Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə94/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   91   92   93   94   95   96   97   98   99
278
SÖZÜN CÖVHƏRİ
  (Paşa Qəlbinurun “ İdrak ətri” kitabı haqqında düşüncələrim)
Yaxın günlərin söhbətidir, doğmalarımdan biri göz ağrıları ilə əlaqədar 
mənə zəng edib, məsləhət istədi. Mənim də ürəyimdən ünlü doktor Paşa 
Qəlbinur  keçdi.  Dedim,  oğlum,  doktorla  əlaqə  yaradaq,  onun  qəbuluna 
gedək. Doğrusu, xəstə çox sevindi. Əlqərəz, biz bir gün vaxt təyin edib, 
doktorun qəbuluna getdik. Təyin etdiyimiz gündə doktorla görüşdük. Biz 
onunla ilk dəfə dəhlizdə qarşılaşdıq, qarşımızda sakit təbiətli, üz-gözündən 
mehribanlıq yağan nurlu bir insan durmuşdu. Onun mehriban baxışlarından 
nur ələnirdi, sanki bu nur insanlara bəxş edilən işıq idi. Bu işığın həsrətində 
olanlar üçün doğulmuşdu, göz həkimi, ünlü sənətkar, istedadlı şair, elmlər 
doktoru, professor Paşa Qəlbinur…
Xəstəni müayinə edib məsləhətlərini verəndən sonra, doktorla vidalaşmaq 
məqamı çatanda o mənə 2013-cü ildə nəşr olunmuş “İdrak ətri” adlı kitabını 
bəxşiş etdi. Mən ona bu gözəl hədiyyəyə görə təşəkkürümü bildirdim. Evə 
gəlib dincələndən sonra kitabı vərəqləməyə başladım. Kitab ilk sətirlərindən 
diqqətimi cəlb etdi və onu xüsusi bir maraqla oxumağa başladım… 
Oxuyub  başa  vurandan  sonra  məndə  kitab  haqqında  yazmaq  istəyi 
yarandı. Beləliklə, dəyərli oxucular, yazdığım məqaləni sizin diqqətinizə 
yetirmək istəyirəm. Buyurub tanış ola bilərsiz.
Paşa Qəlbinurun “İdrak ətri” kitabı ömür yollarının müxtəlif məqam-
larında qarşılaşdığı və təmasda olduğu ziyalı insanlarımızın taleyinə işıq 
tutur. Müəllif əsəri iki hissəyə bölür: Esselər və Portret esselər. Müəllifin 
dil  üslubu  o  qədər  şirindir  ki,  kitabı  birnəfəsə  oxudum.  Esselər  əsasən 
onun fəlsəfi düşüncələrindən bəhs edir. Həyatı boyu rast gəldiyi və ürə-
yinə  toxunduğu,  ağlında,  düşüncəsində  özünə  yer  edən  məqamları  fikir 
süzgəcindən keçirərək nəsrin dili ilə nəql edir. Əsasən oxucular doktoru 
ədəbiyyat aləmində bir şair kimi tanıyır, amma “İdrak ətri” nəsrlə yazılsa da, 
dili axıcı və ürəyə yatımlıdır, sanki əsər nəsrlə yox, nəzmlə qələmə alınıb. 
Öncədən onu xüsusi qeyd etmək yerinə düşər ki, kitabın adı adamı düşünməyə 
vadar edir, insan ağlının ona bəxş etdiyindən ya xeyir, ya bəla tapır… hər insan 
idrakı da ətir saçmır axı… Kitabda ilk Essenin adı “Cihad”dır.
XX  əsrin  ən  dəhşətli  cinayətlərindən  biri  Xocalı  faciəsini  ağrılı  bir 
dillə yad edir. Müəllif essedə ürəyimizdə yaraya çevrilən Xocalı dəhşətini 
önə çəkir. O, çox təsirli fəlsəfi düşüncə ilə oxucuya çatdıraraq bildirir ki, 


279
Xocalıda ölənlərin, yaralananların harayı damarlarımızda axan qana keçib 
cihad  deyərək  fəryad  qoparır!  Yara  ürəklərə  keçib,  şüurlara  təsir  edib, 
əsəbləri  yerindən  oynadıb.  Ermənilərin  ağlasığmaz  vəhşiliklər  törətdiyi 
Xocalı qətliamı nəsilbənəsil qəlbləri göynədəcək. 
Paşa Qəlbinurun “İdrak ətri” kitabında portret esselərdən fərqli olaraq 
Esselərdə  müəllif  ömür  boyu  rast  gəldiyi  yaxından,  uzaqdan  eşitdiyi 
maraqlı hadisələri fəlsəfi yozumla nəql edir. Bu ibrətamiz həyat hekayələri 
adamı düşünməyə vadar edir. «Çilçıraq» essesi çox maraqlı və düşündürücü 
məqamlardan  bəhs  edir.  Müəllif  nəql  edir  ki,  kənddə  Kar  Cavanşir  adlı 
bir nəfər var idi, oğlu maşınla meşə yolu ilə gedən zaman qəzaya düşür, 
onlar maşında iki nəfər olur, biri yaralı halda birtəhər kəndə çıxıb gedir, 
onun oğlu isə yaralı halda, hətta yaralı qolunun üstünə benzin də tökül-
ür, səhərə qədər zarıyırmış… Səhər oğlunun zülmlə öldüyünü görən Kar 
Cavanşir,  dəfn  zamanı  ağlamırdı  böyürürdü.  Bala  dağı  kişini  yandırıb-
yaxırdı. Qonşu Gülüstan xala nəql edirmiş ki, müharibə dövrü həmin bu Kar 
Cavanşir onların sağmal inəyini oğurlayıb kəsib satıb, inəyin balası südəmər 
buzov neçə gün böyürürmüş… Bu ibrətamiz həyat hekayəsi onu insana diktə 
edir ki, gec-tez hər kəsin etdikləri – istər yaxşı, istər pis mənada onun qarşısına 
çıxır. İnsan bədxahlıq, pislik etməyə çalışmamalıdır, baxmayaraq ki, aramızda 
həyatımızı  cəhənnəmə  çevirən  nə  qədər  çirkin  fikirli  adamlar  var.  Yetim 
malına göz dikənlər, xalqın cibini talayanlar, necə deyərlər, özgə bostanına daş 
atanlar günü-gündən artmaqdadı. Dünya silkələnir, günahsız insanların qanı 
axıdılır, dinlər ikiüzlü insanlar əlində oyuncağa çevrilib, min sifətli siyasətçilər, 
insanların taleyilə oynayır, lokal müharibələr dünyanı çalxalayır, hər tərəfdə 
göz yaşı, ölüm, qan! Bütünlüklə şairi bu ağrı-acılar düşündürür, narahat edir. 
Ömrünün  müxtəlif  zamanlarında  ayrı-ayrı  insanların  başına  gəlmiş  həyat 
hekayələrini müəllif nəsrə çevirib təsirli bir dillə oxucuya çatdırır.
Müəllif “Mirvari suyu ( ktarakta)” essesində qədim zamanlarda bu göz 
xəstəliyinin necə qəribə üsulla müalicə edilməsindən bəhs edir. Bu xəstəliyi 
müalicə  edən  adama  dəllək  deyirdilər,  dəllək  xəstənin  gözünün  üstünə 
yumruqla  vururdu  və  büllur  dağılırdı,  xəstə  bir  anlıq  görürdü.  Çox-çox 
qədim zamanlarda insanlar dərdlərinə çarə düşünürdülər, yaşam uğrunda 
mübarizə  aparırdılar.  “Tanrı  möhürü”  essesində  müəllif  ürək  haqqında 
çox maraqlı insanı doğumdan ölümünədək düşündürən açıqlamalar verir. 
Adətən həkimlər ürəyi adama mühərrik kimi təqdim edir, amma bu essedə 


280
maraqlı məqamlarla qarşılaşırıq, adətən insanlar “ürəyimə damıb”, “ürəyim 
düşdü”, “ürəyimdə saxlamışam” və sair ifadələr işlədir.
Nyu-Yorkda  50  yaşlı  qadına  18  yaşlı  qəzadan  ölmüş  gəncin  ürəyini 
köçürdürlər, qadın cərrahiyyə əməliyyatından sağ-salamat çıxandan sonra 
bir müddət keçdikdə qadının yuxusuna cavan bir oğlan girməyə başlayır, 
qadının topladığı gizli məlumatlar əsasında məlum olur ki, bu ürəyi ona 
köçürülən  oğlandır,  hətta  oğlan  hansı  yeməkləri  xoşlayırdısa  qadın  da 
o  yeməkləri  istəməyə  başlayır.  Bu  heyrətamiz  hadisədən  sonra  ürək 
köçürülən başqa xəstələr arasında sorğu keçirilib eyni hadisənin müxtəlif 
variantları özünü büruzə verib. Burdan belə nəticəyə gəlmək olar ki, ürək 
təkcə mühərrik rolunu oynamır, onun həm də sinir fəaliyyəti də varmış.
Müəllif  qeyd  edir  ki,  sonralar  gözəl  alimimiz,  fizioloq,  professor 
Qəhrəman  Qəhrəmanov  ürəyin  avtonom  sinir  requlyasiyası  haqqında 
məşhur kəşfini etmişdi. Essenin sonunda müəllif belə qənaətə gəlir ki, təkcə 
təbiətdə yox, insanın yaratdıqlarında da Tanrı möhürü var. Doğrudan da 
müəlliflə tam şərikəm, istər rəssamlıqda, musiqidə, şeriyyətdə, elmdə in-
sanlar tərəfindən yaradılmış nə heyrətamizliklər varsa, hamısında Tanrının 
möhürü var. İnsan Tanrıdan izinsiz heç nəyə qadir deyil. 
Müəllif Alzqeymer essesində əsrimizin bəlası olan yaddaşsızlıq prob leminə 
toxunur, essedə qeyd olunur ki, dünyada 35 milyon insan bu xəstəlikdən əziyyət 
çəkir. Bəzi alimlərin gəldiyi qənaətə görə insanlar çox vaxt mütaliəsizlikdən 
bu bəlaya düçar olur. Müəllif maraqlı, diqqətçəkən müqayisələr aparır.
O, keçmiş «Azərnəşr» binasını yad edir, həmin binada indi bank yer-
ləşir, doğrudan da o vaxtlar həmin nəşriyyata daxil olarkən insanın bur-
nunu  qəribə  bir  iy  alırdı,  etiraf  edim  ki,  heç  yerdə  duymadığım  o  iyi 
mən  “Azərnəşr”də  hiss  edirdim,  bu  kitabların  qoxusu  idi.  Gözlərimiz 
baxa-baxa  İçərişəhərimizin  dörd  bir  yanında  dəyişikliklər  edirlər,  hal-
buki  onun  bircə  daşına,  divarına  toxunmaq  olmaz.  Müəllif  bu  essedə 
mənim  də  yaralı  yerimə  toxunub,  çünki  Bakıda  kütləvi  şəkildə  söküntü 
işləri gedir, tarixi abidələrimiz gözümüz baxa-baxa çox zaman yox edilir. 
Yeniləri ilə əvəz edilir, sizə şəhər salmaq lazım idi, boş yer tapıb tikərdiz, 
keçmişimizlə  bağlı  olanları  söküb  məhv  etmək,  keçmişimizə  güllə  at-
maq deməkdir… Xəzərin dörd bir yanı daş hasarlarla hörülür, axır vaxt-
lar dənizin gözəlliyinə həsrət qalmışıq, hətta bəzən adamlara başa salmaq 
olmur  ki,  təkcə  evin  içini  təmiz  saxlamaqla  iş  bitmir,  evin  ətrafını  da, 
yaşadığın küçəni də evinin içi təki təmiz saxlamalısan. İctimai avtobus-
larda baxmadan oturmaq çox təhlükəlidi, çünki pal-paltarın saqqıza bulaşa 


281
bilər.  Artan  zibilliklər,  çirklənən  dənizlər,  çaylar,  bulaqlar,  çeşmələr, 
qırılan meşəliklər öz sağlamlığımıza balta çalmaq deməkdir. Müəllifin özü 
demişkən:  “Ruhumuzun  Nuh  tufanı  yaxınlaşır!!!  Gəlin  həyatımızı  xilas 
edək, necə ki, gec deyil!”
Bu  sözlər  təbabət  aləminin  içində  olan  bir  təbibin  qələmindən  çıxan 
ifa dələrdir.  Essenin  sonunda  müəllif  belə  bir  qənaətə  gəlir  ki,  biz  təbiəti 
çirkləndirməklə özümüzü xəstəliklərə düçar edirik. Xəstəliklərin ən dəhşətlisi 
isə yaddaşını tamamilə itirməkdir, hətta öz doğmalarını belə tanımamaq duru-
muna düşmək. Atalar demiş: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Bizim 
özümüzə etdiklərimiz dolayısıyla alzqeymerə (yaddaşsızlığa) gətirib çıxarır.
Onun Portret esselərində ünlü tibb alimlərimizin sənət və həyat yolu 
işıqlandırılır. Müəllif Zəhra xanım Quliyeva, Zərifə xanım Əliyeva, İbrahim 
Topçubaşov, Ağabəy Sultanov, İmam Mustafayev və bir çoxlarının həyat 
yoluna çıraq tutur, onları böyük məhəbbət hissilə anır.
Kitabına da ad seçdiyi “İdrak ətri” portret essesini alim, psixiatr Ağabəy 
Sultanova  həsir  edir.  Müəllif  onun  insanpərvərliyindən,  kübarlığından, 
ziyalılığından söz açır. 
Kitaba, yazıya, yazara hörmət azalan bir zamanda, yazanların sayının 
artdığı,  oxuyanlarının  sayının  azaldığı  bir  vaxtda  onu  da  etiraf  etmək 
lazımdır ki, yaxşı kitablar az-az ələ düşür. Həqiqətən görkəmli alim, pro-
fessor,  şair-publisist  Paşa  Qəlbinirun  “İdrak  ətri”  kitabını  əlinə  alıb  ox-
uyan heç nə itirməz, əksinə, mənəviyyatını bir az da zənginləşdirər. Mən 
də sözün səcdəsində olan biri kimi kitabı sevə-sevə oxudum və zövqümü 
zənginləşdirdim. Dəyərli oxucular, Allahdan diləyim budur ki, sizlərin də 
zövqü, mənəviyyatı zəngin olsun, o üzdən gəlin kitablara üz tutaq, onlarla 
ünsiyyətdə olaq. Yazı adamlarının ürək atəşindən yaranmış sətirlərə, mis-
ralara mehman olaq, kitablardan gələn hənirtilərə, pıçıltılara qulaq kəsilək, 
çünki həqiqi sənət əsərlərinin üstündə görkəmli təbibimiz və şairimiz Paşa 
Qəlbinur demiş, Tanrı möhürü var… Mən görkəmli alimimiz, ünlü dokto-
rumuzun  da  kitabında  Tanrının  möhürünü  hiss  etdim.  Bir  söz  adamı  kimi 
müəllifə yeni-yeni yaradıcılıq uğurları diləyirəm. Qoy onun gözlərə işıq bəxş 
edən əlləri yorulmasın, Vətən, sənət eşqli ürəyi daima coşub-daşsın, fəlsəfi 
fikirlərlə  zəngin  sözlərini  kitaba  çevirsin  və  bu  kitablar  kitabxanalarımızın 
kitab rəflərini bəzəsin. Qoy insanlarımızın gözlərinə nur bəxş edən təbibimizin 
ürəyindən həyat sevgisi azalmasın. Sənət və həyat eşqli alim, təbib şairimizə 
can sağlığı və yaradıcılıq uğurları diləyi ilə sözümü tamama yetirirəm.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin