Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə38/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   34   35   36   37   38   39   40   41   ...   99
07.10.2011
DAMCILIDAN GƏLƏN SƏSLƏR
  Mənə elə gəlir ki, Vətən sevdası, yovşan iyi verən yurd sevgisi, ocağa 
bağlılıq  kənddən  başlayır,  çünki  kənddə  yad  dildə  danışmırlar,  insan 
doğulub beşiyə qoyulandan sonra anası hansı dildə ona pıçıldayırsa, uşaq 
da o dilin şirinliyini, odunu, közünü havayla birgə ciyərlərinə çəkir. Bu 
dilin sehri körpənin qanına işləyir, ruhuna çökür. Kənddə daha çox mil-
lilik, şifahi ədəbiyyatımızın inciləri analarımızın beşik başında söylədiyi 
laylalardan,  nənnini  yellədə-yellədə,  yırğalaya-yırğalaya  dilinin  ucuna 
düz düyü ninnilərdən ürəyimizə süzülür və qəlbimizin ən dərin guşələrində 
ocaq  çatır,  köz  bağlayır.  Hələ  körpə  ikən  damarımızda  dövran  edən 
qanımızda  şimşəklərtək  çaxır,  ağlımızın,  ruhumuzun  buzlaşmaması  üçün 
bizə daim od-atəş verir. Elə Vətənə bağlılıq da nənələrimizin, adları heç yerdə 
çəkilməyən bu el şairələrimizin canından canımıza adlayır. Onlar təndir sala-


139
sala, ocaq çatıb lavaş yaya-yaya, nehrə çalxaya-çalxaya bal dillərindən süzülən 
bayatıları söz boğçalarında əzizləyə-əzizləyə nəsildən-nəslə bizlərə ötürüblər. 
Bir növ kimliyimizi bu söz incilərilə bizlərə diqqət ediblər. Bax beləcə yaranıb 
inkişaf edib dilimiz, kimliyimiz, sözümüz və özümüz!
Yeri  gəlmişkən,  bunu  qeyd  etmək  yerinə  düşər  ki,  bəzən  ayrı-ayrı 
yazarlarımızdan eşidirik, hansısa şerin misralarında, nəsrin cümlələrində 
müəllif  arxaik  sözlərdən  istifadə  edib.  Çox  hörmətli  həmkarlarımın  nə-
zə ri nə  çatdırmaq  istəyirəm  ki,  hansısa  söz  adamına  tanış  olmayan  ifa-
dəyə  arxaik  damğası  vurmaq  olmaz.  Əksinə,  ayrı-ayrı  bölgələrimizdə 
el  ara sında  işlənən  ifadələri  bədii  ədəbiyyata  gətirmək  dilimizi  zəngin-
ləşdirmək  deməkdir.  Dilimizin  zənginliyini  arxaik  damğasıyla  yaral-
amaq yolverilməzdir. Ola bilsin ki, sözə arxaik damğası vuran müəllifin 
doğulduğu yerdə o sözdən istifadə olunmur. O demək deyil ki, ona tanış 
olmayan söz arxaik sözdür. Bir vaxt Salman Mümtaz kimi ədəbiyyatımızın 
qeyrətini çəkən tədqiqatçılarımız bölgələrimizi qapı-qapı düşüb dilimizin 
zənginliyindən istifadə edərək el arasında işlənən sözlərlə ədəbi dilimizi 
formalaşdırırdılar, onun inkişafı naminə gecə-gündüz, yorulmadan məşğul 
olurdular.  Əbəs  yerə  demirlər  ki,  mütaliə  insanın  dilini  zənginləşdirir, 
bu yolda gözlərinin işığını yağ kimi əridən söz adamının yaratdığı bədii 
ədəbiyyat yurdlarımızın dil şirinliyindən yaranıb və yaranır.
