Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   2   3   4   5   6   7   8   9   10   ...   28

ŞAMAXI

1902-ci  ildə  baş  verən  zəlzələ  Şamaxıda  böyük  dağıntıla­

ra  səbəb  olmuşdu,  minlərlə  insan  qırılmış,  şəhərdə  və  onun 

ətraf  kəndlərində  həyat  sanki  donmuşdu.  Böyük  əziyyət  və 

min  bir  ağrı-acı  ilə  zəlzələnin  törətdiyi  fəsadları  və  dağıntıları 

bərpa  edən  əhali  1905-1907-ci  illərdə  ermənilərin  fitnələri  və 

cinayətləri  ilə  qarşılaşmışdı.  Qatı  millətçi  Lalayev  qardaşları

109


Şamaxıda  sünni-şiə  qarşıdurmasını  canlandıra  bilmişdilər.  Əv­

vəlcə  onlar  fürsət  tapıb  hər  iki  tərəfdən  adamlar  qətlə  yetir­

miş  və  camaatı  bir-birinə  qarşı  qoymuşdular.  Bundan  sonra 

isə  sünni  və  şiə  məscidləri  arasında  münaqişələr  baş  vermişdi. 

Lakin  Şamaxı  ziyalılarının  böyük  səyləri  nəticəsində  qalmaqal­

lar  kütləvi  hal  almamışdı.  Fitvaya  uymayan  müsəlmanlar  gec 

də  olsa  ermənilərin  yalan  və  riyakar  təbliğatını  başa  düşmüş, 

Lalayev  qardaşlarını  susdurmuşdular.  Həmin  dövrdə  Şamaxı­

da  lüterian  tayfasından  olan  erməni  millətçiləri  xüsusi  fəallıq 

göstərmiş,  terror  hadisələri  törətmişlər.

Şamaxılı  Möhüb  Əfəndinin  arxivindən  götürülən  bir  əlyaz­

mada  göstərilir  ki,  1905-ci  ildə  Şamaxıda  ermənilər tərəfindən 

kütləvi  qırğınlar  törədilməsinə  səylər  olsa  da,  onların  mənfur 

niyyətləri  baş  tutmamışdı.  Bu  bölgədə  yaranmış  gərginliyin 

sorağı  Gəncəyə  gedib  çıxmışdı.  Odur  ki,  erməni  cəlladlarını 

cəzalandırmaqdan  ötrü  əsasən  şahsevənlərdən  təşkil  olunmuş 

könüllü  süvari  dəstə  Gəncədən  Şamaxıya  yola  düşmüşdü.  Bu 

xəbəri  eşidən  erməni  millətçiləri  gecəykən  oranı  tərk  etmiş­

dilər.  Erməni  keşişləri  isə  o  zaman  böyük  ad-san  sahibi  olan 

Hacı  Məcid  Əfəndiyə  minnətə  gəlmişdilər.  Qan  tökülməsi- 

ni  məqbul  bilməyən  böyük  din  xadimi  öz  yaxın  adamları  ilə 

Kürdəmirə  -   Gəncədən  gələn  dəstəni  qarşılamağa  getmişdi. 

Hacı  Məcid  Əfəndi  onları  inandırmışdı  ki,  Şamaxıda  ermənilər 

faciə  törədə  bilməzlər.  Hacının  xahişini  eşidən  dəstə  Gəncəyə 

qayıtmışdı.  Bu  hadisədən  sonra  erməni  millətçiləri  niyyətləri­

nin  üstünə  pərdə  çəkmək  üçün  Hacı  Məcid  Əfəndini  özlərinə 

ağsaqqal  bilmiş,  bütün  tədbirlərində  onun  yanına  məsləhətə 

getmişlər.

Məkrli  erməni  millətçiləri  1905-ci  ildə  Şamaxıda  həyata 

keçirə  bilmədikləri  genişmiqyaslı  soyqırımı  planlarını  1918-ci 

ildə  təşkil  etməyə  müvəffəq  olmuşdular.

110


Belə  ki,  «Daşnaksütyun»un  quldur  dəstələri  1918-ci  ilin 

mart-aprel  aylarında  bu  bölgədə  dəhşətli  qırğınlar  törətmiş­

dilər.  Həmin  qanlı  hadisələrin  də  baş  verməsində  S.Şaumyan 

və  onun  əlaltı larinin  xüsusi  rolu  olmuşdur.  O  özü  1918-ci  il 

aprelin  13-də  Xalq  Komissarları  Sovetinə  göndərdiyi  məktubda 

etiraf etmişdi  ki,  Şamaxıya  artilleriya  və  pulemyotları  olan  yeni 

dəstələr  göndərmişdir.  Bu  dəstələrə  Şaumyanın  yaxın  silah­

daşlarından  olan  və  Şamaxı  qırğınının  əsas  təşkilatçısı,  xalqı­

mızın  qəddar  düşmənlərindən  biri  daşnak  S.Lalayev  rəhbərlik 

etmişdir.

Tarixi  mənbələr göstərir ki,  mart ayının  18-də Şamaxı  şəhəri­

nin  sakinləri  yuxudan  sübh  çağı  top  atəşlərinin  sədaları  altında 

oyanmışlar.  Evlərindən  çıxarkən  görmüşlər  ki,  şəhər cənubdan 

ermənilər,  şimal-şərqdən  isə  malakanlar  tərəfindən  mühasirə 

olunmuşdur.  Buranın  tamamilə  azərbaycanlılardan  ibarət aşağı 

hissəsi  top  və  pulemyot  atəşlərinə  tutulmuşdur.  Şəhərin  yuxarı 

hissəsində  yaşayan  ermənilər  isə  azərbaycanlılar  oian  məhəl­

lələri  gülləbaran  etmişlər.  Bu  hücum  müsəlmanlar  üçün  tam 

gözlənilməz  idi.  Çünki  bir  gün  əvvəl  erməni  yepiskopu  Baqrat 

və  malakanların  nümayəndəsi  Karabanov  xaç  və  «İncil»  qarşı­

sında  azərbaycanlılarla  sülh  və  qardaşlıq  şəraitində  yaşayacaq­

larına  və  onlara  qarşı  heç  vaxt  silahlı  çıxışlar  etməyəcəklərinə 

and  içmişdilər.  Heç  bir  hazırlığı  olmayan  azərbaycanlılar  əv­

vəlcə  müdafiəyə  təşəbbüs  etsələr  də,  top  və  pulemyot  atəşləri 

altında  dayana  bilməyib  geri  çəkilmişdilər.

Ermənilər və  malakanlar  həmləyə  başladıqlarından  bir  neçə 

saat sonra  artıq  şəhərin  azərbaycanlılar yaşayan  və  erməni  his­

səsi  ilə  sərhəd  olan  «Piran-Şirvan»  bölməsinə  daxil  ola  bilirlər. 

Onlar  yerli  əhalinin  evlərini  talan  edir,  yandırır,  dinc  sakinləri 

qəddarlıqla  qətlə  yetirirdilər.  Şəhərin  ən  abad,  varlı  və  tanın­

mış  müsəlmanlarına  məxsus  evlərinə  od  vurulurdu.

«Daşnaksütyun»un  üzvlərinin  Şamaxı  şəhərindəki  bu  vəh­

şilikləri  bir  neçə  gün  davam  etdi.  Yalnız  Gəncədən  azərbay­

111


canlı  silahlı  dəstələrinin  buraya  köməyə  gəlməsindən  qorxuya 

düşən  erməni-malakan  quldurları  Şamaxı  qəzasının  Qozlu- 

Çay  malakan  kəndinə  geri  çəkildilər.

Gəncədən  olan  silahlı  dəstələr  Şamaxını  tərk  etdikdən  bir 

neçə  gün  sonra  quldur  dəstələri  şəhərdə  yenidən  peyda  oldu­

lar.  Bu  dəfə  talanlar  və  əhaliyə  divan  tutulması  əvvəlkindən 

daha  böyük  qəddarlıq,  xüsusi  qəzəb  və  qan içən I i klə  həyata 

keçirildi.  Küçələr,  həyətlər,  evlər,  məscidlər  meyitlərlə  dolu 

idi.  Bir  sözlə,  şəhərin  azərbaycanlılar  yaşayan  bütün  məhəllə­

ləri  tamamilə  xarabazarlığa  çevrildi,  bir dənə  də  olsa  azərbay­

canlı  evi  salamat  qalmadı.

Ə.Xasməmmədovun  məruzəsində  göstərilirdi  ki,  ermənilə­

rin  Şamaxı  şəhərinə  birinci  və  ikinci  hücumları  zamanı  bir 

neçə  min  azərbaycanlı  qətlə  yetirilmişdir.  Onların  arasında 

tanınmış  nüfuzlu  şəxslər  və  ictimai  xadimlər  də  var  idi.  Er­

mənilər  məşhur  axund  Hacı  Cəfərqulunu  xüsusi  qəddarlıqla 

öldürmüşdülər.  Əvvəlcə  onun  saqqalını  yolmuş,  dişlərini  sın­

dırmış,  gözlərini  çıxarmış,  qulaqlarını  və  burnunu  kəsmişdilər. 

Quldurların  işgəncə  ilə  öldürdüyü  nüfuzlu  şəxslər  sırasında 

şəhər  hakimi  Teymur  bəy  Xudaverdov,  1-ci  Dövlət  Duması­

na  Şamaxıdan  deputat  seçilmiş  Məhəmməd  Əliyev,  Hacıba­

ba  Abbasov,  Əşrəf  Hacıyev,  Hacı  ƏbclüIxəliI  Əhmədov,  Hacı 

Əbdülhüseyn  Zeynalov  üç  qardaşı  ilə,  Hacı  İsrafil  Məmmə­

dov,  M ir  İbrahim  Seyidov,  Hacı  İbrahim  Salamov,  Ağa  Əhməd 

Əhmədov,  Hacı  Əbdülqasım  Qasımov,  Eyyub  ağa  Veysov, 

Zeynəb  xanım  Veysova,  Əliabbas  bəy  İbrahimbəyov,  Ələkbər 

Qədirbəyov,  Əbdürrəhim  bəy  Ağalarov,  Məhiyyəddin  Əfən­

dizadə,  Zəkəriyyə  Əfəndi  Mehdi  Xəlil  oğlu,  Ziyəddin  Abdul­

layev,  Hacı  Molla  Həsən  Zeynalov  və  onun  arvadı,  Mahmud 

Hacıağa  oğlu  və  bir  çox  başqaları  da  var  idi.

Ermənilər  axund  Hacı  Cəfərqulunun  evinə  və  həyətinə  pə­

nah  gətirmiş  çoxlu  sayda  azərbaycanlı  qadın  və  uşağı  da  gül- 

lələmiş,  sonra  isə  meyitlərə  od  vurmuşdular.  Hacı  Cəfərqulu-

112


nun  tamamilə  yandırılmış  evinin  həyətində  Fövqəladə  Təhqi­

qat  Komissiyasının  üzvləri  çoxlu  xırda  insan  sümükləri  aşkar 

etmişdilər.  Meyitlərin  iri  sümüklərini  isə  türklər  1918-ci  ilin 

yayında  erməniləri  Şamaxıdan  qovarkən  yığıb  basdırmışdılar. 

Məruzədə  göstərilirdi  ki,  bir  neçə  məscidin,  evin  və  mağaza­

ların  xarabazarlıqlarının,  habelə  insan  sümüklərinin  45  ədəd 

fotoşəkilləri  də  çəkilmişdir.  Şamaxı  şəhərinin  azərbaycanlı 

əhalisinə  vurulmuş  ziyan,  orta  hesabla,  bir  milyard  manatdan 

çox  olmuşdur.  Şəhərə  hücum,  onun  dağıdılması,  dinc  əhali­

yə  -   qadına,  qocaya,  uşağa  qəddarcasına  divan  tutulması  er­

mənilərin  azərbaycanlılara  qarşı  m illi  intiqam  və  düşmənçilik 

hissindən  irəli  gəlirdi  və  bu,  iki  məqsəd  daşıyırdı.  Bir tərəfdən 

onlar  azərbaycanlıları  kütləvi  surətdə  qırır,  digər  tərəfdən  isə 

öldürülən  əhalinin  evlərinin  qarəti  hesabına  külli  miqdarda 

var-dövlət  əldə  edib  varlanırdılar.  Ona  görə  də  Şamaxını  talan' 

edən  erməni  quldur  dəstələri  «Öldürüb  talamaq!  Talayıb  öl­

dürmək!»  prinsipindən  ilham  alırdılar.

Şamaxı  üzərinə  hər  iki  hücum  zamanı  yanğınlar,  talanlar, 

qətllər  nankor  yerli  ermənilərin  köməyi  ilə  daşnaklar  tərəfin­

dən  əvvəlcədən  hazırlanmış  plan  üzrə  həyata  keçirilmişdi.  Bu 

əməliyyatlara  Stepan  Lalayev,  Qavriil  Karaoğlanov,  Arşak  GüI- 

bəndiyan,  Mixail  Arzumanov,  Karapet  Karamanov,  Sedrak  Vla­

sov,  Samvel  Doliyev,  Petrosyants,  ata  və  oğul  İvanovlar,  dəllək 

Avanesov,  şuşalı  Aqamalov  və  digərləri  rəhbərlik  etmişdilər.

Təkcə  mart  ayında  Şamaxının  58  kəndi  erməni  silahlı  bir­

ləşmələri  tərəfindən  dağıdılmışdı.  Təxminən  8  mindən  çox 

insan  öldürülmüşdü.  1918-ci  ildə  15  min  əhalisi  olan  Şama­

xıda  bu  rəqəm  1921-ci  ildə  1.701  nəfərə  enmişdi.  Bundan 

başqa,  şəhərdə  azərbaycanlıların  bütün  hərəkət  edən  əmlakı 

qarət  edilmişdi.  Azərbaycanlılara  məxsus  evlər  dağıdılmışdı. 

13  məscid,  o  cümlədən  böyük tarixi  abidə  olan  Cümə  məscidi 

yandırılmışdı.

113


Şamaxı  şəhəri  kimi,  Şamaxı  qəzasının  azərbaycanlılar  ya­

şayan  86  kəndi  də  ermənilərin  qəfil  hücumlarına  məruz  qal­

mışdı.  Martın  18-də  sübh  çağı  Şamaxı  şəhəri  ilə  yanaşı,  onun 

3-4  verstliyində  olan  Ərdəxan  kəndinə  hücumlar  olmuşdu.  Bu 

kənddə  ermənilər  böyük  işgəncələrlə  237  nəfəri  qətlə  yetir­

mişdilər.

1919-cu  il  aprelin  3-də  Şamaxı  qəza  rəisi  Fövqəladə  Təh­

qiqat  Komissiyasına  həmin  qəzanın  üç  polis  sahəsi  -   Qəbiris­

tan,  Mədrəsə  və  Kaşun  üzrə  ermənilər  tərəfindən  dağıdılmış 

kəndlərin  siyahısını  göndərmişdir.  Həmin  siyahıya  Qəbiristan 

polis  sahəsi  üzrə  19,  Mədrəsə  polis  sahəsi  üzrə  41  və  Kaşun 

polis  sahəsi  üzrə  26  kəndin  (cəmi  86  kənd)  adı  daxil  edilmiş­

dir.  Komissiyanın  apardığı  təhqiqatlar  əsasında  53  kənd  üzrə 

tərtib  edilmiş  yekun  aktlarında  ayrı-ayrı  kəndlərdə  ölənlərin 

sayı  və  kəndə zərərin  miqdarı  göstərilmişdir:  Navahı  kəndində 

995  nəfər  azərbaycanlı  öldürülmüşdü  ki,  onlardan  555  nəfəri 

kişi,  260  nəfəri  qadın  və  140  nəfəri  uşaq  idi.  Kəndə  dəymiş 

maddi  zərər  60  milyon  manat olmuşdu.  Yəhyalı  kəndində  922 

nəfər  öldürülmüşdü  ki,  onlardan  da  360  nəfəri  kişi,  412  nəfəri 

qadın  və  150  nəfəri  uşaq  idi.  Maddi  zərər  22  milyon  manatı 

keçmişdi.  Qubalı  Baloğlan  kəndində  553  nəfər  öldürülmüşdü. 

Onlardan  250  nəfəri  kişi,  150  nəfəri  qadın,  135  nəfəri  uşaq 

idi.  Maddi  zərər  90  milyon  manata  yaxın  olmuşdu.  Kalva  kən­

dində  500  nəfər  qətlə  yetirilmişdi.  Onlardan  250  nəfəri  kişi,

150  nəfəri  qadın,  100  nəfəri  uşaq  idi.  Ümumi  zərər  24  milyon 

manat  olmuşdu.  Ağsu  kəndində  də  500  nəfər  öldürülmüşdü. 

Onlardan  200  nəfəri  kişi,  300  nəfəri  qadın  idi.  Maddi  zərər 

36,5  milyon  manatı  keçmişdi.  Tircan  kəndində  360  nəfər 

öldürülmüşdü  ki,  onlardan  da  300  nəfəri  kişi,  40  nəfəri  qadın, 

20  nəfəri  uşaq  idi.  Kəndə  dəyən  ümumi  maddi  zərər  21  m il­

yon  manata  yaxın  olmuşdu.  Bağırlı  kəndində  370  nəfər  qətlə 

yetirilmişdi  ki,  onlardan  da  80  nəfəri  kişi,  150  nəfəri  qadın, 

140  nəfəri  uşaqlar  olmuşdu.  Zərər  12,5'milyon  manata  çat­

ı n


mışdı.  Qırğına  məruz  qalmış  digər  kəndlər  üçün  tərtib  edilmiş 

aktlarda  da  rəqəmlər  göstərilən  qayda  üzrə  aparılmışdı.  Bütün 

faktlar  Fövqəladə  Təhqiqat  Komissiyasının  üzvləri  tərəfindən 

imzalanmış  və  möhürlə  təsdiq  edilmişdi.  Həmin  aktlarda  olan 

rəqəmlər  üzrə  hesablamalara  görə,  Şamaxı  qəzasının  53  kən­

dində  ermənilər  8.027  azərbaycanlını  qətlə  yetirmiş,  onlardan 

4.190  nəfəri  kişi,  2.560  nəfəri  qadın  və  1.277  nəfəri  uşaq 

olmuşdu.  Bu  kəndlərə  dəyən  ümumi  maddi  zərər  o  dövrün 

qiymətləri  ilə  339,5  milyon  manat  təşkil  etmişdi.

QUBA

1905-1907-ci  illərdə  ermənilər  ən  dəhşətli  vəhşilikləri  və 

işgəncələri  Qubada  törətmişlər.  Quba  ölkəmizin  şimal  qapı­

sı  və  müdafiə  baxımından  mühüm  strateji  əhəmiyyətə  malik 

mərkəzlərindən  biridir.  Bu  gün  olduğu  kimi,  ötən  əsrin  əv­

vəllərində  də  Quba  hərbi  qüvvələri  Bakı  ətrafında  dislokasiya 

etməyə  əlverişli  imkanlara  malik  region  kimi  ermənilərin  diq­

qətini  hələ  1903-cü  ildən  özünə  cəlb etmişdi.  Ermənilər onları 

dəstəkləyənlərin  yardımı  ilə  həmin  ildən  Bakıdakı  hadisələrə 

dəstək  verə  biləcək  təxribatçıları,  hərbi  sursatı  və  canlı  hərbi 

qüvvələri  Qusar  polkunda  yerləşdirməklə  özlərinin  cəbhələ­

rini  yaratmağa  başladılar.  Yəni  Quba  qəzasında  da  hadisələr 

Azərbaycanın  digər  bölgələrində  olduğu  kimi,  eyni  istiqamət­

də  davam  edirdi.  1903-cü  ildə  ermənilər tərəfindən  burada  ilk 

addım  atıldı.

1904-cü  ilin  Pasxa  bayramında  ermənilər  şəhərdə  özlə­

ri  üçün  kilsə  açmağın  vacibliyini  irəli  sürdülər.  Polismeyster 

A.Yeqorov  da  ermənilərin  təklifinə  tərəfdar çıxdı.  Lakin  bu  xə­

bər  şəhər  əhalisi  arasında  güclü  etiraza  səbəb  oldu.  Ona  görə 

də  bu  işin  reallaşdırılması  təxirə  salındı.

Artıq  1905-ci  ildə  azərbaycanlıların  bu  istiqamətdə  həs­

saslığını  nəzərə  alan  təxribatçılar  bilərəkdən  şayiə  yayırlar  ki, 

Qubanın  bazar  yolu  üzərindəki  kiçik  məscidi  kilsə  kimi  bərpa

115


edib  ermənilərə  verəcəklər.  Bu  məqsədlə  məscidin  yaxınlığın­

da -   lap  onun  qapısı  ağzında  bir  dəllək  dükanı  açılır və  şəhər­

də  keşiş  kimi  tanınan  Akop  Akopyan  adlı  birisi  orada  oturub 

dəlləklik etməyə  başlayır.  Onun  yanına əsasən  ermənilər gəlir­

di.  Bir dəfə  Hacı  Molla  Xəlil  üç  həmkarı  ilə  dəlləkxanaya  girib 

«Akop,  yaman  tələsirəm,  saçıma  bir  ülgüc  çək»,  -   deyə  onun 

qarşısında  stulda  əyləşir.  Akop  bir  göz  qırpımında  işə  başlayır 

və  Hacının  üz-gözü  al  qana  boyanır.  Onunla  gələn  şəxslər 

Akopun  əlindən  ülgücünü  alıb  «Sən  nə  edirsən?»  -   deyə  onu 

kənara  itələyirlər.  Akop  isə  cavabında:  «Kilsəyə  qarşı  çıxanda 

bilmirdi  ki,  belə  olacaq?»  -   deyə  bağırır.  Hacı  ilə  gələnlərin 

biri  onun  başını  sarıyıb  şəhər  xəstəxanasına,  iki  nəfər  isə  Ako­

pun  əllərini  burub  polis  idarəsinə  aparır.  Bir  azdan  xəbər  gəlir 

ki,  Qırmızı  qəsəbəyə,  Alpan,  Alıc,  Amsar  və  Möhüc  kəndlə­

rinə  erməni  silah1

1

lari  hücum  edib  çoxlu  qırğınlar  törətmişlər. 



Amsarda  A.A.Bakıxanovun  mülkünə  od  vurulmuş,  burada  ya­

şayan  ailə  xəncərlə  doğranıb  qətlə  yetirilmişdi.

Arxiv  materiallarına  və  şahidlərin  dediklərinə  görə,  Qusarın 

kəndlərində  də  ermənilər  Qusar  polku  əsgərlərini,  buradakı 

kazakları  öz  tərəflərinə  çəkməyə  müvəffəq  olmuşdular.

Aprelin  1 7-də  Nügədi  bağlarında  tanınmış  tacir  Müstəcəb 

Mustafa  oğlu  qətlə  yetirilir,  camaat  üçün  aparılan  un,  düyü  və 

başqa  ərzaqlar  ermənilər  tərəfindən  talan  edilir.

1905-ci  ilin  18  avqustunda  Quba  sakinlərinə  silahlı  dəstə 

ilə  hücum  edən  ermənilər  Qonaqkəndə  gedən  yolun  üstündə­

ki  Dərindərədə  üz-üzə  gəlirlər.  Dəstələr  arasında  güclü  toq­

quşma  baş  verir.

Mənbələrdən  verilən  məlumatlara  görə,  1905-ci  ilin  avqust- 

sentyabr  aylarında  ermənilər  Qubanın  mərkəzində  133  nəfəri 

qətlə  yetirmiş,  Amsar,  Alıc,  Alpan,  Cici  kəndlərində  25  evə 

od  vurub  yandırmış,  17  körpəni,  39  qadın  və  qocanı  müxtəlif 

kəndlərin  su  quyularına  töküb  üstünü  torpaqlamışdılar.  Bütün 

bu  vəhşiliklər  yerlərdə  azərbaycanlıların  əks-hücumu  ilə  nəti­

116


cələnmişdi.  Avqustun  16-dan  1907-ci  ilin  dekabrına  qədər da­

vam  edən  toqquşmalarda  nə  qədər  insan  həlak  olmuş,  evlər, 

mülklər  yandırılmış,  camaatın  var-dövləti  talan  edilmişdi.

1918-ci  ilin  martından  etibarən  daşnak-bolşevik  silahlı  bir­

ləşmələrinin  azərbaycanlılara  qarşı  həyata  keçirdikləri  dəhşətli 

soyqırımı  aktının  qurbanları  sırasında  Quba  qəzası  sakinlərinin 

sayı  xüsusilə  çoxluq  təşkil  edir.  Həmin  vaxt  Xalq  Komissarla­

rı  Sovetinin  sədri  S.Şauınyan  və  hərbi  komissar  Korqanovun 

tapşırığı  əsasında  erməni  generalları  Amazasp  Azərbaycanın 

şimalında,  Lalayan  isə  mərkəzi  və  cənub  rayonlarında  «so­

vet  hakimiyyəti  qurmaq»  adı  altında  insanların  başına  misli 

görünməmiş  vəhşiliklər  gətirmişlər.  Amansız  üsullarla  kütləvi 

qırğın  törətmiş  erməni  generalı  Amazasp  Şaumyana  ünvanla­

dığı  məktubda  təkcə  Quba  qəzasında  10  mindən  artıq  müsəl­

manı  qətlə  yetirdiyini  fəxrlə  yazırdı.  Müxtəlif tarixi  mənbələrə 

əsasən,  Amazaspın  başçılıq  etdiyi  hərbi  dəstə  Quba  qəzasın­

da  ümumilikdə  30  mindən  çox  dinc  əhaliyə  divan  tutmuşdu. 

Təkcə  Quba  şəhərində  1.800  uşaq,  2.000-ə  yaxın  qoca  və 

yaşlı  qadın  qətlə  yetirilmişdi.  Həmin  insanlardan  3  mini  Qu­

banın  şimal  hissəsindəki  Qudyalçay  sahilində  basdırılmışdır.

BDU-nun  professoru,  tarix  elmləri  doktoru  Anar  İsgəndərov 

tədqiqatlarında  yazır  ki,  daşnak-bolşevik  qoşunları  Şamaxını 

işğal  etdikdən  sonra  mayın  əvvəllərində  Quba  qəzasına  da­

xil  olmuşlar.  Onlar  burada  üç  dəfə  qırğın  törətmişlər.  Qubaya 

hücum  edənlər  içərisində  özünü  bolşevik  kimi  qələmə  ve­

rən  və  2  min  əsgərə  başçılıq  edən  David  Gelovanidən  başqa, 

bolşevik  Sturua  da  var  idi.  Onlardan  əvvəl  isə  Muradyanın 

rəhbərlik  etdiyi  2  min  erməni  əsgəri  burada  qırğınlar,  iğtişaş­

lar törətmişdi.  Ə.Əlibəyovun  məlumatına  görə,  1918-ci  il  may 

ayının  1-də  dəstə  üç  istiqamətdən  şəhərə  daxil  olur.  Təkcə 

birinci  gün  şəhərin  aşağı  hissəsində  713  nəfər  azərbaycanlı 

öldürülür  ki,  onların  da  əksəriyyəti  qadın  və  uşaqlar  idi.

Şose və  Bazar  küçələrindəki  evlər qarət edilir.  Hücumun  ikinci

Böyük


117

günü  şəhərin  birinci  və  ikinci  hissəsində  onlar  1.012  nəfər 

azərbaycanlı  qətlə  yetirirlər  ki,  bu  insanların  da  böyük əksəriy­

yəti  şəhərin  yoxsul  əhalisi  və  İrandan  iş  dalınca  gəlmiş  kişilər 

idi.  Talanlarsa  heç  cür  səngimirdi.

Amazaspın  dəstəsi  Qubanın  girəcəyindən  tutmuş  yuxarı 

hissəsinədək  şəhəri  odlamağa  başlayır.  Daşnaklar  küçədə  qar­

şılarına  çıxan  bütün  adamları  ucdantutma  gülləyə  tutur,  yerə 

yıxılmış  yaralıların  bədənlərini  tüfənglərin  süngüləri  ilə  deşik- 

deşik  edir,  gözlərini  ovurdular.

Təhqiqat  materiallarından  məlum  olur  ki,  1918-ci  il  ma­

yın  1-də  Qubaya  girən  daşnak-bolşevik  birləşmələrinin  sayı 

5  mindən  artıq  idi.  Ona  görə  də  onlar  silahsız  dinc  əhaliyə 

azğınlıqla  divan  tuta  bilirlər.  Həmin  azğınlığın  miqyasını  tə­

səvvür  etmək  üçün  iki  gün  ərzində  yalnız  Quba  şəhərində 

4  minədək  müsəlmanın  öldürüldüyünü  xatırlatmaq  kifayətdir. 

Bu  rəqəm  Quba  şəhər  əhalisinin  beşdə  biri  demək  idi.

Müsəlmanların  dini  heysiyyətinə  toxunaraq  məscidlərə  od 

vuran  daşnaklar  təkcə  Quba,  Qusar  və  Xaçmaz  ərazisində  26 

məscidi  yandırmışdılar.  Müqəddəs  dini  ocaqları  yerlə  yeksan 

edən  daşnaklar  Şərq  tarixinə  və  ədəbiyyatına  aid  minlərlə  qiy­

mətli  kitabları  da  məhv  etmişdilər.  Qubanın  mərkəzində  Əb­

dürrəhim  Əfəndinin  mədrəsəsini  yandıran  ermənilər  buradakı 

1.300-ə  yaxın  qiymətli  kitabı  tonqala  atmışdılar.

Amazaspın  azğınlığı  nəticəsində  1918-ci  ilin  ilk  beş  ayı  ər­

zində  Quba  qəzasında  üst-üstə  15  mindən  çox  insan  məhv 

edilmişdi.  1918-ci  ilin  qırğınları  zamanı  daşnak-bolşevik  bir­

ləşmələri  burada  122  (bəzi  mənbələrdə  168  verilir)  kəndi  da­

ğıtmışdılar.  Həmin  kəndlərdən  35-i  bu  gün  də  mövcud  deyil.

Şəhər  əhalisinin  əmlakı  da  tar-mar  edilərək  oğurlanmışdı. 

Təkcə  Qubanın  özündə  Amazaspın  əsgərləri  4  milyon  manat 

nağd  pul,  xeyli  qızıl  pul,  4  milyon  yarım  manatlıq  qızıl,  bril- 

yant  və  digər qiymətli  daş-qaş,  25  milyon  manatlıq  ev  əşyaları 

(qiymətli  xalçalar,  gümüş  və  büllur  qablar),  25  milyon  manat­

118


ıq  ərzaq  ehtiyatı  ələ  keçirmişdilər.  Sonralar  həmin  qızılların

və  qızıl  pulların  bir  hissəsi  S.Şaumyan  öz  məsləkdaşları  ilə 

birlikdə  həbs  edilərkən  onun  yük  çamadanlarında  80  milyon 

məbləğindəki  qızıl  pulun  içərisində  olmuşdur.

Təkcə  Qubanın  özündə  Amazaspın  dəstəsi  105  ev  yan­

dırmışdı.  Dəyən  ziyan  100  milyonu  ötmüşdü.  İbrahim  bəy 

Şıxlarlıya,  Məşədi  Əli  Hüseynova,  Orucəli  Məmmədova,  Bə­

kir  Mehrəliyevə,  Səttar  Məmmədyarova,  Hidayət  Əmirbəyo- 

va,  Qafar  Orucova,  Əli  bəy  Zizikliyə,  Rəcəb  Orucova,  Yusif 

bəy  Abdulsəlimbəyova,  İsgəndər  Abdullayevə  məxsus  böyük 

mülklərin,  şəhərdəki  məscidlərin,  bir  sıra  idarə  və  digər  in­

zibati  binaların  yandırılıb  külə  döndərilməsi  əhaliyə  olduqca 

böyük  ziyan  vurmuşdu.

Həmin  illərdə  istefada  olan  polkovnik  Hacı  Ələkbər  Quba 

sakinləri  adından  Fövqəladə  İstintaq  Komissiyasının  sədri 

Ələkbər  bəy  Xasməmmədova  aşağıdakı  məzmunda  məktub 

göndərmişdi:

«Cənab  sədr!

Fövqəladə  İstintaq  Komissiyasının  üzvləri!  Sizə  məlum 

olduğu  kimi,  erməni  cəza  dəstələri  Bakıdakı  mart  qırğın­

larının  daha  dəhşətli  bir  davamını  Quba  qəzasında  həyata 

keçirmişlər.  İnsanlar  amansızcasına  qətlə  y e tirilm iş ə z a b  

və  əziyyətlərə  düçar  edilmiş,  qan  su  yerinə  axıdılmışdır. 

Təkcə  Quba  şəhərində  üç  mindən  artıq  körpə  işgəncələrlə 

öldürülmüş,  şəhərin  böyük  bir  hissəsi  məzarıstana  çevril­

mişdir.

...Mən  neçə-neçə  qanlı  döyüşlərin  iştirakçısı  olmuşam. 

Rus-türk  müharibələrində,  Fin  cəbhələrində,  Birinci  cahan 

müharibəsində  çoxlu  qanlı  döyüşlər  görmüşəm.  1917-ci 

ildə  ömrümün  son  illə rin i  sakit  və  rahat  yaşamaq  üçün 

doğulduğum  Quba  şəhərinə  qayıtmışam.  Əlimdə  əsa,  çar 

ordusunun  istefa  vermiş  polkovniki  libasında  doğma  vətənim 

məni  yenidən  öz  qoynuna  almışdır.  Ancaq  buradakı  rahat

119


həyatını  uzun  çəkmədi.  Kaş  mən  başqa  ölkəyə  gedəydim, 

vətənə  qayıtmayaydım.  Kaş  mənim  gözlərim  erməni  bıça­

ğı  ilə  soyulmuş  vətən  övladlarının  skalplarını,  kürəyindən 

soyulub  saman  təpilmiş  cəsədlərini,  ana  və  bacılarımızın 

kəsilmiş  döşlərini,  hamilə  gəlinlərim izin  yırtılmış  qarnından 

çıxıb  qalmış,  hələ  də  nəfəsi  üstündə  olan  körpələrimizin 

bu  acı  taleyini  görməyəydi.

Dünyanın  heç  bir  məmləkətində,  heç  bir  cahan  savaşında 

belə  qəddar  əm əllər  görünməyib  və  tarix  belə  qəddarlıq­

larla  hələ  rastlaşmamışdır.  Qubadakı  bu  qanlı  qırğını  kifayət 

qədər  təsdiqləyən  faktlar;  sənədlər  və  canlı  şahidlər  var.

Təcili  olaraq  Qubaya  istintaq  komissiyası  göndərməyinizi

bu  qətllərin  təşkilatçısı  və  icraçısı  olan  Şaumyanın,  Capa- 

ridzenin,  hərbi  komissar  Korqanovun,  qatil  D.A.Gelovaninin, 

cəllad  Amazasp  Ağacanyanm,  onun  köm əkçiləri  Nikolayın 

və  başqalarının  qanlı  əm əllərinə  görə  həbs  olunub  hərbi 

tribunala  verilməsini  təmin  etməyi  sizdən  xahiş  edirik.  Bu 

müraciət  Quba  qəzasında  nahaq  yerə  qanına  qəltan  edilən, 

ev-eşiyi  xara baz a ra  çevrilən  on  m inlərlə  qubalının  fikrini 

ifadə  edir.

Sizdən  təcili  tədbirlərin  həyata  keçirilməsini  tələb  edi­

rik!»

Elə  həmin  ilin  noyabrında  məruzə  əsasında  Fövqəladə  Təh­

qiqat  Komissiyası  Amazaspın  cəza  dəstəsində  onun  özü,  müa­

vini  Nikolay  və  komissarı  Venuntsdan  başqa  daha  fəal  üzvlə­

rinə  qarşı  cinayət  işi  qaldırılması  haqqında  qərar  qəbul  etdi.  İş

1920-ci  il  yanvarın  29-da  Bakı  Dairə  Məhkəməsinin  Prokuror­

luğuna  göndərildi.

1918-ci  il  mayın  əvvəllərində  erməni-daşnak  birləşmələri 

tərəfindən  xüsusi  amansızlıqla  həyata  keçirilmiş  soyqırımı  ilə 

bağlı  təkzibedilməz  faktların  əyani  təsdiqinə  çevrilmiş  Quba 

məzarlığı  əsrlər  boyu  türk  qanına  susamış  mənfur  erməni  mil­

lətçilərinin  əsl.  mahiyyətini  -   insanlıqdankənar  xislətini  bir

---------  

120 


---------

daha  qabarıq  şəkildə  aşkara  çıxarır.  Quba  məzarlığının  soy­

qırımı  aktının  nəticəsi  olduğu  tam  elmi  təsdiqini  tapmışdır. 

Ermənilər  zorakılıqla  qətlə  yetirdikləri  insanları  gizlətmək,  in­

sanlıq  əleyhinə  həyata  keçirdikləri  cinayətlərin  izini  itirmək 

məqsədi  ilə eni  4  metr  70  santimetr,  uzunluğu  5  metr və dərin­

liyi  2  metr  olan  iki  quyudan  istifadə  etmişlər.

Xüsusi  amansızlıqla  qətlə  yetirilərək  dərin  quyulara  basdı­

rılmış dinc  insanların torpaqdan təmizlənmiş,  üzərində  işgəncə 

izi  bugünədək  qalmış  müxtəlif  bədən  sümükləri  Quba  soyqı­

rımının  miqyası  və  mahiyyəti  barədə  bir  çox  qaranlıq  mətləb­

lərdən  xəbər  verir.  Qətliam  zamanı  insanların  kəllə  sümüklə­

rinə  müxtəlif  küt  və  kəsici  alətlərlə  yetirilmiş  ağır  xəsarətlərin 

izləri  bugünıin  özündə  də  qabarıq  görünür.  Məzarlıqda  bir 

ədəd  olsun  belə  bütöv  insan  skeletinə  rast gəlinməməsi  isə  de­

məyə  əsas  verir  ki,  soyqırımı  zamanı  qətlə  yetirilən  insanların 

cəsədləri  müxtəlif  hissələrə  bölünüb.  Belə  görünür  ki,  erməni 

cəlladları  asan  ölümü  də  dinc  insanlara  çox  görüblər.

Məzarlıqdakı  insan  sümüklərini  yaxından  izləyərkən  mə­

lum  olur  ki,  erməni  cəlladları  qətliam  zamanı  əsasən  balta 

və  mismarlardan  istifadə  etmişlər.  1918-ci  ilin  mayında  er­

məni  generalı  Amazaspın  rəhbərliyi  altında  Qubanı  işğal  et­

miş  daşnak-erməni  dəstələri  bir  neçə  gün  ərzində  dinc  əhalini 

öldürmək  üçün  xüsusi  zorakılıqlara,  əvvəlcədən  düşünülmüş 

işgəncə  metodlarına  əl  atmışlar.  O  dövrün  şahidlərinin  sözlə­

rinə  görə,  azğınlaşmış  silahlı  dəstələr  hətta  ahıllara,  qadınlara 

və  qocalara  da  rəhm  etməmiş,  onları  olmazın  işgəncələrlə  öl­

dürməkdən  həzz  almışlar.

Həmin  dövrdə  erməni  vandalizminin  qurbanları  təkcə  dinc 

azərbaycanlılar deyil,  həm  də  digər  millətlərin  nümayəndələri 

olmuşlar.  Aparılmış  arxeoloji  qazıntılar  zamanı  onlarla  kəllə 

sümüyünün  digər  millətlərə  məxsus  olması  üzə  çıxıb.  Bu  sıra­

da  yəhudi  və  ləzgilər  üstünlük  təşkil  etmişlər.

121


Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin