miş, xristianlıq qəbul edilən vaxtda isə Osroyena artıq çoxdan
müstəqil idi. Həmin tarixçilər bu cür təhriflərdən əlavə Osro
yena tərəfindən xristianlığın birinci qəbul edilməsinin əhəmiy
yətini hər vasitə ilə azaltmağa çalışırlar. Onlar iddia edirlər
ki, xristianlığın qəbui edilməsi V Abqarın (VIII Manunun) İsa
Məsih ilə yazışması barədə apokrif rəvayətlə bağlı olmuşdur.
Edessa çarının kiminlə yazışmasından və şəxsən onun xristi
anlığı qəbul etməsinin həqiqi səbəblərindən asılı olmayaraq,
fakt faktlığında qalır - bu gün qonşu ölkənin yalançı təbliğatı
nə qədər cəhd göstərsə də, xristianlıq ermənilərdən bir əsrdən
çox əvvəl məhz Osroyenacla rəsmi din olmuşdur.
Serj Sarkisyan ibarə ilə qədim yunan coğrafiyaşünası Stra-
bona istinad edərək bildirmişdir ki, guya o, ermənilərin Cə
nubi Qafqazda avtoxton olmasını qeyd etmişdir. Əslində isə
Strabon bu ərazilərin erməni çarları tərəfindən başqa dövlət
lərdən və xalqlardan işğal yolu ilə ələ keçirildiyini göstərir.
Strabon ermənilərin özgə torpaqlarını ələ keçirmək meylini
hələ o vaxt görmüş və öz kitabında yazmışdır: «Əvvəllər kiçik
bir ölkə olmuş Ermənistan Artaksiya və Zariadriya müharibə
ləri nəticəsində böyümüşdür. Onlar əvvəlcə Böyük Antioxun
sərkərdələri olmuş, o, məğlub olandan sonra isə çar olmuşdu
lar (bunlardan birincisi Sofena, Akisena, Odomantida və bəzi
başqa vilayətlərin çarı, sonuncusu isə Artaksata ətrafındakı öl
kənin çarı olmuşdur); onlar ətrafdakı xalqların vilayətlərinin
bir hissəsini qopararaq öz ərazilərini birlikdə genişləndirmiş
lər; onlar midiyalılardan Kaspiana, Favnitida və Basoropedanı,
iberlərdən dağətəyi Pariadra, Xorzen və Kür çayının o tayında
yerləşən Qoqarenanı; həliblərdən və mosineklərdən Kareniti-
da və Kiçik Ermənistanla həmsərhəd və onun bir hissəsi olan
Kserksenanı; kataonlardan Akilisenanı və Antitavr ətrafındakı
28
vilayəti və nəhayət, suriyalılarclan Taroniticlanı qoparmışdı
lar»12. Bundan əlavə, Strabon xüsusi qeyd edirdi ki, ermənilər
işğal etdikləri ərazilərdə istila olunmuş xalqları assimilyasiya
etməyə çalışırdılar: «Buna görə indi həmin xalqların hamısı bir
dildə danışır»13.
Ermənistan prezidentinin komandasında Strabonun sözlərini
çox maraqlı şəkildə şərh edirlər. Onların məntiqinə görə, əgər
erməni çarları başqa xalqların ərazilərini işğal etmişlərsə, onda
ermənilər həmin torpaqlarda dərhal «avtoxton» olurdular.
Qeyd etmək lazımdır ki, Ermənistan müstəqil dövlət kimi
çox qısa müddət mövcud olmuşdur. Tarixdən məlumdur ki,
bizim eranın əvvəlində iyirmi ildən bir qədər artıq müddət
də müstəqil dövlət kimi mövcud olduqdan sonra Ermənistan
müstəqilliyini itirərək Roma-Parfiya ərazisinə çevrilmişdir,
çünki 63-cü ildən sonra, Roma ilə Parfiya arasında müqavi
ləyə əsasən, Ermənistanın ikiqat müstəqilliyi müəyyən edil
mişdir14. Bütün sonrakı əsrlərdə, ta 1918-ci ilə qədər o, digər
dövlətlərdən - İran, Roma, Osmanlı, Rusiya imperiyalarından
ya vassal kimi, ya da tam asılı olmuşdur. Müstəqil Erməni
çarlığının mövcud olduğu qısa dövrdə onun hökmdarları də
fələrlə ölkə ərazisini genişləndirməyə cəhd göstərmişlər. Çar
Böyük Tiqranın hakimiyyəti dövrü istisna olmaqla, Ermənista
nın nəzarətinin müasir Azərbaycan ərazisinə yayılması barədə
elmi sübutlar yoxdur. Yalnız Tiqranın hakimiyyəti dövründə
Ermənistan öz apogeyinə çatmış və həqiqətən Araz çayından
şimalda yerləşən torpaqları müvəqqəti tutmuşdur. Hələ ermə
ni çarı Böyük Tiqranın sağlığında dünyaya gəlmiş Strabonu
həmin hadisələrin müasiri adlandırmaq olar. Buna görə də tə
əccüblü deyildir ki, Strabon «Coğrafiya» kitabında haqlı olaraq
qeyd edir ki, Orxistena (ola bilsin həmin vaxt) Ermənistanın
bir vilayəti olmuşdur. Məlum olduğu kimi, tarix heç vaxt statik
vəziyyətdə qalmır - ərazilər genişlənmiş və kiçilmiş, dövlətlər
yaranmış və yox olmuş, sərhədlər dəyişmişdir. Bu halda onu
29
da unutmamalıyıq ki, Tiqranın dövründə genişlənmiş Erməni
çarlığının ərazisində təkcə ermənilər deyil, çox xalqlar yaşa
yırdı. Əhəmiyyətlisi başqa məsələdir - Strabon heç yerdə de
mir ki, əldən-ələ keçməsi tamamilə mümkün olan Orxistenada
ermənilər yaşamışdır. Strabon Arsaxın bu etnik tərkibi və xüsu
sən onun əhalisinin avtoxton, yoxsa gəlmə olması barədə bir
kəlmə də yazmır! Lakin çoxsaylı başqa mənbələrdə və başqa
müəlliflərin əsərlərində Arsaxın məhz alban əhalisindən bəhs
edilir. Strabon elə həmin kitabın 11-ci bölməsində qeyd edir
ki, Kir (Kür) çayı Albaniya ərazisindən (!) axırdı15.
Müəlliflərinin intellektual səviyyəsini səciyyələndirən daha
bir absurd tezis ondan ibarətdir ki, guya Azərbaycanın və bir
millət kimi azərbaycanlıların yaranmasından bir əsrdən az
vaxt keçmişdir və XX əsrin əvvəlinə qədər bu ərazidə olub-
keçənlərin onlara heç bir aidiyyəti yoxdur. Görünür, bu cür
sərsəm bəyanatların müəllifləri adi bir məsələ üzərində fikir
ləşməmişlər: bürokratik direktiv-məmur etnogenezi ilə adi in
san biologiyası arasında nə əlaqə var? Əgər çoxəsrlik tarixə
malik olan bir xalqın adını dəyişməyi qərara almış partiya rəh
bərinin öz kabinetində bircə dəfə «qələm çalması» əsasında
millət yaradıla bilərsə, bu o deməkdirmi ki, «yeni yaradılmış»
xalqın ilk nümayəndələrinin nə ataları, nə babaları, nə də ulu
babaları olmuşdur və onlar hamısı sınaq şüşəsində klonlaşdı-
rılmışdır? Bu gün Azərbaycanda keçən əsrin 30-cu illərində
doğulmuş yaşlı nəsil yaşayır. Bu nəslin nümayəndələrinin ço
xunun valideynləri hələ sağdır. Onlar Azərbaycan türklərinin
adlarının dəyişdirilərək azərbaycanlılar adlandırılması barə
də qərar qəbul ediləndən əvvəl dünyaya gəlmişlər. Erməni
«intellektuallarının məntiqinə görə, belə çıxır ki, bu iki nə
sil etnik baxımdan müxtəlif millətlərə aiddir, çünki görün ha,
yaşlılar azərbaycanlı hesab edilmək üçün kifayət qədər gənc
deyil, onların 30-cu illərdə doğulmuş uşaqları isə özlərinin
«bioloji» əcdadlarının m inillik irsi ilə mənəvi və mədəni-tarixi
30
əlaqəyə layiq görülmək üçün kifayət qədər qoca deyillər?!.
Belə çıxır ki, bir xalqa yeni ad verilən gündən həmin xalqın
çoxəsrlik tarixi dayanır və «sahibsiz» olur, başqa bir xalqın
tarixi başlanır, üstəlik, nəinki atalar və oğulların iki «sərhəd»
nəsli arasında əlaqə, hətta indi artıq «müxtəlif» sayılan m illət
lər arasında əlaqə də qırılır.
Dövlət rəhbərlərinin bu cür absurd bəyanatlarla çıxış etməsi
Ermənistandan başqa heç bir yerdə, yəqin ki, mümkün deyildir.
Görəsən, məsələn, keçən əsrin 60-70-ci illərində ermənilərin
adlarını dəyişdirərək onları Ararat vadisinin adına görə «ararat-
lılar», yaxud Göyçə gölünün təzə adına uyğun olaraq «sevanlı-
lar» adlandırsaydılar, bu «alimlər» hansı havanı «oxuyardılar»?
Bu halda yeni millətin tarixi başlanardımı? Bu halda onlar öz
respublikasında yaşamaq hüququndan məhrum edilərdimi və
oradan dərhal deportasiya edilməyə layiq olardımı? Axı orta
əsr manuskriptlərində «ararat» və ya «sevan» xalqının adını
tapmaq mümkün deyil, amma həmin manuskriptlərdə hansısa
ermənilər barədə söhbət gedir, halbuki onların mövcudluğuna
partiya qərarının dərc edildiyi gün son qoyulmuşdur.
Bununla belə, hələ orta əsrlərin ərəb müəllifləri Qafqaz
Albaniyasının ərazisini çox vaxt «Azərbaycan», «Yuxarı Azər
baycan» adlandırırdılar. Məsələn, əl-Kufi Azərbaycan hökm
darının Şəkidə olmasından bəhs edərək yazır ki, xəlifə əl-
Cərraha «Azərbaycanda dayanmağı» əmr etmiş, «Azərbaycan
vilayətindəki əl-Baba (Dərbəndə) çatmış», «Azərbaycan ölkə
sinə yola düşmüş və Baylakanda düşərgə salmış...», «Azərbay
can ölkəsinə yola düşmüş və Bərdədə dayanmışdır»16.
1864-cü ildə İngiltərənin Təbrizdəki konsulu Keyt Abbot
Kral Coğrafiya Cəmiyyəti üçün memorandumda yazırdı: «Fars
ların Azərbaycan kimi tanıdığı ölkə onlarla [İran ilə] Rusiya
arasında bölünmüşdür. [Azərbaycanın] ərazisi təqribən 80.000
kvadratmil və ya Böyük Britaniyanın sahəsi qədərdir. Bu əra
zinin 5/8 hissəsi
Rusiyaya məxsusdur;
beləliklə, 50.000-
31
kvadratmiIi Rusiyaya və 30.000 kvadratmili İrana məxsusdur.
[Azərbaycanın] Rusiya hissəsi şimaldan və şimal-şərqdən Xə
zər sahilində Bakı ətrafına qədər uzanıb gedən Qafqaz dağ
ları ilə həmsərhəddir. Qərbdə ona hazırda Rusiyaya məxsus
olan İmeretiya, Minqreliya, Quriya və Axıska əyalətləri; şərq
də Xəzər dənizi, cənubda isə sərhəd Muğan düzündən Talış
mahalına qədər Arass (Araz) və kiçik Astura (Astara) çayı ilə
qeyd edilmişdir. Bu vilayətə aşağıdakı ərazilər daxildir: Kaxe-
tiya, Kartli, Somexeti və Qazaxdan ibarət olan Qruziya və ya
Gürcüstan; müsəlman vilayətləri İrəvan, Naxçıvan, Qarabağ,
Gəncə, Şirvan, Şəki, Şamaxı, Bakı, Quba, Salyan və Talışın bir
hissəsi»17.
Yalançılıqda və «Azərbaycan təbiiğatı»na xidmət etməkdə
günahlandırılması çətin olan ingilis diplomatının məlumatla
rından göründüyü kimi, XIX əsrin 60-cı illərində İrəvan, Nax
çıvan və Qarabağın əhalisi, hətta ermənilər buraya köçürülən-
dən sonra da, əvvəlki kimi, əsasən Məhəmməd ümməti (yəni
türk, Sarkisyanın xoşuna belə gəlirsə - azərbaycanlı) idi və
bu vilayətlər Azərbaycana aid edilirdi. Diaspordan olan qo
naqlarına: «200-300 il bundan əvvəl filan yaşayış məntəqəsi
nin adı necə Azərbaycan adı ola bilərdi? Barı türk və ya fars
adları deyərdilər!» - deyə ritorik sual verməklə onlara təsir
göstərməyə çalışan bugünkü Ermənistan rəhbərlərinin intel
lektual səviyyəsi, təəssüf ki, belədir. Amma sən demə, yaşayış
məntəqəsinin adı Azərbaycan adı ola bilərmiş! 300 il bundan
əvvəl də, lap min il bundan əvvəl də. Serj Sarkisyan öz au
ditoriyasının avamlığına ümid edərək və özü də bunu bilmə
diyindən onlara izah etməmişdir ki, xüsusən Cənubi Qafqaz
regionundan söhbət gedəndə «Azərbaycan dili» və «türk dili»
eyni şeydir. Əgər bunu başa düşmək çətindirsə, onda zəhmət
çəksin, eyni qayda ilə fikirləşsin görək hayların erməni topo
nimlərinə nə dəxli var?
32
Axı linqvistikada qəbul edilmiş qaydaya əsasən, hay dili yüz
seçim əlamətinə görə 11 qrupa və 44 dialektə bölünür (Bax:
Джаикян Г.Б. Общее и армянское языкознание. Ереван, 1978
г.). Dilçi mütəxəssislərin fikrincə, xalqın bu qədər çoxsaylı dil
və dialekt şaxələrinin olması bunu deməyə əsas verir ki, hay
dili bir xalqın dili deyildir. Bu, Ermənistan ərazisində qədim
məzarlıq-larda tapılmış kəllələrlə də təsdiqlənir. Həmin kəllə
lərin baş göstəriciləri müasir ermənilərin baş göstəricilərindən
kəskin fərqlənir (Bax: Рогтнский Я.Я., Левин M.Г. Антрополо
гия. M., 1963, с.390). Ermənilərin 16 antropoloji tipə bölünməsi
tədqiqatçıları heyrətləndirir. Bir xalqın bu qədər antropoloji
fərqləri ola bilməz. Belə çıxır ki, haylar və ermənilər arasında
əlaqə məsələsini cəsarətlə şübhə altına almaq olar. Ola bilsin
ki, Ermənistan prezidentinin komandasında bu barədə fikirlə
şərək başa düşərlər ki, yaşayış məntəqəsi 200-300 il bundan
əvvəl məhz Azərbaycan adına necə malik ola bilərdi.
Başqa bir məsələ barədə də fikirləşmək pis olmazdı. Ermə
nilər antropoloji baxımdan praktik olaraq yeganə xalqdır ki,
onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji
tipə uyğun gəlmirlər. Aparılmış antropoloji tədqiqatlara əsa
sən deyə bilərik ki, tarixi Azərbaycanın qərb hissəsinin əhali
si bütün dövrlərdə (eneolitdən başlamış müasir dövrə
Azərbaycanın qalan hissəsinin əhalisinə oxşar olmuşdur. Müa
sir Ermənistan ərazisində ermənilərlə bağlı aşkar edilmiş ən
qədim antropoloji tapıntılar yalnız XVII əsrə aiddir və yalnız
Kenaker nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir.
Onlar bir sıra əlamətlərə (kəllə qutusunun forması, üz skeleti
nin quruluşu və s.) görə əvvəlki paleoantropoloji seriyalardan
əsaslı şəkildə fərqlənir və yeni etnik komponentlərdir.
Ermənilərin diş-çənə sisteminin təhlili də onların Dağlıq
Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edir18.
«Arsax» toponimi də «erməni» toponimi olmuş və əlüstü
«Vararakn» adlı «erməni məskəni» uydurulmuşdur. Heç bir
mənbədə «Vararakn» deyilən məskən adı çəkilmir. Əlbəttə,
33
əgər ermənilərin tarixi saxtalaşdırmaq laboratoriyalarında belə
bir şey uydurmağa və əsası Qarabağ xanları tərəfindən qoyul
muş Xankəndinin yerləşdiyi əraziyə bağlamağa hələ macal
tapmayıblarsa. «Berdzor», «Karvaçar», «Kaşataq» və bir sıra
başqa uydurma «qədim erməni» adları kimi, bu «Vararakn»
da erməni təbliğatının faydasız icadıdır. Məsələn, onlar Azər
baycanın işğal edilmiş Ağdam rayonunda qanunsuz arxeoloji
qazıntılar zamanı aşkar edilmiş tikilinin bünövrəsinin ətrafın
dakı yeri özbaşına, ciddi elmi faktlara əsaslanmadan «Tiqrana-
kert» adlandırmağı qərara almışlar. Sual edilir: nə üçün başqa
ad deyil, məhz «Tiqranakert» və nə üçün başqa yerdə deyil,
məhz bu yerdə? Təkcə ona görəmi ki, bu yer ermənilərin xo
şuna gəlmişdir və tarixi saxtalaşdırmaq laboratoriyasının ilhaq-
çı planlarının həyata keçirilməsinə kömək etmək üçün, adət
ləri üzrə, saxta şəhadətlərə və salnamələrə istinad edir və indi
özləri də alimnüma görkəmlə bu mənbələrə istinad edirlər?!
Əvvəllər Azərbaycana (məhz Azərbaycana!) məxsus olmuş
İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet döv
ründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklə
rinin izlərini məhv etmək məqsədi ilə adları dəyişdirilərək
onlara erməni adları qoyulmuşdur. Bizim dildə mənası olan
bu toponimlərin erməni dilində heç bir mənası yoxdur. Bu
toponimlər haraya yox olmuşdur? Şübhə yoxdur ki, elə hə
min tarixi saxtalaşdırmaq laboratoriyaları bu suala cavab ax
tararkən Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Hamamlı
(Spitak), Cəlaloğlu (Stepanavan), Qarakilsə (Sisyan), Qarakilsə
(Vanadzor), Keşişkənd (Yexeqnadzor), Uluxanlı və ya Zəngiba-
sar (Masis), İstibulaq və ya Karvansara (İcevan), Dəvəli (Ararat
qəsəbəsi), Gözlü Kəmərli (Metsamor), Üç Müədzin (Eçmiəd-
zin), Alagöz (Araqats), Göyçə (Sevan), Arpaçay (Axuryan) və
yüzlərlə başqa keçmiş Azərbaycan toponimləri üçün yüzlərlə
yeni «vararakn»lar icad edəcəklər. Az qala Nuh əyyamından
qalmış yeni «qədim erməni» adlarının guya qeydə alındığı sax
34
ta «salnamələr» üzə çıxacaqdır. Elə həmin laboratoriyalar işğal
edilmiş şəhərlər və kəndlər üçün yeni adlar fikirləşib tapmış
və bir müddətdən sonra Ermənistan rəhbərləri yüksək tribuna
lardan çıxış edərək yeni «vararakn»lar barədə dünyaya car çə
kəcəklər. Ermənilər artıq Ukraynanın Lvov şəhərinin də adını
dəyişdirərək onu Aryuts adlandırmaq istəyirlər!
«Erməni» mənşəli «Arsax» toponiminə gəldikdə isə, onun
erməni dilinə və Ermənistanın erkən tarixinə heç bir aidiyyəti
yoxdur. Ermənistan prezidentinin Gorusda səsləndirdiyi tezis
savadsızlıq dərəcəsinə görə adamı mat qoyur: «Bu yerin er
məni adı - Arsax miladdan əvvəl VIII əsrdə təsdiqlənmişdir və
bunu Yerevanın təməlini qoymuş I Arqiştinin oğlu II Sarduri
təsdiq etmişdir». Əvvələn, I Arqişti və II Sarduri hay çarları
deyil, Urartu çarları olmuşdur. Urartu və hay xalqları müxtəlif
xalqlar olmuş və müxtəlif dil ailələrinə aid olan müxtəlif d il
lərdə danışmışlar. Görünür, Sarkisyan, «yeri gəlmişkən», təkcə
albanların deyil, həm də urartuluların mədəni-tarixi irsinə ta
mah salmışdır. İkincisi, bu ad nə münasibətlə birdən-birə er
məni adı oldu? Urartu çarı yalnız «Arsax» adını təsdiqləmiş,
lakin onun erməni toponimi olmasını təsdiqləməmişdir! O,
yalnız qeyd etmişdir ki, belə bir vilayət var, vəssalam. Belə çı
xır ki, əgər Qafqazda Arsax adlı bir vilayət olması barədə Misir
fironları və ya Çin imperatorları məlumat vermiş olsaydı, onda
bu toponim həmin an hökmən Misir və ya Çin toponimi ola
caqdı? Axı Arsax toponimi təkcə Bizans mənbələrində onun
adının çəkilməsinə görə antik toponim olmamışdır! Başabəla
erməni alim və siyasətçilərinin saxtalaşdırma metodları insanı
mat qoyur: onlar əvvəlcə hurritdilli urartuluları hind-Avropa
haylarına çevirir və onların irsini mənimsəyir, sonra isə Arsaxın
«erməni» adı olmasını bəyan edirlər. Özü də yalnız ona görə
ki, baxın ha, təzə peyda olmuş «hay» II Sarduri Arsaxın adını
çəkmişdir. Halbuki dünya tarixşünaslığında müəyyən edilmiş
konsensusa görə, bugünkü ermənilərin (haylar) istər Arsax to-
35
poniminə, istər Urartu sivilizasiyasına, istərsə elə əsası I Arqişti
tərəfindən qoyulmuş şəhərə heç bir aidiyyəti yoxdur. Mənbə
lərdə Sünik, Utik, Paytakaran kimi, Arsax-Xaçen də Qafqaz
Albaniyasının tarixi vilayəti kimi göstərilir. Tarixi inkişafın qısa
bir dövründə ərazisi genişlənmiş Erməni çarlığının siyasi təsiri
bu vilayətə aid ola bilərdi. Axı bir sıra başqa imperiyalar, xila
fətlər, çarlıqlar da genişlənmiş və kiçilmiş, tərəqqi və tənəzzül
dövrlərini yaşamışlar. Bunun nəticəsində onların nəzarət et
dikləri ərazilərin heç də bütün əhalisi, deyək ki, latın, yunan,
ərəb, fars, monqol, osmanlı, ingilis, fransız və s. olmamışdır.
İşğal edilmiş ərazilərdə yerli xalqlar yaşamaqda davam edirdi.
Kür çayının sağ sahilinin, o cümlədən Arsaxın, Paytakaranın,
Utikin, Sünikin alban əhalisi barədə hətta Raffi, B.İşxanyan,
İ.Orbeli, R.Suni kimi erməni tarixçilərinin özləri də yazırdılar.
Dünyada onlarca digər nüfuzlu tarixçilər də bu fikirdədir.
Məsələn, münaqişənin lap əvvəlində, 1988-ci ildə ABŞ-ın
Miçiqan Universitetində işləyən erməni tarixçisi Ronald Suni
bugünkü Qarabağın ərazisində orta əsrlərdə Qafqaz albanla
rının dövlətinin mövcud olmasını qeyd edirdi: «Orta əsrlərdə
türk xalqları Orta Asiyadan buraya köçənə qədər Zaqafqaziya
Qafqaz Albaniyası kimi tanınmışdır. Qafqaz albanlarının Bal
kan albanlarına heç bir aidiyyəti olmamışdır, o, ermənilərə ya
xın olan xristian xalqı idi. XI əsrdə səlcuqlar buraya gələndən
sonra dağlıq hissədə, yəni Qarabağdan başlamış tarixi Ermə
nistanla sərhədə qədər ərazidə yaşayan albanlar xristian kimi
qalmış və nəticədə ermənilərlə qaynayıb qarışmışlar. Şərq his
sədə - ovalıqdan Xəzərə qədər olan ərazidə isə albanlar türk
əhali ilə qaynayıb qarışmış və müsəlman olmuşlar»19.
Bir qədər sonra, hərbi əməliyyatların qızğın çağında o,
«Ararat tərəfə baxış» kitabında yazırdı: «Ən qədim dövrlərdə
və orta əsrlərdə Qarabağ Qafqaz albanları knyaziığının bir his
səsi olmuşdur. Müasir dövrümüzdə artıq mövcud olmayan bu
müstəqil etnodini qrup IV əsrdə xristianlığı qəbul etmiş və Er
36
məni kilsəsi ilə yaxınlaşmışdı. Sonralar alban elitasının yüksək
təbəqəsi erməniləşmişdir. XI əsrdə səlcuqlar Cənubi Qafqaza
girəndən sonra islamlaşdırma prosesi başlanmış və nəticədə
Qarabağın aran hissəsinin əhalisi müsəlman dinini qəbul et
mişdir. İndiki azərbaycanlıların birbaşa əcdadı sayılan bu xalq
türk dilində danışır və islamın qonşu İranda yayılmış şiə məz
həbini qəbul etmişdir. Dağlıq hissədə isə, əsasən, xristianlıq
qalmış və Qarabağ albanları zaman-zaman ermənilərlə qay
nayıb qarışmışlar. Alban kilsəsinin mərkəzi Qanzasar Erməni
kilsəsinin yepiskopluğundan birinə çevrilmişdir. Bir zamanlar
müstəqil milli kilsənin izləri katolikos adlanan yerli arxiyepis
kop statusunda qalmışdır»20.
Digər erməni müəllifi B.İşxanyan yazırdı ki, «Dağlıq Qara
bağda yaşayan ^ermənilərin bir hissəsi qədim albanların nəs
lindən olan yerli əhali, bir hissəsi isə Türkiyə və İrandan olan
qaçqınlardır. Onlar üçün Azərbaycan torpağı təqiblərdən sığı
nacaq yerinə çevrildi»21.
Erməni alimləri Qafqaz Albaniyası haqqında «Qafqaz mə
dəniyyəti aləmindən Ermənistan və Gürcüstanla eyni əhəmiy
yətli» (İ.A.Orbeli) dövlət kimi, alban incəsənəti və memarlığı
barədə isə Qafqaz mədəniyyəti tarixində ayrıca mövzu kimi
(İ.A.Orbeli, S.T.Yeremyan və başqaları) yazırdılar. Erməni ta
rixçisi İosif Orbelinin fikrincə, Albaniyanın tərkibinə daxil olan
Xaçen knyazlığının yüksəlişi və çiçəklənməsi XII-XIII əsrlərə
təsadüf edir22. Həmin Orbeli erməni feodallarının müasir Dağ
lıq Qarabağın vilayətlərini zəbt etməsi və müstəmləkəyə çe
virməsindən yazırdı23.
Erməni akademiki S.T.Yeremyan yazırdı: «Əksər hissəsi
ərəb işğalından əvvəlki dövrlərə təsadüf edilən xristian abi
dələrinin çoxu qədim Albaniyanın erməniləşmiş hissəsində və
hazırda, əsasən, erməni əhalisinin yaşadığı qədim alban vila
yətləri olan Arsax və Utikdə qorunub saxlanılmışdır»24.
37
Əgər Arsaxın Albaniyanın vilayəti olması, indiki erməni rəh
bərliyinin iddia etdiyi kimi, yalan, uydurma və «Azərbaycan
təbliğatı»nın məhsuludursa, onda erməni müəllifləri bu barədə
həqiqəti niyə yazırdılar? Əgər Arsaxın Albaniya ilə heç bir
əlaqəsi yox idisə, Gəncəsar monastırı sırf «erməni» monastırı
kimi yaradılmışdısa, niyə bu məbədi tikdirmiş knyaz Həsən
Cəlal tikilinin üstündə «mənim alban xalqım» üçün ucaldılmış
«Albaniya paytaxt məbədi» yazdırmışdı? Məgər kimsə onları
buna vadar edirdi, bəlkə onlar «Azərbaycan kəşfiyyatı»na xid
mət edirdilər? Erməni tarixçiləri özləri Arsaxın alban xarakte
rini etiraf edirdilər!
Maraqlıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsindən əvvəl erməni tarixçiləri Arsaxın Qafqaz Alba
niyasının tərkibinə daxil olması və bu vilayətin əhalisinin alban
olması barədə mübahisə etmirdilər. Münaqişənin lap əvvəlin
də Yerevanın başabəla tarixçiləri antik və erkən orta əsrlər
dövründə Qafqaz Albaniyası dövlətinin və albanların mövcud
luğunu, ümumiyyətlə, inkar etməyə çalışırdılar. Onların bəzi
ləri isə albanları hətta əfsanəvi Atlantida ilə müqayisə edirdi.
Bu «tarixçilər» akademik aləmdə pis vəziyyətə düşdüklərini
və alimlərin istehza obyektinə çevrildiklərini anlayandan sonra
bu vəziyyətdən yetərincə orijinal üsulla çıxmağa cəhd göstər
mişlər: onlar Qafqaz Albaniyasının mövcudluğunun danılmaz
fakt olduğunu etiraf etsələr də, onun sərhədlərində bir balaca
«düzəliş» etmiş və bu sərhədləri ərazi iştahalarının çəkdiyi
yerə - Kür çayınadək uzatmışlar. Bəlkə də ermənilərin iddia
ları Abşeronadək gəlib çıxsaydı (lap ağıllarını itirmişlər, hələ
də «erməni Bakurakert»dən danışırlar), Albaniya Xəzərin o biri
tayına «köçməli» olacaqdı. Bu halda Yerevan «tarixçiləri» A l
baniyanın nə üçün səhvən Orta Asiya deyil, Qafqaz Albaniyası
adlanmasım izah etməli olacaqdılar. Elmi miflərə və xarici si
yasət məqsədlərinə tabe etmək məsələsində erməni tarix elmi
bəzən absurd səviyyəyə çatır.
38
Haylardan fərqli olaraq, albanlar Arsaxın və Qafqaz Alba
niyasının digər əyalətlərinin avtoxtonları idi. Tarixə görə, al
ban qəbilələri Kürün hər iki sahilində yaşamışlar. A.Y.Krımski
çox dəqiq qeyd etmişdir: «Strabon (XI, 7, I paraqraf) sağ sahil
lə sol sahilin əhalisinin eyni qəbiləyə aid olduğunu bilirdi»25.
Yuxarıda qeyd olunduğu kimi, Kürün Albaniyadan keçməsini
Strabon da (XI, I, 5; XI, III, 2; XI, IV, 2; XI, VIII, 3) açıq-aydın
göstərir26.
Alban dövləti təxminən eramızdan əvvəl IV-III əsrlərdə ya
ranmışdır və alban əhalisi ilk dəfə o dövrün hadisələri ilə əla
qədar xatırlanır27. Eramızın I əsrindən Albaniyada Arşakidlər
sülaləsinin Parfiya nəsli hökmranlıq edirdi. Həm erməni, həm
də alban tarixçiləri bu dövr barədə məlumat verərək yazırlar
ki, Albaniyanın cənub sərhədləri Araz çayından keçirdi28, baş
qa sözlə, Araz və Kür çayları arasındakı ərazi Alban dövləti
nin tərkibinə daxil idi. Qarabağın tarixi torpaqları - Orxistena
(Arsax), Savdeya, Otena, Araksenanın bir hissəsi məhz burada
yerləşirdi.
Erməni müəllifi Movses Xorenatsi, - onun məlumatlarını
tarixçi Moisey Kalankatlı da təsdiq edir, - Parfiya hökmdarı
Valarşakın (ehtimal ki, II Vononun oğlu I Vologez (eramızın
51/52-79/90-cı illəri) «geniş düzənliyi iki yerə bölən böyük
Kür çayı boyunca uzanan nəhəng, şanlı, əhalisi çox olan
şimal-şərq diyarında canişinlik yaradaraq adlı-sanlı, müdrik və
ağıllı Aranı29 (təyin etmişdir)». Bir qədər aşağıda aydın olur ki,
bu böyük və şanlı diyar Albaniyadır: «Sisakın işlərindən də
xəbər tut, çünki bu böyük və şan-şöhrətli qəbilə barədə Bi
rinci kitabda yazmağı unutmuşduq. Onlar Xnarakert30 adlanan
Yerasx31 çayından dağlara tərəf olan hissəsi daxil olmaqla Al-
van düzənliyinə varis olmuşlar. Ölkə isə mülayim xasiyyətinə
görə «alu»32 sözündən götürülərək Alvaniya adlanırdı. Onun
nəslindən olanlardan biri, adıçəkilən adlı-sanlı və qəhrəman
Draya parfiyalı Valarşak tərəfindən minbaşı-canişin təyin edil
39
mişdi. Deyilənə görə, utilər qəbiləsi və qardmanlar, savdeylər
və qarqarlar knyaziıqlari33 onun nəslindən əmələ gəlmişdir»34.
Qeyd etmək lazımdır ki, bu etiraf Aran (Araz və Kür çay
ları arasındakı ərazi) sakinlərini «daim yalan danışan alvan
kişiləri»35 adlandıran albanofob Movses Xorenatsiyə məxsus
dur. Adıçəkilən alban qəbilələrindən utilər, savdeylər şübhə
siz, qarqarlar isə, demək olar ki, şübhəsiz Qarabağ zonasında
məskunlaşmışdılar. Deməli, Arazın döngəsindən tutmuş Ağsta-
fayadək Kürün bütün sağ sahilində alban qəbilələri məskunlaş
mışdı. Mənbələrdə Qarabağ bölgəsi qəbilələrinin alban mən
şəli və bu ərazinin Alban dövlətinə məxsus olması qəti surətdə
vurğulanır.
Movses Xorenatsi Paytakaran əyalətinin əhalisinin də al
ban olduğunu yazır. Çar Trdat gənc missioner, Vrtanesin oğlu
Qriqorisi Sanatruk adlı birisinin müşayiəti ilə, ehtimal ki, yer
li əhaliyə (Xorenatsi onları «barbarlar» adlandırır) xristianlığı
qəbul etdirmək üçün oraya göndərmişdi. «Lakin Trdatın və
fatı xəbəri gələndən sonra Sanatrukun özünün və daim fitnə-
fəsadla məş-ğul olan alban kişilərinin hiyləsinə uyaraq barbar
lar müqəddəsi Xəzər adlanan dənizin sahilləri yaxınlığındakı
Vatnean düzənliyində atın dırnaqları altına qoyub öldürmüş
dülər... Sanatruk isə taxt-taca sahib olaraq Paytakaran şəhərini
zəbt etmiş və başqa xalqların köməyi ilə Ermənistanın bütün
ərazisində hakimiyyəti ələ keçirməyə can atmışdı». Movses
Xorenatsi Sanatruka Paytakaranı ələ keçirməkdə kömək etmiş
«başqa xalqlar» deyəndə, şübhəsiz ki, boyun əyməyən yerli
əhalini - «alvan kişiləri»ni nəzərdə tuturdu»36.
Qafqaz Albaniyasını tədqiq edən nüfuzlu Qərb mütəxəssis
lərindən biri, Oksford Universitetinin professoru Çarlz Douset
yazırdı: «Katolikos Con və Tovma Arkruni Boqa əl-Qabirin
854-cü ildə götürdüyü əsirlər arasında üç alban knyazının -
knyaz Xaçena Atrnersex, Smbatın oğlu knyaz Şaki SaxI və Ar-
saxda Ktişa knyazı Esay Abu Musanın olmasını xatırlayırlar»37.
40
Bir ildən sonra alim yazmışdı: «Albaniyada Arsaxın qədim
hissəsi olan Xaçen müstəqilliyini qoruyub saxlamışdı. Məlum
dur ki, Mxitar həm də knyaz Vaxtanqın xahişi ilə qanunlar
məcəlləsi tərtib etmişdi»38. Qafqazşünas V.F.Minorski yazırdı
ki, indiki Azərbaycan SSR-in ərazisi təxminən qədim Qafqaz
Albaniyasına uyğun gəlir39.
Müstəqil Alban dövlətinin süqutundan sonra Azərbaycan
coğrafi və siyasi anlayışının bir hissəsi olan Qarabağ Sacilər
Azərbaycan dövlətinin, X əsrdə Salarilər dövlətinin tərkibinə
daxil idi, XI-XII əsrlərdə Şəddadilər dövlətinin, XII-XIII əsrlərdə
Qarabağ Atabəylər-Eldəgizlər dövlətinin bir hissəsi olmuşdur.
Sonralar o, Qaraqoyunlular və Ağqoyunlular dövlətlərinin tər
kibinə, XVI-XVII əsrlərdə Qarabağ bəylərbəyi iyin i n tərkibində
olan Qarabağ Səfəvilər türk dövlətinin tərkibinə daxil olmuş
dur. Qarabağ XVIII əsrin ikinci yarısında Qarabağ xanlığının
tərkib hissəsi olmuş və elə onun tərkibində də XIX əsrin əv
vəllərində Rusiyaya birləşdirilmişdir.
Azərbaycanın xristian abidələri erməni ruhanilərinin və on
larla bağlı elmin saxtalaşdırma obyekti olmuşdur. Əsrlər boyu
alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə
onu özünə tabe etməyə, sonralar isə ləğv etməyə çalışmışdır.
Bu siyasətin bir hissəsi alban əlyazmalarının epiqrafikasının
məhv edilməsi olmuşdur. Azərbaycanın xristian memarlıq abi
dələrində XI əsrədək erməni epiqrafikası yoxdur (əgər müasir
daşyonanlar işğal olunmuş ərazilərdə yeni «qədim» erməni
yazıları oymağa macal tapmamışlarsa). Daha ilkin alban yazı
ları 1836-cı ildə rus Sinodunun qərarı ilə alban kilsəsi erməni
kilsəsinə tabe ediləndən sonra silinmişdir. XI əsrdən sonrakı
dövrə aid ermənidilli epiqrafikanın və tarixi yazılı mənbələrin
olması yazıların müəlliflərinin etnik deyil, yalnız konfessional
mənsubiyyətindən xəbər verir.
1975-76-cı illərdə Ermənistanın rəsmi hakimiyyət orqanları
Amasya-Qazançı 'yolunun tikintisi zamanı Amasya rayonunun
41
Göllü kəndinin əhalisinin qəbirüstü xaçlara və oyma yazılara
görə xristian məzarlığı saydığı qədim qəbiristanlığı yerlə yek
san etmişdilər. Halbuki həmin xaçlar erməni xaçlarına, hərf
lər isə erməni əlifbasının hərflərinə bənzəmirdi. Mütəxəssis
alimlər və Amasya Rayon Kommunist Partiyasının təbliğat və
təşviqat şöbəsinin müdiri Armais Arutunyan məzarlardan in
san cəsədinin qalıqlarını çıxarıb onların antropoloji xarakteris
tikasını öyrənirdilər. Bir müddətdən sonra qəbirüstü abidələri
tamamilə dağıdıb yerlə yeksan etdilər. Sakinlərin «Siz niyə öz
əcdadlarınızın məzarlarını dağıdırsınız» sualına A.Arutunyan
cavab verirdi ki, bunlar erməni məzarları deyildir. Albaniyanın
qeyri-erməni xristian izləri bax beləcə məhv edilirdi.
Azərbaycanın, o cümlədən Qarabağın xristian memarlığı
abidələri artıq özlüyündə sübutdur və alban tarixçiləri Moisey
Kalankatlının və Kirakos Qandzakskinin əsərləri onların etnik
və mədəni mənsubiyyətini təsdiq edir. Bu, alban çarlarının
və. knyazlarının tikdirdiyi abidələrdir. Onların arasında Alba
niya çarı Mömin Vaçaqanın ucaltdığı ilkin dövrə aid xristian
məbədlərinin dağıntıları da vardır. Moisey Kalankatlının yaz
dığına görə, çar Mömin Vaçaqan «ilin günlərinin sayı qədər»
kilsə tikdirmişdi. Knyaz Cavanşir də çoxlu memarlıq abidəsi
tikdirmişdi. Onlar XII-XIII əsrlərdə, Alban knyaziığının yüksə-
işi dövründə ucaldılmışdı. Xaçen knyazlığı onların arasında
xüsusilə seçilirdi. Bu nəslin nümayəndəsi Həsən Cəlal qısa
müddət ərzində alban knyaziıqlarını birləşdirə bilmiş və Alba
niya çarı adını qazanmışdı. Onun tikdirdiyi Gəncəsar məbədi
Albaniya katolikosluğunun mərkəzinə çevrilmişdi. Xudavank
monastır kompleksi Albaniyanın Xaçen knyazları Böyük Hə
sən, onun oğlu Vaxtanq və «böyük bəylərbəyi l<ürd»iin qızı
Arzu Xatun tərəfindən tikdirilmişdi.
Müqəddəs Yelisey monastırı Albaniya maarifçisinin adını
daşıyırdı. O, alban hökmdarı Mömin Vaçaqanın hakimiyyəti
dövründən mövcuddur və onun məzarı da elə burada, kiçik
42
kilsələrdən birində yerləşir. Anım monastırı Xatiravank daha
, bir alban knyaz ailəsinin məqbərəsi kimi tikilmişdir. Qara
bağın bu və digər monastırlarının və kilsələrinin tarixi çox
qədim keçmişdən 1836-cı ilə - Gəncəsar katolikosluğu ləğv
edilənədək Qafqaz Albaniyasının tarixi ilə sıx bağlıdır. Onların
baniləri alban hökmdarları və knyazlarıdır. Onların adları da
açıq-aydın etnik mənsubiyyətindən xəbər verir. Erməni tədqi
qatçısı S.Lisitsyan etiraf etməli olmuşdur ki, «Dağlıq Qaraba
ğın müasir monastırlarının adlarından görünür ki, sırf erməni
müqəddəslərinin burada fəaliyyəti çox zəif olmuşdur». Hətta
XX əsrdə Qarabağın xristian əhalisi erməniləşdiriləndən sonra
da burada sırf erməni müqəddəsləri anılmırdı. Təbii ki, daha
erkən əsrlərdə Qarabağda erməni müqəddəslərinin adına tiki
lən monastırlar və kilsələr, ümumiyyətlə, yox idi. Alban mo
nastırları və kilsələri ümumxristian və ya yerli alban müqəd
dəslərinin şərəfinə tikilirdi ki, bu da onları erməni məbədlə
rindən fərqləndirirdi.
Bu gün ermənilərin işğal etdikləri torpaqlarda mədəni ter
ror həyata keçirilir. Separatçılar tarixi-memarlıq qoruğu, orta
əsrlərə aid Azərbaycan şəhəri Şuşanı dağıtmışlar. Burada məs
cidlər, XVIII-XIX əsrlərə aid evlər, mülki və müdafiə tikililəri
dağıdılmışdır. İşğal zonasında mülki memarlığın nadir nümu
nələri - Araz çayı üzərində Xudafərin keçidində on bir və on
beş tağlı körpülər qalmışdır. Çoxsaylı məscidlər, o cümlədən
görkəmli Azərbaycan memarı Kərbəlayı Səfixan Qarabağinin
tikdiyi məscidlər, körpülər, hamamlar, xatirə tikililəri, XII-XIII
əsrlərə aid Məlik Acar, XIV əsrə aid Mir Əli, XIV əsrə aid Xa
çın Dorbatlı, XIII əsrə aid Şeyx Baba, XVII əsrə aid Pənah xan
məqbərələri və başqaları, həmçinin azərbaycanlıların qəbiris
tanlıqları dağıdılmışdır. Bütün bunlar mədəni terrorun və işğal
olunmuş ərazilərdə azərbaycanlıların izlərinin məqsədyönlü
şəkildə məhv edilməsinin nəticəsidir.
43
Əgər islam abidələrinə qarşı terror siyasəti yeridilirsə, Azər
baycan mədəni irsinin digər hissəsi - Qafqaz Albaniyasının
xristian abidələri ya dağıdılır, ya da erməniləşdirilir. Alban
knyazlarının tikdirdiyi və Qafqaz Albaniyasının tarixi ilə bağ
lı xristian məbədləri və monastır kompleksləri «ermənilərin-
ki» olur. Erməni tədqiqatçıları bu abidələr üzərində onların
erməniləşdirilməsinə yönəldilmiş «bərpa» işləri aparırlar. Bu
işlər işğal olunmuş ərazilərdə, başqalarına məxsus abidələr
üzərində və Azərbaycan alimlərinin iştirakı olmadan aparıldı
ğı üçün qanunsuzdur. Bu abidələrdən alban mədəniyyətinin
izləri silinir. «Bərpa» işləri adı altında saxtalaşdırma aparılır
və alban Qarabağ memarlığının səciyyəvi xüsusiyyətləri məhv
edilir. Təəssüf ki, bu işlərə bəzən əcnəbi mütəxəssislər də
cəlb olunurlar. İşğalçıların fikrincə, əcnəbilərin iştirakı onların
uydurmalarına «elmi həqiqət» gətirəcəkdir.
Ermənilər (haylar) XV əsrin ortalarınadək Cənubi Qafqaz
da, demək olar ki, yaşamırdılar. 1441-ci ildə Qaraqoyunlu
lar türk-Azərbaycan dövlətinin hökmdarı Cahan şah erməni
katolikosluğunun mərkəzini əhalisi tamamilə türklər olan İrə
van yaxınlığındakı Kilikiyanın Sis şəhərindən qədimdə alban
monastırı olmuş Üçkilsə monastırına (yaxud Uç MCiədzinə)
köçürmüşdür. Sonralar ermənilər Üç Mıiədzin adını dəyişərək
«Eçmiədzin» kimi ifadə etmişlər. Erməni dilində bu sözün heç
bir mənası yoxdur (təbii ki, hər hansı erməni sözünü ona uy
ğun dəyişməsələr). Halbuki Azərbaycan türkcəsində bu sözün
mənası «üç ınüəzzin»dir («mııəzzin» ərəbcə azan oxuyan de
məkdir). Matenadaranda saxlanılan orta əsr sənədlərində mə
bədin adı məhz «Üçkilsə» kimi xatırlanır40. Erməni katolikoslu
ğunun Üçkilsəyə köçürülməsi ilə erməni missionerləri buraya
üz tutdular. Onların Cənubi Qafqazda nüfuzlarını artırmaq
imkanı yaranmışdı. Tezliklə monastırın özü ermənilərin dini
mərkəzinə çevrilmişdi. Bu torpaqların XIX əsrin birinci yarısın
da Rusiyaya birləşdirilməsinədək Cənubi Qafqazda Üçkilsənin
hüdudlarından kənarda çox cüzi erməni var idi.
44
Əsasən türk əhalinin yaşadığı Cənubi Qafqaza köçənədək
haylar Van gölü ətrafında yaşayırdılar. Elə buraya da onlar
Balkanlardan köçüb gəlmişdilər. Qədim yunan tarixçisi He
rodot yazırdı ki, ermənilərin əcdadları Frigiya torpaqlarından
köçürülmüşlər41. Bu faktı erməni alimləri özləri də etiraf edir
lər. «Erməni xalqının tarixi» kitabının redaktoru M.Q.Nersisyan
yazır: «Dəniz xalqları»nın məşhur böyük köçürülmə dövründə
(eramızdan əvvəl XIII-XII əsrlər) ermənilər Balkanlardan onlara
qohum olan frakiya-frigiya tayfaları ilə birlikdə Kiçik Asiyaya
gəlmişlər»42. A.Pastrmaçyan da bununla razıdır. O hesab edir
ki, hind-Avropa mənşəli frigiya tayfalarından biri kimi erməni
lərin Balkanlardan Kiçik Asiyaya köçməsi elm aləmində qəbul
olunmuş faktdır43. Doğrudur, onun fikrincə, bu, 6 əsr gec -
eramızdan əvvəl VII-VI əsrlərdə baş vermişdir. Bunu tədqiqat
çıların əksəriyyəti etiraf edir.
Görkəmli rus şərqşünası İ.M.Dyakonov yazırdı ki, «erkən
erməni dilinin daşıyıcıları Erməni yaylasına əkinçiliklə məşğul
olan köçəri maldarlar kimi gəlmişdilər. Onlar sinifli cəmiyyət
dən xəbərsiz idilər, yaylanın təbiəti və erkən sinifli cəmiyyətin
sosial şərtləri ilə isə o zaman hələ erməni dilinə keçməmiş
avtoxtonlardan tanış olurdular (Bax: Дьяконов И.М. К преды
стории армянского языка (о фактах, свидетельствах и логике).
ИФЖ, 4, 1983, стр. 166).
Ermənistan prezidentinin tamamilə cəfəng, elmi və tarixi
faktlarla heç bir əlaqəsi olmayan bəyanatında deyilir ki, «Qa
rabağ əhalisi m inilliklər boyu guya «yalnız ermənilərdən» iba
rət olmuş, «türk-müsəlman» köçəri tayfaları isə yalnız XVIII əs
rin ikinci yarısında buraya köçməyə başlamışlar. Onların sayı
ötən əsrin əvvəllərində əhalinin ümumi sayının yalnız 5 faizini
təşkil edirdi». İnandırıcı çıxsın deyə Sarkisyan hansısa müəm
malı «XVIII əsr rəsmi türk mənbələri»nə əsaslanmışdır. Təbii
ki, elmə zidd bu cəfəngiyatın müəllifi məhz hansı mənbələri
45
nəzərdə tutduğunu dəqiqləşdirməmişdir, çünki ermənilərin ta
rixin saxtalaşdırılması laboratoriyalarında belə mənbələr yox
dur. Əslində, türk arxivləri bunun əksini sübut edir. 2009-cu
ilin noyabrında Türkiyə Nazirlər Kabineti yanında Mərkəzi
Dövlət Arxiv İdarəsi 660 səhifəlik arxiv materiallarından iba
rət «Qarabağ Osmanlı sənədlərində» kitabını nəşr etdirmişdir.
Kitab «Siyasi, hərbi və diplomatik münasibətlər» və «Köçmə»
hissələrindən ibarətdir. Kitabda arxiv materialları əsasında er
mənilərin Qarabağa köçməsinə dair sübutlar gətirilir. Osmanlı
arxivlərində Qarabağda ermənilərin olmasını xatırladan heç
bir sənəd yoxdur. Bütün sənədlərdə söhbət ermənilərin Qara
bağda XVII-XIX əsrlərdə məskunlaşması prosesindən və əhali
nin etnik tərkibinin dəyişməsindən gedir.
Sarkisyanın «kəşfi», yumşaq desək, erməni tarixçilərinin
yazdıqları ilə uyğun gəlmir. Məsələn, Corc Burnutyan yazır:
«Bir sıra erməni mənbələri 1830-cu illərdən sonrakı statistika
dan danışarkən İran hakimiyyəti dövründə Şərqi Ermənistan
da ermənilərin sayını düzgün göstərmir və onların əhalinin
ümumi sayının 30-50 faizini təşkil etdiklərini bildirirlər
Sarkisyan ermənilərin ümumi əhalinin 95 faizini təşkil etdiyini
deyir!). Həqiqətdə isə, rəsmi statistika məlumatlarına görə, rus
işğalından sonra ermənilər Şərqi Ermənistanda ümumi əhali
nin güclə 20 faizini, müsəlmanlar isə 80 faizdən çoxunu təşkil
edirdi. İstənilən halda Rusiya istilasınadək ermənilər burada
heç vaxt çoxluq təşkil etməmişlər. Kameral siyahıyaalma Şər
qi Ermənistanın bir neçə mahalında ermənilərin çoxluq təşkil
etməsini göstərir. Bu dəyişiklik artıq 35 mindən çox müsəl
manın həmin bölgədən mühacirətindən sonra baş vermişdir.