Məhz Vətən hissi, dilə, kökə bağlılıq gül analarımızın, nənələrimizin 
qönçə  dodaqlarından  qəlbimizə  çağlar  çeşmə  kimi  axdıqca  axıb.  Dədə-
lərimizin,  babalarımızın,  atalarımızın  yaratdıqları  əfsanələr,  dastanlar, 
növbənöv  atalar  məsəlləri  bəzilərimizin  “kəndçi”  deyib  yuxarıdan  aşağı 
baxdığımız  bu  canlı,  köklü-köməcli  söz  xiridarlarının  bağrından  qo-
pub,  məhz  bu  gün  şifahi  xalq  ədəbiyyatı  dediyimiz  bu  söz  boğçasının 
yaranması üçün biz elə, elata, yurda, ocağa, onun əsrarəngiz gözəlliklərinə, 
ürəklərimizi  təlatümə  gətirən  və  bizi  bir  maqnit  təki  öz  qoynuna  çəkən 
KƏNDƏ borcluyuq...
Şəhərin  ürək  sıxan  səs-küyü,  sıxlığı,  soyuqluğu,  öz  kökünə,  soyuna 
yadlaşma diktəsi bizləri bir qədər dərinə varmağa, özümüzdən qopmamağa 
çağırır.  Milli  mənlik,  qürur,  ləyaqət  hissini  itirməməyi  bizlərə  aşılayır. 
Asfaltın  qışda  bumbuz,  yayda  can  yandıran  istisi  insanda  necə  torpaq, 
ocaq sevgisi yarada bilər? Əgər analarımızın çatdığı o ocaqlarımız yox-
dursa?.. Bütün günü internet çatlarında özündən uzaqlaşmağa ayaq döyən 
bəzi  dırnaqarası  vətənpərvərlər  avropalılar  kimi  dəyişmək,  yeniləşmək 


140
istəyirlər. Avropalılar isə, əksinə, bu cür düşüncə sahiblərini mədələrində 
həzm etmək istəyirlər. Vətəndən yazmağı, Vətəni vəsf etməyi özlərinə ar 
bilən  bu  dırnaqarası  bahadurlara  deyəsən  anaları  beşik  başında  layla  da 
çalmayıb, əgər çalmış olsaydı içlərində bir Vətən hissi oyanmış olardı...
Bəlkə də bu yaxınlarda televiziya kanallarının birində şair həmkarımın 
“Mən  Müdafiə  Nazirliyində  işləmirəm  ki,  Vətən  haqda  şeir  yazım” 
deməsi  məni  dəhşətli  dərəcədə  çalxalamasaydı,  mən  Əli  Rza  Xələflinin 
yenicə  çapdan  çıxmış  “Damcılı”  kitabına  üz  tutub  bu  poema  haqqında 
söz deməyə ehtiyac duymayacaqdım, çünki düşünürdüm ki, kitabda əsər 
barədə həmkarlarım gen-bol sözlər deyiblər. Bir anlıq mənə elə gəldi ki, 
biz  kifayət  qədər Vətən  haqqında  yazılan  bədii  ədəbiyyat  nümunələrinə 
diqqət  kəsilmirik.  Onları  az  təbliğ  edirik,  başımıza  gələn  yurdla  bağlı 
müsibətlər bizə görk olmur ki, olmur. Ona görə bəzi gənclər arasında yurda 
biganəlik, başqa xalqların, millətlərin əsirinə çevrilmək, onlara can-dildən 
pərəstiş etmək kimi dəhşətli fikirlər mətbuat aləmində baş alıb gedir. Vətən 
məhəbbəti  mənlik  hissindən  cilalanır.  Mənlik  hissi  olmayan  adamların 
Vətən  sevgisi  olmaz,  çünki  biz  hamımız  Allahın  bəndəsiyik.  Allah  öz 
yaratdığı bəndələri fərqliliyinə görə dil, din məsələsində bir-birindən üstün 
tutmayıb. Mənliyi olan adam heç kimə alçalmaz və heç kimin qarşısında 
yaltaqlıq etməz, qul olmaz. Qul üçün fərqi yoxdur, kimdir onun yiyəsi! 
