ÜRƏYİN HÖKMÜYLƏ YAZILAN MƏKTUB
(“Xalq yazıçı”sı Əkrəm Əylisliyə)
Öncədən sizin diqqətinizə yetirim ki, mən şair-publisist Şirinxanım
Ağabala qızı Kərimbəyli (ŞADİMAN) heç bir siyasi partiyanın üzvü
deyiləm, heç bir təmtəraqlı atributların daşıyıcısı deyiləm, bu yerə qədər
yazdığım və çap etdirdiyim yazılarıma görə heç bir yerdən qonorar
almamışam və buna da ehtiyac duymuram, çünki vaxtında özümə, necə
deyərlər, gün ağladım ki, qələmdən asılı olmayım. Nəyi istəyirlər yox, nəyi
istəyirəm onu yazım. Mənim sizinlə tanışlığım siz “Yazıçı” nəşriyyatında
rəhbər işlədiyiniz 1992-ci ilə təsadüf edir. Mənə dedilər ki, sizə kitabımın
çapı üçün müraciət edim, özümü tematik plana saldırım. Sizinlə mənim
aramda bir dəqiqə söhbət oldu, özümü təqdim edib dedim ki, kitab çapı
üçün müraciət etmişəm.
Dediniz: Nədir, şeir, ya nəsr?
Dedim: Şeir.
Dediz: Bizə şeir-meir lazım deyil.
O vaxt mən həyəcanla qapını örtüb çıxdım. O zaman indi tarixə çevrilib.
Açığını etiraf edim ki, mən sizin, ancaq bir kitabınızı oxumuşam. Haçansa
bir əsəriniz əlimə keçmişdi “Gilənar çiçəyinin dedikləri...” Siz Azərbaycan
ədəbiyyatında öz yeri, dəst-xətti olan yazıçısız. Özü də tələbkar, özünü
daim gündəmdə saxlamağı bacaran kifayət qədər tanınmış yazıçı…
Sizin “Daş yuxular” əsəriniz bu günlər ölkədə böyük səs-küyə səbəb
olub. Bu reklam baxımından sizin xeyrinizədir, çünki hamı çalışacaq
ki, bu kitabı alıb oxusun, amma vətəndaşlıq baxımından biabırçılıqdır.
203
Bilirsiz nəyə əsaslanıb bunu yazıram, “Kulis.az” da gedən müsahibənizə
və “Dayaq”da yayımlanan əsərinizin qısa məzmununa görə…
Əvvəla, müsahibənizdə siz öz əsərinizi Lev Tolstoyun “Hacı Murad”
əsəri ilə müqayisə edirsiz, guya hər iki əsərdə müəlliflərin xalqı tənqid olu-
nur, ancaq unudursuz ki, Lev Tolstoy öz xalqına qarşı çıxmırdı. O, Rus
İmperiyasının kiçik xalqlara qarşı siyasətini pisləyirdi. Ona görə yazırdı
ki, haqsız zülmlər çeçen xalqına o qədər çox olub ki, çeçenlər rus obrazını
murdar siçovulla bərabər tutmalı olub. Necə siçovulu görəndə öldürmək
lazımdır, eləcə də harada rusu gördün onu öldür, amma siz öz əsərinizdə
Azərbaycan xalqına qarşı rus-erməni imperiya təcavüzünü dəstəkləyirsiz.
Lev Tolstoy rəhmətlik böyük bir imperiyanın – Rusiyanın dost-doğmaca
övladı idi. O, Rus İmperiyasının azsaylı xalqların başına gətirdiyi
vəhşətləri görüb, duyub, anlayıb bu əsəri yazmışdı və öz bəşəriliyini aləmə
elan etmişdi. Hacı Muradın Şeyx Şamillə arası dəyir və rusların tərəfinə
keçir. O, başa düşür ki, Şeyx Şamil kimi düşmən rus dostdan yaxşıdır. O,
elə ruslar tərəfindən də qətlə yetirilir, çünki çeçenlər kimi yüzlərlə azsaylı
xalqlar rus zülmü altında inləyirdi… hətta əsərdə qanqal misal gətirilir, o at
arabası altında əzilir, yenidən dikəlir, boy atır və yaşayır. O, çeçen xalqını
o qanqalla müqayisə edir. Çeçenlərin timsalında bütün əzilən xalqları. O
əzilən xalqlardan biri də biz idik.
Sizin əsərinizin qısa məzmunu ilə tanış oldum, yazdığınızdan belə çıxır
ki, erməni deyilən məxluqu biz illərdi, əzib tapdalamışıq, onlar bizi yox, biz
onları qırmışıq. Siz, yəqin ki, tarixdən bilməmiş deyilsiz ki, bu ermənilər
kimdi? Ermənilər (Çox güman ki, xristian türk boyu olan qıpçaqların toplu-
mu) Rus imperiyası tərəfindən Qafqaza gətirilib yerləşdirilmiş hayların
(haylar-əsli smit tayfalarından biri, onların heç farslarla da qohumluğu
yoxdur) əlində oyuncaq, 300 ilə yaxındır ki, öz soyuna, kökünə, dilinə
xain çıxmış bir qövm, gəlmə haylarla birləşib cənubu Qafqazda, Güney
Azərbaycanında və Türkiyədə yaşayan müsəlman əhalinin qanını axıdan
iradəsiz bir kütlə. Başqa millətlərin, əsasən də rusların və hayların dediyi
ilə çalıb oynayan satqın bir tayfa! Siz isə onları yazıq, bədbəxt, çarəsiz
biri kimi qələmə verirsiz. Sizin dediyiniz o xristian məbədlər həm də
bizə aiddir, bizim müsəlmançılıqdan öncə tariximizdir. Siz İrəvan azər-
baycanlılarından yazır və onları qaniçən kimi qələmə verirsiz, bəs siz
Spitakda borulara pərçimlənib qaynaq edilmiş soydaşlarımızdan, o tifil
balalardan niyə yazmadız? Bəs siz Sumqayıtda xəstəxanada Ermənistandan
204
qaçıb canını qurtarmış, namusları tapdalanmış, uşaqlıq yollarına boş butul-
kalar yeridilmiş qadınlarımızdan və palatada döşək ağı ilə özünü boğmuş o
bədbəxt analardan niyə yazmadınız? Yəni bu qədər faciələrin fonunda heç
bir erməninin burnu qanamayaydı? Axı bu faciələri onlar özləri başlamışdı.
O faciələr hələ də davam edir.
Yeri gəlmişkən, İ.Nyutonun üçüncü qanununu sizə xatırlatmaq istə-
yirəm: “Təsir əks təsirə bərabərdir”.
Etiraf edirəm ki, mənim uşaq vaxtdan Rus İmperiyasına nifrətim var,
hətta universitetdə 3-cü kursda məni Moskvaya təcrübəyə göndərmək
istədilər, mən getmədim. Nəyə görə? Həmin söylədiyim nifrətə görə…
Bilirsiniz, o nifrət nədən qaynaqlanır? Onların I Pyotrdan üzü bəri bi-
zim başımıza gətirdikləri vəhşətlərdən… Siz bu əsəri ilk dəfə rus dilində
mətbuata çıxardız və Rusiyanın ədəbiyyat jurnalı olan “Drujba narodov”da
(№ 12, 2012) çap etdirdiniz. Mən bilmirəm M.Qorki adına İnstitutu qur-
taran insanlarımız nə ilə fəxr edir? O, Sovet İmperiyasının bir təbliğat
ocağı idi ki, yazıçı olmaq istəyənləri aparıb rus ruhunda, rus düşüncəsində
yetişdirsinlər. O yazarlar sonra ömrü boyu Rus-Sovet İmperiyasına xidmət
etsinlər. Gəlin etiraf edək ki, çoxları da bu təbliğat maşınının təsiri altına
düşürdü, az qisim yazar insanlarımızı çıxmaq şərti ilə…
Mən sizə 1975-ci ildə Bakıda Volodarski tikiş fabrikində işləyən bir
qarabağlı erməni qadının fikirlərini çatdırmaq istəyirəm. Mən iki il o illərdə
həmin fabrikdə çalışmışam. O, qonşu tikiş maşınında işləyən hay kökənli
Raya ilə yola getmirdi. Hər gün dava edirdilər. İkisi də xaçpərəst, biri hay,
biri Qarabağ ermənisi. Bir gün Qarabağ ermənisi Gülçöhrə tikiş stolu-
nun üstünə çıxıb başladı bərkdən-bərkdən bu sözləri söyləməyə… “Biz
neçə əsrdi bu gorbagor hayların əlində əsirik, onlar bizim hər şeyimizi,
kilsələrimizi, əlifbamızı, tariximizi əlinə keçirib, qızlarımızı da alıb
aparırlar Ermənistana, 5-6 aydan sonra qaytarırlar üstümüzə və deyirlər ki,
siz türkün artığısız. Biz sizə də, türklərə necə nifrət etdiyimiz kimi nifrət
bəsləyirik. Bizə sizlərsiz Qafqaz lazımdı. Biz rus qardaşlarımızın yardımı
ilə sizlərin Qafqazda kökünüzü kəsəcəyik.
HAYLAR BİZİ QANI, KÖKÜ BİR QARDAŞLARIMIZDAN, SOY-
KÖKÜMÜZDƏN AYIRIB”.
Xristian Qarabağ ermənisi Gülçöhrə bu sözləri 1975-ci ildə heç kəsdən
qorxmadan, çəkinmədən hönkürtüylə deyirdi. Sonra tikiş fabrikinin parti-
ya rəhbərinə xəbər çatdı. Onu düz bir həftə işə buraxmadılar və işə qayıdanda
205
ayrı sexə keçirdilər. Yəni hay Rayadan onu ayırdılar. Əgər siz əsərinizi bir qöv-
mün iki yerə parçalanmasından, xristian-müsəlman qarşıdurmasının gətirdiyi
faciələri qələmə alsaydız, bu həm xristian qarabağlıların, həm müsəlman
qarabağlıların yaralarının nisbətən müalicəsinə kömək edərdi, amma sizin
“Daş yuxular” birtərəfli yazılmış əsərdir. Öz millətinə nifrət, öz millətini
aşağılamaq, onu qaniçən, aşağı səviyyəli qövm kimi qələmə vermək…
Siz sünnət barədə yazırsız. Nəzərinizə yetirim ki, tibbi baxımdan sünnət
bütün kişi cinsindən olanlara xeyirlidir. Siz Rusiya verilişlərini izləyirsizsə,
onların həkimləri də bunun xeyirindən gen-bol danışırlar. Öz qulaqlarımla,
gözlərimlə bu verilişlərdən birinin şahidi olmuşam. Yəni sünnətli kişilər
daha az infeksion xəstəliklərə düçar olurlar. Bununla siz müsəlmançılığı
aşağılayıb bu yaşından sonra kim olmaq istəyirsiz?
Onu da sizin diqqətinizə yetirim ki, siz tək deyilsiniz, bizim millətin
kökünə, soyuna, tarixinə, mənliyinə, ləyaqətinə hücum edənlərin indi
ölkə mizdə sayı artıb, necə deyərlər, “sapı özümüzdən olan baltalar”
fəaliyyətə keçib. Bunların arasında sapı köhnə və təzə baltalar var. Biri
Şah İsmayıl Xətaini yamanlayır, onu şiəçilikdə günahlandırır, amma şair
Xətainin şipşirin türkcədə yazdığı, yaratdığı əsərlər unudulur. O öz şahlığı
dövründə türk dilini hansı səviyyəyə qaldırıb, bu unudulur. Muğamatımıza,
müsəlmançılığımıza, bir sözlə, əskidən nəyimiz var hər şeyimizə hücum
edirlər. AYB-nin Güney Azərbaycan üzrə rəhbəri Sayman Aruzun sözlərini
Mahirə Abdulla qəribçiliyə salmasın. Mən də Sayman Aruzla razıyam ki,
istər Azərbaycanın Quzeyində, istər Güneyində həmvətənlərimizdən olan
elə qüvvələr var ki, fars və rus imperiya düşüncə sahiblərilə həmfikirdirlər.
Onlar paraya öz millətinin ləyaqətini ayaqlar altına atanlardır! Bizim
Quzey Azərbaycanında isə bizə hələ 200 il lazımdır ki, rus düşüncəsindən
xilas olub müstəqil düşünmək qabiliyyətinə nail olaq. Bizim yaşlı nəslin
əksəriyyəti hələ də sovetsayağı hisslərin təsiri altındadır…
Bu gün bizim yaşadığımız ölkədə “xalq yazıçısı”, “xalq şairi” titulu
artıq dəbdən düşüb. İndi bizim bəzi-bəzi yazarlarımız bundan artıq titul-
lara sahib olmaq istəyirlər. Bu təbiidir. Hər bir yazarın halal haqqıdır.
Amma gəlin baxaq bu saat bizim zəmanəmizdə dəbdə olan Bakıdan
Nobel qardaşlarının vaxtilə bizim neftin hesabına təsis etdikləri “Nobel”
mükafatı əsasən kimlərə şamil edilir? Bu mükafat xristian kökənli adam-
lara və xristianlığa can-dildən pərəstiş edən, xaçpərəst dövlətlərin qrantları
ilə özünə həyat quran bəzi qeyri-xristian kəslərə…
206
23 ildi torpaqlarımız işğal altındadı, biz bir qrup qadınlar Quzanlıda 9
yaşlı Fariz Bədəlovu ermənilər snayper tüfənginə tuş edəndən sonra faciə
baş verən kəndə, körpə şəhid balamızın ailəsinə başsağlığına getdik, o
kənd evləri erməni güllələrindən dəlik-deşikdi, insanlar gündüz evlərindən
çölə sürünə-sürünə çıxırlar. Yəni işğal davam edir…
Mənə elə gəlir ki, sizin tutduğunuz yanlış yolun qayəsi xristian bir lik-
lərdən qaynaqlanır, onlar nəyin bahasına olursa olsun, demokratiya, söz
azadlığı adı altında işğal olunmuş torpaqları bizim yaddaşımızdan silmək
istəyirlər. Dünyada ən güclü silah QƏLƏMDİR! Bəli, o silahdan açılan
qurğuşunlardan da güclüdür. Bu gün siz Rusiyada “Drujba narodov”
jurnalında çap etdirdiyiniz “Daş yuxular” ilə neçə əsr milliyyətindən asılı
olmayaraq müsəlman əhalinin qanına yerikləmiş hayları sevindirdiz. İndi
Ermənistanda (Hayıstanda) uşaqdan böyüyə hamı sevinir. Əkrəm müəllim,
bəşəri yazıçılar belə yazmırlar, onlar heç vaxt öz millətlərini başqa xalqın
ayağına vermirlər. Öz millətini tapdalayanlara özünüz söyləyin nə ad
vermək olar?!.
Dostları ilə paylaş: |