İstifadə olunmuş ədəbiyyat:
1 Bax: Шаумян C.Г. Избранные произведения. M., Т.2,
стр.246.
2 http://www.unmultimedia.org/radio/russian/detail/69756.
html
3 http://profi-forex.org/news/entry1008057044.html
4 Tomas de Vaal. Çernıy Sad. http://news.bbc.co.uk/hi/rus-
sian/in_derth/newsid_4673000/4673953.stm
5 Томас де Ваал. Черный Сад. http://news.bbc.co.uk/hi/russi-
an/in_derth/newsid_4673000/4673953.stm
6 Cheetham Samuel. A History of the Christian Church Du
ring the First Six Centuries, Macmillan and Co. (1905), p.58.
7 Lockyer Herbert. All the Apostles of the Bible, Zondervan
(1988), p.260.
8 Adshead Samuel, Adrian Miles. China in World History,
Macmillan (2000), p.27.
9 Adolph von Narnack. The Expansion of Christianity in the
First Three Centuries, Williams & Norgate (1905), p.293.
10 Shahid Irfan. Rome and the Arabs: A Prolegomenon to
the Study of Byzantium and the Arabs, Dumbarton Oaks
Trustees for Harvard University (1984), p.96.
11 Bax: Сирарпи Тер-Нерсесян. Армения. Москва, 2008,
стр.84.
12 Страбон. География. XI, XIV, 5.
13 Страбон. География. XI, XIV, 5.
14 Вах: Меликишвили Г.А. К истории древней Грузии. Тби
лиси, 1959, стр.344.
15 Страбон. География. XI, IV, 1.
16 Велиханова Н.М. Изменение исторической географии
59
Азербайджана в результате арабского завоевания. Историчес
кая география Азербайджана. Баку, 1987, стр. 53, 58.
1 7 Keith Е. Abbott. Extracts from a Memorandum on the Co
untry of Azerbaiyan, Proceedings of the Royal Geographical
Society of London, Vol. 8, No. 6 (1863-1864), pp.275-279.
http://www.ystor.Org/rss/1 799149
18 Этническая одонтология СССР. Москва, 1979, стр. 135.
19 «Middle East Report» Yournal, 1988, p.37.
20 Ronald Grigor Suny. Looking Towards Ararat, 1993,
p.193.
21 Алиев И. Нагорный Карабах: История. Факты. События.
Баку, Элм, 1989, стр.73-74.
22 Орбели И.А. Гасан-Джалал - князь Хаченский. Избран
ные труды. Ереван, 1993, стр.146.
23 Орбели И.А. Избранные труды. Ереван, 1963, стр.296, 297,
317,347.
24 Очерки истории СССР (III-IX вв.). Москва, 1958, стр.326.
25 Крымский А.Е. Страницы из истории Северного или Кав
казского Азербайджана (Кавказская Албания). Сб. Памяти
академика Н.Я.Марра.
26 Крымский А.Е. Страницы из истории Северного или
Кавказского Азербайджана (Кавказская Албания). Сбор
ник статей в честь Е.Ф.Ольденбурга. К 50-летию научно
общественной деятельности. М., 1934, стр. 289-290.
27 Арриан Флавий. Поход Александра. М.-Л., 1962.
28 Мовсес Хоренаци. История Армении. М., 1858; Моисей
Каланкатуйский. История Агван. СПб., 1861.
29 Movses Xorenatsinin yer adlarını şəxsləndirməsinin daha
bir misalı: Araz və Kür çayları arasındakı ərazinin şərq his
səsi Aran adlanırdı. O, həm də Alvank, Alvaniya, Albaniya
adlanırdı.
#
60
30 Araz.
31 Ağstafa.
32 «Alu» - dadlı, ləzzətli.
33 Bütün bunlar ermənilərlə əlaqəsi olmayan alban tayfa
larıdır.
34 Мовсес Хоренаци. История Армении. Книга 2, глава 8
(Назначение второго (лица) в государстве из потомков Аж-
дахака, царя маров). Ереван, изд-во «Айастан», 1990. http://
www.vehi.net/istoriya/armenia/khorenaci/02.html
35 Мовсес Хоренаци. История Армении Книга 3, глава 3
(Кончина святого Григориса от рук варваров). Ереван, изд-во
«Айастан», 1990. http://www.vehi.net/istoriya/armenia/kho-
renaci/03.html
36 Мовсес Хоренаци. История Армении. Книга 3, глава 3
(Кончина святого Григориса от рук варваров). Ереван, изд-во
«Айастан», 1990. http://www.vehi.net/istoriya/armenia/kho-
renaci/03.html
37 C.Y.F.Dowsett. A Neglected Passage in the History of the
Caucasian Albanians, Bulletin of the School of Oriental and
African Studies, University of London, Vol. 19, No. 3(1957),
p.463.
38 C.Y.F.Dowsett. The Albanian Chronicle of Mxit'ar Go?,
Bulletin of the School of Oriental and African Studies, Uni
versity of London, Vol. 21, No 1/3 (1958) on p.475.
39 Minorsky Vladimir. Caucasica IV, Bulletin of the School
of Oriental and African Studies, University of London, Vol.
15, No. 3 (1953), p.504.
40 Персидские документы Млтенадарана (указы, сост.
А.Д.Папазян). Вып. I (XV-XVII вв.). Ереван, 1956; Персид
ские документы Матенадарана (указы, сост. А.Д.Папазян).
Вып. II (1601-1650 гг.) Ереван, 1959.
61
41 Геродот. История в девяти книгах. Л., 1972, стр. 334.
42 История армянского народа с древнейших времен до на
ших дней. Ереван, 1980, стр. 27.
43 Pastermadyian. Historie de L.Armenia - Paris (1949),
p.23.
44 Transcaucasia, Nationalism and Social Change. Essays
in the Nistory of Armenia, Azerbaiyan, and Georgia (1996),
p.77-80.
45 Transcaucasia, Nationalism and Social Change. Essays
in the History of Armenia, Azerbaiyan, and Georgia (1996),
p.79.
46 Svante Cornell. Small Nations and Great Powers: A Stu
dy of Ethnopolitical Conflict in the Caucasus (2001), p.68.
47 Грибоедов A.C. Записка о переселении армян из Персии в
наши области, http://feb-web.ru/feb/griboed/texts/riks3/3_4_
v3.htm
48 Глинка С.Н. Описание переселения армян аддербиджан-
ских в пределы России, с кратким предварительным изложе
нием исторических времен Армении. Москва, 1831, стр. 131.
http://www.libex.ru/detail/book1 66843.html
49 Акты Кавказской Археографической Комиссии (АКАК),
т. VII, Тифлис, 1878, док. 829, стр.845.
50 Шавров Н.И. Новая угроза русскому делу в Закав
казье: предстоящая распродажа Мугани инородцам. Санкт-
Петербург, 1911, стр.59-61.
51 http://azeri.ru/az/karabakh/412/
52 Акты, собранные Кавказскою археографическою комис
сией). Архивъ главного управления намъстника Кавказско
го. Том IV. Изданъ под редакцию председателя комиссии
дсс. А.Д.Берже (Тифлисъ: Типография главного управления
намъстника Кавказского, 1870), Документ 37, стр. 38-39.
I
62
53 Агаян Ц.П. А.Бакиханов. Баку, 1948, стр. 9.
54 Ковалевский П.И. Завоевание Кавказа Россией (Историчес
кий очерк), СПб., (без выходных данных), стр. 65, 113.
55 Полное собрание законов Российской империи (ПСЗРИ).
Собрание второе, т. Ill, 1828, СПб., 1830, стр.272-273; АКАК,
т. VII, док. 437, стр.487.
56 ЦПА ИМЛ, ф.461, оп.1, ед.хр. 4525, л.1.
57 АПДУДПАР, ф.1, оп.74, д.136, стр.4-8.
58 Азербайджанская сельскохозяйственная перепись 1921 г.
Итоги по сельским обществам во вновь образованных уездах
АССР, Нагорного Карабаха и по тем (основным) уездам, в ко
торых произошли изменения границ. Т. III. Вып. XVII, Баку,
АзЦСУ, 1924, стр.9.
59 К истории образования Нагорно-Карабахской Автоном
ной Области Азербайджанской ССР 1918-1925. Документы и
материалы. Баку: Азернешр, 1989, стр.295.
60 Социалистическое строительство АССР. Статистический
сборник. Баку, 1935, стр.9.
61 ГААР, ф.28, оп.1, д.155, стр. 19-20
62 ГААР, ф.2502, оп.1, д.20, лл. 56-57.
63 ГААР, ф.2502, оп.1, д.26, л. 98 об.
64 ГААР, ф.2502, оп.2, д.26, л. 99.
65 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild,
Bakı, 2005, s.250.
66 Социалистическое строительство АССР. Статистический
сборник. Баку, 1935, стр.9.
67 A.Eide. Territorial integrity of States, minority protection
and guarantees for autonomy arrangements: aproaches and
roles of the United Nations. Local self-government, territori
al integrity and protection of minorities. Council of Europe
Publishing (1996), p.282.
V
4
--------
63
----:----
68 Explanatory memorandum by the Rapporteur, document
10364, para 5. http://assembly.coe.int/Main.asr?link=/Docu-
ments/WorkingDocs/Doc04/EDOC10364.htm
69 Bax: Очерки истории СССР (lll-IX). Москва, 1958, стр.326.
#
64
I FƏSİL
Tarix - olduğu kimi
Ermənilərin Azərbaycana
köçürülməsi və məskunlaşması
Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddia
larını gerçəkləşdirmək, «Böyük Ermənistan» yaratmaq
xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə
bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, ter
ror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl
atmışlar. Faktlar göstərir ki, bədnam qonşularımız bu
qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə təcavüz
karlıq siyasətini «milli mübarizə» amalına çevirərək
dövlət səviyyəsində dəstəkləmişlər. Bu zaman isə on
lar müəyyən xarici qüvvələrin maraqlarının ifadəçisinə
çevrilmiş, bəzi dövlətlər Cənubi Qafqaz və Qərbi
Asiyada möhkəmlənmək üçün daim «erməni məsə
ləsindən öz mənafelərinə uyğun şəkildə istifadəyə
çalışmışlar.
Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və
təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur
siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxış
dırıb çıxarmaq, sonra həmin ərazilərdə erməni tarixçilərinin
və ideoloqlarının uydurduğu «Böyük Ermənistan» dövləti qur
maqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və
soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünya
sının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi
almaqla əsrlər boyu vandalizmin qurbanı olmuş Azərbaycan
xalqının qan yaddaşında dərin izlər buraxmışdır.
1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin
imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərman er
məni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hər
tərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbayca
67
nın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması
baxımından da, bir növ, proqram sənədidir. Fərmanda deyilir
ki, «Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra
xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq
imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə
qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr
özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə
törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini
almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir».
Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tari
xi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırımı
və terror siyasəti dolğun əksini tapmışdır. Sənəddə qeyd olun
duğu kimi, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş
soyqırımı lap əvvəldən rus-erməni işbirliyinin nəticəsi olmuş
dur. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlən
mək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi
Azərbaycan torpaqlarını ələ keçirərək bu torpaqlarda erməni
dövləti qurmaq məqsədini güdmüşlər. Azərbaycan Preziden
ti İlham Əliyevin vurğuladığı kimi: «Dağlıq Qarabağ tarixi
nöqteyi-nəzərdən Azərbaycanın ərazisidir. Ermənilər Dağlıq
Qarabağa XIX əsrin birinci yarısında gəlmişlər. Bu, məlum
faktdır. Hüquqi baxımdan bu region Azərbaycanın ərazisidir.
Ona görə də biz bu məsələni yalnız beynəlxalq hüququn
norma və prinsipləri əsasında həll etmək istəyirik. Biz
Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən
yüksək muxtariyyət statusunun verilməsini təklif etmişik. Bu,
bizim tərəfimizdən ediləcək maksimum güzəştdir. Çünki
onun statusu həmişə muxtar vilayət olubdur».
2010-cu ildə Gürcüstan tarixçisi Quram Marxuliyanın rus
dilində «Ermənilər Ermənistan axtarışında» kitabı nəşr olunub.
Tarix elmləri doktoru, professor Boris Kvarastxeliyanın kitaba
yazdığı ön söz «erməni məsələsi»ni öyrənmək, bütün dövr
lərdə olduğu kimi, indi də onun «aktualIığı»nı anlamaq, biI-
68
mək baxımından olduqca maraqlıdır: «...Əsas məqsəd «erməni
məsələsi» adlanan məsələni olduğu kimi dünya ictimaiyyətinə
çatdırmaqdır».
M üəllif saxta, uydurma Ermənistan tarixinin dolaşıq, əyri-
üyrü cığırları ilə hərəkət edərək Birinci dünya müharibəsi illə
rində Osmanlı imperiyasındakı hadisələr və onunla əlaqədar
baş verən tarixi proseslər barədə erməni alimlərinin köhnə
stereotiplərini vurub dağıdır.
Hər iki alimin elmi araşdırmalar nəticəsində gəldiyi qənaət
sadə olduğu qədər də ibrətamizdir: XIX-XX əsrlər ermənilər
tərəfindən özgə torpaqlarını zəbt edib ələ keçirmək və
bu torpaqlarda «Böyük Ermənistan» adlanan dövlətlərini
yaratmaqla yadda qalıbdır. Doğrudan da öz tariximizə nəzər
salsaq, insanı dəhşətə və bəzən vahiməyə salan bu həqiqəti
bir daha görmək olar.
İndiki Ermənistan adlanan torpaqlarda vaxtilə Azərbaycan
dövlətlərindən biri olan İrəvan xanlığı yerləşirdi. AMEA-nın
A.A.Bakıxanov adına Tarix İnstitutunun hazırlayıb nəşr etdiyi
«İrəvan xanlığı» kitabında da qeyd olunduğu kimi, «Qaraqo
yunluların hakimiyyəti dövründə Çuxursəd vilayətinin tarixin
də sonralar bütün Azərbaycan üçün son dərəcə ağır problem
lər yaradan bir hadisə baş verdi: Qaraqoyunlu hökmdarı Cahan
şahın icazəsi ilə 1441-ci ildə erməni katolikoslarının fəaliy
yət mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycana - İrəvan
yaxınlığındakı Üçkilsə (Üç müədzin) monastırına köçürüldü.
Bununla Cənubi Qafqazda qriqorianlığı yayan erməni mis
sionerləri üçün əlverişli şərait yarandı». 1441-ci ildə erməni
katolikosluğunun İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə
qədər bu ərazidə ermənilərə məxsus heç nə yox idi. «Hətta
erməni katolikosluğunun yerləşdiyi Üçkilsə (Valarşabad) kəndi
belə 1443-cü ildən başlayaraq ermənilər tərəfindən müxtəlif
vasitələrlə hissə-hissə Azərbaycan türklərindən alınmışdır».
---------
69
---------
XIX əsrin əvvəllərində digər Azərbaycan xanlıqları kimi,
İrəvanın da Çar Rusiyası tərəfindən işğalı bu strateji bölgəyə
ermənilərin kütləvi axınına, azərbaycanlıların əzəli torpaqla
rından məhrum olmasına gətirib çıxardı. «Beləliklə, 1828-ci il
fevralın 26-dan iyunun 11-dək, yəni üç ay yarım ərzində İran
dan Şimali Azərbaycan - İrəvan, Naxçıvan və Qarabağ xanlıq
larının ərazisinə 8.249 erməni ailəsi, başqa sözlə, ən azı 40
min nəfər erməni köçürüldü. Bundan bir az sonra Şimali Azər
baycan torpaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min
nəfərdən artıq erməni köçürülüb gətirildi». Bu işə şəxsən rəh
bərlik edən rus polkovniki Qazarros Lazaryan (Lazarev) İran
dan Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi:
«...Orada siz xristianların məskunlaşdığı yeni vətən əldə edə
cəksiniz... İranın müxtəlif yerlərinə səpələnmiş xristianların bir
yerə cəmləşdiyini görəcəksiniz. Tələsin! Tezliklə rus qoşunları
İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək
və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq.
Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail
olacaqsınız, özü də həmişəlik... İran çörəyi yeməkdənsə, rus
otu yemək daha yaxşıdır».
Bununla əlaqədar rus tədqiqatçısı N.Şavrov hələ 1911 -ci
ildə yazırdı: «Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300
min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil.
Onları bura biz köçürüb gətirmişik». «Biz» deyərkən tədqiqat
çı rus hakim dairələrinin fəaliyyətini yada salırdı.
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi sonra
kı illərdə də davam etdi. Bunu o dövrdə baş verən müxtəlif
ictimai-siyasi proseslər, Rusiyanın regionda güclənməsi ilə baş
verən aramsız müharibələr daha da sürətləndirirdi. 1853 və
1877-1878-ci illərdə baş verən rus-türk müharibələrinin nə
ticələri də erməni millətçilərinin xristian «həmrəyliyi» ami
lindən istifadə etməklə Türkiyə və Azərbaycan ərazilərində
erməni dövləti qurmaq iştahalarını daha da artırırdı.
70
1862-ci ildə ermənilərin Zeytun vilayətində türk hakimiy
yət orqanlarına qarşı qaldırdıqları silahlı qiyam yatırılsa da,
onlar gələcək fəaliyyətlərinin təbliği baxımından bu faktdan
maksimum yararlanmağa çalışdılar. Eyni zamanda, Qafqazda,
xüsusilə Azərbaycanda yerləşmək və rus himayəsi altında öz
məqsədlərinə doğru irəliləməkdə daha sərbəst oldular.
M üəllif «erməni məsələsi»nin Gürcüstandan da yan ötmə
diyini vurğulayaraq qeyd edir: «Ermənilərin kompakt yaşadıq
ları yerlər həmişə separatçılıq mərkəzinə çevrilir. Buna sübut
olaraq keçmişdə Osmanlı imperiyasındakı, bu gün isə Azər
baycanın Dağlıq Qarabağ, Gürcüstanın Cavaxetiya bölgəsin-
dəki hadisələri göstərmək olar. Tarixi təcrübə də hadisələrin
məhz belə bir istiqamətdə inkişaf edəcəyindən xəbər verir».
Ermənistanın tarixin qısa bir dövründə yoxdan var olması
özü ilə bitib tükənməyən problemlər gətirdi. Bu, uydurmalara
və miflərə əsaslanaraq başqa bir xalqın min illərlə yaşadığı bir
ərazidə zor gücünə yaradılan bir dövlətdir, bu mənada analo
qu olmayan hadisədir.
Hətta vaxtilə erməni tarixçisi K.Kirakosyan özü qeyd edirdi
ki, ermənilərin keçmişi haqqında elə bir məlumat yoxdur ki,
onu ya tarix, ya da salnamə adlandırasan. «Hayların (erməni
lərin - red.) - «mifik Haykın övladları olan, planetin ən qədim
xalqı»nın peyda olması, Cənubi Qafqazda erməni dövlətinin
yaradılması Çar Rusiyasının fəaliyyətinin nəticəsidir» fikrini,
demək olar ki, tədqiqatçıların hamısı xüsusi vurğulayır.
Ermənilərin Türkiyə və İrandan Azərbaycan və Gürcüstan
ərazilərinə köçürülməsində əsas rol qriqorian kilsəsinə məx
susdur. Qriqorian kilsəsinin Rus imperiyası və Avropa dövlət
ləri ilə əlaqələri XVII əsrə təsadüf edir. Ermənilər elə o vaxt
dan avropalıları inandırmağa çalışırdılar ki, guya, müsəlmanlar
«Avropa ilə bir dinə tapınan erməni xalqını istismar edirlər».
Hələ 1699-cu ildə qriqorian kilsəsinin razılığı ilə iki ermə
ni - İsrail Ori və Minas Vardapet Avropa ölkələrini gəzərək
71
«erməni haqlarından, ermənilərin dövlət yaratmaq» planla
rından danışırdılar. Ancaq onlar çox çalışsalar da, o vaxt bu
avantürist, heç bir məntiqə sığmayan fikirlərinə Avropada,
onun hakim dairələrində lazımi dəstək tapa bilməyib ən axır
da Rusiyaya üz tutmalı oldular. Çünki Avropa, deyəsən, onları
o vaxtlar daha yaxşı tanıyırdı: «Qapal
1
1ıq və güclü fırıldaqçılıq
ermənilərin qanına işləyib. Onların dedikləri nə qədər yalan-
dırsa, o qədər də inandırıcı görünür. Hər cür zülmə, alçaqlığa
və nankorluğa adət etmiş ermənilər öz məqsədlərinə çatmaq
üçün bütün vasitələrdən istifadə edirlər. Din özü onların əlində
xəbisliyə və yalana xidmət edən bir silahdır...» deyən fransız
utopisti Şarl Furye sanki bütün avropalıların fikirlərini ümumi
ləşdirərək elə həmin vaxtlar - 1808-ci ildə bunları söyləyirdi...
İki nəfərlik «nümayəndə heyəti» 1701-ci ildə I Pyotrla
görüşüb o vaxt Səfəvi dövlətinin tərkibində olan Qarabağ vi
layətinin erməni icmasının nümayəndələri olduğunu bildirdi
və Osmanlı Türkiyəsinə qarşı vahid xristian cəbhəsinin yara
dılması planlarını açıqladılar.
XVIII əsrin əvvəlləri idi. I Pyotr Baltik dənizinə çhxmaq üçün
başlanan Şimal müharibəsində isveçlərə təzəcə uduzmuşdu.
Gələn qonaqlar isə onu yeni bir «macəra»ya - Xəzər dənizi
nə, Zaqafqaziyaya «dəvət» edirdilər. I Pyotr bu «dəvəti» qəbul
elədi və İsrail Oriyə təcili polkovnik rütbəsi də bağışladı. Son
ra müəyyən tapşırıqlar verərək onu tacir adı altında bir xəfiyyə
kimi 1707-ci ildə İrana yola saldı...
Ancaq çox keçmədi ki, Ori Həştərxanda qəflətən öldü. La
kin onun «arzuları» çiçəklənməkdə idi: elə həmin il 2 mart
1711 və 28 yanvar 1717-ci illərdə I Pyotrun sərəncamları ilə
İrandan və Türkiyədən ermənilərin Rusiyaya cəlb olunması
üçün fəaliyyətə start verildi.
Həmin dövrdə I Pyotrun göstərişi ilə Qafqazın ilhaqına baş
landı. Artıq 1722-ci ildə ruslar Dərbənd, Quba, Bakı, Salyan,
Lənkəran və digər Xəzəryanı Azərbaycan vilayətlərini ələ ke-
72
girirdilər. 1724-cü ilin oktyabrında I Pyotr ələ keçən torpaqlara
ermənilərin köçürülməsinə imkan verən sərəncam imzaladı.
Bu sərəncamda bütün vasitələrdən istifadə etməklə «ermənilə
rin və digər xristianların müsəlman torpaqlarına» köçürülməsi
bir vəzifə olaraq irəli sürülürdü. Azərbaycan və Gürcüstan əra
zilərində erməni dövləti yaratmaq məsələsi ilə o vaxt Şəmir-
yan adlı bir erməni məşğul olurdu. Onun qurduğu plana görə,
yaradılacaq dövləti erməni çarı idarə etməli, onun Peterburqda
rəsmi nümayəndəliyi olmalı, yeni çarı müdafiə etmək üçün isə
6 minlik rus qoşunu 20 il ərzində bu ərazilərdə qalmalı idi...
1725-ci ildə I Pyotrun ölümündən sonra ruslar Xəzəryanı
bölgələri tez-tələsik tərk etməli oldular. Doğrudur, bu gediş
həmişəlik olmadı, onlar müəyyən vaxtdan sonra yenidən qa
yıtdılar, amma hələlik ermənilər XVIII əsrin əvvəllərində Azər
baycan torpaqlarında özlərinə dövlət yaratmaq istəklərinə çata
bilmədilər.
Təxminən 100 il sonra - 1827-ci ildə İrəvan xanlığının işğal
olunması ilə vəziyyət yenidən ermənilərin «xeyrinə» dəyişdi...
Qafqazın, xüsusilə Azərbaycanın ruslar tərəfindən zəbt
olunması ardıcıllığına və o dövrdə baş verən ictimai-siyasi
proseslərə nəzər salaq. Çünki bütün bu hallar ermənilə
rin düşünülmüş şəkildə həmin ərazilərə yerləşdirilməsi, kö
çürülməsi ilə müşayiət olunurdu:
1801-ci ildə Şərqi Gürcüstan, Qazax və Şəmşəddin sultan
lıqları, 1803-cü ildə Car-Balakən camaatı rusların işğalçı sifət
lərini görür.
1804-
cü ildə Gəncə ələ keçir, Cavad xan və oğlu şəhid
olurlar. Gəncə ilə bərabər Samux sultanlığı da zəbt olunur.
1805-
ci ildə Qarabağ xanlığı, 1806-cı ildə Bakı, Quba və
Şəki xanlıqları, 1809-cu ildə Lənkəran xanlığı rus qoşunları
tərəfindən ələ keçirilir.
Rus hökuməti müsəlman əhaliyə inanmadığı üçün işğa
lı başa çatdıran kimi Azərbaycan torpaqlarına xristianları kö
73
çürməyə başladı. Hətta 1819-cu ildə uzaq Almaniyadan yüz
lərlə alman ailəsi Qarabağın şimalına köçürülmüşdü...
Vəziyyətin mürəkkəbliyi rusları ehtiyatlı olmağa və hələlik
yerli ənənələri və maraqları nəzərə almağa məcbur edirdi.
Eyni zamanda, Rusiya hakim dairələri o dövrdə Azərbaycana
dair siyasətində daha çox ermənilərə arxalanır, onlara üstünlük
verirdi. 1905-ci ildən başlayaraq İrandan və digər regionlardan
Azərbaycana, ilk növbədə Qarabağa ermənilər köçürülürdü.
Artıq 1810-cu ildə, rusların verdiyi rəsmi məlumatlara görə,
Qarabağda yaşayan 12.000 ailənin 9.500-ii (79%) azərbay
canlı, 2.500-ü (21%) erməni idi» (Quram Marxuliya. Ermənilər
Ermənistan axtarışında. Tbilisi, 2010).
1823-cü ildə general Yermolovun göstərişi ilə Qarabağda
yaşayan əhalinin vergi mükəlləfiyyəti müəyyənləşdirildi. Bu,
Qarabağda əhalinin sayı və etnik tərkibi barədə ilk yazılı, rəs
mi sənəddir. Həmin sənədə əsasən Qarabağda 20.095 ailə,
yaxud 90.000 nəfər yaşayırdı ki, onlardan 15.729 ailə (78%)
azərbaycanlı, 4.366 ailə (22%) erməni ailəsi idi. Eyni zaman
da, Şuşada 1.111 azərbaycanlı və 421 erməni ailəsi yaşayırdı.
Şuşa ətrafında 450-dən artıq azərbaycanlı, cəmi 150 erməni
kəndi vardı. Bu kəndlərdə 14.618 azərbaycanlı, 3.945 erməni
ailəsi yaşayırdı.
1826-1828-ci illərdə Rusiya-İran müharibəsindən sonra
Qarabağda etnik vəziyyət kəskin surətdə dəyişməyə başla
yır. 1 828-29-cu illərdə rus-türk müharibəsindən dərhal sonra
Qafqaza 84.000 erməni ailəsi köçürülür. Onlar, əsasən, Qara
bağ və İrəvan vilayətlərində yerləşdirilir. Eyni zamanda, o vaxt
çar məmuru N.N.Şavrovun yazdığı kimi, «nəzərdən qaçırmaq
olmaz ki, rəsmi şəkildə köçürülən 124.000 ermənidən baş
qa qeyri-rəsmi köçənləri də nəzərə alsaq, köçiirülənlərin sayı
200.000 nəfəri adlayır». Ermənilərin İrandan və Türkiyədən
Zaqafqaziyaya köçürülməsi və köçməsi prosesi sonrakı illərdə
də davam etdi.
74
Ermənilərin, digər torpaqlarımız kimi, Qarabağa da iddiala
rını qəti surətdə rədd edərək bu ərazilərin həmişə Azərbaycan
türklərinin olduğunu və onlar tərəfindən idarə olunduğunu
tarixi faktlar da sübut edir. Belə faktlar içərisində Qarabağın
sonrakı taleyində silinməz izlər qoyan «Kürəkçay müqavilə
si», bu müqavilədən irəli gələn, xanlığın rus hakimiyyət dai
rələri ilə münasibətlərini tənzimləyən qarşılıqlı öhdəliklər də
var. Müqavilə rusların təpkisi altında Qarabağ xanı məşhur
İbrahimxəliI xanla general Sisianov arasında 1805-ci ilin 14
mayında imzalanıb. Həmin görüşdə Qarabağ xanı ilə yaxın
qohumluq əlaqələri olan Şəki xanı Səlim xan da iştirak edirdi.
Bir az keçəcək, ruslar bağlanan müqavilənin şərtlərini po
zacaq və indi ermənilərin özlərinə «paytaxt» elan etdikləri
Xankəndidə İbrahim xanı ailəsi, körpə uşaqları ilə birlikdə
qətlə yetirəcəklər. Bu haqsızlığa Qarabağ camaatı ilə birlikdə
İbrahim xanın kürəkəni, şəkili Səlim xan da qiyam qaldırmaqla
cavab verəcək...
1813-cü ildə imzalanan «Gülüstan müqaviləsi» və 1828-
ci ildə Azərbaycanın şimal torpaqlarının işğalını sona yetirən
«Tıirkmənçay müqaviləsi» xalqımızın tarixində öz ağır izlə
rini qoydu. Dəhşət doğuran faktlardan biri də budur ki, heç
bir məntiqə sığmayan şəkildə rus hakim dairələri tərəfindən
1828-ci il martın 21-də, Novruz bayramı günlərində İrəvan və
Naxçıvan xanlıqlarının ərazilərində «Erməni vilayəti» yaradılır
və o vaxt oradakı 1.110 yaşayış məntəqəsindən yalnız 62-də
ermənilərin yaşadığı nəzərə alınmır.
Tarixi sənədlərə və faktlara əsaslanaraq tam əminliklə «er
məni məsələsi»nin I Pyotr dövründə meydana çıxdığını, II Ye-
katerinanın hakimiyyəti illərində israrla gündəlikdə saxlandığı
nı söyləmək olar. Məqsəd İran və Osmanlı dövlətləri qarşısın
da bufer rolu oynaya biləcək gürcü-erməni dövləti yaratmaq
idi.
75
Ermənilər indinin özündə belə Gürcüstanın digər əraziləri
ilə birlikdə Samsxe-Cavaxetiya bölgəsinə də iddialıdırlar. Ta
rixçi alim Q.Marxuliya «Ermənilər Ermənistan axtarışında» ki
tabında problemin keçmişinə qayıdaraq vaxtilə rus tədqiqatçı
və şahidlərinin öz sözlərini yada salır, dövrü, zəmanəni on
ların gözlərilə canlandıraraq yazır: «Türkiyə tərəfdən köçüb
gələn ermənilər, demək olar ki, bütün Axalkalaki bölgəsini
başdan-ayağa tutdular və ancaq bəzi yerlərdə onların arasında
vadiyə bənzəyən gürcü kəndləri görünürdü».
1846-cı ildə yaradılan Tiflis, Kutaisi, Şamaxı və Dərbənd
quberniyaları ilə yanaşı, 1849-cu ildə ermənilərin təkidi ilə
İrəvan quberniyasının da yaradılması onların gələcək işğalçılıq
fəaliyyətinə böyük imkanlar açdı. Artıq Azərbaycan və Gür
cüstan toponimlərini özününküləşdirmək, kənd və şəhərlərin,
kilsə və monastırların, tarixi abidələrin adlarını dəyişdirmək,
qonşu ərazilərə iddia etmək imkanı əldə etdilər. Azərbaycan
lılar kimi, gürcü ictimaiyyəti də baş verənlərdən sarsılmışdı. O
vaxtlar İlya Çavçavadze yazırdı: «...Ermənilər heç vaxt yaşama
dıqları yerlərdə yuva qurmağa çalışır və hamını buna inandır
mağa can atırlar». Ermənilərin naşükürlüyündən dəhşətə gələn
Akaki Sereteli isə belə deyirdi: «Gürcü çarlarının ermənilərə
yazığı gəlib onları ticarətlə məşğul olmaq üçün Gürcüstanın
müxtəlif guşələrində yerləşdirdilər, onlara hətta şəhərlər veril
di. Gürcülər isə çoxsaylı düşmənlərlə müharibədən yorulub
geri qayıtdıqda təəccüblə gördülər ki, onların evləri «qardaş»
dedikləri ermənilər tərəfindən zəbt olunub. Üzr istəmək əvə
zinə isə onlar qışqırıb bağırırdılar: «Siz kimsiniz, haradan gəl
misiniz? Siz burada nə vaxt yaşamısınız? Bu torpaq həmişə
bizim olub!» Sübut üçün isə elə gürcü kilsələrini, məbədlərini
göstərirdilər. Orada isə artıq gürcü adlarını pozub ermənicə
yazmışdılar». Sanki öz xalqının məhz bu iyrənc xüsusiyyətini
nəzərə alan erməni yazıçısı Ovanes Tumanyan hələ 1910-cu
ildə yazırdı: «Başqa yolumuz yoxdur. Bizim həqiqi xilasımız
76
içərimizdən başlamalıdır, çünki biz içəridən xəstəyik». Gö
ründüyü kimi, illər keçir, bu «xəstəlik» isə sağalmaq bilmir ki,
bilmir. «Erməni mərəzi»ndən gürcülər də əziyyət çəkir.
Tarixi faktlar sübut edir ki, Azərbaycanın Xəzəryanı əra
zilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt
müqavimətini gördükdə «erməni kartı»nı işə salmış, azərbay
canlıların tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə
ermənilərin məskunlaşdırılmasına göstəriş vermişdi. I Pyotrun
xələflərinə ünvanladığı tarixi vəsiyyət isə təkcə Rusiya im
periyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da
Cənubi Qafqaz siyasətinin əsasını təşkil etmişdir. Həmin
vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın
ermənilərə məxsusi hamiIiyi barədə fərman vermişdir. 1802-ci
ildə isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret
təlimat göndərmişdir: «Ermənilər nəyin bahasına olursa-
olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə
olunmalıdır».
Bu, Azərbaycan torpaqlarının işğalının başlanğıcı olmuş,
1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələri
ilə Azərbaycanın ikiyə bölünməsi Şimali Azərbaycan tor
paqlarının
erməniləşdirilməsi
prosesini
sürətləndirmişdir.
Türkmənçay müqaviləsindən dərhal sonra - 1828-ci il martın
21-də imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan
xanlıqlarının ərazisində «Erməni vilayəti» təşkil edilmişdir. Bu
bədnam fərmanla tarixi Azərbaycan torpaqlarında yaradılacaq
gələcək Ermənistanın faktiki təməli qoyulmuşdur.
XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara
qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmış,
Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində «Böyük Ermə
nistan» dövləti qurmaq xülyasına düşmüş ermənilər «Qnçaq»
(1887-ci ildə Cenevrədə qurulub), «Daşnaksütyun» (1890,
Tiflis), «Erməni Vətənpərvərlər İttifaqı», (1895, Nyu-York)
kimi siyasi-terror təşkilatlarını bu istiqamətə yönəltmişdilər.
77
Sözügedən təşkilatların fəaliyyət proqramlarında azərbaycan
lılara qarşı ardıcıl terror və qırğın aksiyalarını həyata keçirmək
məramı əsas yer tuturdu.
Böyük Sovet Ensiklopediyasında (20-ci cild, 1930) «Daş-
naksütyun»la
bağlı
məlumatda
göstərilir:
«Daşnaksüt-
yun»un 1 894-cii ildə qəbul olunmuş birinci proqramı vul
qar marksizmin, liberalizmin, xalqçılığın və xırda burjua
m illətçiliyinin qarışığından ibarət idi. Proqramın mərkəzində
«Türkiyə Ermənistanı»nı azad etmək ideyası dururdu. 1903-cü
ildən partiya, demək olar ki, yalnız Türkiyə ərazisində fəaliyyət
göstərirdi».
Məşhur rus diplomatı və yazıçısı A.S.Qriboyedov yazırdı:
«Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazi
lərində yerləşdirilirdilər...
Onlar yavaş-yavaş
müsəlman
əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz,
həmçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə
barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətin
liklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşa
mağa icazə verilən ərazilərdə daimi olaraq qalmayacaqlar».
Tarixi mənbələrə nəzər saldıqda, ermənilərin Azərbaycan
torpaqlarına gəlmə olduqları bir daha təsdiqini tapır.
Paskeviç Erməni vilayətinin idarəsinə 1 828-ci il iyulun 4-də
göndərdiyi məktubda bildirmişdir ki, müharibə zamanı xanlığın
ərazisində rus komandirlərinin məktubunu gəzdirdiyinə görə
Astvatsaturovanın ərini öldürmüş, rus generalı Benkendorfun
dəstəsinə bələdçilik etdiyinə görə isə Hovhannes Əsliyanın
gözlərini çıxarmış, burnunu və dilini kəsmişdilər. Arxiyepiskop
Nersesin təqdimatı ilə hər üç ailəyə 10 çervon qızıl verilmiş,
onların ailəsinə 30 manat təqaüd kəsilməsi qərara alınmışdı.
Rus ordusunun İrəvan şəhərinin ətraf bölgələrini işğal
etdiyi zaman həmin ərazilərdən müsəlman əhalisinin didərgin
edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda
göndərdiyi məktubunda bildirmişdi ki, qarapapaqlardan 100
78
ailə və ayrımlardan 300 ailə Qarsa qaçmışlar, qüvvətli Uluxanlı
tayfasından 600 ailə Bəyazidə, müsəlman cəlali kürdləri isə
Muşa qaçmışlar. Qarapapaqlardan digər 800 ailə isə Arazı
keçib Həsən xanın (İrəvan xanı Hüseyn xanın qardaşı) dəstəsinə
birləşmişlər. Onlarla birlikdə Cəmədinli kürdləri (700 ailə),
birukilər (400 ailə), dovmanlılar (400 ailə), çobankərəlilər (200
ailə), Zilanlı kürdləri (1000 ailə) sərhəddən o taya - Türkiyəyə
keçmişlər.
İrəvan xanlığının ərazisində yeni rus üsuIi-idarəsi tətbiq
etmək üçün Paskeviçin əmri ilə İrəvan müvəqqəti idarəsi
yaradılır və yerli qoşunların komandanı general Krasovski rəis
təyin edilir. Arxiyepiskop Nerses Aştarakesi idarənin üzvü
olur. Krasovskinin Nersesə verdiyi qeyri-məhdud səlahiyyətlər
sayəsində ermənilər istədiklərinə nail olurlar. Müharibədən
çıxmış əhaliyə paylamaq üçün verilən 4.500 çetvert taxılın
böyük hissəsi sayca azlıq təşkil edən ermənilərə paylanmışdı.
Müsəlmanlar dövlət himayəsindən məhrum edilmişdilər.
Bununla əlaqədar Paskeviç Baş Qərargah rəisinə göndərdiyi
məktubunda yazırdı: «Mən təsəvvür etməzdim ki, Krasovski
yalnız Nersesin iradəsi ilə hərəkət edəcək, mənim ona verdiyim
təlimata məhəl qoymayıb, yenicə ələ keçirilmiş əyalətin idarə
edilməsi qayğısına qalmayacaq, bütün əhalinin dörddə üçünü
təşkil edən müsəlmanlara himayədarlıq etməyəcək, lazımi
vəsait ayırmayacaq». Yerli müsəlmanlar arasında narazılığın
artması əhalini yaşadıqları yerlərdən köçüb sərhədin o tayına
keçməyə vadar edirdi. Rusiyadan narazı əhalinin sərhədin
o tayında cəmlənməsi Paskeviçi narahat edirdi. Ona görə
•
•
də o, Nersesi İrəvan müvəqqəti idarəsindəki fəaliyyətindən
uzaqlaşdırmışdı. Türkmənçay müqaviləsi imzalandıqdan sonra
Paskeviç general Krasovskini rəis vəzifəsindən azad etmiş,
müsəlmanlara qarşı bəd əməllərindən əl çəkməyən Nersesi
isə Bessarabiyaya sürgün etdirmişdi.
79
1828- ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə
yerləşən Türkmənçay kəndində bağlanan müqavilə ilə 1826-
1828-ci illər Rusiya-İran müharibəsinə son qoyulur. Bu
müqavilə ilə İrəvan və Naxçıvan xanlıqları bütünlüklə Rusiyanın
ərazisinə qatılır. Martın 20-də I Nikolay bu müqaviləni təsdiq
edir və ertəsi gün «Erməni vilayəti» yaradılması haqqında
fərman verilir. Fərmanda deyilir: «İranla bağlanmış müqaviləyə
•
•
əsasən, İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan
xanlıqlarını bundan sonra «Erməni vilayəti» adlandırmağı
hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin
quruluşu və onun idarə edilməsi qaydası haqqında ali senat
lazımi fərmanları öz vaxtında alacaqdır».
İrəvan əyalətinə keçmiş İrəvan xanlığının 15 mahalı,
Naxçıvan əyalətinə 5 mahal və Ordubad dairəsinə 5 mahal
daxil idi. Vilayət idarəsinin rəisi vəzifəsinə yerli qoşunların
komandanı Aleksandr Çavçavadze təyin edilmişdi.
1829-
cu ilin əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı
ilə kollec assesoru İ.Şopen «Erməni vilayəti»ndə kameral
siyahıyaalma keçirmişdir. Əlyazması 20 cilddən ibarət olan
bu siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə nəşr
edilən «Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi
dövrünün tarixi abidəsi» əsərində verilmişdir.
İ.Şopenə görə, «Erməni vilayəti»ndə 752 kənd olmuşdur.
Onlardan 521-i İrəvan əyalətində, 179-u Naxçıvan əyalətində,
52-si Ordubad dairəsində olmuşdur. Müharibə nəticəsində
vilayətin ərazisində 359 kənd, o cümlədən 310 kənd İrəvan
əyalətində, 42 kənd Naxçıvan əyalətində, 6 kənd Ordubad
dairəsində xaraba qalmış, əhalisi didərgin düşmüşdür.
İ.Şopenin hesablamasına görə, xanlıqların işğal edilməsinə-
dək «Erməni vilayəti»nin ərazisində təxminən 23.730 ailə
(İrəvan əyalətində 1 7.000 ailə, Naxçıvan əyalətində 4.600 ailə,
Ordubad dairəsində 2.130 ailə) yaşamışdır ki, orta hesabla hər
ailədə 5 nəfər götürdükdə, bu, 118.650 nəfər təşkil edir.
80
Siyahıyaalmanın
nəticələrinə
görə,
vilayətdə
81.749
müsəlman və 25.131 yerli erməni qeydə alınmışdır. Bu
siyahıyaalmanın üstün cəhəti ondadır ki, ayrı-ayrı yaşayış
məntəqələri üzrə İrəvandan və Türkiyədən köçürülən erməni
ailələrinin sayı və onların hansı yaşayış məntəqəsində
məskunlaşdırıldıqları göstərilmişdir.
1840-cı ildə «Erməni vilayəti» buraxılır. Əvəzində təşkil
edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə
daxil edilir. 1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan,
Ordubad və Novo-Bəyazid - Yeni Bəyazid qəzalarından ibarət
İrəvan quberniyası təşkil edilir və 191 7-ci ilə qədər bu struktur
dəyişməz qalır.
81
|