Sən əgər qul hisslərin əsirisənsə, milli təəssübkeşlik səndə yoxdursa, sən 
necə Vətəni sevə bilərsən? Necə deyərlər, elə mənim də şair həmkarımın 
dilindən qopduğu xətadan yana doğdu bu kitab haqqında yazmaq istəyim. 
İlahi, necə şair, yazıçı olasan, Vətəndən bir kəlmə söz deyə bilməyəsən?.. 
Özü  də  min  bir  yerə  parçalanmış  bizim  doğulduğumuz  Vətəndən!.. 
Deyirlər, qulaq gündə bir təzə söz eşitməsə kar olar...
Nə isə, dəyərli oxucular, sizi çox yormayım, əsas mətləbə qayıdım. Elə 
Əli Rza Xələflinin də “Damcılı” poeması təlatümlü ürəyin insanı riqqətə 
gətirən həzin söz çalarlarıyla şair ruhuna boyanmış yurd dastanıdır.. Əsərin 
lakonik yazılması da onun oxunaqlığını artırır, çünki indi informasiya əsridir. 
İnsanlar şam, neft lampasının işığında mütaliə etmirlər. İndi xəbər çoxluğu 
o  qədərdir  ki,  bu  əsrin  adamları  uzun-uzadı  səhifələnmiş  bədii  əsərləri 
xoşlamırlar, daha doğrusu, mütaliə etməyə səbirləri çatmır. Elə poemanın 
diqqət çəkən məziyyətlərindən biri də odur ki, o qısa və əhatəlidir. Oxucu 
müəllifin müraciət etdiyi bölgə haqqında tam məlumatlana bilir. Vətənin 
hansı  hissəsindən  yazırsan  yaz,  sən  onu  sözün  qüdrətilə  bədiiləşdirə-


141
bədiiləşdirə təbii hisslərlə tarixə köçürürsən. Tarix isə elə ilkin olaraq söz 
sərraflarının ağlından və qələmindən həyatilik qazanır. Başıbəlalı, sinəsi 
azğın  yağılar  tərəfindən  min  bir  yerə  parçalanmış,  sönmüş,  ocaqlarına  su 
calanmış Vətənin qərb hissəsində uca dağlardan üzü aşağı süzülən, qayalar-
dan aram-aram ələnən, göz yaşı kimi dumduru bir bulaqdan söz açır müəllif. 
Qazaxın Daş Salahlı kəndinə toya gedən şairi bulağın qeyri-adiliyi ovsunlayır. 
O da ovsununa düşdüyü Damcılı bulağına gözəl bir poema yazır. Əsərlərinin 
ab-havasıyla  tərbiyələndiyimiz  böyük  Səməd  Vurğunun,  “İdeal”ı  ilə  məni 
hələ  də  heyrətdə  qoymuş  İsa  Hüseynovun  (Muğannanın),  “Dəli  Kürü”  ilə 
qəlbimizdə  özünə  yer  qazanmış  İsmayıl  Şıxlı  kimi  sənətkarların  diyarıdır 
Qazax mahalı. Bu bölgə qurudu, xingalı, qatlaması, yurdcanlılığı, elə bağlılığı, 
istiqanlılığı ilə dillər əzbəridir, məhz Əli Rza Xələfli də qonağı olduğu bu gözəl 
bölgədən söz ovqatını kökləməmiş qayıtmayıb.
Maraqlı və diqqətçəkən cəhət odur ki, müəllif oradakı camaatın Damcılı 
adı verdiyi bulağa əlavə bir ad da qoyub: “Ağlayan gözəl”ə nə gözəl dey-
im, nə gözəl bənzətmə! Qayalardan damcılar şəklində süzülüb gəlib daş 
hovuza tökülən bulağın əsrarəngizliyi şairi ovsunlayıb və könlünü riqqətə 
gətirib.  Şair  təbiətin  rəssam  fırçasıyla  işlədiyi  bu  gözəlliyə  biganə  qala 
bilməyib və onun sözlə çəkdiyi təsvirini belə şeirlə cilalayıb:

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin