Soyqirimi: tarixin qanlı salnaməsi


II  FƏSİL Erməni  şovinizminin



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

II  FƏSİL

Erməni  şovinizminin 

növbəti  hədəfi

1948-1953-cü  illərdə  azərbaycanlıların 

Ermənistandan  kütləvi  deportasiyası

XIX  əsrin  əvvəllərindən  başlayaraq  XX  əsrin  son- 

larınadək  ermənilər  tərəfindən  azərbaycanlılara  qarşı 

yeridilən  deportasiya,  soyqırımı  siyasəti  zaman-zaman 

müxtəlif  üsullarla  həyata  keçirilmişdir.  Tarixi  mənbələ­

rə,  arxiv  materiallarına,  xarici  ölkə  səyyahlarının  yaz­

dıqlarına  istinadən  azərbaycanlıların  tarixi  etnik  dədə- 

baba  torpaqlarından  çıxarılması  1905-1907,  1918-1920, 

1948-1953-cü  illərdə  baş  vermiş  və  nəhayət,  1988-ci 

illərdə  daha  böyük  ərazi  işğalı  ilə  başa  çatdırılmışdır.

Sovet  hakimiyyəti  illərində  də  «Daşnaksütyun»  erməni  ter­

ror təşkilatı  öz  fəaliyyətini  dayandırmadı,  əksinə,  qan  tökmək­

də,  terror  etməkdə  yeni  mərhələyə  qədəm  qoydu.  Onlar  bol­

şeviklərə  sığınaraq  öz  işlərini  daha  da  kəskin  şəkildə  davam 

etdirdilər.  Əslində,  elə  bolşevik  ermənilərin  özləri  də  mahiy­

yətcə  daşnaklar  idi.  Təşkilatın  üzvü  Hovanes  Kaçaznuninin  bir 

tezisindəki  ifadə  də  bu  fikri  təsdiqləyir:  «Bolşevik  ermənilər 

bu  gün  səndən  də,  məndən  də  daha  çox  daşnakdırlar.  Çünki 

mənim  də,  sənin  də  aciz  olduğumuz  yerlərdə  onlar  bizi  əvəz 

etmiş  və  ömrümüzü  həsr  etdiyimiz  işi  görürlər».  Bu  da  mə­

lumdur  ki,  həmin  terror  təşkilatının  üzvləri  Sovet  İttifaqının 

ali  hakimiyyət  dairəsinə  daxil  olmuşdular.  Bu  səbəbdən  də 

onların  rəhbərliyi  adından  ermənilər  öz  cinayətkar  fəaliyyət­

lərinin  yeni  mərhələsini  çox  fitnəkarlıqla,  heç  kimdən  çəkin­

mədən,  bəzən  də  qanun  pərdəsi  altında  həyata  keçirirdilər. 

İndiki  Ermənistan  ərazisindən  azərbaycanlı  əhalinin  kütləvi 

surətdə  deportasiyasını  həyata  keçirmək  məqsədi  ilə  daşnaklar 

tükürpədici  vəhşiliyə,  terrora  və  şantaja  başladılar.

171


«Daşnaksütyun»  erməni  terror  təşkilatının  üzvü,  1918-ci 

ildə  Bakının  dinc  əhalisinə  qarşı  törədilən  cinayətlərə  başçılıq 

etmiş  yüksək  vəzifəli  kommunist A.Mikoyan  1947-ci  ilin  deka­

brında  «Ermənistan  SSR-dən  kolxozçuların  və  başqa  azərbay­

canlı  əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına  köçü­

rülməsi  haqqında»  sənədin  layihəsini  hazırlayıb.  Təsdiq  üçün 

həmin  bədnam  sənədi  Stalinə  təqdim  edib.  Repressiyalar  döv­

ründə  (1930-1938-ci  illər)  əli  yüzlərlə  azərbaycanlının  qanına 

batmış  «ölkə  rəhbəri»  heç  bir  müqavimət  göstərmədən  daşnak 

Mikoyanın  hazırladığı  sənədin  layihəsinə  öz  dərkənarını  qo­

yub:  «Ermənistandan  100-150  min  azərbaycanlının  könüllülük 

(?  -  red.)  əsasında  Azərbaycana -   Kür-Araz  ovalığına  köçməsi­

nə  icazə  verilsin».  1947-ci  il  dekabrın  23-də  SSRİ  Nazirlər  So­

veti  Ermənistan  SSR-dən  kolxozçuların  və  başqa  azərbaycanlı 

əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına  köçürülməsi 

haqqında  11  bənddən  ibarət qərar qəbul  etdi.  Həmin  qərardan 

yalnız  iki  bəndi  diqqətə  çatdırırıq.  Birinci  bənddə  göstərilirdi: 

«1948-1950-ci  illərdə  Ermənistan  SSR-dən  100  min  kolxozçu 

və  başqa  azərbaycanlı  əhali  könüllülük  əsasında  Azərbaycan 

SSR-in  Kür-Araz  ovalığına  köçürülsün;  onlardan:  10  min  nə­

fər  1948-ci  ildə,  40  min  nəfər  1949-cu  ildə  və  50  min  nəfər 

1950-ci  ildə».  Amma  ermənilər  bu  qərardakı  göstərişlərə  də 

əhəmiyyət vermədən  1948-ci  ildə  10  min  əvəzinə  24  min  631, 

1949-cu  ildə  40  min  əvəzinə  54  min  373  və  1950-ci  ildə  50 

min  əvəzinə  76  min  50  nəfər  soydaşımızı  deportasiya  ediblər. 

Ömrü  boyu  dağ  şəraitində,  gözəl  təbiətdə,  səfalı  yerlərdə  ya­

şayan  insanları  qəflətən  gətirib  ilan  mələyən  düzlərə  tökərək 

onları  alışmadığı  iqlim  şəraitində  məskunlaşmağa  məcbur  et­

dilər.  M üxtəlif xəstəliklərə,  aclığa  və  digər  qeyri-insani  müna­

sibətlərə  tuş  gələn  «könüllü»  köçkünlər  üzləşdikləri  dərdlərə, 

bəlalara,  haqsızlıqlara  dözməyərək  güIləsiz-filansız  kütləvi  su­

rətdə  həyatlarını  dəyişdilər.

172


Əslində, azərbaycanlılar öz dədə-baba ocaqlarından  könüllü 

surətdə  köçürülməli  idi  və  onların  şəxsi  istifadəsində  olan  əm­

lakı,  mal-qarası  və  digər  əşyalarının  daşınması  təmin  edilmə­

li  idi.  Hətta  köçürülən  ailələrə  ev  əşyası  və  digər  dolanışıq 

üçün  kənd  təsərrüfatına  aid  ləvazimatlar  da  dövlət  hesabına 

pulsuz  verilməli  idi.  Amma  köçkünləri  dəhşətli  surətdə,  aman­

sızlıqla  üstüaçıq  maşınlara  yığaraq,  yaxud  da  yük  vaqonlarına 

dolduraraq  insan  yaşamayan  qeyri-münbit torpaqlara tökdülər. 

Onlar  Ermənistanda  təkcə  ev-eşiklərini  yox,  mal-dövlətlərini, 

almadıqları  əməkhaqlarını,  ən  başlıcası  isə  doğma  ocaqlarını 

qoyub  gəldilər.  Qohum  qohumdan,  qardaş  bacıdan,  tanış  bi- 

lişdən  ayrı  düşdü.  Əslində,  bu  köçürülmə  əməliyyatı  erməni 

kommunistlərinin  «etnik  təmiz  zona»  yaratmaq  siyasəti  idi  ki, 

onu  da  çox  sərt  forma  və  üsullarla  həyata  keçirdilər.  Bu  ağır 

əməliyyat  zamanı,  statistik  məlumata  görə,  10  mindən  artıq 

insan  həlak  olmuşdur.

Həmin  bədnam  qərarın  11-ci  bəndində  deyilirdi:  «Ermənis­

tan  SSR-in  Nazirlər  Sovetinə  icazə  verilsin  ki,  azərbaycanlı 

əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına  köçməsi  ilə 

əlaqədar  onların  boşaltdıqları  tikililəri  və  yaşayış  evlərini  xa­

ricdən  Ermənistan  SSR-ə  gələn  xarici  erməniləri  yerləşdirmək 

üçün  istifadə  etsinlər».  Ədalətsizliyə,  haqsızlığa,  şovinistliyə 

bax!  Min  bir  əziyyətlə  qurub-yaratdıqları  ev-eşiklərin  azərbay­

canlıların  əlindən  alınaraq  xaricdən  gələn  ermənilərə  verilmə­

si  sovet dövlətinin  rəsmi  göstərişi  oldu.  Mikoyan-Molotov-Sta- 

lin  üçlüyünün  köməyi  və  icazəsi  ilə  xaricdə  yaşayan  ermənilər 

Ermənistan  SSR-ə  köçərək  hazır  evlərdə  -   azərbaycanlıların 

halal  ocaqlarında  haramlığa  başladılar.  «Daşnaksütyun»  ermə­

ni  terror  təşkilatının  həyata  keçirdiyi  bu  iyrənc  siyasət  minlər­

lə  azərbaycanlının,  xüsusilə  də  körpələrin,  uşaqların  həyatına 

son  qoyan  «təbii»  bir  ölümə  çevrildi.  Ermənistanda  ermənilə­

rin  sayını  artırmaq  məqsədi  ilə  növbəti  addımlardan  biri  xaric­

dən  450-500  min  erməninin  gətirilərək  qədim  oğuz  torpağın­

da  yerləşdirilməsi  oldu.

173


1945-ci  ilin  noyabrında  Ermənistanda  sovet  hakimiyyətinin 

qurulmasının  25  illiyi  qeyd  edilərkən  ermənilər  Stalinə  belə 

bir  məzmunda  məktub göndəriblər:  «Yoldaş  Stalin!  Sizin  tapşı­

rıqlarınızın  hamısı  qanun  kimi  yerinə  yetirilir və  həmişə  yetiril­

mişdir.  Ancaq  bizim  zəif  münasibətimiz  və  məsuliyyətsizliyi­

miz  nəticəsində  Naxçıvanın  Ermənistanın  tərkibinə  verilməsi 

haqqında  olan  təklifimiz  hələ  də  yerinə  yetirilməyib.  Xahiş 

edirik,  sizin  təbrik  teleqramınızda  işarə  olduğu  kimi,  Naxçıva­

nın  Ermənistana verilməsi  üçıin  sərəncam  verəsiniz.  Yerli  əhali 

də  bunu  tələb  edib,  istəyir».  Bu  məktubdan  başqa  Ermənista­

nın  katibi  Arutyunovun  imzası  ilə  Qarabağın  da  Ermənistana 

verilməsi  barədə  Stalinə  məktub  yazıldı.

Bəli,  azərbaycanlıların  Ermənistandan  köçürülmə  əməliyya­

tı  daşnakların  iştahasını  daha  da  artırmış,  onları  yeni  «arzula­

ra»  yönəltmişdi.  Görünür,  azərbaycanlıların  deportasiyası  haq­

qında  birinci  dekret  «Daşnaksütyun»  erməni  terror  təşkilatının 

liderlərini  o  qədər  də  razı  salmamışdı.  Bu  səbəbdən  də  ikinci 

sənədin  layihəsini  yenə  Mikoyan  hazırlamış  və  Stalinə  imza- 

latmışdı.  Bu  dəfə  azərbaycanlıların  deportasiyası  əməliyyatı­

na  terror  təşkilatının  göstərişini  yerinə  yetirən,  eyni  zamanda 

«sədaqətli  kommunist»  kimi  vaxtilə  Azərbaycanın  Xalq  Daxili 

İşlər  Komissarlığında  işləmiş  general-mayor  Qriqoryan  başçılıq 

edirdi.  O,  hələ  Bakıda  işləyərkən  «xalq  diişmənlərUnin  siya­

hısını  tuturdu.  Həmin  siyahılar  əsasında  da  on  minlərlə  azər­

baycanlı,  ilk  növbədə  ziyalılar  ya  güllələnmiş,  ya  da  sürgünə 

göndərilmişdi.  Bu  işlə  Mikoyanın  digər  silahdaşları  da  cidd- 

cəhdlə  məşğul  olurdular.  Deportasiya  faktları  sübut  edir  ki, 

köçürülmə dinc yolla  həyata  keçirilməmiş,  milis forması  geyin­

miş erməni  terrorçuları  insanları  döyərək,  öldürərək,  sürüyərək 

etnik  təmizləmə  əməliyyatı  aparmışlar.  Daşnaklar  müqavimət 

göstərənləri  hədələyərək,  onları  müxtəlif  iyrənc  yollarla  ara­

dan  götürərək  öz  çirkin  niyyətlərinə  nail  olmağa  çalışmışlar.

174


Təəssüf  ki,  1948-1953-cii  illərdə  azərbaycanlıların  Ermə­

nistan  ərazisindən  deportasiya  olunması  faktları  uzun  müddət 

dəqiq  araşdırılmamışdır.  Azərbaycan  xalqına  qarşı  dövlət  sə­

viyyəsində  həyata  keçirilən  bu  cinayət  beynəlxalq  ictimaiy­

yətə  olduğu  kimi  çatdırılmamışdır.  Ümummilli  lider  Heydər 

Əliyevin  1997-ci  ildə  imzaladığı  «1948-1953-cü  illərdə  azər­

baycanlıların  Ermənistan  SSR  ərazisindəki  tarixi  etnik  torpaq­

larından  kütləvi  surətdə  deportasiyası  haqqında»  fərmanında 

deyilir:  «SSRİ  Nazirlər  Sovetinin  1947-ci  il  23  dekabr  tarixli 

4083  nömrəli  və  1948-ci  il  10  mart  tarixli  754  nömrəli  qə­

rarları  Azərbaycan  xalqına  qarşı  növbəti  tarixi  cinayət  aktı  ol­

muşdur.  Bu  qərarlar  əsasında  1948-1953-cü  illərdə  150  min­

dən  çox  azərbaycanlı  Ermənistan  SSR  ərazisindəki  dədə-baba 

yurdlarından  kütləvi  surətdə  zorakılıqla  sürgün  olunmuşdur. 

Bu  işdə  erməni  şovinist  dairələrinin  və  SSRİ  rəhbərliyinin  ci­

nayətkar siyasəti  ilə yanaşı,  o dövrkü  Azərbaycan  rəhbərliyinin 

öz xalqının  taleyinə  zidd  mövqeyi,  soydaşlarımıza  qarşı  törədi­

lən  cinayətlərin  təşkilində  və  həyata  keçirilməsində  iştirakı  da 

az  rol  oynamamışdır».

Məhz  ümummilli  liderin  bu  fərmanı  ilə  tarixi  ədalətsizliyə 

siyasi  qiymət  verildi.  Azərbaycan  xalqına  qarşı  törədilən  ci­

nayətin  beynəlxalq  ictimaiyyətə  çatdırılması  ilə  əlaqədar  Döv­

lət  Komissiyası  yaradıldı.

Bir  faktı  da  qeyd  edək  ki,  1948-1953-cü  illərdə  həyata  ke­

çirilən  bu  dəhşətli  aksiya  elə  bir  zamanda  baş  vermişdi  ki, 

İkinci  dünya  müharibəsindən  sonra  dolanışıq  çox  ağır  idi.  Ailə 

başçılarının  əksəriyyəti  qanlı  müharibədə  həlak  olmuşdu,  ya­

xud  da  əlil,  xəstə  vəziyyətdə  geri  qayıtmışdı.  Belə  bir  şərait­

də  Azərbaycan  xalqına  qarşı  həyata  keçirilən  bu  siyasət  əsl 

düşmənçilik  idi.

Təəssüf  ki,  daşnaklar  öz  havadarlarının  köməyinə  arxala­

naraq  Azərbaycan  xalqına  qarşı  təcavüz  kampaniyalarını  heç 

vaxt  dayandırmadılar.  Onlar  bunu  müxtəlif yollarla  həyata  ke­

175


çirirdilər.  Təkcə  insanları  qətlə  yetirmirdilər.  Soydaşlarımızı 

Mil-Muğan  ovalığına  köçürəndən  sonra  onların  yerinə  Livan­

dan,  Suriyadan  gətirilmiş  yüz  minlərlə  erməni  məskunlaşdırıl­

dı.  Türklərin  çıxarıldığı  kəndlərin,  şəhərlərin,  qəsəbələrin  ad­

ları  dəyişdirilərək  erməniləşdirildi.  1935-1973-cü  illərdə  465- 

dən  çox  yaşayış  məntəqəsinin  adı  birdəfəlik  dəyişdirildi.  Bu  iş 

o  qədər  sürətlə  həyata  keçirilirdi  ki,  çox  halda  ad  tapmadıqda 

hərfi  tərcüməyə  üz  tuturdular.  Məsələn,  Qoşabulaq  (Zuyk  Ax- 

bur),  Gədiklər  (Gedikner),  Subasar  (Sebasar)  və  s.  Erməni  tarix­

çisi  Z.Koçkotyan  hələ  1932-ci  ildə  çap  etdirdiyi  «Ermənistan 

əhalisi  1830-1930-cu  illərdə»  adlı  statistik  kitabında  göstərirdi 

ki,  Ermənistanda  mövcud  olan  2.310  kənddən  2.000-də  əvvəl­

lər azərbaycanlılar yaşamışlar.  İndi  həmin  iki  min  kəndin  adını 

ermənilər dəyişdiriblər.  Bu,  1932-ci  ilin  məlumatıdır.  Sonuncu 

deportasiyadan  -   1988-ci  ildən  sonra  isə  ermənilər  qədim 

oğuz  yurdunda,  indiki  Ermənistanda  olan  türk  toponimlərinin, 

demək  olar  ki,  98  faizini  dəyişdiriblər.

Faktlar  təsdiqləyir  ki,  1948-ci  ildə  Ermənistan  SSR-də  baş­

lanan  növbəti  vəhşilik  -   azərbaycanlıların  köçürülmə  əməliy­

yatı,  qərara  görə,  1950-ci  ilədək  davam  etdirilməli  idi,  amma 

ermənilər onu  1953-cü  ilədək,  ondan  sonra  da  apardılar.  Tarix 

elmləri  doktoru  Yaqub  Mahmudov  yazır:  «Qeyri-insani  şərait­

də  deportasiya  olunmuş  əhalinin  böyük  əksəriyyəti  yollarda, 

isti  M il,  Muğan  düzlərində  qırıldı...»

Bu,  sadəcə  köçürülmə  əməliyyatı  yox,  əsl  soyqırımı  idi.

176


Sonuncu  deportasiyanın 

qanlı  olayları

İndiki 

Ermənistanın 

tamamilə  türksüzləşdirilməsi

1988-ci  ildə  baş  tutdu.  Əslində,  Moskvada  hazırlanan 

ssenari  üzrə  həmin  ilin  fevralında  ortaya  Qarabağ  kar­

tı  atıldı.  Bu  «kart  oyunu»nun  başlanmasına  qədər  isə 

Ermənistanda  artıq  bir  sıra  tədbirlər  görülürdü.  Onlar 

bir  tərəfdən  Suriya,  Yunanıstan,  Livan,  İran,  Bolqa­

rıstan,  Rumıniya,  Fransa,  Misir  və  başqa  ölkələrdən 

ermənilərin  köçürülərək  Ermənistanda  yerləşdirilməsi- 

ni  təmin  edir  və  onların  mənzil  problemlərinin  həlli 

naminə  azərbaycanlıların  evlərini  ələ  keçirmək  üçün 

müxtəlif  hiyləyə  əl  atırdılar.  Xüsusilə  də  yüksək  vəzi­

fədə  çalışan  azərbaycanlı  rəhbər  kadrların  ermənilərlə 

əvəz  edilməsinə  səy  göstərilirdi.

