Soyad: Dadaşzadə Qrup: 430a


Yağ tərkibli qarışıqlardan çirkab suların təmizlənməsi



Yüklə 20,27 Kb.
səhifə5/7
tarix26.12.2023
ölçüsü20,27 Kb.
#197376
1   2   3   4   5   6   7
Rad tex mat s iş (1)

Yağ tərkibli qarışıqlardan çirkab suların təmizlənməsi:
Qarışığın tərkibindən və qatılığından asılı olaraq çirkab sularını yağ tərkibli qarışıqlardan təmizləmək üçün çökmə, hidrosiklonda emal, filizləri könkinləşdirmə, flotasiya və filtirləmə üsulları tətbiq edilir.
Çökmə zamanı sıxlığı suyun sıxlığından kiçik olan yağ suyun üsündə qalır. Çökmə prosesi həm çökdürüçülərdə, həm də mexaniki çirkləndirici maddələrin cüzi qatılığlı yağtutanlardan aparılır. Yağ tutucularının quruluşu analoji olaraq üfiqi və radial çökdürücülərdə olduğu kimidir.
Yağ tutucularında çirkab suların qalma vaxtı 2 saat, hərəkət sürəti isə 0,003 – 0,008 m/san-dir. Suda olan yağ məhsullarının çökməsi zamanı suyun üzərində yağ, yağtoplayıcı qurğularla kənar edilir

Yağ tutucularının hesabı üçün yağ məhsullarının üzmə sürətini və çirkab suların sərfini bilmək lazımdır. Onda bu hesab tutucunun geometrik ölçülərini və çirkab suların çökmə vaxtını tapmağa imkan verir.
Maşınqayırma sənayesində yağ tərkibli çirkab suları təmizləmək üçün, məsələn metalkəsici dəzgahlarda axan soyuducu mayeni təmizləmək üçün xüsusi reagentlərdən istifadə edilir. Belə reagentlər kimi Na2CO3; H2SO4, NaCl, Al2(SO4)3 qarışığından istifadə edilir.
Yüksək özülüklü və böyük sıxlığa malik olan çirkab suların yağ qarışığından təmizləmək üçün hidrosiklonlardan istifadə edilir.
Çirkab suların flotasiya üsulu ilə təmizlənməsi çirkab suya verilmiş hava qabarcıqları ilə yağ məhsullarının suyun üzərində üzməsinin təmini ilə müəyyən edilir.
Bu proses yağ hissəciklərinin sudakı hava qabardıcıları ilə molekulyar birləşməsinə əsaslanır.
Əmələ gəlmiş “hissəcik – hava qabardıcıları” bir biri ilə toqquşma intensivliyindən, sudakı maddələrin qarşılıqlı kimyəvi əlaqəya girməsindən, çirkab suda olan havanın təzyiqindən və s. asılıdır.
Hava qabardıcılarının əmələ gəlmə üsulundan asılı olaraq bir neçə növ flotasiya var: pnevmatik, təzyiqli, köpüklü, kimyəvi, bioloji, elektrik və s.

Yüklə 20,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin