Ən çox təmizləmə sistemində istifadə olunan təzyiqli flotasiya qurğusudur.
Pnevmatik flotasiya qurğularında ejektor vasitəsilə verilən havanınsu ilə doyması baş verir.
Köpüklü flotasiya prosesində yağ qarışıqlarını sudan təmizləmək üçün köpük əmələ gətirən flotasiya reagentlərindən istifadə edilir. Bu reagentlər yağ qarışığı köpüklə örtülərək suyun üzərinə çıxır.
Kimyəvi flotasiyaprosesində hava qabarcıqları çirkab suyun xüsusi reagentlərlə qarışıqlı kimyəvi reaksiyası əmələ gəlir.
Bioloji flotasiya bioloji akktiv kütlənin çirkab su ilə qarşılıqlı təsirin nəticəsində hava qabarçıqları əmələ gəlir. Mürəkkəb olduqlarına görə belə növ flotasiya prosesi praktikada az istifadə edilir. Sənayedə son vaxtlar elektoflotasiya metodu tətbiq edilir.
Bu metodun üstünlüyü ondadır ki, elektrokimyəvi oksidləşmə prosesi çirkab suların əlavə zərərsizləşməsini təmin edir. Bundan əlavə, dəmir və aliminium elektrodlardan ionlar məhlula keçir.
Çirkab suların metallardan və metal duzlarından təmizlənməsi. Maşınqayırma sənayesində çirkab suları metal və onların duzlarından təmizləmək üçün reagentlə iondəyişmə, sorbsiya, elektrokimyəvi metodlardan, biokimyəvi təmizləmədən və s. istifadə edilir.
Ən çox reagentlə təmizlənmə geniş yayılıb. Bu təmizlənmədə əsas kimyəvi proseslər, zəhərli məhsulların əmələ gəlməsilə suda həll olan qarışıqların oksidləşməsi və ya reduksiyası, bərk və maye fazaların ayrılması ilə həll olan qarışığın həll olmayana keçməsi və çirkab sulardakı sərbəst turşu və qələvi əsasların neytrallaşması prosesləridir.
Çirkab suların reagentlə təmizlənməsinin əsas metodu onun NaCl, KCl, kalium permanqanatla, hidrogen piroksidlə, dəmirin duzları ilə və həm də xlorlaşdırma və ozonlaşdırma ilə təmizlənməsidir.
Bu və ya digər reagentlə təmizlənmə çirkab sudakı çirklərin tərkibindən və qatılığından, çirkab suyun sərfindən, pH-ın qiymətindən və s. asılıdır
Hal hazırda çirkab suların ağır metallardan və onların duzlarından, məsələn, sianidlərdən təmizləmək üçün ozonlaşdırma prosesi aparılır.
Sianizlərin ozonla oksidləşməsi metodu çox effektlidir.
Bu zaman çirkab sulara heç bir əlavə çirklər daxil olmur və ozon, hidrogen kimi bərpa olur. Bundan əlavə heç bir zəhərli məhsullar əmələ gəlmir. Təmizlənmənin texnoloji sxemi çox sadədir. Iondeyişmə metodu sənayenin çox sahələrində tətbiq edilir.
Çirkab suların təmizlənməsində əsasən altıvalentli xromdan istifadə edilir. Bu metodlar həm yüksək effektli təmizlənməni, həm də çirkab sulardan çıxarılan metalların və duzların təmizlənməyini təmin edir.
Çirkab suların iondeyişmə ilə təmizlənməsində sintetik iondeyişmə qətranlarından istifadə edilir. Xrom qarışıqlarından çirkab suları təmizləmək üçün xromlaşma vannalarından istifadə edilir.