Demək olar  ki,  qısa  müddət ərzində Vedi,  Zəngibasar,  Kras- 

noselo  rayon  partiya  komitələrinin  birinci  katibləri,  on  rayonda 

isə  ikinci  və  üçüncü  katiblər  ermənilərlə  əvəz  olundu.  Bunun 

ardınca  İrəvanda  müxtəlif  nazirliklərdə  yüksək  vəzifələrdə  ça­

lışan  azərbaycanlılar  işdən  azad  edildi.  Ermənilər  hər  vəchlə 

Azərbaycan  dilində  çıxan  qəzetləri,  institutların  Azərbaycan 

fakültələrini  bağlamaqla  soydaşlarımızın  sıxışdırılmasına  çalı­

şırdılar.  Eləcə  də  şəhər,  rayon,  kənd,  qəsəbə,  çay,  dağ,  yer- 

yurd  adları  da erməniləşdirilirdi.  Süni  surətdə də azərbaycanlı­

ların  beyninə  yeritməyə  çalışırdılar  ki,  əslində,  sizin  vətəniniz 

Azərbaycandır,  köçüb  ora  gedin.

SSRİ  dövründə  Ermənistanın  əl-qol  açmasına  hər  cür  şərait 

yaradılıb.  Ermənilər  isə  məhz  Moskvadakı  havadarlarına  arxa­

lanaraq  planlı  şəkildə  «Böyük  Ermənistan»  dövlətini  yaratmaq 

xülyasını  heç vaxt unutmayıblar.  Hələ sovet dövründə  Ermənis-

177


tan  yeganə  respublika  idi  ki,  orada  hər  küçənin,  müəssisənin, 

kolxoz  və  sovxozun,  orta  ixtisas  məktəbinin,  xəstəxananın, 

parkın  adı  ermənicə  idi.  Bizim  respublikada  isə  erməni  adla­

rına  o  qədər  geniş  meydan  verilmişdi  ki,  hətta  S.Şaumyanın 

adına  iki  rayon,  mədəniyyət  evi,  park,  daha  nələr  var  idi... 

Azərbaycanda  rus  dilini  zəif  bilənləri  işə  çətinliklə  götürürdü­

lər.  Amma  Ermənistanda  bütün  kargüzarlıq  işi  öz  dillərində 

gedirdi,


Maraqlı  bir  faktı  diqqətə  çatdıraq.  1954-cü  ildə  A.Mikoyan 

İrəvana  gəlib.  O  zaman  millətçi  ermənilərin  cidd-cəhdlə  baş­

ladıqları  Naxçıvan  və  Qarabağla  bağlı  söhbətlər  hələ  də  sən­

giməmişdi.  Ermənistan  Ali  Sovetində  söhbət  zamanı  Mikoyan 

öz  qaniçənlərinə  bildirib  ki,  o,  Xruşşovla  danışıb  Qarabağla 

Naxçıvanın  Ermənistana  birləşdirilməsi  layihəsini  təsdiq  et­

dirəcək.  Elə  bu  söhbətdən  də  ilhamlanan  ermənilər  Mikoya- 

nın  şəninə  banket  təşkil  ediblər.  Erməni  yazıçısı  H.Koçaryan 

Mikoyanın  şərəfinə  dediyi  tostda  onu  «erməni  xalqının  xilas­

karı»  adlandıraraq  bildirib:  «Türkiyədə  erməni  soyqırımının 

qisas  alıcısı  olan,  xalqımızın  qəhrəman  oğlu  Andronik  haq­

qında  əsərlər  yazmışıq.  Ancaq  onların  nəşrinə  icazə  vermir­

lər.  Sizdən  bütün  yazıçılar,  ziyalılar  adından  xahiş  edirəm  ki, 

özünüzün  də  yaxşı  tanıdığınız  Andronikin  haqqında  yazılmış 

bu  əsərlərin  nəşr  edilməsinə,  hətta  yenilərinin  yaradılmasına 

və  onun  Ermənistanda  ən  azı  iki-üç  yerdə  heykəlinin  qoyul­

masına  icazə  verəsiniz».  Əlbəttə,  ermənilərin  bu  arzusu  Mi- 

koyanın  da  ürəyindən  idi.  Amma  onu  birdən-birə,  açıq  şəkildə 

reallaşdırmaq  çətin  olardı.  Bu  söhbətdən  on  il  sonra  -   1965-ci 

ildə  daşnakların  çirkin  niyyətləri  yenə  baş  qaldırdı.  Onlar  «er­

məni  soyqırımı»nı  Ermənistan  SSR-də  rəsmi  dövlət tədbiri  kimi 

qeyd  etdilər  və  İrəvanda  qədim  bir  məscidi  sökdürərək  onun 

yerində  bu  tayqulaq  quldurun  heykəlini  qoydular.  24  aprel 

Ermənistanda  matəm  günü  elan  edildi.  Muzeylərdə,  arxiv  ida­

rələrində,  mədəniyyət  ocaqlarında  Andronik  və  onun  «qəh­

178


rəmanlığı»  haqqında  stendlər  hazırlayıb  divara  vururdular.  O 

dövrdə  Sisianda  da  (Qarakilsə)  bu  quldurun  heykəlini  qoymaq 

istəsələr  də,  baş  tutmadı.  Yazıçı  Əli  Vəliyev  bir  neçə  ziyalı 

ilə  Moskvaya  gedərək  Andronikin  şəxsən  onun  soydaşlarına, 

nəsil-nəcabətinə  etdiyi  zülmlərdən  danışdı  və  bu  işə  mane 

oldu.  Amma  ermənilər  geri  çəkilmədilər.  «Daşnaksütyun»  par­

tiyası  və  onu  himayə  edən  erməni  diasporu  ardıcıl  şəkildə 

müxtəlif yerlərdə türklərə  qarşı  terror aktlarını  keçirməyə  qərar 

verdilər.  Təsəvvür edin  ki,  1965-ci  ildən  sonra  dünyanın  21  öl­

kəsinin  40-a  yaxın  şəhərində  110-dan  artıq  terror aktı  keçirildi, 

38  silahlı  basqın  oldu,  70  partlayış  törədildi,  42  türk  diplomatı 

qətlə  yetirildi.

Köhnə  daşnak  A.Mikoyanın  Moskvada  Ali  Sovetdə  olma­

sı  ermənilərin  ən  böyük  dayaq  nöqtəsi  idi.  Onlar  nə  qədər 

yuxarıdan  «rədd»  cavabı  alsalar  da,  torpaq  iştahasından  çə­

kilə  bilmirdilər.  Erməni  yazıçısı  M.Hovanesyan  1965-ci  ildə 

Xankəndidə  yaşayan  erməni  «ziyalı»larim  başına  toplayaraq 

SSRİ  Ali  Sovetinə  müraciət edir  ki,  Dağlıq  Qarabağ  Ermənistan 

SSR-ə  birləşdirilməlidir.  Müraciəti  imzalayan  13  daşnakın  bu 

dəfə  də  niyyəti  puça  çıxdı.  Bu  isə  onları  daha  da  vəhşiləşdirdi. 

Ermənilər  köhnə  üsullarına  əl  atdılar.  Xocavənddə  beynəlmiləl 

məktəbdə  oxuyan  bir  erməni  uşağı  yoxa  çıxdı.  Uşağın  itməsi 

muxtar vilayətdə  çaxnaşma  yaratdı.  Bir  neçə  günlük  axtarışdan 

sonra  uşağın  meyiti  əkin  sahəsindən  tapıldı.  Bununla  ermə­

nilərin  əlinə  yaxşı  girəvə  düşdü.  Məktəbin  direktoru,  meyit 

tapılan  sahənin  briqadiri  və  bir  neçə  azərbaycanlı  həbs  edildi. 

Əlbəttə,  çox  sonralar  bilinəcək  ki,  elə  bu  hadisəni  də  törədən 

ermənilər  özləri  olub.  Münaqişə  yaratmaq  üçün  bu  iyrənc  va­

sitəyə  əl  atıblar.  Bu  hadisədən  sonra  Xankəndidə  dəhşətli  gün­

lər  yaşandı.  Təsəvvür  edirsinizmi,  sovet  hakimiyyəti  illərində 

iğtişaşlar  baş  verirdi.  Erməni  quldurları  azərbaycanlıların  ya­

şadığı  məhəllələrə  hücum  etdilər.  Vilayətdə,  əslində,  dəhşətli 

bir  hakimiyyətsizlik  hökm  sürdü.  Balta,  dəhrə,  bıçaq  və  ov

179


tüfəngi  ilə  silahlanmış  ermənilər  həbs  edilmiş  soydaşlarımızı, 

günahsız  məhbusları  tikə-tikə  doğrayaraq  üç  cəsədi  bir  yerə 

yığıb  yandırdılar.  O  gün  qadınların  ah-naləsi  ərşə  qalxdı.  Guya 

bu  hadisəni  törədən  ermənilərdən  biri  həbs  edildi  və  güllə­

ləndi.  Amma  8  il  sonra  həmin  dığa  yenidən  Xankəndidə  pey­

da  oldu.  1967-ci  il  3  iyul  faciəsi  ermənilərin  həyata  keçirdiyi 

qanlı  olaylardan  biri  idi.  Təəssüf  ki,  Azərbaycanın  rəhbərləri 

bu  işlə  əlaqədar  təsirli  tədbir  görə  bilmədilər.  Tariximizin  bu 

qara  səhifəsi  öz  bətnində  növbəti  qanlı  iğtişaşları  müvəqqəti 

gizlətdi.

1975-ci  ildə  yaradılan  ASALA  terror təşkilatı  əsasən  Türkiyə 

və  Azərbaycan  vətəndaşlarına  qarşı  ardıcıl  surətdə  planlaşdırı­

lan  terror  aktlarının  baş tutması  üçün  iyrənc  üsullardan  istifadə 

etdi.


Burada  bir sual  da  meydana  çıxa  bilər  ki,  A.Mikoyanın  Mos­

kvada  yüksək  postda  əyləşdiyi  illərdə  (hətta  SSRİ  Ali  Soveti 

Rəyasət  Heyətinin  sədri  olanda  da)  Dağlıq  Qarabağın  Azər­

baycandan  alınıb  Ermənistana  birləşdirilməsi  məsələsi  qaldı­

rılırdı.  Bəs  nə  əcəb  onlar  bu  çirkin  niyyətlərinə  o  vaxt  nail 

olmayıblar?  Tarixçi  H.Həsənoğlu  yazırdı  ki,  Xruşşovun  bir dəfə 

ciddiyyətlə:  «İstənilən  qədər  yük  maşınları  ayıra  və  erməniləri 

bir  neçə  sutka  ərzində  Ermənistandan  daşıtdıra  bilərəm,  bu­

nunla  da  «erməni  məsələsi»  həll  olunar»,  -  deməsi  erməniləri 

müvəqqəti  də  olsa  susmaq  məcburiyyətində  qoyub.  Lakin  bu 

fakt  da  var  ki,  Ermənistan  SSR-in  40  illik  yubileyində  iştirak 

edən  Xruşşovu  vertolyota  əyləşdirərək  Ermənistan  və  Naxçı­

van  ərazisini  ona  göstərən  ermənilər  həyasızlıqla  Naxçıvanı 

tələb  ediblər.  Bu  dəfə  də  Xruşşov  cavabında:  «Sizə  Sibirdə 

nə  qədər  torpaq  istəsəniz  verərik,  gedin  orada  bir  Ermənistan 

yaradın»,  -   deyib.  Ermənilər  hər  vəchlə  Xruşşovdan  pay  qo­

parmaq  niyyətində  idilər.  Onlar  Göyçə  gölünün  qızılbalığın- 

dan  kabab  çəkərək  Xruşşova  yediriblər.  Qonaqlıqdan  razı  olan 

Xruşşova  bildiriblər  ki,  Sevanın  suyunun  azalması  bu  balıqların

180


qırılmasına  səbəb  olacaq.  Ona  görə  də  Arpa  çayının  (Naxçı­

van  ərazisində)  suyunu  gölə  gətirməyə  icazə  versin.  Bu  dəfə 

niyyətlərinə  çatıblar.  SSRİ-nin  külli  miqdarda  vəsaiti  hesabına 

çətin  keçilən  yerlərdən,  qayalardan,  dağlardan  tunellər  açıla­

raq  Arpa  çayını  Sevana  aparmaqla  Şərur  torpağını  susuz  qo­

yublar.


Qarşıdan  isə  yeni  qanlı  hadisələr,  qırğınlar,  talanlar  və  vəh­

şiliklər  gəlirdi.  Ötən  əsrin  80-ci  illərində  Zori  Balayanın  tarixi 

saxtalaşdıran,  əvvəl  erməni,  sonra  rus  dillərində  böyük  tirajla 

çap  olunan  «Ocaq»  adlı  bədnam  kitabında  azərbaycanlılara 

qarşı  düşmənçilik  hisləri  təbliğ olundu.  Ermənilərə  bildirildi  ki, 

onlar  mütləq  azərbaycanlıları  yaşadıqları  ərazilərdən  çıxarma­

lıdırlar.  Hətta  çap  etdikləri  dərslik  və  xəritələrdə  də  Azərbay­

cana  məxsus  şəhərlər,  yerlər  qəsdən  Ermənistan  ərazisi  kimi 

göstərilirdi.  Başqa  kitablar  da  çap  edilirdi.  Xüsusilə  də  şairə­

ləri  S.Kaputikyan  cidd-cəhdlə  bildirirdi  ki,  əgər  azərbaycanlı­

ları  Ermənistandan  qovmasaq,  başımıza  bəla  gələcək.  Hətta 

S.Kaputikyan  televiziyada  çıxış  edərək  erməniləri  döyüşə  çağı­

rırdı.  Analara  müraciət  edirdi  ki,  biz  «Böyük  Ermənistan»  uğ- 

runda  mübarizə  aparırıq.  Bu  yolda  övladlarınız  türk  öldürmə­

sə,  deməli,  siz  bədbəxtsiniz.

Bir  həqiqəti  mütləq  demək  lazımdır.  Ermənilərin  çəkinə­

cək yerləri  xalqımızın  ümummilli  lideri  Heydər Əliyev  idi.  On­

lar  bir  müddət  öz  kin-küdurətlərini  açıq  şəkildə  həyata  keçirə 

bilmədilər.  Elə  ki  Heydər  Əliyev  vəzifədən  və  Siyasi  Bürodan 

getdi,  sanki  ermənilərin  qurumuş  qanqallarına  yeni  qüvvət gəl­

di.  Dərhal  öz  şeytan  əməllərini  həyata  keçirməyə  başladılar. 

Hətta  Ermənistan  KP  Mərkəzi  Komitəsinin  plenumunda  daşna­

klar  çıxış  edərək  söylədilər.  «Daha  nədən  qorxuruq?  Heydər 

Əliyev  artıq  Siyasi  Bürodan  gedib.  Zaman  bizim  xeyrimizə  iş­

ləyir».  Ermənistan  KP  MK-nın  3  sentyabr  1988-ci  il  plenumun­

da  Yazıçılar  İttifaqı  İdarə  Heyətinin  sədri  H.Hovanesyan  öz  çı­

xışında  xalqımıza  çox  böhtanlar  ataraq  «Andronik»  və  «Sərda-

181


rabad»  adlı  kitablar  Heydər  Əliyevin  qərəzli  tənqidi  üzündən 

işıq  üzü  görməmişdi»  söylədi  («Sovet  Ermənistanı»  qəzeti,  24 

sentyabr  1988-ci  il).  İlk  torpaq  iddiaları  Ermənistanın  özündə 

başladı.  Azərbaycanlılara  məxsus  yaylaqlar  və  əkin  sahələri 

alınaraq  ermənilər yaşayan  kəndlərə  verildi.  Azərbaycanlıların 

əleyhinə  müxtəlif  kitablar  çap  edildi,  təbliğatlar  aparıldı,  soy­

daşlarımız  incidilməyə  başlandı.  Sonra  da...

Ermənilər  artıq  heç  cür  sakitləşə  bilmirdilər.  Onlar  SSRİ-nin 

sonuncu  rəhbəri  M.Qorbaçova  saysız-hesabsız  hədiyyələr,  şi­

rin  vədlər verərək  yenə torpaq  iddiasını  irəli  sürdülər.  O  qədər 

də  möhkəm  iradəsi  olmayan  M.Qorbaçov  aqanbekyanların, 

şahnazarovların  və  ermənipərəst  şovinist  qüvvələrin  təzyiqinə 

rəğmən,  «Mən  mane  olmuram,  azərbaycanlılardan  ala  bilirsi­

nizsə,  Dağlıq  Qarabağı  alın»,  -  deyib.  Bu  isə  erməni  vəhşiliyi­

nə,  qaniçənliyinə  açıqca  razılıq  vermək  idi.

1987-ci  ilclə  Dağlıq  Qarabağ  Muxtar  Vilayətində  erməni­

lər  tərəfindən  münaqişə  yaratmaq  üçün  vərəqələr  yayılır,  er­

məni  əhalisinin  guya  ağır  sosial-iqtisadi  vəziyyətdə  yaşadığı­

nı  əsaslandırmaqla  onları  Azərbaycan  xalqına  qarşı  qoymağa 

çalışırdılar.  Vilayətin  erməni  əhalisinə  bildirirdilər  ki,  onlar, 

azərbaycanlılardan  fərqli  olaraq,  dözülməz  şəraitdə  yaşayırlar. 

Guya  ermənilərin  milli  maraqlarını  Azərbaycan  SSR tərkibində 

maqla  həll  etmək  mümkün  deyildi.  Bütün  m illi  problemlər 

yalnız  Ermənistana  birləşdikdən  sonra  həll  oluna  bilərdi.  Xan­

kəndidə  keçirilən  mitinqin  sədası  həm  Azərbaycana,  həm  də 

Ermənistana  yayıldı.  1988-ci  ilin  fevralından  başlayaraq  İrə­

vanda  və  bütün  respublikada  Dağlıq  Qarabağın  Ermənistana 

birləşdirilməsi  tələbləri  ilə  əlaqədar  ermənilər  izdihamlı  mi­

tinqlər və  yürüşlər təşkil  etdilər.  Təbii  ki,  bu  yürüşlər sülh  şəra­

itində  həyata  keçirilmirdi.  Ermənilər  ilk  dəfə  Qafan  rayonunun 

azərbaycanlılar yaşayan  kəndlərinə  basqın  etdilər.  Evlər yandı­

rıldı, talan  edildi,  adamlar kəndlərdən  qovuldu.  Fevralın  25-də, 

demək  olar  ki,  Bakının,  Sumqayıtın  küçələri  yurd-yuvasından, 

doğma  torpağından  qovulmuş  azərbaycanlılarla  dolu  idi.

182


Ermənilər  isə  paytaxtlarında  opera  teatrının  qarşısına  top­

laşaraq  təcili  Ermənistan  SSR  Ali  Sovetinin  növbədənkənar 

sessiyasının  çağırılmasını  tələb  edirdilər  ki,  Dağlıq  Qarabağın 

Azərbaycandan  alınıb  Ermənistana  verilməsi  məsələsi  SSRİ  Ali 

Sovetinin  sessiyasında  qaldırılsın.

Fevralın  28-də  ermənilərin  rejissorluğu  ilə  «Sumqayıt»  sse­

narisi  həyata  keçirildi.  Bu  qurama  faciəni  əllərində  bayraq  tu­

taraq  daha  da  qızışan  ermənilər  mart  ayında  azərbaycanlıların 

səbirsizliklə  gözlədikləri  Novruz  bayramını  qara  gətirdilər.  Er­

mənistanın  bütün  rayon  və  kəndlərində  azərbaycanlılara  qarşı 

təxribatlar  baş  alıb  gedirdi.  Soydaşlarımız  bir  tərəfdən  təhqir 

olunur,  döyülür,  evləri  yandırılır,  qorxu  və  vahimə  içində  iş­

gəncələrə  tuş  gəlirdilər,  digər  tərəfdən  də  köməksiz,  arxasız 

qalmışdılar. 

Elə  mart  ayında  da  soydaşlarımızın  Vedibasar, 

Zəngibasar,  Dərələyəz  və  Zəngəzurdan  kütləvi  surətdə  çıxa­

rılmasına  rəvac  verildi.

Martın  25-də  gecə  saat  24.00-da  Ermənistanda  hərbi  və­

ziyyətin  elan  olunacağı  haqqında  televiziyada  məlumat  veril­

di.  Ancaq  ermənilər  İrəvana  daxil  olan  sovet  əsgərlərini  gül- 

çiçəklə,  sevinclə,  qonaqlıqla  və  başqa  hədiyyələrlə  qarşıla­

dılar.  Həmin  gün  isə  Ermənistandan  qaçqın  düşmüş  80  min 

soydaşımız  Azərbaycanın  sərhəd  rayonlarında  boynuburuq 

qalmışdı.  Ermənilər  başqa  bir  iyrənc  hərəkəti  də  həyata  ke­

çirdilər.  Onlar  alüminium,  şin,  kauçuk  və  digər  istehsalat  bir­

liklərinin,  kombinatlarının  zəhərli  sularını,  çirkabını,  eləcə  də 

İrəvanın  kanalizasiyasını  Araz  çayına  axıtdılar.

Mart  ayında  canını  götürüb  qaçmış  soydaşlarımızı  geri  dön­

məyə  məcbur  etdilər.  Guya  iki  respublikanın  rəhbərləri  ara­

sında  aparılan  danışıqdan  sonra  qaçqınların  öz  evlərində  ya­

şamalarına  kimsə  mane  olmayacaqdı.  Halbuki  Ermənistanda 

başlanan  vəhşi  soyğunçuluğun,  qətl  hadisələrinin  arası  kəsil­

məmişdi.  Azərbaycanlılar  nə  edəcəklərini  bilmirdilər.  Çünki 

quldurlar  qəflətən  evə  basqın  edərək  qapını,  pəncərəni  sın­

---------  

183 


---------

dırır,  bəzən  də  yandırırdılar.  Təkcə  mayın  11-də  bir  gecədə 

ermənilər  üç  istiqamətdən  Şirazlıya  hücuma  keçərək  8  evi 

yandırdılar,  64-nü  dağıtdılar,  330  ailənin  əmlakı  talan  edildi,  2 

nəfər  öldürüldü,  80  nəfər  döyülməkdən  ağır  xəsarət  aldı.  Sağ 

qalanlar  gecə  ikən  ayaqyalın,  başaçıq  qaçmaq  məcburiyyətin­

də  qaldılar.  Bu  hadisəni  vəhşilik  adlandırmaq  da  azdır.

Doğrudur,  o  dövrdə  Moskvadan  həmin  rayona  nümayəndə 

heyəti  gəldi.  Amma  əhəmiyyəti  yox  idi.  Ermənilər  elə  qızış­

mışdılar  ki,  onlar  ancaq  öz  istədiklərini  bağırırdılar:  «Qara­

bağ»,  «Arsax»,  «Torpaq».  İrəvanın  teatr  meydanında  qurulan 

çadırlarda  daşnak  bayrağı  asılmışdı.  Onlar  hər  yerdə  azərbay­

canlılara  qənim  kəsilmişdilər.  Soydaşlarımız  bazara,  dükana 

belə  gedə  bilmirdilər.

Şahidlər  danışırlar  ki,  1988-ci  ilin  iyun  ayında  keçirilən  mi­

tinq  və  iclaslarda  Zori  Balayan  dəfələrlə  çıxış  edərək  müba­

rizələrini  axıradək  aparmaqda  təkid  edirdi.  Ermənistan  höku­

məti  azərbaycanlıları  bölgə  üzrə  çıxarmaq  haqqında  qərar  da 

vermişdi.  Nəhayət,  həmin  ilin  iyun  ayında  Ermənistan  Ali  So­

vetinin  sessiyası  çağırıldı.  Bütün  daşnaklar  çıxış  etdilər.  Hət­

ta  katolikos  Vazgen  də  televiziya  verilişinə  çıxaraq  «Böyük 

Ermənistan»  yaratmaq  üçün  ermənilərə  yeni  ideyalar,  «xeyir- 

dualar»  verirdi.  O  sessiyadan  ilham  alan  erməni  talançıları  öz 

vəhşiliklərini  davam  etdirdilər.  Döyülməkdən,  təqibdən,  dava- 

dalaşdan,  təhqirdən  zinhara  gələn  azərbaycanlılar  doğma 

yurdlarını  tərk  etmək  məcburiyyətində  idilər.

1988-ci  ilin  iyulunda  23  min  azərbaycanlı  Qarabağa  -   Şu­

şaya  pənah  gətirdi.  Əlbəttə,  buraların  havası,  təbiəti,  suyu  on- 

arın  yaşadıqları  yerə  uyğun  idi.  İki  ayın  ərzində  Şuşa,  Xocalı, 

Malıbəyli,  Quşçular,  Əsgəran  Ermənistandan  didərgin  düşmüş 

binəsiblərlə  doldu.  Təəssüf  ki,  avqustun  30-da  Azərbaycan  KP 

MK-nın  «vətənpərvər»  oğullarının  göstərişi  ilə  qaçqınları  Qa­

rabağdan  çıxararaq  başqa  yerlərə  apardılar,  yarısını  da  zorla 

Ermənistana  qaytardılar.  Başbilənlərimiz  belə  humanist  idilər.

184


Ermənistanda  isə  çoxdan  sovetin  bayrağını  endirərək  daşnak 

bayrağının  altında  hücumlarını  davam  etdirirdilər.

Ermənistanda  yaşayan  azərbaycanlıların  vəziyyəti  çox  ağır 

idi.  Yollar  bağlanmışdı,  burada  qalan  azərbaycanlılar  girov 

kimi  saxlanılırdı.  Onların  maşınla  gediş-gəlişi  tam  qadağan 

edilmişdi.  Canlarını  götürüb  qaçan  qaçqınlar  isə  yollarda  qətlə 

yetirilir,  döyülür,  təhqir  edilirdilər.  On  beş  gün  ərzində  Er­

mənistandan  300  min  azərbaycanlı,  18  min  kürd,  1.000  rus 

daimi  yaşayış  yerlərindən  qovuldular.  Beləliklə,  tarixi  yurd­

larından  didərgin  salınan  azərbaycanlıların  əlindən  40.000 

ev  alındı,  6.000  bina  yandırıldı,  40.000  ailənin  əmlakı  talan 

edildi,  35.000  həyətyanı  sahə,  bağ-bağça,  32.000  şəxsi  qa­

ramal,  35.000  qoyun-quzu  mənimsənildi,  25.000  yaşayış  evi 

ermənilərə  əvəzsiz  qaldı,  12.000  xüsusi  ev  dövlət  mənzili  ilə 

dəyişdirildi,  800 xüsusi  maşın,  32  milyon  dollar dəyərində  pul, 

istiqraz,  qızıl  əşyalar  sahiblərinin  əlindən  alındı,  410  köç  ma­

şını  qarət  edildi,  90.000-dən  çox  ailə  kənd  təsərrüfatı  ilə  məş­

ğul  olduqları  halda  şəhərdə  beton  evlərdə  yaşamaq  məcbu­

riyyətində  qaldı,  16.000  ailə  tam  şəkildə  məskunlaşa  bilmədi.

10.000  nəfər  əmək  qabiliyyətli  adam  uzun  müddət  işsizlikdən 

əziyyət  çəkdi,  80.000  adam  öz  sənətini  davam  etdirə  bilmədi,

12.000  adam  əsəb  və  ürək  xəstəliyinə  tutuldu,  6.410  qaçqın 

düçar  olduğu  dərdə  dözə  bilməyərək  dünyasını  dəyişdi.  Bu 

rəqəmləri  xronoloji  ardıcıllıqla  davam  etdirmək  çox  ağırdır.

1988-ci  ildə  erməni  terrorçuları  tərəfindən  sonuncu  depor­

tasiya  zamanı  Allahverdi  rayonunda  4,  Araratda  7,  Amasiyada 

12,  Basarkeçərdə  45,  Qukarkda  22,  Qafanda  7,  Kalininoda 

10,  Krasnoseloda  16,  Kirovakanda  2,  Gorusda  3,  Əzizbəyovda 

15,  Icevanda  7,  İrəvanda  4,  Noyemberyanda  4,  Masisdə  21, 

Yeğeqnadzorda  1,  Razdanda  3,  Sisianda  5,  Spitakda  15,  Stepa- 

navanda  9  azərbaycanlı  qətlə  yetirilib.  Rəsmi  məlumata  görə, 

soydaşlarımız  yalnız  azərbaycanlılar  yaşayan  171  kənddən, 

qarışıq  yaşadıqları  89  yaşayış  məntəqəsindən  zorla  çıxarılıblar.

185


217  nəfər  həlak  olub.  Qaçqın  düşmüş  soydaşlarımızın  sayı 

200  min,  bəzən  də  300  min  deyilir.  Əlbəttə,  vətəndən  qovu­

lanların  dərədə,  dağda,  uçqunda  qalanı,  şaxtada  donub  öləni, 

qurda-quşa  yem  olanı,  itkin  düşəni  bu  siyahılara  düşməyib. 

Bir  fakt:  «Ermənistan  azərbaycanlılarının  soyqırımı»  kitabında 

oxuyuruq  ki,  Spitakda  1988-ci  il  noyabr  ayının  27-də  5  ya­

şından  12  yaşınadək  olan  uşaqları  analarının  əlindən  alaraq 

20  metr  uzunluğunda  dəmir  boruya  doldurublar.  Amma  bu 

70  uşağın  adı  heç  yerə  yazılmayıb.  Eləcə  də  həmin  kitab­

da  şahidlər  söyləyirlər  ki,  boru  dolduqdan  sonra  yerdə  qalan 

uşaqları  avtobusa  yığıb  harasa  aparıblar.  Uşağını  istəyən  ana­

lara  isə  «Amerikaya  göndərəcəyik»  deyiblər.  Salamat  qurtarıb 

Bakıya  gələn  Mədinə  adlı  bir  qadın  o  zaman  söyləyirdi  ki,  8 

yaşlı  oğlu  Əruzu,  6  yaşlı  qızı  Aygünü  ermənilər  əlindən  ala­

raq  boruya  salıblar.  Qadın  onu  da  deyib  ki,  ermənilər  borunu 

aparıb  bir çayın  kənarında  qoyub  gediblər.  O  cümlədən,  girov 

qalanların,  sonradan  ölümlə  üzləşərək  dünyasını  dəyişənlərin 

siyahısı  hələ  də  dəqiq  deyil.  Bir faktı  da  vurğulayaq  ki,  doğma 

yurdlarından  didərgin  düşən  soydaşlarımızın  o dövrdə övladla­

rı  müxtəlif şəhərlərdə  ali  təhsil  alırdılar,  müvəqqəti  işləyirdilər, 

hərbi  xidmətdə  öz  borclarını  yetirənlər  də  var  idi.  Bax  həmin 

insanların  da  adları  o  siyahıya  düşməyib.  Halbuki  elə  onlar da 

doğma  torpağını,  doğulduğu  yurdu  itiriblər.

Beləliklə,  1988-ci  il  noyabrın  sonu,  dekabrın  əvvəlində 

cəmi  iki  həftə  ərzində  300  mindən  çox  azərbaycanlı  ermə­

nilər  tərəfindən  silah  gücünə  öz  doğma  yurdundan  qovuldu. 

Özü  də  necə?  Qışın  soyuğunda  yurd-yuvalarından  əliboş,  pal- 

paltarsız,  ayaqyalın,  işgəncələrə  məruz  qala-qala...

Bir-iki  kəlmə  də  respublikamızdan  getmiş  erməni  «qaçqın­

ları»  barədə.  Azərbaycanda tarixən  ermənilərə  qarşı  pis  müna­

sibət  olmayıb.  Həmişə  dava-dalaşı,  m illi  qırğım,  qanlı  olay­

ları,  iğtişaşları  ermənilər  törədib.  Bıçaq  sümüyə  dirənəndə, 

azərbaycanlıların  səbri  daşıb  üzlərini  bozardanda  ermənilər

186


dərhal  başlayıblar  hay-küy  qoparmağa,  qara-qışqırıq  salmağa: 

«Ay  aman,  qoymayın,  türklər  bizi  qırdı».  Ermənilər  Bakıda  res­

publikaya  məxsus  hökumət  evlərini  dəyişmək  adı  altında  çox 

baha  qiymətə  satandan  sonra  niyə  o  «dəyişdikləri»  (guya  Er­

mənistandan  qovulanlarla  dəyişirdilər)  evlərə  yox,  məhz  Mos­

kvaya,  Rostova,  Krasnodara  və  digər  şəhərlərə  üz  tutdular? 

Ermənistandan  qovulan  azərbaycanlılar  üstüaçıq  maşınlarda, 

payi-piyada  uçurumlu,  sıldırımlı  dağ  yollarında  qarda-tufanda 

itə-itə,  dona-dona  Azərbaycana  üz  tutublar.  Amma  Bakı  ermə­

niləri  evlərini  sataraq,  əşyalarını  konteynerə  yığaraq  istədik­

ləri  ünvana  getdilər.  Özləri  də  yumşaq  vaqonlarda,  rahat  təy­

yarələrdə,  isti  paltarlarda,  cibləri  dolu,  kefləri  çağ  çoxdan  ar­

zusunda  olduqları  ünvanlara  təşrif apardılar.

1988-ci  il  xalqımızın  həyatında  çox dəhşətli  oldu.  Soydaşla­

rımız  indiki  Ermənistandan -  dədə-baba torpaqlarından  kütləvi 

surətdə  min  bir  işgəncə  ilə  qovuldu.  Türklərin  vətəni  türksüz 

qaldı.  Amma  bu  gün  də  Bakıda  30  minə  yaxın  erməni  yaşa­

maqdadır.

187


Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin