İRƏVAN QUBERNİYASI
Özlərini zavallı və yazıq görkəmdə dünyaya tanıtmaq istə
yən ermənilər illərdir iddia edirlər ki, guya 191 5-ci ildə erməni
soyqırımı olub. Türklər 1,5, yaxud da 2 milyon ermənini qətlə
yetirib. Halbuki tarixi faktlar başqa söz deyir. Onların yalanını
üzə çıxaran fransız konsulu Zarzeçkinin 1914-cü ildə verdiyi
məlumata görə, Türkiyədə 1 milyon 300 min erməni yaşayıb.
Beləliklə, konsulun göstərdiyi rəqəmlə ermənilərin uydurduq
ları rəqəm uyğun gəlmir. Təbii ki, yalanla gerçəklik heç za
man tutmaz. Tarix həmişə doğru faktları təsdiq edir. 1905-ci
il hadisələrində indiki Ermənistan ərazisindən 350 min nəfər
dən artıq azəri türkü didərgin düşdü və 150 min nəfər qətlə
yetirildi. Bakıda hakimiyyəti ələ keçirən bolşeviklər (başında
Stepan Şaumyan dayanırdı) Andronikin başkəsən quldur dəs
tələri ilə əlbir şəkildə Cənubi Qafqazda əsl fəlakət törətdilər.
1918-1920-ci illərdə də bu bölgədə azərbaycanlıların soyqı
rımı həyata keçirildi. Bu soyqırımı nəticəsində yarım milyon
azərbaycanlı qətlə yetirilmişdi.
İRƏVAN - bu şəhərin ətrafında 200 kənd qarət edilərək
yandırıldı. Erməni quldur birləşməsi İrəvan quberniyasında
dinc müsəlmanlara atəş açaraq yerli əhaliyə amansızcasına
divan tutdu. Təkcə may ayının 24-də şəhərin bir məhəlləsində
4 qadın, 2 uşaq, 5 kişi qətlə yetirildi. 1905-1910-cu illərdə İrə
vanda su yerinə qan axıdıldı. Ötən əsrin əvvəllərində İrəvan
quberniyasında 959 Azərbaycan kəndi olub, 352 min azər
baycanlı yaşayıb. Bu hesabla da gərək sonradan Ermənistan
adlanan o torpaqda dəfn olunmuş ocaqlarımızın, söndürülmüş
çıraqlarımızın sayını xəyala gətirək.
132
1905-ci ilin mayında ermənilər İrəvanın Qarsaçay bağça
sında azərbaycanlılara ağlagəlməz divan tutublar. Qırğın nəti
cəsində yüzlərlə soydaşımız həlak olub. Əslində, 1905-ci ilin
mayında erməni quldurları İrəvanda müsəlmanlara qarşı soy
qırımı törətdilər. Həlak olanlar arasında təkcə türklər deyil,
başqa müsəlman xalqlar da olub. İrəvanın ətraf kəndlərində
də müsəlmanlara qarşı soyqırımı həyata keçirildi. Ermənilər
İrəvanın Mənkus, Güllücə, Gəzəcik kəndlərinə hücum edə
rək yerli sakinlərə min cür əzab verdilər. Silahsız kənd sa
kinləri doğma yurdlarını tərk etmək məcburiyyətində qaldı.
Onlar müsəlmanları diri-diri təndirə atır, şişlə qətlə yetirir, ağ
lagəlməz işgəncələrlə həyatlarına son qoyurdular. Quldurlar
məscidi, müsəlmanların müqəddəs kitablarını da yandırırdılar.
Onlar Novruz adlı qoca bir kişiyə ağlagəlməz işgəncə verərək
qətlə yetirdilər. 80 yaşlı kişinin başını keşiş Hayrapet kəsib.
Erməni terrorçularının İrəvanda törətdiyi soyqırımları, təəssüf
ki, ətraflı şəkildə tədqiq edilməyib. Ermənilərin Azərbayca
nın qədim mahallarında törətdikləri qırğınların isə indiyədək
analoqu tapılmayıb. Əgər 1914-cü ildə İrəvan quberniyasında
237.684 nəfər azərbaycanlı yaşayırdısa, 1918-1920-ci illərdə
həyata keçirilən soyqırımıdan sonra artıq bu rəqəm 72 min
97-yə enmişdi. 1918-ci ildə Azərbaycan rəhbərliyi İrəvan əra
zisinin ermənilərə güzəşt edilməsinə razılıq verdi. 1918-1919-
cu illərdə İrəvan quberniyasında 88 kənd dağıdılıb, 1.920 ev
yandırılıb, 131.970 insan öldürülüb. Bu, sonrakı dövrlərdə er
mənilərin torpaq iştahasını daha da artırdı. 1918-ci ilədək 9,8
min kvadratkilometr sahəsi olan qondarma «Erməni vilayəti»
1920-ci ildən Azərbaycan torpaqları hesabına genişləndirilə
rək ərazisi 29,8 min kvadratkilometrə çatdırıldı.
ABARAN - bu mahalda sovet hakimiyyətinə qədər 50-dən
artıq yaşayış məskəni olub. Bütün yer-yurd adları da, topo
nimlərin hamısı türkcədir. Vaxtilə bura köçürülən ermənilər
1905-ci ildə qapısında çörək yedikləri, qonaqpərvərliyinə
133
pənah gətirdikləri azərbaycanlılara qarşı ağlagəlməz vəhşi
liyə yol verdilər. Damcılı, Danagirməz, Hacıxəlil, Qarabulaq,
Əliqucaq, Şirəkqala, Gıillücə, Böyük Camılı, Cəngi, Babakişi,
İmirli, Təkərli, Quruboğaz, Korbulaq, Gülablı və s. kəndlər
də yaşayan müsəlmanları qılıncdan keçirib, yaşlı insanların və
qadınların kürəyinə qaynar samovar bağlayaraq onların əzab
larından nəşələnmişlər. Körpələri yabalara keçirərək anaların
sinəsinə dağ vurmuşlar. Erməni basqınçıları bu mahalın xeyli
hissəsini viranəyə çevirmişlər.
ŞÖRƏYEL - İrəvan şəhərinin 100 kilometrliyində yerləşən
bu mahalın ərazisində hələ qədim dövrdən Ani adlı şəhər olub.
Bu şəhərin xarabalıqları Arpaçayın sağ sahilində - Türkiyə əra
zisində indi də qalmaqdadır. Uzun illər burada arxeoloji təd
qiqatlar aparıblar. Ermənilər nə qədər cəhd göstərsələr də ki,
Ani, guya, erməni knyazlarının qalası olub, aparılan tədqiqat
lar təsdiqlədi ki, bu şəhər səlcuq türkləri tərəfindən salınıb.
Hətta uzun illər Şəddadilər sülaləsinin hakimiyyətinə məxsus
olub. Sanki bunun acığını çıxmaq üçün 1905-ci ildə onsuz da
dağılıb sıradan çıxmış şəhəri ermənilər yer üzündən sildilər.
Onun ətrafında isə ağlagəlməz vəhşiliklər törətdilər. Daşqala,
Qoşavəng, Bozdoğan, Dovşanqışlaq, Qayalı kəndlərində olan
nəhr və çaylarda qətlə yetirilmiş müsəlmanların ah-nalələri
uzun illər şahidlərin yadından çıxmadı. Hətta sonradan doğma
yurda qayıdan soydaşlarımız da həmin çay və bulaqlardan is
tifadə edə bilmirdilər. 1920-ci ilin Novruz bayramında ermə
nilər mahalın ayrı-ayrı kəndlərinə basqın edərək 200 nəfər
azərbaycanlını qətlə yetirdilər.
%?
AGBABA - bu mahalda yerləşən çoxlu maddi mədəniyyət
abidələri, müxtəlif fiqurlu qəbir daşları, ibadətgahlar, ocaqlar
təsdiq edir ki, Ağbaba mahalı da Azərbaycanın çox qədim
yaşayış məskənlərindən biri olub. Çar Rusiyasının təşəbbüsü
və köməyi ilə buraya köçürülən ermənilərin-nanəcibliyi yer
li əhalini çətin vəziyyətə salıb. Daşnakların təcavüz və təz
134
yiqləri nəticəsində Ağbabanın Sınıq, Mumuxan, Qonçalı,
Ördəkli, Seldağılan, Mustoğlu, Bağçalı, Söyüdlü kəndlərinin
əhalisi ölümdən qurtulmaq üçün Türkiyəyə qaçıblar. Sonralar,
ara sakitləşəndə yalnız Qonçalı kəndinin sakinləri qayıdıblar.
Ördəkli, Mustoğlu, Bağçalı, Qaraçanta, Güllıibulaq kəndləri
isə ermənilərin ixtiyarında qalıb. Həmin illər QızıIclaş, Qıda-
şen, QızıIki İsə, Bozqala kəndləri də talan edilərək yandırılıb,
xarabalığa çevrilib.
DƏRƏÇİÇƏK - adından da göründüyü kimi, Azərbaycanın
çox dilbər guşələrindən biri olub. Hətta Dədə Qorqud boy
larında adı çəkilən Altuntaxtın Dərəçiçəklə bağlı olduğu fikri
də məlumdur. Bu mahalın kəndlərində əzəldən soydaşlarımız
yaşayıb. Dədə Qorqud boylarının çoxunda bu mahaldakı yer
lərin adları çəkilir. Məsələn, Qayqocalı, Bayandur, Qumluyal
və s. Hətta oğuz igidi dəli Qaraçarın adını yaşadan Qaraçar
daş qalası da son illərə kimi dururdu. Təəssüf ki, bu doğma el-
oba da erməni vəhşilərinin güdazına getdi. Onlar təkcə əhalini
qılıncdan keçirib öz isti ocaqlarından qovmadılar. Həm də
türk-oğuz tayfalarının burada yaşadığını sübut edən qədim qə
biristanlıqları, məbədgahları dağıtdılar. Dərəçiçək mahalında
törədilən vəhşiliyin ucbatından sonralar bura qayıdan insan
lar da uzun müddət öz övladlarına ermənilərin onların başına
hansı oyunları açdığını demədilər. 1919-cu ildə bu ərazidə
yenidən toqquşmalar başladı. Bığlı, Əfəndi, Hacımuğan, Ağzı-
bir, Əyrivəng kəndlərinin əhalisi erməni hücumlarına davam
gətirməyərək doğma yurdlarından didərgin düşdü. Aparılan
tədqiqata görə, burada 3 min nəfərə yaxın azərbaycanlı - qa
dın, uşaq, qoca həlak olmuşdu.
GÖYÇƏ - 1905, 1907, 1910 və 1915-ci illərdə, baş verən
erməni-müsəlman savaşından sonra bu mahalda 150 kənddən
30-u yerlə yeksan edilmiş, sonrakı geriyə dönmək məqamında
da həmin kəndlərdə yaşayan olmamışdı, yəni əhali qalmamış
dı. Bir tərəfdən Göyçə gölünə söykənən, digər tərəfdən də
135
Basarkeçərlə dövrələnən bu qədim mahalın 1905-ci ildə Kə
vər, Ağzıbir, Ağqala, Əfəndi və s. kəndlərinin əhalisi tamamilə
ermənilər tərəfindən öldürülüb. Basarkeçərdə 1.296, Gödək-
bulaqda 515, Aşağı Zağalıda 521, Tüskülüdə 224, Qırxbulaq
da 589 nəfər soydaşımız yaşayırdı. Həmin qırğınlar zamanı,
demək olar ki, o əhalinin 80-90 faizi qılıncdan keçirilib. Təkcə
Zod kəndində 42 südəmər körpəni ermənilər təndir şişlərinə
keçirərək anaların gözləri qarşısında nəşəli-nəşəli hərəkətlər
törədirmişlər. 1919-cu ilin Novruz bayramında erməni silahlı
qrupları mahalın Kiçik Məzrə və Hüseynquluağalı kəndlərinə
basqın edərək əhalini qətlə yetiriblər. Ermənilər hücum za
manı bu kəndlərdə 120 azərbaycanlı öldürüblər. Təkcə 1919-
cu ilin yazında ermənilər bu mahalda 60 min sakini olan 22
kəndi yandıraraq əhalini qırmışdılar. Mahalın Daşkənd oyma
ğına hücum edən daşnaklar 20 azərbaycanlım qətlə yetiriblər.
O zaman mahalda məşhur olan Aşıq Nəcəfi girov götürərək
onu iki gün ac-susuz çalıb-oxudublar. Sonra da Gültəpə adlı
yerdə kürəyinə samovar bağlayaraq küləyin əksi istiqamətinə
getməyə məcbur ediblər. Göyçənin Şorca kəndində uşaqlar
təndirə atılıb, bütün kişilər öldürülüb, 8 gözəl qadını kənddən
apararaq 20 gün öz yanlarında saxladıqdan sonra qətlə yetirib
lər...
Erməni silahlı dəstələri 70 evdən ibarət azərbaycanlılar ya
şayan Haşman kəndinə hücum edib 120 nəfər azəri türkü - 60
kişi, 40 qadın və 20 uşağı qətlə yetirirlər. Onların cəsədləri
eybəcər hala salınır. Göyçədə gedən qanlı vuruşmalar nəti
cəsində daşnaklar bu ərazidəki bir sıra kəndləri yer üzündən
silərək əhalisinə müxtəlif üsullarla işgəncələr verib həyatlarına
son qoyurlar.
PƏMBƏK - Çar Rusiyası dövründə Gəncə quberniyasının
Qazax qəzasına daxil olan Pəmbək dağ silsilələri ilə əhatə
olunan çox əsrarəngiz bir yaşayış məskəni olub. Təəssüf ki,
1905-ci ilin fəlakəti də bu yerlərdən izsiz keçməyib. Mahalın
136
Yaqublu, Qarakilsə, Kolagirən, Şahəli, Hacıkənd, Dərəkənd,
Sarımsaxlı, Hacıqara kəndlərində ermənilər elə bir tufan qo
pardılar ki, bu vahimədən xilas olan azərbaycanlıların xeyli
hissəsi həm də əlil və şikəst qaldı.
VEDİBASAR - tarixi məlumata görə, bu mahalda 70 para
kənd olub. Etnik baxımdan isə bu yerlərdə, demək olar ki,
ancaq Azərbaycan türkləri yaşayıb. XIX əsrin əvvəllərində ma
halda cəmi 15 nəfər (iki ailə) erməni məskunlaşıb. Ərazi ruslar
tərəfindən işğal edildikdən sonra Reyhanlı və Dəvəli kəndlə
rində azərbaycanlılarla qarışıq yaşayan ermənilər də siyahıya
düşiib. Əsrin əvvəllərində Andronikin qisasçı quldur dəstələ
rinin hücum etdiyi bölgələrdən biri də məhz Vedibasar maha
lı olub. Vedibasarın tərkibində olan Basarkeçər və Çənbərək
bölgələrində isə 60-dan artıq kəndin əhalisinə amansız divan
tutulmuş, yüzlərlə insan terror əməliyyatının qurbanı olmuş
dur.
Ermənilərin törətdikləri vəhşiliklər nəticəsində Vedibasarda
böyük insan tələfatı olmuşdur. Doğrudur, xalqın igid oğulları -
Abbasqulu bəy Şadlinski, Kərbəlayı İsmayıl, Səttaroğlu Musa,
Qəmlo və başqaları daşnak qoşunlarına qarşı qəhrəmanlıqla
vuruşmuş, onlara ağır zərbələr endirmişlər. Amma türk qanına
susamış ermənilər azəri türklərini amansızlıqla öldürürdülər.
1918-1919-cu illərdə Gümrü ətrafında 10 min azərbaycan
lı qətlə yetirildi. Daşnaklar Göyçənin Toxluca, Ağbulaq, Cil,
Babacan, Şişqaya kəndlərinə hücum edərək əhaliyə müxtəlif
üsullarla işgəncələr verib həyatlarına son qoydular.
Bir faktı da demək lazımdır ki, 1918-ci ilin may ayından
1920-ci ilin noyabrınadək hakimiyyətdə olan daşnak hökumə
ti 440-dan çox türk kəndini yandırıb yerlə yeksan etmiş, yüz
minlərlə soydaşımızın qaçqın düşməsinə səbəb olmuşdur.
ZƏNGƏZUR - 1905-1906-cı illərdə ermənilər təkcə İrəvan
və Zəngəzur quberniyalarında 200-dən çox müsəlman kəndini
dağıdıb yerlə yeksan etmiş, əhalisini soyqırımına məruz qoy
137
muşlar. Cəmi bir ay ərzində daşnaklar Zəngəzur mahalında
Qarakilsə, Şəki, Ağdü, Urud, Xələs, İncəvar, Karxana, Yeməz-
li, Mollalar, Atqız, Çöllü, Daşnov, Pirdovdan, Zürül, Fərcan və
başqa kəndləri dağıdaraq yandırmışlar. Silahsız əhalini soyqı
rımına məruz qoymuşlar. Onlar türk kəndlərində elə bir xara-
bazarlıq yaradırdılar ki, bu əraziləri yerli əhalidən, yəni azər
baycanlılardan birdəfəlik təmizləsinlər. 1905-1907-ci illərdə
Zəngəzurda ermənilər tərəfindən törədilən soyqırımı siyasə
tindən ən çox Qafanın azərbaycanlı əhalisi əziyyət çəkmişdir.
Təkcə bir gündə 200 nəfəri qətlə yetirən ermənilər müsəlman
lar yaşayan bütün kəndləri talan edərək yandırmışlar.
Erməni daşnaklarının Zəngəzurda, xüsusilə Qarakilsə qə
zasında törətdikləri ağlasığmaz vəhşiliklər nəticəsində bu əra
zidə 15 azərbaycanlı kəndi yer üzündən silinmiş, 6 kənd də
dağıdılmışdı. Məscidə sığınmış insanlara od vurulmuş, qadın
ları iki yerə bölərək, körpələri süngülərə keçirmişlər. Zəngə
zurda törədilən qırğının dəhşətlərini qələmə almaq həqiqətən
çox çətindir. Təkcə bir faktı demək lazımdır ki, 1918-1920-ci
illərdə Zəngəzurda 115 kənd dağıdılıb, 7.729 azərbaycanlı -
3.257 kişi, 2.276 qadın, 2.196 uşaq öldürülüb.
GƏRNİBASAR - Ağrı vadisində yerləşən bu mahal İrəvan
quberniyasına çox yaxındır. Araz çayı bu yerlərə bir gözəllik
gətirirdi. M illətçi ermənilərin məkrli niyyətləri bu mahaldan
yan keçməyib. Bu mahalın gözəl ərazilərindən olan Qəmərli-
də, Sürməlidə onlarla yaşayış məntəqəsi yer üzündən silinib.
Aşağı Düyün, Dəlilər (Dəllər), Bəcəyəzli, Başnalı, Aşağı Ağ
baş, Ayaslı, Darğalı kəndlərində törədilən qırğın nəticəsində
əhalinin, demək olar ki, 98 faizi ölümdən qurtulmayıb.
QIRXBULAQ - başına bəlalar gəlmiş mahallardan biridir.
Yarandığı gündən sakinləri ancaq azərbaycanlılar olub. İrəvan
şəhərinə ən yaxın mahaldan biridir. Mahalın mərkəzindən İrə
vana olan məsafə cəmi 16 kilometrdir. Elə bu yaxınlığına görə
də başı həmişə ağrı-acılardan açılmayıb. Xaricdən gələn ermə
138
nilər onun müxtəlif kəndlərində yerləşdirilib. Azərbaycanlılara
qarşı terrora rəvac verilən gündən Qırxbulağın kəndləri də hə
mişə hədəfdə olub. Kərpici i, Başkənd, Ellər, Güllücə, Murad-
təpə, Yelqovan, Göykilsə, Avdallar, Qaraqala Tutiyə və digər
kəndlərdə yaşayan azərbaycanlılar ayrı-ayrı illərdə müxtəlif
bəlalarla üzləşiblər. Gah döyülüblər, gah qətlə yetiriliblər, gah
da doğma ocaqdan biryolluq qovulublar. Mahalın həmişəlik
xarabalığa çevrilən kəndlərinin özləri yer üzündən, adları da
siyahılardan silinmişdir. Min bir zülmə, işgəncəyə məruz qal
malarına baxmayaraq, sağ qalan qırxbulaqlılar yenə də doğ
ma yurda dönməkdən çəkinmirdilər. Təəssüf ki, hər gəlişdən
bir qədər sonra yenə də Qırxbulaq qaynar qazana dönürdü.
Xüsusilə də İrəvanda yaşayan dığalar tez-tez dəstə bağlayaraq
azərbaycanlı ailələrinə hücum edirdilər.
KARBİ - 1 şəhər və 20-dən artıq yaşayış məskənindən iba
rət olan bu mahal İrəvan-Gümrıi şose yolunun üstündə yer
ləşdiyindən ermənilər onu tez-tez «yad» edirdilər. Xüsusilə
də Qızıldəmir, İlançalan, Cadqıran, Pərpi, Ucan kəndlərində
müxtəlif qətliamlar törədirdilər. Erməni silahlı dəstələri 1905-
ci ilin yayında Əştərədə əsl qiyam törətdilər. Sonra da Alagöz
dağının cənub-şərq ətəyində yerləşən müsəlman kəndlərinə
basqın edərək çoxlu sayda azərbaycanlı (südəmər uşaqlar,
qocalar, qadınlar, kişilər) öldürüblər. Əştərəyin yaxınlığındakı
Uşu kəndi də yer üzündən silinib.
Xüsusilə də 1918-1920-ci illərdə rayonun Talış, Təkiyyə,
İnəkli, Tulnəbi, Qızıldəmir kəndlərinin əhalisi erməni silahlı
qüvvələrinin qəfil hücumuna məruz qaldığından çox az insan
bu fəlakətdən qurtula bilib.
ZƏNGİBASAR - keçmişdə İrəvan quberniyasına daxil olan
ən böyük mahallardan biri idi. Zəngibasar mahalının kəndləri
sovet hakimiyyəti illərində iki rayon arasında bölüşdürülmüşdü.
Ermənilər Azərbaycanın qədim torpaqlarına qədəm basan gün
dən Zəngibasarda yaşayan azərbaycanlıları yox etmək üçün
139
həmişə müxtəlif planlar qurublar. Gah onun ərazisindəki kənd
ləri başqa mahallara qatıblar, gah da ayrı-ayrı kəndlərə hücum
edərək əhaliyə divan tutublar. Qaraqışlaq, Dəmirçi, Uluxanlı,
Rəncbər, Sarvanlar, Mehmandar, Həbilkənd, Aşağı Necili və
b. kəndlər dəfələrlə erməni qəsbkarlarının hücumuna məruz
qalıb. Bir erməni daşnakı öz xatirələrində bildirmişdi: «Mən
Zəngibasardakı türk əhalisini qıranda gülləyə heyfim gəlirdi.
Onları su quyularına dolduraraq üstlərinə ağır daş yığırdım ki,
elə orada da ölsünlər. Mən bu işdən aldığım ləzzəti heç nə
ilə əvəz edə bilmərəm». Təəssüf ki, ermənilərin 1905-1915,
1918-1920-ci illərdə bu mahalda həyata keçirdiyi soyqırımı
uzun müddət ört-basdır edilib. Sovet hökumətinin köməyi ilə
bu hadisələr sonrakı nəslə milli münaqişə, siyasi toqquşma,
məhəlli savaşma kimi təqdim edilib. Bu məharətlə pərdələnən
siyasətin arxasında isə I Pyotrun vəsiyyəti dayanırdı.
DƏRƏLƏYƏZ - tarixin qanlı səhifələrindən birini də bu
mahalda törədilən müsibətlər təşkil edir. 1905-1907 və 1918-
1920-ci illərdə Dərələyəz mahalında ermənilər tərəfindən
törədilən qırğınlar nəticəsində mahalın elə kəndləri olub ki,
azərbaycanlıların 98 faizi vəhşicəsinə qətlə yetirilib, sağ qalan
lar da vətəndən qovulub. Bu illərdə rayonun kəndləri daşnak-
quldur dəstələrinin təcavüzünə məruz qalıb, evlər yandırılıb,
adamlar öldürülüb. 1918-1920-ci illərdə Andronikin quldur
dəstəsi Dərələyəz mahalında yaşayan 30 mindən çox azəri
türkünü gülləbaran edərək sağ qalanlarını da torpağından di
dərgin salıb. Bu savaşda da öz köhnə vərdişlərindən əl çək
məyən qaniçənlər qadınları, körpələri diri-diri yandırır, xüsusi
lə də uşaqları süngülərə taxaraq özləri üçün bayram edirdilər.
SƏRDARABAD - Ağrıdağ vadisində yerləşən bu mahal
Türkiyə ilə sərhəddir. Oğuz türklərinin yurdudur. Ötən əsrin
əvvəllərindən başlayaraq Çar Rusiyasının köməyi ilə Sərdar-
abadın müxtəlif kəndlərinə ermənilər yerləşdirilib. O biri ma
halların başına gələn fəlakət Sərdarabadın da taleyində ağır
140
izlər qoyub. Qurtqulu, Cəfərabad, Xərbəyli, Qamışlı, Köçərli,
Armudlu, İydəli, Xərbəyli kəndləri dəfələrlə erməni qəsbkar
ları tərəfindən talan edilib. Sərdarabadın yerli camaatı gəlmə
ermənilərin işgəncələrindən zinhara gələrək doğma ocağını
tərk edib. Amma onların bu cür qurtuluş yolu seçməyi erməni
lərin xoşuna gəlməyib. Yolu-izi kəsərək azərbaycanlıları özləri
bildiyi şəkildə «yola» salıblar. Amma bu gedişlə sərdarabad-
lıların taleyi çox müəmmalı olub. Nə ölü siyahısına düşüblər,
nə qaçqın. Bütöv bir mahalın əhalisi ermənilər tərəfindən
qeyri-müəyyən şəraitdə qətlə yetirilərək gizlədilib. Yəqin ki,
nə vaxtsa Qubadakı kütləvi qəbiristanlıq kimi, bu biçarələrin
də nəşləri basdırılmış torpağın sirri açılacaq.
ÜÇKİLSƏ - Sərdarabadın yaxınlığındakı bu qəzanın adı çox
sonralar dəyişdirilərək Eçmiədzin edilib. 1905-ci ilin iyunun
da ermənilər bu qəzadakı azərbaycanlı kəndlərini mühasirəyə
alaraq əvvəl kişiləri güllələyiblər. Sonra da körpə uşaqları,
qocaları, qadınları qətlə yetirərək məscidi yandırıblar. Bu qə-
zadakı Persi, Nazrevan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrhu,
Təkyə kəndlərinin dinc əhalisinə divan tutduqdan sonra ya
şayış məskənləri dağıdılıb. «Daşnaksütyun» terror təşkilatının
göstərişlərini yerinə yetirən erməni quldur dəstələri bu qəza
da elə qətliamlar törədiblər ki, minlərlə insanın həyatına son
qoyulub. O illərdə daşnakların hədəfinə tuş gələn insanların
dəqiq siyahısı hələ də bəlli deyil. Çünki bütün baş verənlər
elə amansızlıqla həyata keçirilib ki, bu bəladan qurtulan ge
riyə baxmadan qaçıb. Qarşıda isə onu nə gözləyirdi, heç kim
bilmirdi.
QARABAĞ
Ermənilərin Qarabağda 1905-1907-ci illərdə törətdiklə
ri vəhşiliklər barədə (Şuşada baş verən hadisələr istisna ol
maqla) çox təsadüfi hallarda arxiv materiallarına rast gəlmək
mümkündür. Təbii ki, Sankt-Peterburq arxivlərinə bu fikri şa
n ı
mil etmək düzgün deyil. Ölkə arxivlərində problemlə bağlı
tədqiqat işlərinin başa çatdırıldığına da hələ hökm vermək
olmaz. Məlumdur ki, həmin mənbələrdə çar imperiyasının
1900-191 7-ci ilin fevralına qədərki tarixi kifayət qədər qoru
nub saxlanılmışdr. Lakin həmin sənədlər qapalı fondlarda ol
duğundan tədqiqatçıların bu mənbələrlə tanışlığına uzun illər
məhdudiyyətlər qoyulmuşdur. Müstəqillik illərində Qarabağın
tarixi, bu əraziyə ermənilərin gəlməsi, məskunlaşması, Azər
baycan ərazilərini özününküləşdirməsinə cəhd etdikləri barə
də ciddi tədqiqatlar aparılmış, bundan başqa, rus, erməni və
müsəlman tarixçilərinin, eləcə də Qafqaza gələn səyyahların,
qədim dövr tariximizin böyük araşdırıcılarından olan Herodo
tun, Strabonun əsərlərində kifayət qədər dürüst məlumatlar
qorunub saxlanılmışdır. Bir sözlə, dünyanın dilbər guşələrin
dən olan Qarabağın Azərbaycan xalqına məxsusluğu, ayrılmaz
tərkib hissəsi olması əlimizdə olan bütün tarixi mənbələrdə
birmənalı şəkildə təsdiq edilir. Ancaq bu ərazilər millətçi er
mənilər tərəfindən zaman-zaman erməniləşdirilməyə məruz
qalmış və daşnaksütyunçular Türkmənçay müqaviləsindən
sonra Qarabağın erməni torpağı olduğunu dönə-dönə iddia
etməyə başlamışlar. Çar Rusiyası isə bu torpaqlara yeni-yeni
erməni köçlərini yerləşdirməklə tarixi ədalətsizliklərə məhəl
qoymadan həmin ərazilərin ermənilərə məxsusluğu illüziyala
rını formalaşdırmışdır. Ona görə də istər 1905-1907-ci illərdə,
istərsə də 1918-1920-ci illərdə ermənilərin ən çox vəhşiliklər
törətdiyi Azərbaycan ərazilərindən biri Qarabağ bölgəsi ol
muşdur. Təbii ki, bu hərəkətlərin çoxu cinayət xarakteri daşı
mışdır. Sənəd və materialların nəzərdən keçirilməsi bir daha
təsdiq edir ki, Qarabağ ətrafında gedən söhbətlər həm 1918-ci
ildə, həm də sonrakı illərdə erməni liderlərinin separatçı hə
rəkətləri nəticəsində kəskinləşmiş və hər dəfə də Azərbaycan
tərəfinin dərindən düşünülmüş tədbirləri ilə nizama salınmış
dı. Erməni daşnakları isə bütün hallarda bu diyarın azərbay
canlı sakinlərini qan dəryasında boğmağa cəhd göstərmişlər.
142
Ermənilərin bu bölgədə azərbaycanlılara qarşı düşmənçi-
ik siyasəti 1905-1907-ci illər erməni-azərbaycanlı münaqişəsi
zamanı özünü aydın şəkildə göstərmişdi. Lakin onların «ki
çik Ermənistan» adlandırdıqları Qarabağ torpaqlarına ilk açıq
iddiaları Rusiyada çarizmin devrilməsindən sonra başlamışdı.
Əvvəlcə fevral inqilabı, sonra oktyabr çevrilişindən erməni
lər öz ərazi iddiaları üçün məharətlə istifadə etmişdilər. Cəl
lad Andronikin bu əraziyə gəlməsi ilə ermənilərin hərəkatı
daha azğın xarakter almışdı. «Daşnaksütyun» təşkilatının bu
illər ərzində güddüyü başlıca məqsədlərdən biri Qarabağın
mühüm strateji mərkəzlərindən olan Şuşada erməni bayrağını
ucaltmaq idi. Lakin həmin dövrdə erməni millətçiləri nə qədər
cidd-cəhd göstərsələr də, şuşalılar onlara qarşı mərdanəliklə
dayanmış, bütün vasitələrlə daşnakların öz çirkin məqsədlərini
həyata keçirmələrinə imkan verməmişdilər.
CƏBRAYIL-QARYAGİN - tarixi mənbələrə görə, 1905-ci i
iyun ayının 13-dən Gəncə quberniyasının Cəbrayıl-Qaryagin
(indiki Füzuli) bölgəsində ermənilərin azərbaycanlılara qarşı
silahlı çıxışları başlamışdır.
