1905-1920-ci il soyqırımları
Şərqdə təsir dairəsini genişləndirmək, regionun zən
gin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək
istəyən Çar Rusiyası hələ XVII əsrin sonu və XVIII
əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə
apararkən məhz «erməni kartı»ndan siyasi alət kimi
yararlanmağa çalışmışdır. Kütləvi soyqırımı və depor
tasiyaların qanlı tarixi isə Rusiya ilə İran arasında
gedən iki müharibənin (1804-1813 və 1826-1828) so
nunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il)
və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələrindən
sonra başlanmışdır.
Həmin müqavilələr xalqımızın tarixində faciəvi rol oyna
mış, Azərbaycanın parçalanmasının, tarixi torpaqlarımızın bö
lünməsinin əsasını qoymuşdur. Azərbaycanın şimalı Rusiya
nın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. Türkmənçay
müqaviləsindən sonra imperator I Nikolay 1828-ci il martın
21-də İrəvan və Naxçıvan xanlıqlarının ərazisində «Erməni
vilayəti»nin yaradılması haqqında əmr imzalamışdır. Həmin
əmrə əsasən o zaman 7.331 azərbaycanlının və 2.369 ermə
ninin yaşadığı İrəvan şəhəri də «Erməni vilayəti»nin tərkibinə
daxil edilmişdi. Bunun ardınca Türkmənçay müqaviləsinin 15-
ci bəndinə əsasən, İrandan ermənilərin İrəvan, Qarabağ və
Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılmışdı.
Tarixi mənbələrə əsasən, təkcə 1828-1 830-cu illər ərzində
İrandan 40 min, Türkiyədən isə 84 min erməni Cənubi Qaf
qaza, Azərbaycan ərazisinə yerləşdirilmişdir. Çar Rusiyasının
himayəsi altında «Erməni vilayəti» adlandırılan süni inziba
ti bölgünün yaradılması isə azərbaycanlıların əzəli torpaq
larından zorla çıxarılmasının və soyqırımı siyasətinin əsasını
97
qoymuşdur. Qafqaz Arxeologiya Komissiyasının sənədlərində
birmənalı qeyd olunur ki, Tıirkmənçay sülh müqaviləsinə qə
dər Qarabağ xanlığında 12 min ailənin 2,5 min nəfəri erməni,
Şamaxı xanlığında 24 min ailənin 1,5 min nəfəri, Şəki xanlı
ğında isə 15 min ailənin üçdə biri erməni idi. 1828-ci ilin mə
lumatına görə, İrəvan xanlığı ərazisində torpaqların 96,63 faizi
azərbaycanlılara, cəmi 3,37 faizi ermənilərə məxsus idi. 1826-
1828-ci illər Rusiya-İran müharibəsində təkcə İrəvan xanlığı
ərazisində yaşayan azərbaycanlıların 420 kəndi yerlə yeksan
edilmişdir. 1828-1871-ci illər arasında ermənilər azərbaycanlı
əhali yaşayan 146 kəndi zəbt edərək özününküləşdirmişlər.
XIX əsrin ikinci yarısında «Böyük Ermənistan» xülyasına
düşən, millətçi-şovinist ideyalarını həyata keçirmək istəyində
olan ermənilər təşkilati strukturlar yaratmağa başlamışlar. Əsa
sən xaricdə - 1887-ci ildə Cenevrədə «Qnçaq», 1890-cı ildə
Tiflisdə «Daşnaksütyun» partiyalarını təsis etmiş, 1895-ci ildə
Nyu-Yorkda «Erməni Vətənpərvərlər İttifaqı» təşkilatını yarat
mışlar. Həmin təşkilatların fəaliyyət proqramında azərbaycan-
ılara və türklərə qarşı ardıcıl olaraq terror və qırğın aksiyaları
həyata keçirmək məramı əsas yer tutmuşdur.
«Böyük Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni
qəsbkarları Birinci rus inqilabı dövründə - 1905-1907-ci illər
də azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı ak
siyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlanan vəh
şilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki yaşayış
məntəqələrini əhatə etmişdir.
Birinci dünya müharibəsindən sonra isə Rusiyada yaranmış
vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş
fevral və oktyabr inqilablarından öz istəklərinə bolşevizm bay
rağı altında nail olmağa cəhd etmişlər. Bakı Kommunası əks-
inqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin mar
tından bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların
çıxarılması məqsədlərini güdən cinayətkar planının reallaşdı-
rılmasına başlamışdır.
98
Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şama
xı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər
ərazilərdə həyata keçirilmişdir. Bu torpaqlarda kütləvi şəkildə
dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abi
dələri məhv edilmişdir.
1918-ci ildə türk-müsəlman əhaliyə qarşı törədilən cina
yətləri üzə çıxarmaq məqsədi ilə Azərbaycan Xalq Cümhuriy
yətinin ən mühüm qərarlarından biri də həmin il iyulun 15-
də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması olmuşdur.
1919-cu il avqustun 27-də komissiya tərəfindən tərtib edilmiş
arayışda bildirilirdi ki, ermənilərin türk-müsəlman əhaliyə qar
şı törətdiyi cinayətlərlə bağlı 36 cild və 3.500 vərəqdən ibarət
sənədlər toplanmışdır.
70
illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi
«vətəndaş müharibəsi», «əksinqilabi qiyam» kimi saxtalaşdırı
lan mart hadisələri, əslində, bolşevik-daşnak ittifaqının azər
baycanlılara qarşı yeritdiyi növbəti soyqırımı siyasəti idi. Xal
qımız uzun illər bu gerçək tarixdən məlumatsız olmuş, saxta
ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun
illər tamamilə yad istiqamətdə köklənmişdir. 1918-ci il martın
31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda
kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli
görünməmiş soyqırımına imza atmışlar.
Bu soyqırımı əsl hüquqi-siyasi qiymətini isə Azərbaycanın
dövlət müstəqilliyinə qovuşduqdan sonra almışdır. Mart hadi
sələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümum
milli lider Heydər Əliyevin imzaladığı fərman erməni m illətçi
lərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi
qiymət olmuşdur.
Ötən illər ərzində Azərbaycan dövləti bu tarixi gerçəklik
ləri, xalqımızın iki əsr boyu məruz qaldığı soyqırımı və et
nik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə
çatdırmaq istiqamətində xeyli iş görmüşdür. Fərmanda ermə
99
nilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də to
xunulmuş, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti
dolğun şəkildə əksini tapmışdır.
Prezident İlham Əliyev AMEA-nın 2005-ci ilin dekabrında
keçirilmiş 60 illik yubiley mərasimindəki dərin məzmunlu çı
xışı zamanı ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji
mübarizənin gücləndirilməsi zərurətini alimlərimiz qarşısında
mühüm vəzifə kimi müəyyənləşdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin
«Gorus - 2010: Absurd teatrı mövsümü» əsəri bu baxımdan
mühüm əhəmiyyətə malikdir. Əsərdə eyni zamanda erməni
qəsbkarlarının ötən əsrin əvvəllərində azərbaycanlılara və
türklərə qarşı törətdikləri soyqırımı aktlarına da münasibət ək
sini tapmış, mart hadisələrinin təfərrüatları açıqlanmış, həmin
illərdə S.Saumyanın törətdiyi cinayətkar əməllər konkret fakt
lar əsasında göstərilmişdir.
BAKI (1905-1907-ci illər)
Ermənilər Bakıya XIX əsrin 70-ci illərindən gəlməyə baş
lamışlar. Bu elə bir dövr idi ki, şəhərin iqtisadiyyatı sürətlə
inkişaf edir, Abşeronda illik neft istehsalı 200-300 min puda
çatırdı. Həmin illərdə Çar Rusiyasının havadarlığı ilə Bakıya
axışan ermənilər neft sənayesi, ticarət və bank işi sahələrində
üstünlüyü ələ keçirmiş, qısa vaxtda iri kapitalistlərə çevrilmiş
dilər. Bu illərə qədər isə Bakı və onun ətraf kəndlərində ermə
nilər barmaqla sayılacaq qədər azlıq təşkil edirdilər. 1905-ci i
fevralın əvvəllərində Bakı şəhəri və quberniyasında baş vermiş
ilk erməni-azərbaycanlı qırğınını tədqiq edən senator Kuzmin-
skinin hesabatına görə, həmin ilin yanvarında Bakı quberniya
sında 1.057 min nəfər əhali siyahıya alınmışdır. Onlardan 800
min nəfəri müsəlmanlar, 12 faizi ruslar, 9 faizi ermənilər, 3
faizi isə başqa millətlərin nümayəndələri idi.