Beləliklə, İran administrasiyası illərində heç bir dairədə er
mənilərin çoxluq təşkil etməsini sübuta yetirən sənəd yox
dur. Çox güman ki, ermənilərin yerli səviyyədə çoxluq təşkil
etdiyi yeganə yer Qərbibasar mahalı idi. Burada Üçkilsə (Eç-
miədzin) erməni dini mərkəzi yerləşirdi. 1832-ci ildə minlərlə
46
müsəlmanın köçürülməsi, İrandan və Osmanlı imperiyasından
57 min erməni immiqrantın gəlməsi ilə xristian əhalinin sayı
xeyli artmış və müsəlmanlara bərabər olmuşdur. Yalnız rus-
türk müharibəsindən sonra 1855-56-cı və 1877-78-ci illərdə
Osmanlı imperiyasından daha çox erməni köçüb gələndən,
buradan isə daha çox müsəlman köçüb gedəndən sonra ermə
nilər, nəhayət, çoxluq təşkil etməyə başladılar. Hətta bundan
sonra da XX əsrin əvvəlləriədək İrəvan şəhəri, əsasən, müsəl
man şəhəri olaraq qalırdı»44.
Burnutyanın misal gətirdiyi statistik məlumatlara görə, 1826-
1832-ci illərdə İrəvan və Naxçıvan xanlıqlarında müsəlmanla
rın sayı təxminən dörddə üç dəfə azalmışdı. Ermənilərin sayı
isə köçkünlərin hesabına 3,5 dəfə artmışdı. Burnutyan daha
sonra qeyd edir: «Statistikadan görünür ki, Rusiya istilasına-
dək ermənilər Şərqi Ermənistan əhalisinin təxminən 20 faizini,
müsəlmanlar isə 80 faizini təşkil edirdilər. Rusiya ilhaqından
sonra İrandan və Osmanlı imperiyasından bura 57 min erməni
immiqrant gəlmiş, 35 min müsəlman Şərqi Ermənistanı tərk
etmişdi. 1832-ci ildə ermənilər ümumi əhalinin yarısını təşkil
edirdilər»45.
Rusiyanın statistik məlumatlarına görə, Türkmənçay müqa
viləsi bağlanana qədər Qarabağ xanlığında ermənilər daha
az idi. İsveç müəllifi Svante Kornelə görə, «Rusiyada keçiri
lən siyahıyaalmaya əsasən, 1823-cıi ildə ermənilər Qaraba
ğın ümumi əhalisinin 9 faizini (qalan 91 faiz müsəlman kimi
qeyd olunmuşdu), 1832-ci ildə 35 faizini, 1880-ci ildə isə artıq
üstünlük təşkil edirdilər - 53 faiz»46.
1928-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra
ermənilərin İrandan, Osmanlı imperiyasının şərq əyalətlərin
dən İrəvan, Naxçıvan və Qarabağa kütləvi köçürülməsi baş
landı. Əməliyyata rus diplomat və şairi Aleksandr Qriboyedov
rəhbərlik edirdi. O, «Ermənilərin İrandan bizim vilayətlərə
köçürülməsi haqqında qeydlər» adlı yazısında göstərirdi: «Er
47
mənilər daha çox müsəlmanların mülkədar torpaqlarında məs
kunlaşdırılmışlar. Yayda hələ buna yol vermək olardı. Torpaq
sahibləri, müsəlmanlar əsas etibarilə köç yerlərində idilər və
başqa dinə mənsub olan gəlmələrlə təmasda az olurdular».
Eyni zamanda, Qriboyedov gəlmə ermənilərlə yerli müsəl
manlar arasında gələcəkdə mümkün ola biləcək münaqişə
lər barədə xəbərdarlıq edirdi (kameral siyahıyaalma statisti
kasından göründüyü kimi, müsəlmanlar əsas etibarilə türklər,
yəni azərbaycanlılar idi): «Biz onunla (knyaz Arqutinski ilə),
həmçinin müsəlmanları müvəqqəti çətinliklərlə barışdırmaq,
ermənilərin ilk dəfə buraxıldığı torpaqları həmişəlik ələ keçir
mələri barədə qorxularının kökünü kəsmək üçün onlara təsir
göstərmək barədə çox düşünürdük»47!
Ermənilərin Qarabağa, İrəvana və Naxçıvana köçürülmə
si rus yazıçısı və tarixçisi S.N.Qlinka tərəfindən 1831-ci ildə
Moskvada çap olunmuş «Azərbaycan ermənilərinin Rusiya
hüdudlarına köçürülməsinin təsviri» kitabında müfəssəl şərh
olunmuşdur. 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni
üç ay yarım ərzində buraya İrandan 8.249 erməni ailəsi və ya
ən azı 40 min erməni köçürülmüşdür48. Növbəti bir neçə ildə
bu üç keçmiş xanlığa Osmanlı imperiyasından daha 90 min
erməni köçürülmüşdür49.
1991-ci ildə daha bir rus müəllifi N.Şavrov yazırdı: «Ha
zırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən
bir milyondan çoxu yerli əhali deyildir, bizim tərəfimizdən
köçürülənlərdir». «Onlar əsasən ermənilərin sayının çox cüzi
olduğu Yelizavetpol və İrəvan quberniyalarının münbit torpaq
larında yerləşdirilirdi. Bu ermənilər Yelizavetpol quberniya
sının dağlıq hissəsində (Dağlıq Qarabağ) və Göycə gölünün
sahillərində məskunlaşdırılmışdılar»50.
Ermənilərin Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi
faktı hətta incəsənət ustalarının işlərində, məsələn, tanınmış
rus rəssamı V.İ.Maşkovun 1828-ci ildə çəkilmiş və ermənilərin
48
İrandan Araz çayının şimal sahilinə kütləvi köçürülməsi möv
zusunu parlaq şəkildə əks edən tablosunda yer almışdır.
Beləliklə, Gorusda beş faizi güclə adlayan «köçəri» türk-
müsəlman əhalisi və Qarabağın «yekcins» «yerli» erməni əha-
isi haqqında danışarkən Serj Sarkisyan ermənilərlə türklərin
yerini dəyişmiş və «köçəri» sözünün ünvanını səhv salmışdır.
Statistik məlumatlar və həmin hadisələrin şahidi olmuş müəl
liflərin (onların «Azərbaycan təşviqatına» xidmət etməsindən
çətin ki, şübhələnmək olar) təsvirləri Tiirkmənçay müqavilə
sinə qədər türk əhalisinin sayının erməni əhalisinin sayından
qat-qat çox olmasına və erməni əhalisinin sayının Qarabağ
və bugünkü Ermənistanın (İrəvan xanlığı) Rusiyaya birləşdiril
məsindən sonra onların bu torpaqlara köçürülməsi nəticə
sində kəskin surətdə artmasına dəlalət edir. Erməni tarixçi
lərinin özləri də bunu təsdiq edirlər. Onlardan heç biri «türk
köçəriləri»nin «qədim erməni» torpaqlarına köçürülməsi və
bu vilayətlərin «yekcins erməni» əhalisi barədə yazmır. Onlar
müfəssəl və dəqiq surətdə əks hadisələri qeyd edirlər.
Ermənistanın bugünkü rəhbərləri Qarabağda çətin ki, «türk-
müsəlman köçəriləri»nin buraya gəlməsinin ildönümü ilə əla
qədar ucaldılmış abidə taparlar. Əvəzində 1978-ci ildə Ağ
dərə rayonunun Marquşevan kəndində ermənilərin Qarabağa
köçmələrinin 150 illiyi ilə əlaqədar abidə açılmışdı. Münaqişə
başlayandan sonra abidənin başına nə gəldiyi və Sarkisyanın
həmyerlilərinin onu nə səbəbdən tez-tələsik dağıtdıqlarını Er
mənistan prezidenti diaspordan olan jurnalistlərinə gələn dəfə
danışar. Üstəlik başa salar ki, niyə 1805-ci ildə Qarabağın
Rusiyanın tərkibinə daxil olması haqqında müqavilə (Kürəkçay
müqaviləsi)51 hansısa bir erməni knyazı tərəfindən imzalanma
mış, türk (Azərbaycan) xanı İbrahimxəliI və Rusiya imperato
runun nümayəndəsi general Sisianov arasında bağlanmışdır.
Yəqin ona görə ki, İbrahimxəl il xan «orada təzə peyda olmuş»
«beşfaizlik köçəri əhalini» təmsil edirmiş.
49
Rusiya statistikasının məlumatına görə, təxminən həmin
vaxt (1810-cu ildə) Qarabağ əhalisi 9.500 türk və 2.500 er
məni ailəsindən ibarət idi52. Təəccüblü deyil ki, müqavilənin
mətnində «Ermənistan» və ya «ermənilər» sözləri yoxdur və
ola da bilməzdi. Buna baxmayaraq, uzun illər sonra Ermənis
tanda «Qarabağ ermənilərinin könüllü olaraq» Rusiyanın tər
kibinə daxil olması barədə mif yaradacaqlar.
Akademik S.P.Ağayan Azərbaycan maarifçisi A.A.Bakıxano
va həsr etdiyi əsərində XVIII əsr Şimali Azərbaycan xanlıqla
rının xəritəsini dərc etmişdir53. Ancaq erməni akademiki xəri
təyə Azərbaycanın bir xanlığının ərazisini daxil etməmişdir,
məhz İrəvan xanlığının.
Bununla bərabər, xəritədə yer almış qeydlərdə Ağayan vur-
ğulayır ki, bu xəritəni o, P.İ.Kovalevskinin «Rusiyanın Qafqazı
fəth etməsi»54 kitabından olduğu kimi götürmüşdür. Ağayan
yalan deyir, çünki Kovalevskinin əsərində dərc olunmuş xəri
tədə bütün xanlıqların, o cümlədən İrəvan xanlığının ərazisi
göstərilmişdir. Bu fakt ustalaşmış erməni saxtakarlığının əyani
nümunəsidir!
1828-ci il martın 21-də, Azərbaycan türklərinin qeyd etdik
ləri Novruz bayramı günündə imperator I Nikolay öz fərmanı
ilə əsrlər boyu mövcud olmuş İrəvan və Naxçıvan xanlıqlarını
ləğv etdi və bu ərazilərdə İrandan və Türkiyədən köçürülmüş
ermənilər üçün qondarma «Erməni vilayəti» yaratdı55. Bununla
da köçürülmüş ermənilər üçün Azərbaycan torpaqları olan İrə
van və Naxçıvan xanlıqlarında yeni vətən yaratmaq yolunda
ilk addım atıldı.
Cənab Serj Sarkisyanın və onun ideya-siyasi silahdaşlarının
yadına salmaq pis olmazdı ki, 1918-ci il mayın 28-də ermə
nilər müstəqil dövlətin qurulmasını siyasi mərkəzləri olmadan
bəyan etmişdilər. 1918-ci il mayın 29-da yeni elan edilmiş
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) böyük dövlətlərin təz
yiqi altında qədim Azərbaycan şəhəri İrəvanı və ona bitişik
təxminən 9,5 min kvadratkilometr ərazini ermənilərə güzəştə
50
«
getməyə məcbur olmuşdur. Yeri gəlmişkən, bu gün Ermənis
tanın ərazisi 29 min kvadratkilometrdən çoxdur. Sual olunur,
nəyin hesabına? Müasir erməni dövləti həmin o ermənilərə
bağışlanmış, keçmişdə İrəvan xanlığı olan Şimali Azərbaycan
əraziləri hesabına yaradılmışdır.
AXC Nazirlər Şurasının sədri Fətəli xan Xoyski güman edirdi
ki, bununla ermənilərin bütün ərazi iddiaları bitəcəkdir. Lakin
o, böyük səhv edirdi. Taleyin hökmü ilə AXC-nin süqutun
dan sonra Ermənistanın ekspansionist siyasətinin necə inkişaf
etdiyini görmək ona nəsib olmadı. Çünki 1920-ci il iyunun
19-da «Daşnaksütyun» partiyasının Osmanlı imperiyası və
Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin məhv edilməsi
üzrə «Nemezis» əməliyyatı çərçivəsində o, Tbilisidə erməni
terrorçu-daşnaksakanları Aram Erkanyan və Misak Kirakosyan
tərəfindən qətlə yetirildi.
Bütün bunlar etibarlı arxiv materiallarına, müasirlərin, həm
bitərəf, həm də erməni tarixçilərinin şəhadətinə əsaslanan ta
rixi faktlardır. Onları necə saya salmamaq və ya daha pisi,
«Azərbaycan saxtakarlıqları» adlandıraraq rədd etmək olar?
Bəlkə 1919-cu ildə Mikoyanın əvəzinə Leninə azərbaycan
lılar yazırdı: «Daşnaklar, erməni hökumətinin agentləri Qara
bağın Ermənistana birləşdirilməsinə çalışırlar. Lakin bu, Qa
rabağ əhalisi üçün Bakıda həyat mənbəyini itirmək və heç
vaxt heç bir əlaqələri olmayan İrəvanla bağlanmaq demək
olardı. Erməni kəndliləri beşinci qurultayda qərara gəlmişlər
ki, Azərbaycana birləşsinlər»56?! Məgər 1921-ci ilin iyununda
Qafbüronun plenumunda Qarabağın Azərbaycanın tərkibində
qalmasına ermənilərin özləri (məsələn, A.M.Nazaretyan) səs
verməmişdilər?! Məgər Qarabağ ermənilərinin liderlərinin öz
ləri (məsələn, Sero Manutsyan) bu qərarı alqışlayaraq qeyd et
mirdilərmi: «Azərbaycanın tərkibində muxtariyyət aktı erməni
kəndliləri tərəfindən tam yekdilliklə qarşılanmışdır»?! Qaraba
ğın 1921-ci ildə Azərbaycanın hüdudlarında qalması ilə bağlı
arxiv sənədlərinin dərc olunmasına baxmayaraq, Ermənistanın
51
indiki rəhbərləri dünya ictimaiyyətini aldadıb özlərinə qarşı
rəğbət oyatmaq məqsədi ilə Qarabağın Stalin tərəfindən Ermə
nistandan «ayrılıb» Azərbaycana «verilməsi» barədə özlərinin
yaratdığı mifi dünyaya yaymaqda davam edirlər. Ancaq Stalin
və Çiçerin Qarabağın Ermənistana verilməsinin tərəfdarı idilər.
Dağlıq Qarabağda muxtar vilayət süni qurum idi. Onun
sərhədləri artıq o zaman erməni əhalisinin üstünlük təşki
etdiyi, yığcam yerləşmiş Azərbaycan kəndlərinin ixtiyari bir
ləşdirilməsi yolu ilə müəyyənləşdirilmişdi. Burada absurd və
ziyyətlər yaranırdı. AK(b)P MK Rəyasət Heyətinin 1923-cü il
16 sentyabr tarixli qərarına əsasən İ.Dövlətov, M.Bağırov və
E.Xanbudaqovdan ibarət komissiya regionda vəziyyəti yox-
amaq üçün Qarabağa yollandı. Daha sonra, AK(b)P MK-ya
1923-cü il 3 oktyabr tarixli təqdimatında M.C.Bağırov yazırdı:
«Xankəndi, Şuşa və Abdallar rayonunda əhalisinin sayı 8.000
nəfərə qədər olan bir sıra müsəlman kəndləri vardır: Xəlfə-
li, Zarıslı, Müsəlmanlar və b. Onları Abdallardan daha asan
idarə etmək olar, nəinki Xankəndidən. Yalnız ona görə ki, bu
müsəlman kəndlərinin arasında əhalisinin 1.150 nəfəri erməni
olan Qaladərəsi kəndi yerləşir, bütün bu rayonu nədənsə Xan
kəndiyə birləşdirmişlər, üstəlik, əhalisi təxminən 10.000 nəfər
müsəlman olan Şuşanı da. Cavanşir qəzasında otuz müsəlman
kəndi arasında bir erməni kəndi yerləşib. Nədənsə onu bu
müsəlman kəndlərinin başı üzərindən Xankəndiyə birləşdir
mişlər»57. Komissiyanın hesabatlarından göründüyü kimi, daim
torpaq azlığından şikayət edən ermənilərə hətta müsəlman qə
biristanlıqlarının əraziləri də verilirdi.
Yarandığı zaman Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi
4160,5 kvadratkilometr idi58. Yalnız iki il ərzində (1923-1925)
Azərbaycanın torpaq fondundan DQMV-nin tərkibinə 16 min
desyatin torpaq verilmişdir59. DQMV-nin sahəsi daim genişlə
nirdi və 1933-cü il yanvarın 1-nə olan məlumata görə, artıq
4431,7 kvadratkilometr təşkil edirdi60
52
Sovet hakimiyyəti illərində Ermənistanın özünə Azərbay
canın tərkibinə daxil olan geniş torpaq sahələri verilmişdir.
Ermənistanda sovet hakimiyyəti qurulandan çox keçməmiş,
1920-ci ilin dekabrında Zəngəzur Ermənistana verildi. İki ildən
sonra isə artıq «erməni» Zəngəzuruna əlavə torpaqlar verildi.
Azərbaycan SSR Xalq Torpaq Komissarlığı tərəfindən 1922-
ci il oktyabrın 22-də hazırlanmış arayışda məlumat verilirdi:
«Azərbaycan SSR-in bütün ərazisi 7.989.105 desyatin təşkil
edirdi. Göstərilmiş ümumi sahədən: a) Qazax qəzasından Er
mənistana 379.984 desyatin torpaq verilmişdir; b) keçmiş Zən
gəzur qəzasından Ermənistana 405.000 desyatin torpaq veril
mişdir»61.
Xalq Torpaq Komissarlığının Torpaq Quruluşu İdarəsinin
1920-1923-cü illər üçün hesabatında deyilir: «Əvvəllər Zən
gəzur, Cavanşir və Qazax qəzalarının sərhədlərində olan
və Azərbaycana məxsus otlaqların 150.000 desyatinə qədər
hissəsi indi Ermənistana verildikdən sonra bu iki respublika
arasında mübahisəli olan zonaya daxil olduğundan otlaqların
əzəli istifadəçiləri - Azərbaycan maldarları buraya köçmə za
manı böyük narahatlıq keçirirlər»62.
1929-cu il fevralın 18-də tarixən Azərbaycan torpağı olan
Zəngəzurun İranla sərhədə çıxan sonuncu parçası Ermənistana
verildi. Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qəra
rı ilə Aran Qarabağın əraziləri - Azərbaycan SSR Cəbrayıl
qəzasının Nüvədi, Eynadzor və Tuqut kəndləri63, həmçinin
Ordubad qəzasının Kərkivan kəndi və Kilid kəndi torpaqla
rının bir hissəsi64 Ermənistana verildi və əhalisi azərbaycanlı
lar olan yeni «erməni» torpaqlarında süni yolla bu vaxtadək
mövcud olmayan Ermənistan SSR-in Meğri qəzası yaradıldı.
Beləcə, Naxçıvanın Azərbaycanın böyük hissəsindən ayrılma
sı və türk dünyasının içində süni coğrafi sədd (paz) yaradılma
sı başa çatdırıldı. Elə həmin qərarla Naxçıvanın digər kəndləri
- Qurdqulaq, Horadiz, Xaçik, Ağbin, Ağxaç, Alınalı, Dağalma-
lı, İtqıran, Sultanbəy Ermənistana verildi. Beləliklə, 1933-cii
53
il üçün Naxçıvan muxtariyyətinin ərazisi Qars müqaviləsi ilə
müəyyən olunmuş əvvəlki 5.988 kvadratkilometrdən65 5.329,6
kvadratkilometrədək azaldı66.
Ermənistanda hətta ən yeni, lap yaxın keçmişdəki, bu gün
yaşayan nəslin şahidi olduğu tarixi faktları danmaqdan, xrono
logiyanı təhrif etməkdən, səbəb və nəticənin yerlərini dəyiş
məkdən utanmırlar. Məsələn, ermənilər hər yerdə Sumqayıt,
Kirovabad və Bakıdakı talanlardan danışırlar, lakin Qafanda,
Meğridə, Əsgəranda, Qukarkda talan və qətllərin arxasında
durduqlarını dilə gətirməməyə çalışırlar. Bu hadisələr zama
nı Ermənistanın azərbaycanlı əhalisi Azərbaycan şəhərlərində
yaşayan ermənilərdən dəfələrlə çox ziyan çəkmişdir. İttifaq
prokurorluğunun materiallarında əksini tapmış təkzibedilməz
sübutlara, şahidlərin və ziyançəkmişlərin ifadələrinə baxmaya
raq, Sumqayıtda və digər şəhərlərdə ermənilərin öz soydaşla
rının qətlə yetirilməsində iştirakı faktını Ermənistanda xatırlat-
mamağa (bəzən isə qəti inkar edir və «uydurma» adlandırırlar)
üstünlük verirlər. Qukarkda, yaxud Ermənistanın digər rayon
larında Sumqayıt canisi E.Qriqoryan kimi öz soydaşlarına qarşı
talanlarda iştirak edən heç olmasa bir azərbaycanlı olubmu?
Azərbaycanlını gizlədib qonşusunun həyatını xilas edən heç
olmasa bir Ermənistan sakini tapılıbını?
Təyyarə qəzasında həlak olmuş altı Yuqoslaviya xilasedici
sinə abidə ucaldan Ermənistan 1988-ci ildə təbii fəlakət zo
nasına tələsən və erməni dispetçerlərin hələ də təhqiq edil
məmiş ziddiyyətli komandaları nəticəsində həlak olmuş 79
azərbaycanlı xilasedicinin ailələrinə heç olmasa elementar
nəzakət xatirinə şifahi başsağlığı belə vermədi.