Eləmin gün iki nəfər silahlı «Daşnaksütyun» əsgəri Qacar
kəndinin sakini Əhməd Kərbəlayı Qasım oğlunun evinə gəlib
müsəlman camaatını iyun ayının 16-da məşhur Ağoğlan mo
nastırına dəvət edir. Deyilən vaxt Ağoğlana yığılan ermənilər
və azərbaycanlılar qarşısında üç nəfər daşnak natiq çıxış edə
rək azərbaycanlıları dilə tutur ki, hökumətə qarşı iğtişaşlarda
birgə hərəkət etsinlər. Azərbaycanlılar isə bu çağırışa qəti eti
razlarını bildirirlər. Bu zaman natiqlərdən biri onları hədələyir
ki, «hərgah yığıncaqda danışılan sözləri müsəlmanlar qəbul
etməsə, «Daşnaksütyun»un cəza qoşunu tərəfindən böyük
təhlükələrə tuş gələcəklər».
EHəmin yığıncaqdan sonra erməni millətçilərinin söylədiyi
bəla öncə Şuşanın üzərinə çökdü. İğtişaş axırda Cəbrayıl uyez-
dinə sirayət edib 25 varlı ailədən ibarət olan Divanəli kəndinə
143
gəlib çatdı və həmin kənd erməni quldurlarının qurbanı oldu.
Divanəli qarət edildikdən sonra «Daşnaksütyun»un əsgərləri
tərəfindən od vurulub yandırıldı. Hətta qiymətli dam-daşlar
sökülüb Süst adlı erməni kəndinə daşındı. Divanəli kəndi da-
ğıdılandan sonra Çarpaz (950 evdən ibarət varlı erməni kəndi
idi) erməniləri Veysəlliyə hücum edib oranı da yandırıb viranə
qoydular.
Kədərli VeysəlIi hadisəsindən sonra «Daşnaksütyun»un ter
rorçu dəstələri 150 evdən ibarət Qacar kəndinə hücuma keç
dilər. Bu hücumlara firqənin generalı Sokrat Məlik-Şahnazarov
başçılıq edirdi. Altı saat davam edən süngü və xəncər davasın
da erməni əsgərləri böyük itki verərək geri çəkilməyə məcbur
oldular. M.S.Ordubadi yazır ki, bu döyüşdə 55 ev qarət edilib
yandırıldı. Bu vaxt erməni terrorçuları müsəlman qadınlarını
əsir almaq fikri ilə azərbaycanlıların sədlərinə ümumi hücuma
başladılar. Lakin müsəlmanların müdafiəsinə qarşı dura bil
məyib ağır tələfatla yenidən geri çəkildilər. Qacar hadisələri
zamanı azərbaycanlılardan 12 nəfər öldürülmüş, döyüş mey
danında 150 meyit qalmış, ermənilərdən isə 200-ə qədər ya
ralanıb həlak olmuşdu. Bu müharibədə müsəlmanların malına-
mülkünə dəyən zərər 90 mini ötmüşdü.
Cəbrayıl və Qaryagin uyezdinin son hadisələrini qələmə
alan M.S.Ordubadi öncə ermənilərin riyakarlığını açıb göstə
rir, bəd niyyətlərini ifşa edirdi. O yazırdı ki, Bakı faciəsindən
sonra bu bölgədə ermənilərlə müsəlmanlar arasında mehriban
bir münasibət yaranmışdı. Lakin bütün bunlar zahiri bir mə
həbbət imiş. Əslində isə erməni təxribatçıları azərbaycanlılar
yaşayan kəndlərin dağıdılıb yandırılması, qadınların əsarətə
alınması barədə planlar üzərində düşünürdülər. Şuşa şəhərinin
əvvəlinci faciəsindən sonra əslən şuşalı olan Mürsəl Hacıqulu
oğlu Qaryagində Qarabulaq bazarında qonaqlıq edib məhəlli
hökumət məmurlarını, bir çox əyan və tacir qismindən də də
vət etmişdi. O cümlədən İsfəndiyar bəy Vəzirov və Ağabəy İş-
144
xanov da dəvət edilmişdi. Ağabəy erməni süvari olaraq həmin
qonaqlıqda görünmür. Şübhədə qalan azərbaycanlılar şəhərə
teleqramlar vururlar. Oradan cavab gəlir ki, Şuşada azərbay
canlılarla ermənilər arasında qızğın müharibə gedir. Ermənilə
rin hərbi qüvvələrinə həmin Ağabəy İşxanov başçılıq edir. Bu
xəbəri eşidən müsəlmanlar Şeyxməli kəndinə yığışırlar.
Bu kənd ətrafında sübhdən axşama dörd saat qalana qədər
qanlı vuruşma gedir. Azərbaycanlıların həmlələrinə davam gə
tirə bilməyən ermənilər Düdükçü kəndində toplaşırlar. Onları
təqib edən azərbaycanlılar daşnak əsgərlərini buradan vurub
çıxarırlar. Ermənilərin komandiri Ağabəy İşxanov isə əsir tutu
lur. Bundan sonra «Daşnaksütyun»un əsgərləri Çəmənli kən
dinə hücuma keçirlər. Evləri yandırıb qarət edir, qadınlara,
uşaqlara, yaşlılara aman vermirlər. Lakin azərbaycanlıların
müqavimətinə dözməyib ağır vəziyyətə salınan ermənilər Na-
xulu kəndinə çəkilməyə məcbur olurlar. Müharibənin ertəsi
günü onlar yenidən Ağbulaq adlı erməni kəndinə toplaşıb Çə
mənliyə hücum etməyə hazırlaşırlar. Müsəlmanlar bu xəbəri
alınca xüsusi nizamla döyüşə atılırlar.
Ağbulaq müharibəsinin səhəri ermənilər 250 evdən ibarət
Xırmancıq adlı erməni kəndinə yığılıb hər tərəfdən könüllü
əsgər toplayır və qüvvələrini 2.500-ə qədər artırırlar. Qızğın
döyüşlər nəticəsində azərbaycanlılar kəndi erməni əsgərlərin
dən təmizləyirlər. Bu hadisələr zamanı Cəbrayıl və Qaryagin
qəzalarında azərbaycanlıların VeysəlIi və Divanəli kəndləri
dağıdılır. Qışlaq, Məzrə kəndləri də erməni hücumlarına mə
ruz qalır, qarət edilib yandırılır.
1918-ci il və 1919-cu ilin əvvəllərində Cəbrayıl qəzası
daha çox erməni təzyiqlərinə məruz qalan qəzalardan biri idi.
Dekabrın 2-də erməni silahlı quldur dəstəsi Aşıq Məlikli
kəndini yandırmış, kənd əhalisinin əmlakını talan etmiş, mal-
qarasını dəstə üzvləri arasında bölmüşdü. Elə həmin gün er
mənilər Xolaflı, Totor, Şıxlar kəndlərinə də hücum etmiş, ev
---------------------
145
---------------------
lərə od vurmuş, mal-heyvanlarını məhv etmişdilər. Dekabrın
5-də Qaragöylü kəndinə basqın edilmiş, kənd sakinlərinə külli
miqdarda ziyan vurulmuşdu. Dekabrın 7-də Arış kəndi belə bir
hücuma məruz qalmışdı. Həmin ayın 18-də Sirik kəndi dağı
dılmış və yandırılmışdı. 1919-cu il fevralın 27-də Ağcakənd,
Bələnlər və Mülkədarlı kəndlərinin erməniləri ikinci dəfə bura
hücum etmişdilər. 1918-ci ilin sonları və 1919-cu ilin əvvəl
lərində Cəbrayıl qəzasında erməni silahlı quldur dəstələri
azərbaycanlılar yaşayan Eyvazlı, Dolanlar, Şıxlar, M əlikli və
başqa kəndləri də qarət edərək viran qoymuşdular. Bu qəzada
azərbaycanlılara vurulan maddi ziyan on milyonlarla manata
bərabər idi.
ŞUŞA - Qarabağ ermənilərinin ən ümdə arzusu Şuşa qala
sını ələ keçirmək idi. Ona görə də 1905-ci ildə Şuşa ən qaynar
nöqtələrdən birinə çevrilmişdi. Şahidlərin ifadələrinə görə, iğ
tişaşlar zamanı ən böyük qırğın bu şəhərdə baş vermişdi.
Avqust ayının 16-da ermənilərin qəflətən təşkil etdikləri
hücumlara şuşalılar, əslində, hazır deyildilər. Onlar buna heç
əvvəldən inana bilmirdilər. M.M.Nəvvab 1905-1906-cı illərdə
Şuşa şəhərində baş verən qırğınlar barədə yazırdı: «Tuğ, Tağ,
Dağdağan, Mirikənd, Harov və digər ətraf kəndlərin ermənilə
ri cəm olub belə qərara gəlirlər ki, qalanı (yəni Şuşa qalasını)
asanlıqla ələ keçirmək üçün əvvəlcə ətraf kəndlərdə yaşayan
müsəlmanları erməni hücumları ilə təngə gətirib bir qismi
ni qırmaq, digər qismini isə qaçırmaq lazımdır. Kəndlərdən
müsəlmanları təmizlədikdən sonra buralar xalis «Hayastan tor
pağına» çevriləcək».
Avqustun 16-dək ermənilər kütləvi şəkildə olmasa da, azər
baycanlılara qarşı terror hadisələri törətmişlər. Şuşa qəzasın
da Vəng kəndinin 300-dən çox erməni qulduru yaxınlıqdan
keçən karvana basqın etmişdi: tacirlər öldürülmüş, əmlakları
talanmışdı.
146
Lakin 1905-ci il avqustun 16-da Şuşada baş verən hadisələr
erməni xəyanətini və riyakarlığını bir daha sübut etdi. Həmin
gün müsəlman hissəsinə bitişik erməni məzarıstanında kazak-
lar bir nəfər ermənini qətlə yetirirlər. Daşnaklar bunun güna
hını müsəlmanların üzərinə yıxır və şəhərdə iğtişaş törətməyə
başlayırlar. Birinci gün erməni məhəlləsinə qonşu olan Köçərli
məhəlləsinə hücum olur. Onlar 8 evi yandırıb sakinlərini gül-
lələyirlər. Xəlfəli məhəlləsində daha 10 ev yandırılıb sakinləri
qətlə yetirilir. İğtişaşın ilk günləri müsəlmanlar çaşqınlıq içində
yalnız özlərini müdafiə edirdilər. Ermənilər evlərdə, həyətlər
də ələ keçən azərbaycanlıları odlu və soyuq silahla yerindəcə
öldürürdülər.
18 avqust hadisələri zamanı Şuşada dəhşətli faciələr baş
verdi. Erməni quldur dəstələri məhəllə-məhəllə gəzib müsəl
man evlərinə, mülklərinə od vurur, dükanları qarət edib dağı
dırdılar. Nəhayət, müsəlman könüllüləri həmin gün güc gəlib
erməni hissələrinin qarşısını alırlar. Avqustun 19-da azərbay
canlılar qüvvələrini səfərbər edib yenidən erməni separatçıla
rına qarşı qəti hücuma keçirlər və erməni könüllüləri müqavi
mətə dözməyib geri çəkilirlər. Avqustun 20-də müsəlmanların
sakit olduğunu görən erməni millətçiləri yeni təxribatlar, qətl
lər törətməkdə davam edirlər. Sabahı gün «Daşnaksütyun»un
əsgərləri Realm məktəbi təmir edən 17 iranlı fəhlənin başlarını
kəsirlər.
Bu münaqişələrdə azərbaycanlıların 20 evi, çoxlu dükan
ları dağıdılmış, soxsaylı dinc sakinlər həlak olumşdu. Malı
bəyli kəndi talan edilmiş, Xankəndidə kazakların gözləri
qarşısında qadınlar və uşaqlar qılıncdan keçirilmiş, doktor
K.Mehmandarovun və azərbaycanlılardan ibarət silahlı dəs
təyə başçılıq edən Nəcəfqulu ağa Cavanşirin malikanələri
yandırılmışdı.
Şuşa qəzasında qanlı hadisələr bununla sona yetməmişdir.
Erməni-azərbaycanlı münaqişələri dövründə burada general-
147
qubernatorlar dəfələrlə dəyişdirilmişdi. Baş verən hadisələr
dövründə sonuncu general-qubernator Qoloşşapov olmuşdur.
M.S.Ordubadi yazırdı ki, Qoloşşapov yalnız zahirən sadə və
təvazökar görünürdü. Əslində isə o, tamahkar, məkrli, müftə-
xor, başqalarının hesabına varlanmış bir şəxs idi. Ermənilərin
xahiş və şikayətlərinə həmişə diqqətlə yanaşır, azərbaycanlı
ları cərimələyir, cəzalandırırdı. Halbuki hər baş verən mənfi
halları, hətta qətlləri də ermənilər törədirdilər.
Qoloşşapov geri çağırılandan sonra yerinə Alftan təyin edil
mişdi. General Alftan isə hər iki tərəfi bir gözlə gördüyündən
bəzi yerlərdə vəhşilik edən erməniləri cərimə edir, hətta cəza
da verirdi. Erməni millətinə isə belə bir adam qətiyyən sərf
etmədiyindən daşnaklar hiylələrə əl ataraq onu hakimiyyət
nümayəndələrinin gözündən salırlar və o, buradan uzaqlaş
dırılır. Qoloşşapov ikinci dəfə Şuşaya gəldiyi gün dörd nəfər
müsəlman bağdan meyvə apardıqları vaxt daşnaklar tərəfin
dən Əsgəranda öldürülür.
General Qoloşşapovun müsəlmanlara iblis münasibətini bi
lən ermənilər hər an bir bəhanə axtarırdılar ki, onu müsəl
manların üstünə qaldırsınlar. Nəhayət, 1906-cı il iyulun 12-də
ermənilər bir neçə gün əvvəl öz əcəli ilə ölmüş həmvətənlə
rini generala göstərərək bildirirlər ki, bu adam azərbaycanlılar
tərəfindən qətlə yetirilmişdir. General fikirləşmədən Köçərli
məhəlləsinə artilleriya atəşi açılması barədə əmr verir. Həmin
gün bir tərəfdən kazak dəstələri və piyada rus qoşunu, di
gər tərəfdən ətraf kəndlərdən yığılmış 10 minə yaxın erməni
könüllüləri, silahlı nizami əsgərlər və qaçaqlar azərbaycanlı
məhəllələrinə doğru hücuma keçirlər. Nəticədə beş gün ərzin
də şəhərin erməni hissəsi ilə sərhəddə olan bütün müsəlman
evləri top atəşləri ilə dağıdılır və yandırılır. Azğınlaşmış qul
durlar südəmər körpələri elə beşiklə birlikdə yandırır, uşaqları
analarının əllərindən alıb başlarını daşa çırpırdılar. Bu qətli-
amda iştirak etməkdən boyun qaçırmış ermənilər «Daşnak-
sütyun» terror təşkilatının hökmü ilə edam olunmuşlar.
148
M.M.Nəvvabın yazdığına görə, Köçərli məhəlləsində mər
hum şahzadə Bəhmən Mirzəyə mənsub olan, sonra oğlanla
rı və ailəsi yaşadığı ev də Qoloşşapovun fitvası ilə birləşmiş
erməni-rus quldur dəstələri tərəfindən yandırılır. Lakin azər
baycanlılar bu döyüşdə də mətinlik göstərərək erməniləri ev
lərinə, kazakları isə qərargahlarına qədər qovurlar. Qarşı tərəf
böyük itkiyə məruz qalır. Vəziyyəti belə görən general Qoloş-
şapov şəhərdə olan bütün rus qüvvələrini döyüşə daxil etmək
barədə əmr verir. Döyüşlərin beşinci günündə azərbaycan
lıların üzərinə qəti hücumlar başlanır. Lakin müsəlmanların
qalib gəldiyini görən general vuruşmanın altıncı günü - iyulun
18-də hər iki tərəfdən vəkil götürüb şəhərin azərbaycanlı his
səsinə gələrək barışıq elan edir.
1917-ci ildə Rusiyada olan dövlət çevrilişindən sonra lazı
mi qədər silah əldə etmiş erməni quldurları azərbaycanlılara
qarşı özlərini daha həyasızcasına aparmağa başlayırlar. «Daş-
naksütyun» partiyası üstünlük əldə etmək üçün müsəlmanlar
arasında sinfi mübarizəni qızışdırırdı. Nəticədə bir çox azər
baycanlı mülkədarların, o cümlədən Fərrux bəy Vəzirovun
zəngin və nümunəvi mülkü dağıdıldı.
Bu ərəfədə Andronik üç dəfə Zabuğ dərəsindən keçərək
Qarabağın mərkəzi Şuşa şəhərini tutmağa təşəbbüs edir. Lakin
onun hücumları yerli müsəlman əhali tərəfindən dəf edilir.
Hər dəfə qanlı döyüşlərdə Andronik böyük itki verərək geri
çəkilməyə məcbur olur.
Hər tərəfdən erməni əhatəsində olan Şuşanın vəziyyəti çox
ağır idi. Əhalisinin əksəriyyəti azərbaycanlı olan Şuşa və ətraf
dakı bir neçə müsəlman kəndi 173 erməni kəndi tərəfindən
üzük qaşı kimi əhatəyə alınmışdı. Bura gedən yolların erməni
lər tərəfindən kəsilməsi nəticəsində 8 ay, yəni türklər gələnə
dək Şuşa şəhəri və dağ zonasındakı azərbaycanlı kəndlərində
ki azərbaycanlı əhalinin vəziyyəti həqiqətən faciəli olmuşdu.
149
Şahidlərin ifadələrinə görə, 1918-ci ilin dekabrında ermə
nilər ikinci polis sahəsinə daxil olan Qoqo kəndinin azərbay
canlılar yaşayan 55 evdən ibarət xanimanlıqlarım dağıdır və
yandırırlar. Mülkədar Cavanşirin malikanəsi də dağıdılıb yan
dırılır, ailə üzvləri, xidmətçiləri qətlə yetirilir.
Ermənilər Tuğ kəndinin azərbaycanlılara məxsus hissəsini
də dağıdırlar. Hətta 1919-cu ilin mayına qədər həmin kəndin
əhalisi əsir kimi saxlanılmış, onlardan ermənilərin hakimiyyə
tinə tabe olmaq tələb edilmişdir. 1918-ci ilin payızında ermə
nilər 33 evdən ibarət Salakətin kəndini viran qoymuşlar. Elə
həmin vaxtlarda Şıxınlı, Kövşatlı, Divanlılar və Çaraküz kənd
ləri də tamamilə yandırılmışdı. 1918-ci ilin yayında ermənilər
Pərioğlular kəndi yaxınlığında köçəri alaçıqlarına hücum edə
rək onları qarət etmiş, Zarıslı kəndinə məxsus 300-dən yuxarı
mal-qaram aparmışlar. Bundan başqa, Molla Nəsrəddin yolun
da Şuşadan Cəbrayıla un dalınca getmiş 12 nəfər azərbaycan
lını qətlə yetirmişlər. Təkli kəndinin əhalisinin 700-dən yuxarı
qoyun olan sürüsü quldur dəstələrinə paylanmışdı. 1919-cu
il martın 9-da ermənilər Şuşa şəhərinə yaxın şose yolunda 4
nəfər azərbaycanlı əsgəri güllələmişlər. 1918-ci ilin avqustun
da ermənilər Atmazlı, Keştmazlı və Qazanlı kəndlərini talan
etmiş, 240 ailədən ibarət Gülablı kəndini dağıtmışlar. Ermə
nilər Xıdırlı kənd icmasına məxsus çoxlu mal-qaranı aparmış
lar. Bundan başqa, Mərzili kəndinin azərbaycanlı əhalisini öz
ata-baba ocaqlarını tərk etməyə məcbur etmişlər. 1918-ci ilin
• martında quldur dəstələri Sokrat Məlik-Şahnazarovun başçılığı
ilə Abdal kəndini dağıtmışlar. Həmin ilin avqustunda Qara
dağlı, Xocavənd kəndlərini qarət etmişlər. Onlar Xocalı kən
dində də azərbaycanlı əhalini öz yerlərini tərk etməyə məcbur
etmişlər. Məlumatdan görünür ki, bu hadisələr zamanı, sadə
hesablamalara görə, qəzanın Azərbaycan əhalisinin çəkdiyi
zərər 100 milyon manatdan çox olmuşdu.-Öldürülənlər üzə
rində ağlagəlməz vəhşiliklər edilmişdi.
150
Ermənilərin bütün pozuculuq hərəkətlərinə baxmayaraq,
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və müvəqqə
ti general-qubernator X.Sultanovun ciddi səyləri nəticəsində
1919- cu il avqustun sonlarında Azərbaycan hökuməti ilə Qa
rabağ Erməni M illi Şurası arasında deklarasiya imzalanır. Bu
deklarasiya ilə Qarabağ erməniləri Azərbaycan hökumətinin
hakimiyyətini tanıyır. Azərbaycan hökuməti isə onlara mədəni
milli muxtariyyət hüququ verir.
Lakin bununla belə, sülhü qəbul etməyən erməni ideoloq
ları «Ararat Respublikası» hökumətinin gizli tapşırıqlarını hə
yata keçirmək üçün yollar axtarır, yeni çaxnaşmalara hazırlaşır
və bunun üçün fürsət gözləyirlər. Ermənilərin belə bir çıxışı
1920- ci il mart ayının 22-də Novruz bayramı günü baş verir.
Həmin gün Şuşa şəhəri, Şuşa qəzası və onunla qonşu olan
digər qəzalarda eyni vaxtda ermənilər qiyam qaldırırlar. Mart
ayının 23-də bütün günü şəhərdə atışma gedir, gün batana
yaxın qiyamçılar Azərbaycan ordu hissələri qarşısında dayana
bilməyərək şəhəri tərk etməyə məcbur olurlar. Ermənilər eyni
vaxtda Xankəndiyə də hücumlar edirlər. Onların da hücumları
dəf olunur. Yalnız Əsgəran qalasına hücum edən ermənilər
qeyri-bərabər döyüşdə azərbaycanlı əsgərləri oradan çıxarır,
qalanı ələ keçirirlər. Bu hadisələr haqqında daxili işlər naziri
Mustafa bəy Vəkilov öz məruzəsində qeyd edirdi ki, erməni
lər bu vuruşa başlamaq üçün böyük hazırlıq işləri görmüşlər.
Ümumi bir xəbərdarlıq siqnalı da olmuşdur. Şuşa şəhərinin
yaxınlığındakı Şuşa kəndində atılan top atəşi ilə verilən xəbər
darlıq üzrə Şuşa qəzası kəndləri ilə yanaşı, Qarabağın Cavan
şir və Zəngəzur qəzalarında da erməni əhalisi qiyam etmişdi.
Əlbəttə, bu qiyam nə qədər böyük bir miqyasda hazırlansa da,
onların hücumları dəf edilmişdir.
CAVANŞİR - «Daşnaksütyun» üzvlərinin Cavanşir qəzasın
da törətdikləri qırğınların əsas səbəbi bu ərazilərdə yaşayan
azərbaycanlıları yurdlarından qovub, həmin yerlərə erməni
151
ləri köçürmək idi. Bu məqsədlə onlar Tərtər və Xaçın dai
rələrindəki kəndləri dağıdaraq Gəncədən Şuşaya qədər şose
yolu çəkmək qərarına gəlmişdilər. «Daşnaksütyun» komitəsi
həmin yolun çəkilməsi üçün 60 min manat pul da ayırmışdı.
O dövrdə Cavanşir uyezdi üç polis sahəsinə bölünərək idarə
olunurdu. Birinci və ikinci sahələrdə Həsənqaya, Sərv, Ya
rımca, Sistula, Kaxrılar kəndlərindən başqa yerdə qalan kənd
lər azərbaycanlılara məxsus idi. Üçüncü sahə isə Dağbasar
kəndlərindən ibarət olub, əsasən varlı və sərvət sahibi olan
ermənilərin əlində idi. Bu sahədə azərbaycanlıların yaşadıqla
rı Dəmirli, Hacıqərvənd, Çıraqlı, Umudlu, İmarət Qərvənd,
Xaçın çayı boyunca Şaxavənd, Köynəpay, Əliağalı, Sırxavənd,
İsmayıIbəyli kimi dağlıq kəndləri var idi ki, onlara da Kolanılar
deyilirdi. Ermənilərin xəfiyyə cəmiyyəti çalışırdı ki, bu kənd
ləri ələ keçirsin. Çünki onlara elə bir yol lazım idi ki, İrəvan,
Şuşa, Zəngəzur və Gəncə erməniləri bir-biri ilə daim əlaqədə
ola bilsinlər. M.S.Ordubadi yazırdı ki, daşnaklar azərbaycanlı
kəndlərinə ciddi zərbələr vurmaq üçün hər an tədarükdə idi
lər.
1905-ci il sentyabrın 26-da odlu silah daşıyan bir dəstə
«Daşnaksütyun» vəhşiləri Əsəd adlı bir müsəlmanı öldürür.
Bu xəbər camaata çox pis təsir bağışlayır. Belə ki, həmin gün
ermənilərdən bir neçə yük barıt, bomba, tüfəng və İsveçrə
dən göndərilmiş odlu silahlar müsadirə olunur. İstintaq zamanı
müəyyən edilir ki, içi bomba və barıtla dolu iki yeşik sursat
kənd müəllimləri Andriyans, Mirzəyans və Sabah Sahakyans
adlı şəxslərə yetişməli imiş. Bu hadisədən bir neçə gün sonra
«Daşnaksütyun»un firqə üzvləri Hacıqərvənd kəndinin sakini
Hümmət bəy Paşabəyoğlunu əsir edib aparır və vəhşicəsinə
qətlə yetirirlər. Eyni vaxtda Sırxavənd kəndindən meşəyə get
miş Abbasqulu və İman Həsənxan oğlu ermənilər tərəfindən
öldürülür, başları kəsilir, meyitləri isə yandırılır. Bu vəhşilikləri
cavabsız görən separatçılar 1905-ci il oktyabrın 3-də şeypur
152
sədaları altında 400 nəfərdən yuxarı erməni atlıları ilə xalqı
mızın qəddar düşməni Amazaspın başçılığı altında Sırxavənd
kəndinə hücuma keçirlər. Bu yürüşdən qorxuya düşən kənd
əhalisi meşələrə qaçanda quldur ermənilər tərəfindən qətlə
yetirilir. Az bir zamanda Sırxavənd kəndi «islam cəsədləri» ilə
dolur. Ondan sonra Sırxavəndə qonşu olan Əliağalı kəndləri
talan edilib dağıdılır. Məşhur mülkədar İsmayıl bəy və Cavad
ağa Cavanşirin imarətləri də qarətdən sonra yandırılır. Vəh
şilər südəmər uşaqları beşiyində odlayır, bəzən də anaların
qucağından alıb divarlara çırparaq parça-parça edib süngülərə
keçirirlər.
Əhvalatdan bir gün sonra bu ağrılı xəbər Tərtər qəsəbəsinə
yetişir. General Taqaşvili sülh üçün iddiaçı olan millətləri Tər
tərə dəvət etsə də, azərbaycanlılardan başqa ora heç kəs ayaq
basmır. «Daşnaksütyun» orduları həmin il noyabrın 22-də Ma-
dagiz, Çaylı, Namis və digər erməni kəndləri könüllülərinin
köməyi ilə Dəmirli kəndini mühasirəyə alırlar. Sonra kəndin
imarətləri atəşə tutulur.
Separatçı quldur birləşmələrinə müqavimət göstərmək üçün
Cavanşir qəzasının müsəlmanları şura çağırıb tədbirlər görmək,
müdafiədən hücuma keçib erməniləri qovmağı təklif edirlər.
Lakin çox təəssüflər olsun ki, Cavanşir bəyləri həmin şuranın
işinə mane olur, təkliflərini qəbul etmirlər. Bu da noyabrın
31-də Hacıqərvənd və Çıraqlı kəndlərinin faciələri ilə nəticə
lənir. Həmin kəndlərin camaatı Pürxud kəndinə çəkilir. Ermə
nilər bu kəndi də qarət edib yandırırlar. Oktyabr ayının 3-dən
dekabr ayına qədər Dəmirli, Çıraqlı, Hacıqərvənd və Pürxud
kəndləri yanıb qurtarır. Bu vaxt Tərtər dərəsində Umudlu
kəndindən başqa bir müsəlman kəndi qalmamışdı. Ona görə
də kənd camaatı Pivovarovdan mühafizə üçün kömək istəiyr
ki, buradan köçüb getsinlər. Qəza rəisi müxtəlif bəhanələrlə
azərbaycanlıların bu müraciətinə də baxmır. Umudlu camaatı
1905-ci il dekabrın 26-da qiymətli əşyalarını arabalara yüklə
153
yib, sürülərini də götürüb kəndi tərk edir. Lakin yolda erməni
hiyləsinə düçar olurlar. Vəhşilər bu insanları da qəddarcasına
qətlə yetirirlər. Qarışıqlıqda həmin gecə insan sallaqxanasın
dan yalnız 30 nəfər sağ qurtara bilir.
M.S.Ordubadi özünün «Qanlı illər» əsərində yazırdı: «Bə
şər tarixinə nəzər salsaq görərik ki, indiyə qədər heç bir xalq
qadın tayfasına bu qədər cəfa etməmişdir ki, ermənilər Umud
lu camaatına etdilər. Bir ananın qabağında 3-4 balasını qurban
edib, balalar əl-ayaq çaldıqda ananı gözləri yaş ilə dolu bir
halda bihörmət etmək insafdırmı?! Budurmu erməni mədəniy
yəti?! Bu xəbis rəftarla istiqlaliyyət həvəsində olan bir millətin
axırı nə olacaqdır, xəyalındayam. 150-yə qədər övrət və kişini
doğrayıb, bir-biri üstə qalayıb atəş ilə yaxmaq mədəniyyətli
bir millətə yaraşandımı?.. Bircə Cavanşirdə olan məzlumiyyət
layiqincə yazılsa idi, islamların məzlumiyyətini isbat üçün ki
fayət edərdi».
Erməni daşnakları 1906-cı il yanvarın birinci günü Amazas-
pın rəhbərliyi ilə Papravəndə hücum edirlər. Lakin burada on
lar biabırcasına məğlubiyyətə uğrayırlar.
1917-ci ilin dekabrından başlayaraq Kolanlı icmasına da
xil olan kəndlər ermənilər tərəfindən, demək olar ki, tamami
lə dağıdılmışdı. Daşnak quldur dəstələri həmin azərbaycanlı
kəndlərində basqınlar törətmiş, onlardan Ermənistan Respub
likasına tabe olmağı tələb etmişlər. Hətta azərbaycanlılardan
zorla vergi toplamışlar. Həmin kəndlərin əhalisinin bu cür kölə
vəziyyəti bir çox aylar, bəzi kəndlərdə isə hətta 1918-ci ilin
sentyabr-dekabr aylarına qədər davam etmişdi. Nəhayət, ermə
nilərin əlindən cana doymuş həmin kəndlərin əhalisi qərara
gəlmişlər ki, nə yolla olursa-olsun erməni quldur dəstələrinin
əhatəsini yarıb arandakı azərbaycanlı kəndlərinə getməlidir
lər. Onlar bu əməliyyatı həqiqətən dəhşətli tələfatlar hesabına
həyata keçirə bildilər. Qaçqın kəndlilərin çoxu - xüsusilə qa
dınlar və uşaqlar soyuqdan, aclıqdan və xəstəlikdən yollarda
154
məhv olmuş, qaça bilməyənlər - xəstə, qoca və hətta əlillər
belə qəddarcasına güllələnmiş, xəncərlə doğranmışlar.
Toqquşmalar zamanı bir neçə kənd camaatı (İmarət Qər
vənd, Umudlu) ermənilərin təqibindən yaxa qurtarmaq üçün
hətta qarlı Murov dağının keçilməz yollarına üz tutmuş və
daha çox itki vermişdi. Ermənilərin həyasızlığı o yerə çatmış
dı ki, 1918-ci ilin yaz və yay aylarında Cavanşir qəzasının
düzənlik hissəsinin müsəlman əhalisinə qarşı da zorakılıq tət
biq edilmişdi. Ermənilər Tərtər çayının qabağını kəsərək başqa
istiqamətə yönəldir və qəzanın aran kəndlərinin əkinlərini su
suz qoyaraq onlara böyük zərər vururdular. İş o yerə çatmışdı
ki, aran kəndlərində içməli su belə yox idi.
Fövqəladə Təhqiqat Komissiyasına təqdim olunmuş araşdır
malara və onların əsasında tərtib edilmiş aktlara görə Cavanşir
qəzasında ermənilərin müsəlman əhaliyə vurduğu zərər on
larca milyon manata bərabər olmuşdur.
Dostları ilə paylaş: |