələn qravitasiya, inersiya qüvvələri təsiri hesabına işləyirlər.
Qazların quru halda təmizlənməsi üçün müxtəlif tipli siklonlardan istifadə olunur.
Qaz cəryanı siklonda 2 girişi ilə maili sürətdə gövdənin daxili səthinə 1 daxil olur və fırlanma-irəliləmə hərəkəti ilə gövdə boyunca gedərək 4 bunkerinə keçir. Mərkəzdən qaçma qüvvəsinin təsiri ilə toz hissəcikləri siklonun divarında toz qatı əmələ gəlir, hansı ki qaz hissəcikləri ilə birlikdə bunker 4 tökülür. Bunkerə tökülən toz hissəçiklərinin qazdan ayrılması, qaz cəryanın bunkerdə 1800 dönməsi hesabına baş verir. Tozdan ayrılan qaz cəryanı burulğan əmələ gətirir və bunkerdən 3 borusu ilə siklonu tərk edir. Siklonun normal işlənməsi üçün bunker qermetik olmalıdır, əks halda xarici havanın siklona sorulması nəticəsində təmizlənmiş qazla birlikdə toz 3 borusuna daxil olur.