İttifaq dövlətinin mövcudluğunun son illərində keçmiş
DQMV-ni Azərbaycanın tərkibindən çıxarmaq cəhdləri birtə
rəfli xarakter daşıyırdı, SSRİ Konstitusiyasının bir sıra maddə
lərinə zidd idi və 1990-cı il 3 aprel tarixli «Müttəfiq respub
likaların SSRİ-nin tərkibindən çıxması ilə bağlı məsələlərin
54
həlli qaydaları» adlı SSRİ Qanununu pozurdu. Ona görə də
separatçıların bütün bu cəhdləri qanunsuz idi. SSRİ-nin süqu
tundan sonra onun ərazisində dünya birliyi tərəfindən tanın
mış və BMT-yə əvvəlki sərhədləri çərçivəsində qəbul olunmuş
15 müstəqil dövlət yarandı. BMT-nin İnsan haqlarının müda
fiəsi üzrə Alt komissiyasının üzvü A.Eydenin qeyd etdiyi kimi:
«BMT çərçivəsində həm keçmiş SSRİ-nin, həm də keçmiş Yu
qoslaviyanın müttəfiq respublikalarının sərhədlərini etnik məs
kunlaşma deyil, uti possidetis juris əsasında müəyyən etmək
barədə geniş konsensus əldə edildi. Bu o deməkdir ki, federa
siyanın müttəfiq respublikalarının əvvəllər mövcud olmuş sər
hədləri yeni sərhəd kimi sayılmalıdır»67. AŞ PA-nın məruzəçisi
D.Atkinson 2004-cü il 29 noyabr tarixli məruzəsində birmə
nalı olaraq qeyd etmişdir: «Azərbaycan ərazisinin əhəmiyyətli
hissəsi hələ də erməni qüvvələrinin işğalı altındadır». O, eyni
zamanda xüsusi vurğulamışdır ki, «Azərbaycanın sərhədləri
beynəlxalq birlik tərəfindən 1991-ci ildə, ölkə, ərazisinə Dağ
lıq Qarabağ regionu daxil olan müstəqil dövlət kimi tanınan
zaman tanınmışdır»68.
Ermənilərin siyasi tarixi siyasətçi və ideoloqların səyi ilə
ermənilərin milli şüuruna tiirkofobiya, Azərbaycana və türkə
aid nə varsa hamısına nifrət hissi hopmasını söyləməyə kifayət
qədər əsas verir. Onlar hətta heç gizlətmirlər ki, erməni döv
lətinin mövcudluğunu dəstəkləyən bu zərərli ermənilik dünya
görüşünün başlanğıc bazası «1915-ci il soyqırımı», «Qarabağın
və Cavaxkın» və digər ərazilərin ilhaqı kimi ideya-siyasi məq
sədlərdir. Bu absurd ideyaların həyata keçirilməsi məqsədi ilə
həmin dünyagörüşü erməni terrorçuları və separatçılarının ən
ağlasığmaz cinayətlərinə bəraət qazandırır.
Ermənistanda ümid edirlər ki, tarixi primitiv şəkildə saxta
laşdırıb beynəlxalq təşkilatlara Dağlıq Qarabağın guya qədim
erməni torpağı olduğunu «sübut» etməklə onu özlərinə bir
55
ləşdirməyə nail olacaqlar. S.Sarkisyan və tarixi saxtalaşdırmaq
üzrə laboratoriyadan olan erməni «intellektualları» çoxdan b il
məli idilər ki, tarixi proses irəliyə doğru hərəkət edir, geriyə
yox. O ki qaldı Dağlıq Qarabağın və ya onun əvvəlki adı ilə
desək, Arsaxın qədim alban torpağı olmasına, bunu erməni
tarixçilərinin özləri sübut etmişlər. Məsələn, S.T.Yeremyan ya
zırdı: «Bir çoxu ərəblərdən əvvəlki dövrə aid olan külli miq
darda xristian abidələri qədim Albaniyanın erməniləşmiş his
səsində, hazırda əsasən erməni əhalinin yaşadığı qədim alban
vilayətləri Arsax və Utikdə salamat qalmışdır»69. Lakin təəccüb
doğuran utanmadan yalan danışan və bu yolla dünya birliyi
nin bəzi üzvlərinin rəğbətini qazanmağa çalışan saxtakarla
rın və onlarla birlikdə siyasətçilərin həyasızlığıdır. S.Sarkisyan
öz mövqeyini nəzərə alaraq erməni xalqının taleyi ilə oyna
mamalıdır. Axı hələ heç kimə törətdiyi cinayətlərə görə öz
həmvətənlərinin qəzəbindən qurtulmaq müyəssər olmamışdır.
Müasir dünyada dövlət sərhədlərinin mif və antik salnamələr
əsasında müəyyən olunmadığını, hər hansı ərazidə monastırın
mövcudluğu və ya m illi azlıqların yaşaması ilə dəyişdirilmə
diyini bilməyin vaxtı çoxdan çatmışdır. Əks halda dünyanın
siyasi xəritəsi bu gün başqa cür görünərdi (məsələn, Ermənis
tan yenidən müstəqilliyini itirib dirçələn Roma imperiyasının
tərkibinə, ermənilərin özləri isə Frigiyaya qayıtmalı olardılar),
BMT öz Nizamnaməsini hazırlamaq əvəzinə arxeoloji məlu
mat və manuskriptlərin toplanması və öyrənilməsi ilə məşğul
olar, Təhlükəsizlik Şurası isə tarixçilər arasında debat yerinə
çevrilərdi. Ermənistan rəhbərləri artıq başa düşməlidirlər ki,
müasir dünyada ərazi məsələləri «kim əzəldən harada yaşa
mışdır və kim haraya köçmüşdür» prinsipi üzrə tarixi kon
tekstdə deyil, beynəlxalq hüquq əsasında həll olunur. Odur
ki, özlərini və cəmiyyətlərini bu əyalətçi təfəkkürdən xilas
etməlidirlər. Tarixi təhrif etmək və abidələri dağıtmaq hətta
uğurlu olsa belə, onlara başqa dövlətlərin ərazilərini zəbt et
56
məyi əsaslandırmaqda kömək etməyəcəkdir. Sərhədlərin zor-
a dəyişdirilməsi həmişə müharibələrə gətirib çıxarır. Siyasi
lider isə öz xalqını müharibələrdən qorumalı, onu uçuruma
sürükləməməlidir.
Azərbaycanın dəstəklədiyi millətlərin öz müqəddəratını
təyin etmək hüququ hərcmərcliyi və sərhədləri ağlına gələn
kimi dəyişmək hüququnu nəzərdə tutmur. Bu hüququn Ermə
nistanda özünə rəva görülən kimi yozulması yolverilməzdir.
Əks təqdirdə bu gün dünyada m illi azlıqlar olmazdı, çünki
onların hamısı, ən xırdası belə təyini-müqəddərat hüququndan
istifadə edərək özünü dünya birliyinin müstəqil subyekti elan
edər, beynəlxalq tanınma haqqında xahiş edərdi. Görünür, bu
prinsipin primitiv təfsirindən irəli gələn xof Ermənistan hö
kumətini azərbaycanlıları keçmiş İrəvan xanlığının əzəli tor
paqlarından planlı şəkildə qovmağa, respublikalarını monoet-
nik dövlətə çevirməyə, sonra isə Azərbaycan ərazisinin işğal
edilmiş hissəsində də etnik təmizləmələr aparmağa vadar et
mişdir. Hazırda Dağlıq Qarabağın erməni əhalisinin aid ol
duğu milli azlıqların təyini-müqəddəratının yalnız beynəlxalq
hüquq çərçivəsində mümkün olması ilə Ermənistan barışmalı
olacaqdır. Bu hüququn prinsipləri çoxsaylı konvensiya və sə
nədlərdə təsbit olunmuşdur ki, bunların da dürüst ifadələri ilə
Ermənistanda, şübhə etmirik ki, yaxşı tanışdırlar. Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
nin hüquqi bazası 1975-ci il Helsinki Yekun Aktıdır. Orada
təyini-müqəddərat hüququ dövlətin ərazi bütövlüyü çərçivə
sində göstərilmişdir.
Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi olub və olacaqdır.
O, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT,
ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İKT, NATO, GUAM,
bir çox dövlətlərin parlamentləri və dövlət başçıları tərəfin
dən bu şəkildə tanınmışdır. O, Azərbaycanın bir hissəsi kimi
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də tanınmış
57
dır. Həmsədrlər bəyanatlarında erməni adı ilə yanaşı, həm də
tarixi Xankəndi adını işlədirlər, təkcə faktiki erməni icmasının
liderləri ilə deyil, həm də Dağlıq Qarabağın azərbaycanlı ic
masının rəhbərləri ilə görüşlər keçirirlər, regiona Azərbaycan
ərazisindən səfərlərini «sərhədi yox, qoşunların təmas xəttini
keçmək» adlandırırlar. BMT Təhlükəsizlik Şurasının qətnamə
lərində Dağlıq Qarabağ «Azərbaycan Respublikasının Dağlıq
Qarabağ regionu» kimi göstərilir. Digər beynəlxalq təşkilatla
rın sənədlərində də analoji ifadələrə rast gəlmək olar. Əgər
Ermənistanda hələ də bu incə fərqləri görə bilmirlərsə, dünya
birliyinin onları dəstəkləmədiyini başa düşmək üçün heç ol
masa sənədlərə müraciət etsinlər, orada hər şey açıq, incə
eyhamlarsız yazılmışdır.
Yalnız erməni rəhbərlərinin nitqlərində «Dağlıq Qarabağ
respublikası» adına rast gəlmək olar. Tam tənha qalmaları
na baxmayaraq, onlar özlərinə və öz vətəndaşlarına toxtaqlıq
verməkdə davam edirlər ki, dünya birliyi onların «ümidləri»ni
dəstəkləyir. İşğal olunmuş ərazidə yaradılmış oyuncaq, yalançı
respublika heç kim tərəfindən tanınmayıbdır. Bəzən Ermənis
tan rəhbərlərinin hədələdiyi kimi, onların bu ölkə tərəfindən
tanınması bu qanunsuz qurumu legitimləşdirməyəcək və Er
mənistanın vəziyyətini daha da ağırlaşdıracaqdır. Reallığı dərk
etmək əvəzinə Serj Sarkisyan Gorusdakı nitqi ilə özünü pis
vəziyyətə salmış və qonaqlara yanlış məsləhətlər vermişdir.
Başa düşmək çətin deyil ki, Ermənistanın gələcək nəsilləri bu
səhvlərin ağır nəticələrini öz üzərlərində hiss edəcəklər.
«
58
|