100
1904-
1905-ci illərdə «Daşnaksütyun» Bakıda sosial-demo
krat və sosial-inqilabçı adı altında daşnaksütyunyönümlü fəhlə
təşkilatları yaratmağa başlamışlar. Onların əsas məramı yerli
əhali arasında iğtişaşlar, təxribatlar törətmək, qanlı aksiyalar
həyata keçirmək idi. Bu cəhdlər isə nəticəsiz qalmamışdı.
1905-
ci il fevralın 6-da gündüz saat 12 radələrində Bakıda
baş verən dəhşətli hadisə isə şovinist ruhlu erməni m illətçiləri
nin etnik zəmində əvvəlcədən planlaşdırdıqları böyük qırğına
yol açmış oldu. Həmin gün şəhərin mərkəzində, Erməni kil
səsinin yanında, «Parapet» deyilən yerdə varlı, nüfuzlu, çoxlu
qohum-əqrəbası olan karxana sahibi, sabunçulu Ağarza Ba
bayev erməni komitəsi tərəfindən qətlə yetirildi. Əhvalatdan
xəbərdar olan Bakı əhli qətl hadisəsindən çox təsirlənmiş və
bundan əvvəl də ermənilər tərəfindən bir sıra cinayətlər törən-
diyinə görə xalq arasında böyük iğtişaşlar baş vermişdi.
Mixaylov xəstəxanasının sənədlərinə görə, qırğın başlanan
gün erməni milyonçuları Balabek Lalayevin, Artyom Babayant-
sın, İsay Ter-Osipovun və başqa maqnatların havadarlığı ilə
terror qrupu tərəfindən 18 adam öldürülmüş, 33 nəfər yara
lanmışdı. Onların 34-ii azərbaycanlı, 6-sı rus, 6-sı erməni, 5-i
başqa millətin nümayəndələri idi.
Fevralın 7-də vəziyyət daha da gərginləşmişdi. Həmin er
məni terror təşkilatı bu dəfə yüzədək dinc vətəndaşın həya
tına son qoymuş və yaralamışdı. Krasilnikovun, Mayılovun,
Korsakovun evlərindən, «Madrid» mehmanxanasından yerli
əhali - azərbaycanlılar qəfildən güllə yağışına tutulmuşdu.
İğtişaş nəticəsində müsəlmanların bir çoxunun imarətləri və
mağazaları dağıdılmış və qarət edilmişdi.
Fevralın 8-i şan-şöhrəti ilə məşhur olan Bakı cəhənnəmə çev
rilmişdi. Bir tərəfdən bombaların partlaması, digər tərəfdən isə
uca və ali imarətlərin uçub dağılması, neft zavodlarının, budkala
rın yanğından səmaya qalxan alovları insanları çaşdırmışdı.
Beləliklə, 1905-ci ilin 6-10 fevral hadisələri tarixə «Bakı
şəhərində qanlı qətliam» kimi daxil olmuşdur. Həmin giinlər-
101
də mal və əmlaka, mülklərə eləyən zərər milyonları keçmişdi.
Bakı hadisələri haqqında qubernator, knyaz M.A.Nakaşidze tə
rəfindən Qafqaz canişini və Rusiya Daxili İşlər Nazirliyi üçün
hazırlanan geniş məruzədə qırğın zamanı 231 nəfərin öldüyü,
179 nəfərin yaralandığı göstərilmişdir. Məruzədə o da qeyd
olunmuşdur ki, itki göstəriləndən daha çoxdur.
Gizlədilən
ölü-lərin çoxu müsəlmanlara aid idi. Çünki onlar meyitlərin
yarılmasını şəriət qaydalarına zidd olan əməl kimi qəbul edir
dilər.
1905-ci il mayın 11-də Bakıda beş erməni terrorçusu tə
rəfindən Qafqaz xalqları arasında dostluq mövqeyindən çıxış
edən knyaz M.A.Nakaşidze və Q.Takayşvili qətlə yetirilmişdi.
Elə həmin gün general Alixanov da öldürülmüşdü. Qətllərlə
əlaqədar yayılmış intibahnamələrdə qeyd edilmişdi ki, bun
ları «Daşnaksütyun» erməni terror təşkilatı törətmişdir. Bəzi
məlumatlara görə, qatillərdən biri Dro ləqəbli Drastamat Ka-
nayan idi. Qəza rəisləri Pavlov, Neşşanski, Boquslavski, vitse-
qubernator Andreyev, polkovnik Bıkov və başqaları erməni
vəhşiliklərinin qurbanı olmuşlar.
Fevral hadisələrindən sonra ermənilərin və azərbaycan
lıların bir-birlərinə olan nifrətləri, kinləri o qədər artmışdı
ki, yeni-yeni toqquşmaları hər dəqiqə gözləmək olardı. Ən
adi bir bəhanə qırğının başlanmasına gətirib çıxara bilərdi.
1905-ci il avqustun 20-də Bakıda qəflətən ikinci dəfə erməni-
müsəlman davası başladı. Şahidlərin dediyinə görə, sentyabrın
ortalarına qədər davam edən bu qırğın qəddarlığı, dəhşətləri
və kütləviliyinə görə fevral hadisələrini kölgədə qoymuşdu.
M.S.Ordubadi «Qanlı illər» əsərində iğtişaşın təfsilatını belə
verirdi: İkinci Bakı faciəsindən bir neçə gün qabaq konkalarda
xidmət edən işçilər tətil etmişdilər. Bu tətilə səbəb işçilərin öz
vəziyyətlərindən narazılıqları idi. Hökumət isə onlarla razılığa
gəlmək əvəzinə yerlərinə soldat qoyub konkaları işə salmış,
onları, yəni tətil etmiş işçiləri daha da acışdırmı'şdılar.
102
Tətil etmiş işçilərin və onların kargüzarlarının çoxu erməni
idi. Onlar hökumətin bu əməlindən narazı olub, şənbə günü
konkanı gülləyə basırlar. Bu gülləbazlıq əsnasında konkada
olan soldatlar və bir neçə müsəlman sərnişin həlak olur və
yaralanırlar. Fürsətdən istifadə üçün intizarda olan Erməni kil
səsində həzin-həzin zəng çalınır. Erməni cavanları dükanların
qabağında əllərini bir-birinə vurmaqla erməni dükançılarına
qarışıqlıq salmaq işarəsi verirlər».
Yaxşı silahlanmış erməni quldur birləşmələri şəhərin əhalisi
sıx olan müsəlman məhəllələrinə basqınlar edir, çox böyük
sayda insanları vəhşicəsinə öldürürdülər. Kişilərin başını kəsir,
hamilə qadınların qarnını yırtır, uşaqları tonqallarda yandırır,
su quyularında boğurdular. Meyitlərin çoxu dənizə atılırdı.
Bakı polismeysterinin 1905-ci il oktyabrın 11-də müvəq
qəti general-qubernatora göndərdiyi raportda göstərilirdi ki,
avqust qırğını zamanı evlərin damından, eyvanlardan, pəncə
rələrdən dinc sakinlərə atəş açılmış, 49 erməni evinin ünvanı
və sahiblərinin adları aşkar edilib siyahıya alınmışdır. Onların
arasında erməni kilsə xadimlərinin adları da göstərilirdi. Qeo-
dakovun evində Dağıstan polkunun unter-zabiti Tkaçenko əs
gərlərlə birlikdə pəncərə və eyvanlardan atəş açan 47 ermə
nini həbs etmişdir.
Meyitlərin çoxu isə tanınmaz hala düşmüşdü. Şaqqalanmış,
başları, ayaqları, əlləri kəsilmiş, digər əzaları doğranmış insan
ları doğmaları bədənlərindəki nişanələrlə tapıb basdırırdılar.
Şəxsiyyəti məlum olmayan müsəlman cəsədləri isə birbaşa
qəbiristanlığa göndərilirdi. Avqustun 23-25-də Bakının neft
mədənlərində və zavodlarında baş verən yanğınlar çoxlu fəh
ləni işsiz qoymuşdu. Ən böyük yanğın Balaxanı neft mədənlə
rində olmuşdu. Bir sözlə, avqustun 20-dən sentyabrın 10-dək
davam edən qırğınlar zamanı Bakıda və onun ətrafında çoxlu
cinayətlər baş vermişdi.
1905-1906-cı illərdə Bakıda başlanan qırğınlar İrəvanda,
Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda və digər böl-
юз
gələrdə davam etmiş, erməni separatçıları tərəfindən kütlə
vi şəkildə azərbaycanlılara divan tutulmuş, şəhər və kəndlər
yandırılmış, uşaqlar, qocalar, qadınlar xüsusi qəddarlıq və
vəhşiliklə öldürülmüşlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir,
Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə
yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-
dən çox yaşayış məntəqəsi viran qoyulmuşdu. Erməni vəhşi
liyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı öz doğma
yurdlarını tərk etmək məcburiyyəti qarşısında qalmış, bununla
da Azərbaycanda tarixi artıq bir əsrə yaxınlaşmaqda olan hə
qarətli qaçqınçılıq ənənəsinin əsası qoyulmuşdur.
BAKI (1918-1920-ci illər)
1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Bakıda daşnak-
bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi
yetişməkdə idi. 1917-ci ilin dekabrında Rusiya Xalq Komissar
ları Soveti tərəfindən Qafqazın fövqəladə komissarı təyin olun
muş S.Şaumyanın və Korqanovun başçılıq etdiyi Hərbi İnqilab
Komitəsinin Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti
daha da gərginləşdirmişdi. Qafqaz cəbhəsindən geri qayıdan
əsgərlər vətənlərinə getmək əvəzinə Bakıda toplaşmışdılar.
Onların burada saxlanılmasında S.Şaumyan xüsusi canfəşanlıq
göstərmişdi.
Azərbaycanda m illi qüvvələrə rəhbərlik edən «Müsavat»ın
nüfuzu isə günbəgün artırdı. Bundan qorxuya düşən bolşevik-
daşnak qüvvələri Bakını inqilabla əksinqilab arasında müba
rizə meydanına çevirmək niyyətində idilər. Bir faktı da qeyd
edək ki, bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin
ixtiyarında qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən
ibarət olan 20 minlik silahlı qüvvə cəmlənmişdi.
Real hakimiyyətə yiyələnmək üçün Bakı Soveti və onun
İcraiyyə Komitəsi təkcə azərbaycanlılar arasında deyil, di
104
gər müsəlman xalqları arasında da böyük nüfuz qazanmış
«Müsavat»ı yolundan kənar etməli idi. Amma bolşeviklər bunu
dinc vasitələrlə həyata keçirmək imkanında deyildilər. Belə
halda bolşevik rejimi üçün səciyyəvi olan bir yol - zorakı
lıq yolu qalırdı. Bunun üçün əvvəlcə döyüş qabiliyyətli silahlı
qüvvələrə malik olmaq, sonra isə əməliyyatlara «özünümüda
fiə» donu geydirməklə onun labüdliiyünü, proletariatın məna
feyinə xidmət etdiyini sübuta yetirmək tələb olunurdu.
1918-ci ilin yanvar-fevral aylarında özlərinə arxayın ermə
ni zabit və əsgərləri Bakı küçələrində sərbəst hərəkət edir,
istədikləri özbaşınalıqları törədir, qarətlər edirdilər. Bakıda
türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlan
mışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar isə narahat
olmağa başlamışdılar. «İsmailiyyə» binasının qarşısında keçi
rilən mitinqə 3.000 nəfərədək azərbaycanlı toplaşaraq Müsəl
man İctimai Təşkilatları Komitəsindən şəhərdə qayda-qanun
yaradılması üçün zəruri tədbirlər görməyi tələb edirdi. Çıxış
edənlər soyğunçuluğa, zorakılığa və özbaşına axtarışlara sərt
etirazlarını bildirirdilər.
Mitinqə gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini
P.Caparidze əhalini sakiləşdirmək məqsədi ilə özbaşınalıqlara
son qoymaq üçün lazımi ölçülərin götürüləcəyinə söz vermiş
di. M illi Komitənin yığıncağında Ə.Topçubaşov, B.Aşurbəyov,
M.Ə.Rəsulzadə, İ.Heydərov və M.H.Hacınski iştirak etmişdi.
Lakin S.Şaumyan başda olmaqla, Bakı bolşevikləri azərbaycan
lıları ətrafında toplayan və onları milli-azadlıq mübarizəsinə
yönəldən «Müsavat» partiyasına, Müsəlman M illi Şurasına,
həmçinin onların sosial dayaqları olan Azərbaycan əhalisinə
qarşı kütləvi qırğınlar törətmək üçün ciddi hazırlıq işləri gör
məyə başlamışdılar.
Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında
cəhd edilmiş, müsəlman korpusunun komandiri general
105
Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi
qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər hətta si
lahlı toqquşmaya cəhd göstərmişdilər. Lakin M.Ə.Rəsulzadə,
N.Nərimanov və başqalarının səyi nəticəsində təxribatçı daş
nakların yanvar ayında qırğın törətmək planı baş tutmamışdı.
Sonradan Erməni M illi Şurasının üzvləri, «Daşnaksütyun»
partiyasının rəhbərləri müsavatçıları Bakı Soveti ilə silahlı toq
quşmaya təhrik etmək məqsədi ilə ən müxtəlif vasitələrə əl
atırdılar. 1918^ci il martın ortalarında sovetlər şəhərin mühasi
rəsini yarmaq bəhanəsi altında qoşunlarını Lənkərana, Şama
xı və Muğan düzünə göndərməyə başladılar. Bundan başqa,
onların şəhər daxilində dözülməz amirlik mövqeyindən çıxış
etməsi müsəlman əhali arasında gərginliyi son dərəcə artırmış
dı. Lakin Bakı Soveti rəhbərliyinin davakar mövqeyi hər dəfə
müsavatçıların sağlam düşüncəyə əsaslanan soyuqqanlı, təm
kinli mövqeyi qarşısında məkrli məqsədinə nail ola bilmirdi.
«Müsavat» Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiy
yət uğrunda da inamla mübarizə aparırdı. Belə olduqda Bakı
Soveti rəhbərliyinin açıq şantaj tədbirinə əl atmaqdan başqa
çarəsi qalmamışdı. Böyük qırğınlara başlamaq üçün bəhanə
isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazə
sinin «Evelina» gəmisində Lənkərandan Bakıya gətirilməsini
təşkil edən 48 hərbçinin gəlişi oldu.
Belə ki, 1918-ci il martın 1 7-də silahla ehtiyatsız davranış
dan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin
cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən
ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə salmışdı. Mərhum
dəfn ediləndən sonra həmin dəstə «Evelina» gəmisi ilə Lənkə
rana geri qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az
qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olun
masını tələb etmişdilər. Müsəlman dəstəsinin rədd cavabına
tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verilmişdi.
Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olunmuşdu.
106
Martın 30-u gündüz saat 4-də müsəlmanlardan təşkil olun
muş nümayəndə heyəti Sovetin İcraiyyə Komitəsinin qarşısına
gələrək silahların geri qaytarılmasını tələb etmişdi. P.Caparidze
müsəlman liderlərinə söz vermişdi ki, silahların qaytarılması
məsələsini Qafqaz ordusunun İnqilabi Müdafiə Komitəsinin
iclasına çıxaracaq və orada həmin məsələnin müsbət həlli
ni müdafiə edəcəkdir. Ertəsi gün şəhərin cənub hissəsində
erməni əsgərləri görünməyə başladılar.
Onlar bütün küçə
boyu səngərlər qazır, torpaq və daşlardan bəndlər ucaldırdı
lar. Bu, açıq-aşkar meydan oxumaq, güc nümayiş etdirmək,
bir sözlə, əsl amirlik nümunəsi idi. Şəhərdə minlərlə yaxşı
silahlanmış daşnak hərbi hissələri sərbəst hərəkət etdikləri
halda, müsəlmanların kiçik bir dəstəsinin tərksilah edilməsi
müsəlman əhali arasında narazılığı artırır, ciddi etirazlar do
ğururdu. Martın 30-da N.Nərimanovun evində S.Şaumyanla
və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə
ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə bax
mayaraq, bolşevik-daşnak koalisiyası vədinə əməl etməmişdi.
Martın 30-da saat 16.40 radələrində Erməni kilsəsinin yanı
na toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açır, belə
liklə, dinc əhaliyə qarşı kütləvi qətliama «start verilir». Martın
31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil alır, üç gün
ərzində Bakıda 12 min insan qətlə yetirilir. Onların çoxunun
meyitləri tapılmır. Çünki şahidlərin dediklərinə görə, ermə
nilər meyitləri od-alov bürümüş evlərə, dənizə və quyulara
atırdılar ki, cinayətin izini itirsinlər. Şaumyanın erməni-bol
şevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını
müsadirə etmiş, Təzəpir məscidini topa tutmuş, «Kaspi», «Açıq
söz» qəzetlərinin redaksiyalarına, «İsmailiyyə»nin binasına od
vurmuşdular. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri
dağıdılıb yerlə yeksan edilmişdi.
Dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı alman
1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdı: «Ermə
107
nilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər
kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edir
dilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87
azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları
yırtılmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da
rəhm etməmişdilər».
«1918-ci il qırğınları» kitabında göstərilir ki, düşmənin üstün
qüvvələri qarşısında müqavimət göstərməyin yalnız günah
sız qurbanların sayını artıra biləcəyini görən m illi qüvvələr
martın 31-də atəşi dayandıraraq sülh danışıqlarına başlamağı
təklif etdilər. İnqilabi Müdafiə Komitəsinin ultimatumu (Bakı
Soveti hakimiyyətinin qeyd-şərtsiz tanınması və onun sərən
camlarına tam tabelik; müsəlman hərbi birləşmələrinin, bunun
ardınca isə erməni qüvvələrinin şəhərdən çıxarılması; Bakı
dan Tiflisə və Petrovska dəmir yolunun açılınası) «Müsavat»
rəhbərliyi tərəfindən qəbul edilir. Bununla da güman etmək
olardı ki, bolşeviklərlə ilk hərbi toqquşmada hədsiz olmasa
da, xeyli qurban vermiş azərbaycanlılar yenidən dinc yaşayış
dövrünə qayıda biləcəklər. Lakin hadisələrin faciəli davamı
ultimatumun qəbulundan sonra da daşnak-bolşevik ittifaqının
şəhərin müsəlman hissələrində qarətlər, yanğınlar, qətllər tö
rətməsi ilə baş verdi.
Qırğınlar ərəfəsində «Nikolay Buniatov» paroxodunun ko
mandir köməkçisi Kazım Axundova Bakının Çəmbərəkənd
adlandırılan dağüstü hissəsinin mühafizəsi üçün təyyarəçi
Rozenblyumun başçılığı ilə 10 silahlı matros göndərilmişdi.
K.Axundov Nikolayev küçəsindəki meyitlərin yığışdırılmasına
başladı. Onların arasında süngülərlə didik-didik edilmiş və qı-
ıncla tikə-tikə doğranmış 3 müsəlman gimnazistin, 11 gim-
naziyaçı qızın, 1 rus qadınının, 3-5 yaşlarında 3 müsəlman
oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadını
nın, müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri
var idi. Bundan başqa, «Vulkan» cəmiyyətinin köhnə yanal-
108
ma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6.748
meyiti gətirilmişdi. Axundov öz tanışı, texnik Vladimir Soko-
lovu «Kərpicxana» deyilən yerə aparmışdı. V.Sokolov burada
3 fotoşəkil çəkmişdi. Birinci şəkildə başında güllə, bədənində
beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zər
bəsi endirilmiş qadın meyiti təsvir olunmuşdu. Onun sağ döşü
üstündə hələ nəfəs alan körpə uzanmışdı. Körpənin ayağında
süngü yarası var idi.
Digər şəkildə isə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq
təsvir edilmişdi. Mismarın başından aydın görünürdü ki, onu
divara daşla bərkitmişlər. Üçüncü şəkildəki isə 13-14 yaşlı qı
zın meyiti idi. Axundovla Sokolov dördüncü evə daxil olduq
da dəhşətli bir mənzərə ilə rastlaşmışdılar: geniş bir otağın
döşəməsi üstündə 22-23 yaşlı bir qadının, iki qarının, 9 yaşlı
qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitləri uzadıl
mışdı. Körpənin əl-ayağını itlər gəmirib yemişdi. Bu mənzərə
Sokolova elə ağır təsir göstərmişdi ki, o, daha fotoşəkil çəkə
bilməmişdi.
1918-ci ilin martında erməninin azərbaycanlılara qarşı soy
qırımı törətməsi tarixi faktlarda dolğun əksini tapmışdır. Kütlə
vi qətliamlar təkcə Bakı şəhəri ilə məhdudlaşmamış, Azərbay
canın Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Gəncə, Lənkəran
və digər bölgələrini də əhatə etmişdi. Yalnız 1918-ci ilin sen
tyabrında Nuru paşanın başçılıq etdiyi ordunun Bakını xilas
etməsindən sonra bu qırğınların qarşısı qismən alınmışdı.
Dostları ilə paylaş: |